Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Baden knyazlığı[d] – 27 may 1988[…], Qərbi Berlin, Berlin) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Rusca
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. == Əlifba == Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Rusya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Rusa
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Arianna Rusca
Arianna Rusca (8 yanvar 1981) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Arianna Rusca İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Katerina Duska
Katerina Duska (yun. Κατερίνα Ντούσκα; d. 6 noyabr 1989, Monreal, Kvebek, Kanada) — Yunanıstan müğənnisi. O, "Better Love" mahnısı ilə Yunanıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Katerinanın 2015-ci ildə Embodiment adlı debüt albomu işıq üzü görmüşdür. 2018-ci ildə o, albomundan olan mahnılarnı Afinada konsert zalında ifa etmişdir. Albomdan yer alan mahnılar İsveç bəstəkarı Albin Li Meldau tərəfindən bəstələnmişdir. O, Afinada keçirilən digər konsertlərdən birində Katerina ilə birlikdə səhnə almışdır. Katerina eyni zamanda həmin ilin dekabrında yunan musiqiçisi Petros Klampanis ilə birlikdə konsertdə çıxış etmişdir.
Nadiya Muşka
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Nadya Muşka
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Raşka dairəsi
Raşka dairəsi (serb. Рашки управни округ) — Serbiyanın cənub-qərb hissəsində dairə. Serbiyanın Raşka adlı tarixi ərazisinin şərəfinə adlandırılmışdır. Dairənin əsas şəhəri Kralevo sayılır. == İnzibati bölgüsü == Kralevo Vrnyaçka-Banya Raşka Novi Pazar Tutin == Əhalisi == Dairənin ərazisində 188 208 serb (60,9 %), 105 488 boşnak (34,1 %), 5255 müsəlman (1,7 %), 2435 qaraçı (0,8 %) və başqa xalqlar yaşayırlar (2011).
Raşka dövləti
Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi. == Adlandırılması == Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu.
Rusca Vikipediya
Rusca Vikipediya (rus. Русская Википедия) — Vikipediyanın rus dilində olan bölməsidir. 11 ölkədə: Rusiyada, Ukraynada, Belarusda, Qazaxıstanda, Moldovada, Ermənistanda, Özbəkistanda, Azərbaycanda, Qırğızıstanda, Tacikistanda və Türkmənistanda digər dilli Vikipediyanın bölmələri arasında ziyarət sayına görə birincidir. Dünyada isə Fransızca Vikipediya ilə 5–6 yerləri bölür. == Tarix == 11 may 2001 — russian.wikipedia.com domendə RuVikinin anonsu 30 dekabr 2004–10 000 məqalə. 31 dekabr 2005–50 000 məqalə. 2006 16 avqust — 100 000 məqalə. 29 noyabr — "Elm və Təhsil" nominasiyasında "Runet 2006 mükafatı". 2007 4 sentyabr — 200 000 məqalə. 27 – 28 oktyabr — Peterburqda birinci Viki-konfrans.
Staraya Russa
Staraya Russa — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Çuşka dili
Çuşka dili — Kerç boğazının şimalında yerləşən dil. Axilleon burnundan başlayaraq Qara dənizə doğru cənub-qərb istiqamətdə uzanır. == Coğrafiyası == Dilin uzunluğu deməknolar ki, 18 km təşkil edir. Dil əsasən xırda kvars üumlarından təşkil olunmuşdur, Çuşka dilinin yaxınlığında bir sıra adalar vardır: Cencik, Lisiy, Krupinin, Qolenkiy. == Etimalogiya == Dilin adı buranın sahillərinə tez-tez Delfinlərin çıxması ilə əlaqədardır. İnsanlar onları dəniz donuzu və donuz balası olan Çuşka adlandırırdılar. == Tarix == 1944-cü ildə dil Krımla Kerç dəmiryolu körpüsü ilə birləşdirilmişdir. Elə həmin ilin qışında buzqıran gəmi körpünü dağıtmışdır. == Ekologiya == 2007-ci ilin noyabrında dənizdə baş bermiş tufan nəticəsində neft sızması başvermişdir. Üstəlik bölgənin tranzit əhəmiyyətindən doğan çirklənmə də böyük təhlükə doğurur.
İbn Rusta
İbn Rüstə; Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dasta kimi tanınmışdır. Mənşəcə farsdır. == Həyatı == İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir". == İstinadlar == == Mənbə == Sayyid Maqbul Ahmad.
Rusya şovinizmi
Raşizm və ya Rusizm (rus. рашизм, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. == Tarixi == === Cövhər Dudayev === Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" (rus. русизм ) terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl ambarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
IV Rusa
IV Rusa ( e.ə.55- ci ildə vəfat etmişdir) e.ə. 590-cı ildən 585-ci ilə qədər Urartunun kralı olmuşdur . . Onun adı Karmir Blur yaxınlığında yerləşən bir sıra gil tabletlərdən , o cümlədən öz kral yazılarını daşıyan tabletlərdən xatırlanır . Lakin hakimiyyəti haqqında demək olar ki, heç bir məlumat yoxdur.
I Rusa
I Rusa (e. ə. VIII əsr – e.ə. 714) — Urartu hökmdarı (E.ə. 735 – 713). II Sardurinin oğlu == Həyatı == Özündən əvvəlki Urartu hökmdarı, atası II Sardurinin dövründə artıq Urartu dövləti assurlarla mübarizədə xeyli zəifləmişdi və hətta bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxmışdı. Bu ərazilər Assuriyanın hakimiyyəti dairəsinə alınmışdı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edilmişdi. bu vəziyyətdən istifadə edən Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə qalxmışdışdı. I Rusa Urartu dövlətininqüdrətini qaytarmaq üçün cəhd göstərdi, lakin güclü Assuriya dövlətinə bata bilmədi.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rusa alfredi
Rusa alfredi (lat. Rusa alfredi) — zambar cinsinə aid heyvan növü.
Rusa mariannus
Rusa mariannus (lat. Rusa mariannus) — zambar cinsinə aid heyvan növü.
Rusa timorensis
Rusa timorensis (lat. Rusa timorensis) – zambar cinsinə aid heyvan növü.
Rusa unicolor
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir.Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. == Təsviri == Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.
Auşra
Auşra (lit. Auszra - "Şəfəq"; orijinal yazılışı ilə - Auszra) — Litvanın ilk ictimai ədəbi qəzeti. == Tarixi == Qəzet əvvəlcə redaktoru olan Yonas Basanaviçiusun rəhbərlik etdiyi bir qrup litvalı məsləkdaşlar tərəfindən təsis edilmişdir. Qəzet 1883-cü ilin fevralından 1886-cı ilin iyun ayına kimi Raqnit və Tilzitdə (Prussiya) nəşr olunurdu, Rusiyada latın qrafikası ilə litva dilində çapa qadağa qoyulduğu üçün o, gizli şəkildə Litvaya aparılıb və qanunsuz olaraq yayılırdı. Qırx nömrəsi çap olunub. Aylıq formatına və dövriliyinə görə onu tez-tez jurnal adlandırırlar. Qəzetin redaktorları Yonas Basanaviçius (İvan Basanoviç), Yurgis Mikshas, ​​Yonas Şliupas, Martynas Jankus, Juozas Andziulaitis-Kalnenas idi. Nəşr litvalıların milli kimliyinin formalaşmasında, litva ədəbi dilinin təkmilləşdirilməsində və litva ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Auşra Litvanın tarixi taleləri mövzusunda vətənpərvər şeirlər dərc etdirmişdir: Mechislovas Davainis-Silvestraitis, Stanislovas Dagilis və digər müəlliflərin, eləcə də digər resenziyaların və digər müəlliflərin, Litva Maironis, Andrius Vishtelis, Xaveras Sakalauskas-Vanagelis, Petras Arminas-Trupinelis və s. ədəbi məqalələr, materiallar.