Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniel Ranis
Randy Jackson
Rendi Cekson — (ing. Randall Darius Jackson, 23 iyun, 1956) — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Randy Cekson məşhur pop müğənisinin qardaşıdır.
Ranik Halle
Ranik Halle (və ya Andronik Saradşef, norv. Ranik Halle, 24 avqust 1905, Bakı – 20 may 1987, Oslo)—rus əsilli norveçli jurnalist və bric oyunçusu. Ranik Halle 20 ildən çox Norveçin sağ mətbuat orqanının rəhbəri idi. Həmçinin, ölkənin ən məşhur bric oyunçularından olan Ranik, bric üzrə 12 qat Norveç çempionu və bir çox kitabların müəllifi olmuşdur. Əsl adı Andronik Saradşef olan Ranik 1905-ci ildə avqust ayının 24-də Bakıda gürcü neftçi Sergey Saradşefin ailəsində dünyaya gəlmişdir. 11 il Bakıda yaşayan Ranikin anası həyat yoldaşının neft qəzasında ölməsindən sonra onun dostu norveçli Halfdan Halle ilə ailə həyatı qurmuşdur. Ranik Halfdan Halle tərəfindən övladlığa götürüldükdən sonra 1916-cı ildə ailəsi ilə birlikdə Norveçə köçmüş və Ranik Halle adını almışdır. Ranik Halle Osloda orta məktəbə başladı. 1923-cü ildə məzun olduqdan sonra Oslo Universitetində hüquq və sosial iqtisad ixtisası üzrə 3 il təhsil almışdır. Sonralar jurnalistikaya və siyasətə olan marağına görə universitetin tələbə birliyinə qoşulmuş və 1924-1927-ci ildə birliyin sədri olmuşdur .
Ranil Vikramasinqhe
Ranil Vikramasinqhe (sinh. රනිල් වික්‍රමසිංහ, tam. ரணில் விக்கிரமசிங்க; 24 mart 1949, Kolombo) — Şri-Lankanın dövlət xadimi və hərbi lideri. O, 1994-cü ildən Şri-Lanka Birləşmiş Milli Partiyasının (BMP) lideri, 1993–1994-cü, 2001–2004-cü, 2015–2018-ci, 2018–2019-cu və 12 may 2022-ci ildən Şri-Lankanın Baş naziri olmuşdur. 20 iyul 2022-ci ildən Şri-Lanka Prezidenti. Vikramasinqhe 21 iyul 2022-ci ildə parlamentdə and içmişdir. Bundan əvvəl o, 15 iyul 2022-ci ildən ölkə prezidentinin səlahiyyətlərini icra etmişdir. Биография Ранила Викремесингхе // РИА Новости. — 2022. — 13 iyul.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Rani Mukerci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Rani Mukherci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Raniyə əl-Abdullah
Raniyə əl-Abdullah (31 avqust 1970[…], Küveyt) — İordaniya kraliçası, İordaniya kralı II Abdullahın arvadı.
Banin
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. == Həyatı == Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Eranyi
Eranyi (fr. Éragny) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Serji-Süd. Əhalisi — 16.792 nəfər (2002). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-qərbində, Serji bələdiyyəsinin 4 km cənubi-şərqində yerləşir.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Eyyub Qaniç
Eyyub Qaniç — Bosniya və Herseqovinanın sabiq prezidenti. Eyyub Qaniç 1992-ci ilin mayında Sarayevoda Yuqoslaviya ordusunun əsgərlərinə hücum edən 19 bosniyalıdan biridir. O, 2010-cu ilin martın 1-də Londonun Hitrou aeroportunda həbs edilib. Hərbi cinayətlərdə təqsirləndirilən sabiq prezidentin həbsi barədə orderi Serbiya hökuməti verib.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Haniş arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. == Coğrafiyası == Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Kristina Franiç
Kristina Franiç (d. 22 may 1987; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Kristina Franiç Xorvatiya 2012 Yay Olimpiya Oyunlarında Xorvatiya milli futbol komandasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Onunla danış
Onunla danış (isp. Hable con ella) rejissorluğu və ssenari yazarlığı Pedro Almodovara aid olan 2002 istehsalı İspan dram filmi. Baş rollarda Xavier Kamara, Dario Qrandinetti, Leonor Uatlinq, Geraldin Çaplin və Rosario Flores oynamışdır. Film Ən Yaxşı Orijinal Ssenari nominasiyası üzrə Oskar Mükafatı və Xarici dildə ən yaxşı film Qızıl Qlobus Mükafatı almışdır. Film cinslər arasındakı ünsiyyət çətinlikləri, tənhalıq, səmimiyyət və sevgidəki qətiyyətin itməsi kimi mövzuları əhatə edir. Javier Cámara --> Benigno Martín Darío Grandinetti --> Marco Zuluaga Leonor Watling --> Alicia Rosario Flores --> Lydia González Mariola Fuentes --> Rosa Geraldine Chaplin --> Katerina Bilova Pina Bausch --> 'Café Müller' danscısı Malou Airaudo --> 'Café Müller' danscısı Caetano Veloso --> partideki şarkıcı --> "Cucurrucucú paloma" Roberto Álvarez --> Doktor Elena Anaya --> Ángela Lola Dueñas --> Matilde Adolfo Fernández --> Niño de Valencia Ana Fernández --> Lydia'nın kızkardeşi Chus Lampreave --> Bekçi Paz Vega --> Amparo (sessiz filmde) to Her/ 0287467 — Internet Movie Database saytında.
Qanım Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Qanın laxtalanması
Qanın laxtalanması və ya koaqulyasiya — qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi. Qanın laxtalanması qan damarlarının zədələnməsi hallarında qanaxmanın qarşısını almaq üçün orqanizmin qoruyucu reaksiyasıdır. Qanın laxtalanmasında qan plazması və qan lövhəciklərinin müxtəlif komponentləri (tromboplastin, protrombin, kalsium ionu, K vitamini və s.) iştirak edir. Qanın sürətlə laxtalanması üçün plazmada AC-qlobulin də olmalıdır. Qanda heparinin artması laxtalanmanın qarşısını alır. Bəzi xəstəliklərdə, məs. hemorragik diatezlərdə, hemofiliyada qanın laxtalanması azalır, bəzilərində isə (məsələn, sətəlcəm, tromboflebit) artır.