Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Riolit
Riolit — yüksək silikat midarına sahib turş tərkibli maqmatik süxur. Qranitlərin effuziv analoqudur. == Adlandırılması == Termini 1860-cı ildə alman geoloqu Baron von Rixtofen (Birinci Dünya Müharibəsi aviatorunun babası, Qırmızı Baron kimi tanınır) işlətmişdir. Yunan dilində "rhyo", "rhyax" sözündən götürülüb və lavanın axını mənası verir. == Mineraloji tərkib == Riolit əsasən kvars, plagioklaz və sanidin, az miqdarda hornblend və biotitdən ibarət olur. Matriksdə şüşə materiallarının olması riolitə məsaməlilik verir. Həmin şüşə materialları müxtəlif kristallar və opaldan ibarət olur.Afir və porfir quruluşlu olur. Püruzləri plagioklazdan (adətən oliqoklaz, bəzən albit), kalium-natriumlu çöl şpatından (sanidin, ortoklaz), rəngli minerallardan-biotit və piroksendən (adətən avgit), qonuru hornblenddən, vulkan şüşəsindən ibarətdir. Əsas kütləsi şüşəli və ya mikrofelzitli, az hallarda sferolitli, çox vaxt flüidal olur. SiO2 miqdarı 73%-dən yüksək, alminium əmsalı al’=1–10.
Milliy stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. == Haqqında == Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Reuven Rivlin
Reuven Rivlin (9 sentyabr 1939[…], Qüds) — İsrailin 10-cu prezidenti. == Həyatı == Reuven Rivlin 1939-cu ildə Qüdsdə anadan olub. İxtisasca hüquqşünasdı. Şimon Peres hakimiyyətinin rabitə naziri olub. == Siyasi fəaliyyəti == Reuven Rivlin 2014-cü ildəki prezident seçkilərində sağ mərkəzçi partiya olan "Likud"u təmsil edib. O, 2007-ci ildə də prezidentliyə namizəd olsa da, Şimon Peresə məğlub olub.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Cudit Ridli
Cudit Ridli (ing. Judith Ridley; 2 fevral 1946, Pitssburq, Pensilvaniya) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu Yaşayan ölülərin gecəsi filmində "Cudi" roludur. Bu filmdə iştirak edən Rassell Ştrayner ilə evlilikdən sonra filmlərdə adı Cudit Ştrayner (ing. Judith Streiner) kimi səslənirdi. Film karyerası boyu cəmi iki filmdə rol almışdır.
Kamboca rieli
Kamboca rieli ((khm. រៀល; simvol: ៛; code: KHR)) — Kamboca respublikasının pul vahidi. İki fərqli riel var. Birinci dəfə riel 1953-cü ildən 1975-ci ilin may ayına qədər buraxılmışdı. 1975–1980 illər arasında ölkədə pul sistemi yox idi. 20 mart 1980-ci ildən etibarən "riel" adlandırılan ikinci valyuta buraxılmışdır. Simvolu Unikode-də U+17DB kodu (៛) ilə göstərilir. Xalqın fikrincə, valyutanın adı Mekonq çayı balığı olan rieldən (Kxmer dilində "kiçik balıq") gəlir. Adı çox güman ki, XIX əsrin ortalarında Kambocada Malay, Hind və Çinli tacirlər tərəfindən istifadə edilən yüksək gümüşün tərkibli Meksika realından gəlir. == Birinci riel (1953–1975) == 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Kamboca filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı.
Oman rialı
Oman rialı - Omanın pul vahidi. Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.
Qətər rialı
Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir. == Tarixi == 28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi. Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Talula Riley
Talula Ceyn Riley-Milbarn (ing. Talulah Jane Riley-Milburn; 26 sentyabr 1985, Hartfordşir) — ingilis aktrisa. Əsasən Talula Riley adı ilə tanınır. == Həyatı == Talula Riley təhlükəsizlik sistemləri şirkəti və PR agenti təsisçisi Una Riley ilə Birləşmiş Krallıq Beynəlxalq Cinayət Depertamentinin keçmiş müdürü Douq Milbarnın tək qızı olaraq dünyaya gəldi. Atası hal-hazırda ssenarist olaraq fəaliyyət göstərir. == Karyerası == === Televiziya === Talula Riley Poirot (2003), Marple (2006) və Doctor Who (2008) seriallarının bəzi bölümlərində yer almışdır. E4 kanalında göstərilən Nearly Famous (2017) serialında Lila Rid rolunu canlandırdı. HBO kanalındakı Westworld (2016) serialında birinci və ikinci mövsümdə Ancela rolunu canlandırdı. === Teatr === Talula Riley ilk dəfə tetar karyerasında The Old Vic-də Filip Berrinin The Philadelphia Story adlı teatr tamaşasında yer aldı. Bundan əlavə Tennessi Uilyamsın Summer and Smoke adlı teatr tamaşasında yer almışdır.
Yəmən rialı
Yəmən rialı — Mübadilədə 1990-cı ildə ölkənin birləşməsi anından istifadə edilən Yəmənin pul vahididir. 1 rial 100 filsə bərabərdir, hərçənd belə nominallı heç bir sikkə mübadiləyə buraxılmamışdı. == Tarixi == 1990-cı ildə Yəmən Ərəb Respublikasının və Yəmən Xalq Demokratiya Respublikasının birləşməsindən sonra mübadilədə, ölkənin bütün ərazisində Şimali Yəmənin rialı istifadə edilməyə başladı. Cənubi Yəmən dinarı isə valyuta ilə əlaqələndi və 1 rial 26 dinara bərabər oldu. 1993-cü ildə birinci yeni sikkələr buraxılmışdır. 1996-cı ildə dinar mübadilədən çıxarılmışdı və rial ölkənin yeganə valyutası elan edilmişdir. Köhnə pul nişanları yeniləri ilə tədricən əvəz edilmişdi.Hal-hazırda mübadilədə 50, 100, 200, 250, 500 və 1000 riallıq əsginaslardan və 1, 5, 10, 20 riallıq sikkələrdən istifadə olunur.
İran rialı
İran rialı (fars. ریال‎) — İranın pul vahidi. == Tarixi == ==== 1932–1943 ==== Pəhləvilər sülaləsinin ilk şahı Rza Pəhləvinin şəkli İranın bütün növ əskinaslarının üzərində əks olunub (1928-ci ildən Tüməndə, 1943-cü ildən rialda). ==== 1944–1979-un əvvəlləri ==== Pəhləvilər sülaləsinin ikinci şahı Məhəmməd Rza Pəhləvinin şəkli 1941–1979-cu illərdə İranın bütün növ əskinaslarının üzərində əks olunub. Onun əskinaslardakı şəkilləri özü ilə bərabər yaşa dolur və qocalırdı. ==== İslam inqilabından sonra (1979) ==== Ayətulla Xomeyninin islam inqilabı qələbə qazanandan sonra Məhəmməd Rza Pəhləvinin bütün əskinaslarda olan şəkillərinin üzərinə adətən qırmızı rəngli bir və ya iki xətt çəkib çap edirdilər. ==== Düzəliş 1979/1980 illər ==== 1980-ci ildə iran şahı Pəhləvinin əskinaslardakı şəkli onun siluetini təkrarlayan "bədii" qara şəkillə örtülür Bu, İranın mərkəzi bankında çap olunan amma hələ dövriyyəyə buraxılmayan, üzərində yeni hakimiyyətin qəddar düşməni sayılan şahın şəkli əks olunan çoxlu sayda əskinasın qaldığı üçün belə edilmişdir. == Xarici keçidlər == İranın tarixi qəpik pulları Arxivləşdirilib 2007-10-08 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Henry Nicholas Ridley
Henri Nikolas Ridli (ing. Henry Nicholas Ridley; 10 dekabr 1855, Norfolk qraflığı – 24 oktyabr 1956) — ingilis botaniki və geoloqu. == Elmi əsərləri == 1889: Botanical papers, Sinqapur: Royal Asiatic Society, Straits Branch. 1889: Report on the destruction of coco-nut palms by beetles, Sinqapur: the Government Printing Office. 1897: "Malay plant names", The Journal of the Straits Branch of the Royal Asiatic Society (Royal Asiatic Society) 30: 32–120 [S.l.]. The story of the rubber industry, with an appendix by L. Lewton-Brain, showing the growth of the rubber industry in Malaya from 1905 to 1912, London: Waterlow. 1907: Materials for a flora of the Malayan Peninsula, Sinqapur: the Methodist Pub. House. 1909: The Scitamineae of the Philippine Islands, Manila: Bureau of Printing. 1912: Spices, London: Macmilla.
Henri Nikolas Ridli
Henri Nikolas Ridli (ing. Henry Nicholas Ridley; 10 dekabr 1855, Norfolk qraflığı – 24 oktyabr 1956) — ingilis botaniki və geoloqu. == Elmi əsərləri == 1889: Botanical papers, Sinqapur: Royal Asiatic Society, Straits Branch. 1889: Report on the destruction of coco-nut palms by beetles, Sinqapur: the Government Printing Office. 1897: "Malay plant names", The Journal of the Straits Branch of the Royal Asiatic Society (Royal Asiatic Society) 30: 32–120 [S.l.]. The story of the rubber industry, with an appendix by L. Lewton-Brain, showing the growth of the rubber industry in Malaya from 1905 to 1912, London: Waterlow. 1907: Materials for a flora of the Malayan Peninsula, Sinqapur: the Methodist Pub. House. 1909: The Scitamineae of the Philippine Islands, Manila: Bureau of Printing. 1912: Spices, London: Macmilla.
İstedadlı cənab Ripli (film)
== Məzmun == Tom Ripli təsadüfən ABŞ-nin ən varlı adamlarından biri ilə tanış olur. Milyonçu Ripliyə İtaliyaya gedərək onun oğlunu vətənə geri qayıtmağa vadar etməyi tapşırır. Tom İtaliyaya gələrək milyonçunun oğlu Diki Qrinlif və Marcla tanış olur. Cütlüyün həyatını bəyənən Tom Dikinin yerinə keçməyə çalışır.
İstedadlı cənab Ripli (film, 1999)
== Məzmun == Tom Ripli təsadüfən ABŞ-nin ən varlı adamlarından biri ilə tanış olur. Milyonçu Ripliyə İtaliyaya gedərək onun oğlunu vətənə geri qayıtmağa vadar etməyi tapşırır. Tom İtaliyaya gələrək milyonçunun oğlu Diki Qrinlif və Marcla tanış olur. Cütlüyün həyatını bəyənən Tom Dikinin yerinə keçməyə çalışır.