Nadya Muşka

Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub.

Nadejda Sementsova
Şəxsi məlumatlar
Vətəndaşlığı Ukrayna Ukrayna (2001—2005)
Azərbaycan Azərbaycan (2010—2015)
Doğum tarixi (37 yaş)
Doğum yeri Donetsk, Ukrayna SSR
İdman növü Güləş
Karyera illəri 2000—2015
Boyu 168 sm. (5 ft 6 in)
Komandası "Atasport" İK

Həyatı[redaktə | mənbəni redaktə et]

Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir.

Ailəlidir, bir oğlu var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.

Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.

Nadejda Sementsova 2010-cu ilin aprelində Avropa Çempinatında mübarizə apardı. Final görüşündə o, Katerina Burmistrovaya qalib gəldi və Avropa Çempionatının qalibi oldu.

Bir il sonra o, Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempinatında çıxış elədi. Bu səfər Nadejda Sementsova final görüşündə Alina Maxiniyanı məğlub elədi və növbəti dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Gənclər arasında Avropa Çempionatı (2002) — gümüş medal
  • Avropa Çempionatı (2010) — qızıl medal
  • "Yaşar Doğu" beynəlxalq turniri (2011) — qızıl medal
  • "Klippan Lady Open" beynəlxalq turniri (2011) — qızıl medal
  • Avropa Çempionatı (2011) — qızıl medal
  • "Austrina Ladies Open" beynəlxalq turniri (2011) — bürünc medal
  • "Kiyev" beynəlxalq turniri (2012) — qızıl medal
  • Avropa Çempionatı (2012) — bürünc medal
  • "Qızıl Qran-Pri" beynəlxalq turniri (2012) — qızıl medal
  • "Almaniya Qran-Prisi" beynəlxalq turniri (2014) — bürünc medal
  • "Moscow Lights" beynəlxalq turniri (2012) — gümüş medal
  • "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri (2015) — gümüş medal
  • "Polan Open" beynəlxalq turniri (2015) — gümüş medal

İstinadlar[redaktə | mənbəni redaktə et]