Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sahibkar
Sahibkar — xidmət, ticarət və ya istehsal şəklində qazanc əldə etmək məqsədilə bir iş sahibi olan şəxs. Sahibkar mənfəət əldə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürüb, bütün gücünü sərf etməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. == Sahibkarlıq fəaliyyəti == Sahibkarlığın iqtisadi fəaliyyət növü kimi yaranma tarixi orta əsrlərdən başlanır. Artıq bu dövrlərdə tacirlər, satıcılar, sənətkarlar, habelə xeyriyyəçi missionerlər belə sahibkarlıqla məşğul olmağa başlamışdılar. Kapitalizmin yaranması ilə əlaqədar sərvətin artırılmasına cəhd mənfəətin həcminin də hədsiz dərəcədə artmasına gətirib çıxardı. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı nəticəsində sahibkarlıq fəaliyyəti daha çox bəşəri xarakter almışdır. Sahibkarlığın inkişafı hazırda yüksək bir mərhələyə gəlib çıxmışdır. İndi sahibkar özünəməxsus olan fabrik və zavodda digər işçilərlə bərabər çalışır. XVIəsrin ortalarından etibarən səhm kapitalı əsasında səhmdar cəmiyyətləri təşkil edilməyə başladı. İlk səhmdar şirkəti beynəlxalq ticarətsferasında yaradılmışdı.
Sahibkar kapitalı
Sahibkar kapitalı (rus. Собственный капитал) — mənfəət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir. Sahibkar kapitalı kimi bir qayda olaraq özəl kapital istifadə edilir. Amma bəzən dövlət və ya dövlətə məxsus olan müəssisə də xaricdə vəsait qoyuluşunu həyata keçirir. XX əsrin sonuna dünya təsərrüfatında miqrasiya edən kapitalın 60%-dən çoxu özəl subyektlərə — korporasiyalara, transmilli şirkətlərə, banklara, sığorta, investisiya şirkətlərinə, pensiya fondlarına məxsus idi. Son onillikdə kapitalın beynəlxalq hərəkətində bankların payının azalması tendensiyası və eyni zamanda transmilli şirkətlərin kapitalının payının artımı meyli müşahidə edilməkdədir. Sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya edən kapitalın 80%-i özəl kapitaldır və onun həcmi getdikcə artır. 1990-cı illərdə dünya təsərrüfatında hərəkət edən kapitalda dövlət kapitalının həcmi 20% həcmində qiymətləndirilir.
Akademik sahibkar
Akademik sahibkar — elmi bilik və tədqiqat nəticələrini kommersiyalaşdırmaq və iqtisadi fayda yaratmaq məqsədilə biznes və ya innovativ layihələr yaradan alim və ya tədqiqatçı. Onlar universitetlərdə və ya tədqiqat institutlarında işləyərək, əldə etdikləri elmi kəşfləri və texnologiyaları startaplara və ya şirkətlərə çevirirlər. == Tarixi == XIX əsrin əvvəllərində elmi karyera, bugünkü sistemdən çox fərqli olaraq, universitet, əyalət və ya federal səviyyədən gələn çox az maliyyə və dəstək mənbəyinə malik idi. Belə ki, o dövrdə elmlərdə karyera qurmaq istəyənlər geoloji və təbiət tarixi tədqiqatları aparmaqla işə başlayıblar. Bu tədqiqatlar həm əyalət, həm də federal hökumətlər tərəfindən maliyyələşdirilib və kimyaçılar, mineraloqlar və geoloqlar kimi peşəkarlar üçün müvəqqəti iş təklif edirdi. Bununla belə, işlər tamamlandıqdan sonra bu alimlərin çoxu işsiz qaldılar. Akademik sahibkarlığın başlanğıcı İkinci Dünya müharibəsindən sonra müşahidə olunmağa başlayır. Bu dövrdə hökumətlər, xüsusən də ABŞ və Avropa ölkələri, universitetləri və tədqiqat institutlarını innovasiya və texnologiya inkişafına cəlb etməyə başladılar. Döyüş texnologiyaları və elm sahəsindəki inkişaflar dövlət-elm əməkdaşlığının önəmini vurğuladı və bir çox akademiklər öz tədqiqatlarını kommersiyalaşdırmaq üçün imkanlar axtardılar.
Aleksey Abrikosov (sahibkar)
Aleksey İvanoviç Abrikosov (20 fevral 1824, Moskva – 31 yanvar 1904, Moskva; rus. Алексе́й Ива́нович Абрико́сов) — Rusiya sahibkarı, istehsalçısı. O, XIX əsrin ikinci yarısında "A. İ. Abrikosov oğulları zavodu və ticarət ortaqlığı" (indiki " Babayevski" konserni), habelə Moskvada qənnadı məmulatları və çay mağazalarına sahib olmuşdur. Abrikosov həmçinin, İmperator Əlahəzrət Məhkəməsinin Təchizatı, Mühasibat Bankı Şurasının sədri, faktiki dövlət müşaviri kimi xidmət etmişdir. == Mükafatlar == 1870-ci ildə irsi fəxri vətəndaşlar sinfinə təyin edilmişdir. 1879-cu ildə Ticarət Şurasının üzvü adını almışdır. Ömrünün son illərində ona irsi zadəganlıq hüququ verən həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. Mükafatlardan o, Müqəddəs Andreyev lentində "Çalışmaya görə" medalı (1876), 2-ci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenlərinə layiq görülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Предпринимательство и городская культура в России. 1861—1914: сборник.
Fərid Məmmədov (sahibkar)
Fərid Adil oğlu Məmmədov (25 iyun 1974, Bakı) — sahibkar, Tərəqqi medalı mükafatçısı, "Caspian Event Organisers" şirkətinin baş direktoru, "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru, "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Avtomobil Federasiyasının vitse prezidenti. == Həyatı == Fərid Məmmədov 25 iyun 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş 1991-ci ildə bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tərəfindən Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışdır. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Fərid Məmmədov 1992–1994-cü illərdə hərbi qulluqdan qayıtmış və təhsilini davam etdirmişdir, eyni zamanda Material Ehtiyatları Nazirliyində 2000-ci ilədək çalışmışdır. Fərid Məmmədov peşəkar avtomobil idmançısıdır. O yerli və beynəlxalq yarışlarda müxtəlif mükafatlar qazanmışdır. === Ailəsi === Ailəlidir, iki övladı var.
Hafiz Məmmədov (sahibkar)
Hafiz Məcid oğlu Məmmədov (2 dekabr 1964, Naxçıvan) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti. == Həyatı == 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirmişdir. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var. == Fəliyyəti == 1985–1986-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışmışdır. 1987–1988-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləmişdir. 1988–1992-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1995-ci illərdə "Sənan" kiçik müəssisəsində baş menecer, 1995–97-ci illərdə "Alfa plyus" Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding" şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir. 2001-ci ildən "Baghlan General Traiding" MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlamışdır.
Vüqar Abbasov (sahibkar)
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. == Həyatı == Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. == Siyasi fəaliyyəti == Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.
Zəfər Məmmədov (sahibkar)
Ömər Cəbrayılov (sahibkar)
Ömər Cəbrayılov — Rusiyalı iş adamı, dövlət xadimi, xeyriyyəçi. Moskva Müasir İncəsənət Muzeyinin Qəyyumlar Şurasının sədri, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Rusiya Rəssamlar İttifaqının strateji və xüsusi layihələr üzrə vitse-prezidenti. Çeçenistan Respublikası dövlət hakimiyyəti icra orqanından Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının nümayəndəsi (2004–2009), Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini (2004–2009). "Avanti" İş Vətənpərvərliyinin İnkişafı Sahibkarlar Birliyinin qurucusu və rəhbəri. == Bioqrafiyası == Ömər Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznı şəhərində anadan olmuşdur (Çeçen-İnquş MSSR, RSFSR, SSRİ). Milliyətcə çeçendir. Atası Əli Cəbrayılov Qazaxıstana deportasiya edilir. Çeçenistana qayıtdıqdan sonra rayon komsomol komitəsinin katibi vəzifəsini tutur, respublikanın neft sənayesində çalışır, mətbuatla əməkdaşlıq edir, şeirlər yazır. Anası Rumi Sarakayeva olmuşdur. Ömərdən başqa ailənin daha üç qardaşı və iki bacısı var idi.
Əli Bayramov (sahibkar)
Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri (2007–2014). == Həyatı == Əli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdur. Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir. 1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur. 2007-ci ildən Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur. Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib. == Ailəsi == Ailəlidir, üç övladı var.
Elçin Zeynalov (sahibkar)
Elçin Zeynalov Fuad oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. O, "İtaldizain Holdinq "in əsas səhmdarlarından biridir. "İtaldizain Holdinq"in uğurlarında böyük rolu olan Elçin Zeynalov həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhfələr vermişdir. == Təhsil və hərbi xidmət == 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildə Sankt Peterburq şəhərində Rusiya Hüquq Universitetini bitirib. 1984-86-cı illərdə Sovet Ordusunda hərbi xidmət keçib. == Karyera və uğurları == 1989-91-ci illərdə Bakı şəhərində Rayon Komsomol Komitəsinin katibi vəzifəsində çalışıb. 1991-ci ildə Elçin Zeynalov əmək fəaliyyətini Azer-İmesco şirkətinin icraçı direktoru və idarə heyətinin üzvü kimi davam etdirməyə başladı. 1994-cü ildən O, Moskva şəhərində Ros-İmesco şirkətinin direktoru və idarə heyətinin üzvü vəzifəsində çalışıb. 1996-cı ildən bu günə qədər Elçin Zeynalov Italdizain Şirkətlər Qrupunun baş direktoru vəzifəsini icra edir.
Anar Məmmədov (sahibkar)
Anar Ziya oğlu Məmmədov (1981) — Azərbaycanlı sahibkar. Garant Holdingin və "Azərbaycan Amerika Alyansı"nın təsisçisi. == Fəaliyyəti == 2009-cu ildən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisini həyata keçirən 2 şirkətdən biri A. Məmmədovun rəhbərlik etdiyi ZQAN Holdinqin tərkibindəki ZQAN Construction olub. 2013-cü ilə qədər "Bank of Azerbaijan"ın səhmlərinin 81 faizinin səhmdarı və Bakı FK-nın fəxri prezidenti olub. A. Məmmədov ilk dəfə 2013-cü ildə Britaniyada fəstfud toyuq sektoruna sərmayə yatırmağa başlayıb. O, həmin vaxt indi KFC restoranlar şəbəkəsinin operatorlarından biri — "1st Rate Investment (UK) Limited" şirkətini satın alıb. Azadlıq Radiosunun 2024-cü ildəki araşdırması Məmmədovun ABŞ qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə milyonlarla dollar xərclədiyini üzə çıxarıb. KFC şəbəkəsinə yatırımları onun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun bir hissəsidir. Araşdırmada qeyd edilir ki, Anar Məmmədov ofşor şirkət vasitəsilə İngiltərənin şimal-qərbində azı 20 KFC restoranı, eləcə də Londonun zəngin Meyfeyr rayonunda ofis binasının sahibidir. Bunlar onun Britaniya paytaxtında aldığı 38 milyon dollarlıq dəbdəbəli əmlakın bir hissəsidir.