Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kacol
Kacol Mukherci (ing. Kajol; 5 avqust 1974, Bombey) — Hindistan aktrisası. Boyu : 157 sm == Həyatı == Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçəsi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir.
MacOS
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
SACLOS
SACLOS (ing. Semi-Automatic Command to Line of Sight azərb. Görmə Xəttinin Yarım Avtomatik Komandası‎) termini ikinci nəsil raket başlığı sistemidir. Bu sistemdə, raket atıldıqdan sonra operator hədəf vurulana qədər hədəfi işarələməyə davam edir. Bu iş üçün elektron işarələmə sistemləri istifadə olunur. SACLOS-da iki növ işləmə sistemi mövcuddur: == Kabel və ya radio SACLOS-u == Nişangah hədəfin yeri ilə və raketin marşrutunu hesablayır. Raket atıldıqdan sonra sistem hədəfdəki vəziyyəti və raketin dəqiq marşrutunu hesablamağa davam edir. Əgər raketin marşrutu hədəf yolundan çıxarsa, sistem raketə yeni bir uçuş marşrutu verir və onu düzəldir. Bu düzəlişi edərkən sistem radio siqnallarından və ya bir kabeldən (simdən) faydalanır. Radio siqnallarının istifadəsinin mənfi tərəfi budur ki, düşmən qarışdırma siqnalları yaradan jammer cihazları istifadə edərək raketi hədəfdən kənar bir nöqtəyə yönəldir.
SAVAK
SAVAK (Farsca: ساواک, سازمان اطلاعات و امنیت کشور Sāzemān-e Ettelā'āt va Amniyat-e Keshvar üçün qısa form, Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) — İranın Məhəmməd Rza Pəhləvi dövründə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) köməyi ilə təsis edilmiş gizli polis, daxili təhlükəsizlik və kəşfiyyat xidməti SAVAK Pəhləvi sülaləsi devrilənə qədər, 1957-ci ildən 1979-cu ilə qədər fəaliyyət göstərirdi.
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Salsk
Salsk — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Samoa
== Tarix == Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı.1889-cu ildə ABŞ, İngiltərə,və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. == İnzibati ərazi bölgüsü == Samoa 11 dairəyə bölünür. == İqtisadiyyat == 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Sason
Sason — Batman ilinin bir ilçesidir. Sason, dağların arasında qurulmuş köhnə bir məskunlaşma vahididir. Mahal mərkəzi Helkıs Dağı ətəklərinə qurulmuşdur. İlçe'nin girişində şəfalı içməyə vardır. Sason dağların bir yanı Kozluk üzərindən Bitlisən çıxarkən digər yanı Muş düzənliyinə çıxar. 3000 m'ye yaxın yükseltisiyle Mereto Dağı Diyarbakır hövzəsindən dəqiq bir şəkildə görülməkdə olub, bölgənin ən yüksək dağıdır. == Tarixi == Erməni olan "Sasun" və "Sanasunk" adları 3-cü əsrdən etibarən erməni, Rum-Bizans, Sürəni və Ərəb qaynaqlarında yazılmışdır. Tarixi Sasun bölgəsi bugünkü sahəsinə əlavə olaraq Mutki və Kozluk (Hazzo) rayonlarında də əhatə edir. Bölgənin tarixi xalqı ermənilər olmaqla birlikdə Kürd və Ərəb ünsürlərə da ən qədim dövrdən etibarən rast gəlinməkdədir. Erməni xalq ədəbiyyatının ən məşhur əsəri olan Sasuntsi Tavit (Türkçesi Sasun'lu Tavit ) dastanı, 10.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Sayço
== Həyatı == Sayço çin mənşəli buddizm dindar ailəsində anadan olub. O, bu Nare keqonsyu Today-dzi mərkəzi məbəddə keşiş tərəfindən məktəbdə oxuyub. O, paytaxtda və paytaxt intriqalarda və savaşlarda məyus oldu və dağlarda məskən salmaq qərarına gəldi. O, əvvəllər Yaponiyaya gətirən Qandzin Tyantay məktəb mətnləri ilə maraqlanıb. Hökmdar yanında kammu Xeynan-kyo şəhəri 794-cü ildə yeni paytaxtı Kioto müasir olub. İmperator rahibləri alimlərin axtarırdı. O, Sayçonu çağırdı və rahibləri qrupu ilə birlikdə Çinə buddizm öyrənmək üçün göndərildi. Məktəbə tyantay-tszun sayço tyantay dağında düşüb, orada ординацию alıb və 806-cı ildə Yaponiyaya qayıdıb, özüylə çoxlu sayda buddist gətirdi.
Saçaq
Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri. Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir. Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.
Saçlı
Saçlı (Abaran)
Şabon
Şabon (fr. Châbons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38065. Kommunanın 2012-ci il üçün əhalisi 1978 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 386 ilə 687 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir == Coğrafiyası == Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. == Tarixi == Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır.Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər. Dabokun ətrafına tti (kəmər) taxılır.
Are Şaron
Are Şaron (28 may 1900, Yaroslav[d] – 24 iyul 1984, Paris) — İsrailli memar. 1962-ci ildə Memarlıq sahəsində İsrail Mükafatına dəyər görülmüşdür. İsrailin erkən dövr qurulmasında rol oynayan Şaron dövrün baş naziri David Ben-Quriona da məsləhətlər vermişdir. Dessaudaki Bauhausdda Valter Qropius və Hannes Meyerin şagirdi olan Şaron 1931-ci ildə İsrailə dönmüş və Tel-Əvivi yeni üslubda qurmağa başlamışdır. Xüsusi iqamətgahlar və kino salonlarının layihələri ilə məşğul olan Şaron 1937-ci ildə Tel-Əvivin ilk xəstəxanasının sxemini hazırlamış və peşə həyatı boyunca bir çox tibb mərkəzin tikilməsində iştirak edib.
Ariel Şaron
Ariel Şaron (ivr. ‏אריאל שרון‏‎; 26 fevral 1928[…] və ya 27 fevral 1928 – 11 yanvar 2014[…], Ramat-Qan, Təl-Əviv dairəsi) — İsrailin keçmiş baş naziri, diplomat. Müxalif Kadima Partiyasının qurucusu və ilk lideri olub. == Həyatı == 4 yanvar 2006-cı il tarixində Ariel Şaron beyin qanaması keçirərək xəstəxanaya aparıldı. Ehud Olmert baş nazirliyə təyin edildi. Bu tarixdən sonra Ariel Şaron bir daha şüurunu qazana bilmədi. Səkkiz illik komadan sonra Ariel Şaron 11 yanvar 2014-cü ildə vəfat etdi. O, dövlət dəfn idi və onun təsərrüfat üzrə növbəti ikinci həyat yoldaşı Lilly dəfn edilmişdir. == Fəaliyyəti == Ariel Şaron 1982-ci ildə Livan vətəndaş müharibəsi zamanında müdafiə naziri vəzifəsində idi. Müşahidəçilər İsrailin gözləri önündə həyata keçirilən Səbra və Şətila qırğınından Ariel Şaronu günahkar bilirdilər.
Boswellia sacra
Boswellia sacra (lat. Boswellia sacra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinin bosvelliya cinsinə aid bitki növü.
Ceydon Sanço
Ceydon Sanço (ing. Jadon Sancho; 25 mart 2000-ci il, London, İngiltərə) — ingilis futbolçu. == Həyatı == Ceydon Sanço 25 mart 2000-ci ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Valideynləri Trinidad və Tobaqoludur. Uşaqlığı Londonun cənubunda yerləşən Kenninqton bölgəsində keçmişdir. == Klub karyerası == === Həvəskar karyerası === Ceydon Sanço 7 yaşında olarkən "Uotford" komandasında həvəskar karyerasına başlamışdır. 14 yaşında olarkən 2015-ci ilin mart ayında 66000 funt-sterlinq qarşılığında "Mançester Siti" klubuna transfer olunmuşdur. 2017-ci ilin iyul ayında "Mançester Siti"nin yeni mövsüm öncəsi təlim-məşq prosesinə dəvət olunmuşdur. === Borussiya Dortmund === 31 avqust 2017-ci ildə 8 milyon funt-sterlinqlik məbləğlə Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunmuşdur. Yeni klubunda ilk oyununa 21 oktyabr 2017-ci ildə "Ayntraxt Frankfurt" komandası ilə baş tutan qarşılaşmada çıxmışdır.
Con Şatak
Con Şatak (ing. John Shattuck 22 sentyabr 1943, Pasadena, Kaliforniya) — Beynəlxalq hüquq üzrə mütəxəssis, insan hüquqları üzrə lider, 2009-cu ilin avqustundan Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektorudur. O, daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.