Şor Dəniz

Urmiya gölü (az-əbcəd. اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az-əbcəd. اۇرمۇ گؤلۆ‎) — İranın Şərqi AzərbaycanQərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl[1][2]. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər. Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti qarşısında qalacaqdır.

Urmiya gölü
دریاچه ارومیه
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.270 m
Eni 55 km
Uzunluğu
  • 140 km
Sahəsi
  • 5.200 km²
Həcmi 45 km³
Dərin yeri 16 m
Duzluluğu min. 85 ‰, maks. 280 ‰
Yerləşməsi
37°39′43″ şm. e. 45°24′18″ ş. u.
Ölkə
Urmiya gölü xəritədə
Urmiya gölü
Urmiya gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Urmiya gölü (10.2015).

Göl öz adını onun yaxınlığında yerləşən Urmiya şəhərinin adından götürmüşdür. Cənubi Azərbaycan əhalisi arasında daha çox Urmu gölü olaraq tanınır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilmişdir: "Çiçe" (fransız səyyah Şarden)[3], "Təla", "Şahi gölü" və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiya şəhərinin adı ilə "Urmiya gölü kimi adlandırılır. Pəhləvi sülaləsinin dönəmində gölün adı Rza şahın şərəfinə (1925) Rzaiyyə gölü[3] adlandırılırdı. 1946-cı ildə Azərbaycan Milli Hökuməti yenidən Urmu adını bərpa etsə də Məhəmmərza Pəhləvinin hakimiyyət illərində gölün adı yenidən dəyişdirilmişdir. 1979-cu il İran İslam İnqilabından sonra şah rejimi ilə bağlı adlar dəyişdirilmiş və Urmiya adı bərpa edilmişdir.

Göl haqqında ilk məlumatlar b.e.ə 9-cu əsrdə Assuriya mənbələrində qeyd edilir. Xüsusi ilə III Salmanasar göl ətrafı ərazilərə yürüşü daha ətraflı şəkildə təsvir edilmişdir. Gölün Mesopotamiyaya yaxınlığı səbəbindən ilkin sivilizasiya məskənlərindən biri olmuşdur. Bölgədə yaranan ilk dövlət qurumu Aratta idi. Daha sonradan LulubiKuti kimi şəhər dövlətləri meydana gəlmişdir. Urmiya gölü ətrafında antik dövrdə yaranan ilk dövlət isə Manna olmuşdur.

Gölün cənubunda yerləşən Həsənli qəsəbəsi burada mövcud olmuş zəngin Manna mədəniyyəti haqda fikir söyləməyə imkan verir. Urmiya gölünün qərb sahilləri boyunca b.e.ə VII əsrdə (b.e.ə 680[4]) Şərqi Avropadan Kimmerlər, SkiflərSaklar gələrək məskən salmışlar. Bu dönəmdə onlar Sak çarlığını qura bilmişlər. Sonrakı dönəmlərdə göl kənarında Midiya dövləti qurulmuşdur[5] Səfəvi-Osmanlı müharibəsi dönəmində göl yaxınlığında, 1604-cü ildə tarixi Urmiya döyüşü baş vermişdir.

Urmu gölü Şərqi AzərbaycanQərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir[3]. Səthinin sahəsi 5,822 km²-dir.[6] Gölün uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 m[7], orta dərinlik isə 5 m təşkil edir. Göldə 100-dən çox ada vardır. ŞahıQoyundağ adalarında yaşayış mövcuddur. İri adalarında Püstə meşələri mövcuddur. Gölün su toplayıcı sahəsi 50 min km³-dir. Sahəsi əsasən gölə daxil olan sudan asılıdır. İl ərzində gölə daxil olan suyun miqdarı 5 min km³-dir. Üstəlik gölə daxil olan suyun 80% qış və yaz aylarına təsadüf edir. Ən iri qollarından biri olan Acıçay gölə şimal-şərq istiqamətdən tökülür. Axarsız göldür. Axarı olmadığınından suyu kəskin şordur. Yaz ayları suyunun duzluğu 80-150 ‰, payızda isə 260—280 ‰ qədər qalxır. Suyunun tərkibi xlor, natriumsulfatlarla zəngindir. Naviqasiya üçün yararlıdır. Göldə suyun səviyyəsinin enməsi səbəbindən maksimal dərinlik hazırda 3 metr civarındadır. Üstəlik gölün dib sturukturundada dəyi.iklik müşahidə edilir[8].

Gölə tökülən çaylar

[redaktə | mənbəni redaktə et]

Gölə ümumilikdə 13 nisbətən iri və çoxlu sayda kiçik çay tökülür[9]. Gölə axan çaylar:

Kazım Daşı adası

Urmiya gölündə irili-xırdalı yüzdən çox ada vardır. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahı, Qoyundağı, Əşkdağı, Arzu nisbətən böyük adalarıdır. Urmiya gölündə yerləşən adaların unikallığı ondadır ki, onların bəzisində yaşayır vardır. Gölün ən böyük adası Şahının sahəsi 3525 ha-dır. Adada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri vardır. 1979-cu ilə olan məlumata əsasən adada 1170 ailə[10] yaşayırdı. Ada əhalisi əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olurlar. Göldə yerləşən Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahı adasının sakinləridir. Relyefi əsasən dağlıqdır. İki zirvədən ibarətdir. Unikal cəhəti ərazisindən axan yeganə Keçiçay çayıdır. Ərazisində 54 bulaq mövcuddur. Qış ayları sahillərində çoxlu sayda köçəri quşları müşahidə etmək mümkündür. Şahı adasında Çingiz xanın nəvəsi Hülakü xanın və onun oğlu Abaqa xanın qəbrləri yerləşir[11]. Ada son illər gölün quruması ilə əlaqədar quruya birləşərək yarımadaya çevrilmişdir[12][13]. İkinci böyük adası Qoyundağı adasıdır[10]. Adanın sahəsi 3175 ha-dır. Uzunluğu 9 km, eni isə ən maksimal hissədə 4 km-dir. Burada daimi axarı olan iki bulaq var. Şirin su və bol otlaq sahələrinə sahib olması heyvandarlığın inkişafına imkan verir. Göldə yerləşən iki yaşayışı olan adadan biridir. Osman Yumruğu adlanan ada isə gölün ən kiçik adasıdır[14]. Ada göl səthindən 10 metr hündürlüyə sahibdir. Üstəlik ada dünyanın sahəsinə görə ən kiçik ikinci adası adına layiq görülmüşdür. Hazırda isə gölün quruması ilə tamamən quruda qalmışdır. Kazım Daşı adası isə qəhrəmanlıq salnaməsi ilə tarixə düşmüşdür. Ada xalq qəhrəmanı Kazım xan Quşçunun şərəfinə adlandırılmışdır. Adada Göyərçinqala qəsrinin qalıqlarını müşahidə etmək olar.

Urmiya gölü daxilində ümumilikdə irili-xırdalı 102 ada vardır[15][16]. Adaların siyahısı:

  1. Adacıq.
  2. Arpa Dərəsi (Arpa Dərəsi 1)
  3. Arpalıq.
  4. Ağ Dağ
  5. Ağca Daş.
  6. Afşarcıq.
  7. Ağ Məstə.
  8. Al Dağ (Ala Məzrə 2 və ya Əli Mirzə 2)
  9. Ala Məzrə (Ala Məzrə 1 və ya Əli Mirzə 1)
  10. Altın Daş (Doqquzlar 2).
  11. Anqıt.
  12. Eşşək Dağı.
  13. Eşik? (Meydanlar).
  14. Əbilqasım Daşı (Bayraqlı).
  15. Əhməd Daşı (Qalxanlı).
  16. Ərdəşə Təpəsi.
  17. Əməcənlər.
  18. Umud.
  19. Ohun? (Hünü?).
  20. İri Daş.
  21. İspir.
  22. İspircik.
  23. Barınma (Yuxarı Güləyən Daşı)
  24. Bayatlı (Kiçik Şah Sürənli?).
  25. Bayraqlı (Əbilqasım Daşı).
  26. Bayındır (Kiçik Gəmiçi Təpə).
  27. Bəzəkli.
  28. Bucaqlı.
  29. Bozca.
  30. Paxlan Adası.
  31. Törəmə (Doqquzlar 4).
  32. Tapdaq (Arpa Dərəsi 2).
  33. Tək Dağ (Gədik Təpə 3).
  34. Toppuzlu (Doqquzlar 3).
  35. Toxsun (Qanacana? 1).
  36. Türklər Adası.
  37. Çömçə Daş.
  38. Çat Təpə.
  39. Çalağan.
  40. Çanaq Qaya.
  41. Çayırlı.
  42. Daş Ada.
  43. Daşlıca.
  44. Danalı.
  45. Dəlicə Ada.
  46. Dəmir Daş.
  47. Duzluca Təpəsi.
  48. Doqquzlar (Doqquz Adalar).
  49. Dilək Adası.
  50. Dinc Ada.
  51. Saxlıca.
  52. Sarı Təpə.
  53. Sarıca.
  54. Samanlı.
  55. Sancaq.
  56. Doqquzlar 9.
  57. Sayın Qala.
  58. Səngir.
  59. Somurqan (Orta Güləyən Daşı)
  60. Sığınaq.
  61. Şahı adası.
  62. Şah Sürənli.
  63. Şaha (Şaha Tala).
  64. Şüş Təpə.
  65. Osman Yumruğu.
  66. Qaba Daş (Doqquzlar 1).
  67. Qapaqlıca.
  68. Qapsaq (Gəmiçi 2).
  69. Qara Ada.
  70. Qara Təpə
  71. Qarlı(q).
  72. Qaşqalaq (Doqquzlar 5)
  73. Qalxanlı (Əhməd Daşı).
  74. Qamçlar.
  75. Qanacana (Qanacana 3).
  76. Qanlı Qaya.
  77. Qayacıq.
  78. Qaya Qapan.
  79. Qaynarca (Böyük Şah Sürənli?).
  80. Qotan Quş.
  81. Qurşaqlı (Böyük Kömər Dağ və ya Kömər Dağ 3).
  82. Quzğun.
  83. Quş Qayası (Kiçik Kömər Dağ və ya Kömər Dağ 2).
  84. Quş Qonmaz (Doqquzlar 8).
  85. Qoşacalı (Gəmiçi 3).
  86. Qoyun Dağı.
  87. Qıplıca (Doqquzlar 5).
  88. Qırnalı.
  89. Qızıl Kəngəvər (Qızıl Kəngəvər 1).
  90. Qızılca Qaya (Qızıl Kəngəvər 2).
  91. Qılınc Yağlı Qaya.
  92. Keçəl Daşı.
  93. Kömər Dağ (Kəmər? Dağ 1).
  94. Kazım Xan Daşı (Qırxlar və ya İyidir).
  95. Kəngərli.
  96. Küləkli.
  97. Götürgə (Qanacana? 2)
  98. Göycə Ada.
  99. Gədik Təpə (Gədik Təpə 1).
  100. Gəmiçi (Gəmiçi 1)
  101. Gəmiçi Təpəsi (Böyük Gəmiçi Təpəpəsi).
  102. Güləyən Daşı (Aşağı Güləyən Daşı.
  103. Merkit.
  104. Molla Yurdu (Molla Börkü?).
  105. Mıncıq Təpə (Gədik təpə 2).
  106. Yekə Dağ.
  107. Yapaqlı.
  108. Yarmaqlı.
  109. Yarılğan Qaya.
  110. Yassı Ada.
  111. Yassı Daş.
  112. Yassı Yağlı Qara.
  113. Yalqız Ada.
  114. Yalman.

Urmiya gölünün sahil hissələri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu, və Sulduz kimi bölgələrin ərazisinə düşür. Adı çəkilən bölgə ümumilikdə Cənubi Azərbaycanın torpaqlarının beşdə birini yəni 20%-ini təşkil edir. Üstəlik bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılır.

Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Hazırda Marağanın Vərcövu kəndində tikilmiş Kavə Soda zavodu şüşənin ən mühüm materialının ixracı ilə məşğuldur. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə nədən olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı ("Gülmənxana", "Şərəfxana", "Heydərabad", "Rəhmanlı", "Xantaxtı", "Şahi") vardır.

Canlılar aləmi

[redaktə | mənbəni redaktə et]

Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq yaşayır[17][18]. Bu canlıların varlığı və çeşidliyi Urmu gölünün UNESKO tərəfindən Biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına[19] salmasına səbəb olmuşdur. Göl İran Ekologiya departamenti tərəfindən qoruq elan edilmişdir[20]. Göldə balıqların yaşaması üçün əlverişli şərait olmadığından burada balığa rast gəlinmir. Köçəri quşlardan qızılqaz, qutan, ərsindimik, leylək, İbis, ala ördək, bizdimdik, qağayı və s. miqrasiya zamanı gölə enirlər. Göldə balıq olmasa belə köçəri quşların əsas yemi Artemiyalardır[21]. Burada yaşayan Urmiya artemiyası (Artimiya urmiana) gölün endemik canlısıdır. Göl ətrafı ərazilər şoranlıqdır. Burada cığqamış kimi bitkilər geniş sahil ərazilərini əhatə edir.

Urmiya gölünün 1984 - 2014 illər ərzində səviyyəsinin dəyişmə dinamikası (video)

Göl ətrafında yerləşən soda zavodu bölgə sakinləri üçün mühüm təhlükə mənbəyidir. Müəssisə ətraf mühiti zəhərləyir və gölü çirkləndirir. Digər təhlükə göldə duzluğun artması ilə artemiyalarla qidalanan qızıl qazların dimdiklərində kilidin əmələ gəlməsi ilə bu canlıların aclıq və susuzluqdan tələf olmasıdır[22] Bu göldə yaşamaqda olan Artemiyalarnın sayı təbii halda 1 litrdə 4000 qədər ola bildiyi halda hazırda 1 litrdə 1 dənəyə enmişdir.
Gölün suyu ortalama olaraq il ərzində 1,3 milyard m³ azalır. Yerli ekoloqlar həyəcan təbili calaraq bildirirlər ki, əgər gölün qurumasının qabağı alınmasa bu gedişlə 2020-ci ilə qədər göl tamamilə quruyacaqdır. Gölün yerində bataqlaşmış və ya şoranlıqlar meydana gələcəkdir. Urmiya şəhər rəhbərliyinin sözlərinə görə əgər Urmu gölü tamamən quyuyarsa onun yerində 10 milyard ton duz qalacaqdır[23]. Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaqdır. Duz və qum fırtınaları belə qaçılmazdır ki, bu isə təqribən 500 km radiusda yaşayan 70-75 milyon əhalinin fəlakətlə ilə üsləşməsinə səbəb ola bilər[3].

Gölünün hazırkı vəziyyəti

[redaktə | mənbəni redaktə et]
2016-cı il iyul. Göldə əmələ gəlmiş duzlaq.

Urmu gölünün üzərinə salınmış körpü özlüyündə dəyərli bir plan olsa da, onun onun faydasının zərərindən çox olub-olmaması sual doğurur. Körpü salınarkən yaxınlıqda yerləşən Zənbil Dağını dağıdılaraq gölə tökülmüşdür. 1979-cu ildə tikilməsinə başlanan körpünün sonda 2008-ci ildə birinci hissəsi istifadəyə verilmişdir.

Urmiya gölü üzərində inşa edilən körpü (2005).

Bu körpünün tikintisi ilə göl cənub və şimal olmaqla iki yerə bölünmüşdür. Bununla da şimal ilə cənub arasında axın əlaqəsi zəyifləmişdir. Gölün üzərində inşa edilən Urmiya gölü körpüsü[24] iki dambanı birləşdirdiyindən burada gölün eni cəmi 1500 metrdir. Bu isə göl daxilində əlaqəni zəyiflədir. Bununla yanaşı gölün qurumaması üçün ildə ən azı 6,000,000 m³ suya ehtiyacı duyulur. Bu qədər su illərdir bu gölə tökülmür. Gölün səviyyəsi 10 ildə, 6 metr aşağı düşmüşdür. Səviyyənin 6 m azalması gölün sahəsinin təqribi 20% azalmasına səbəb olmuşdur. Gölün 9 iri adasından 5-i quru ilə birləşmişdir. Gölün xüsusi ilə cənub hissəsində sahəsi 120,000 ha olan şoraqlıq meydana gəlmişdir. Bu gün Urmu gölünün suyunun duzluluğu 1 litrdə 300 qrama çatır. Urmiya gölünün sahillərində qalaqlanan duzlaqlar əsas təhlükə sayılır. 1998-ci ildən quruyan gölün səviyyəsi 70% azalmışdır[25]

"Urmiya Gölü"'nün bayrağı

2008-ci ildən bu yana Urmu gölünün suyunun azalması yavaş-yavaş özünü ciddi şəkildə göstərir və ziyalılar, milli fəallar, mütəxəssislər bunula bağlı ciddi xəbərdarlıq edirlər. Bütün bu xəbərdarlıqlara baxmayaraq gölə axan çaylar üzərində sayısız bəndlərin tikilməsi Urmu gölünün mövcudluğunu daha da şübhə altına alır.

Şərqi Azərbaycan ostanlığının Su və Lağım-Su idarəsi rəhbərliyinin dediyi sözlərə görə bu ərazilərdə çəkilmiş kanallar anbarlardakı suyun 26.6 % istifadə edə bilir. Şərqi Azərbaycan ostanının rəsmilərinin sözlərinə görə axar suların azlığından, yağıntı normal olsa da quraqlıq yaranacaq. 2007-ci ilə görə Nəhənd su anbarında 76 %, Səttarxan su anbarında 25 %, Ələviyan su anbarında 32 % su daxil olmaları azalmışdır. Ayduğmuş səddinin arbaxarında qar əsla yoxdur. Nəhənd səddinin axarbaxarında isə qar ötən ilə görə 80% azdır. Buna baxmayaraq 9 su anbarının tikintisi davam etdirilməkdədir.

Gölün quruma səbəbləri

[redaktə | mənbəni redaktə et]
Türkiyə də yerləşən Van gölü, Urmu gölünün qonşuluğundandır, ancaq ekoloji durumları fərqlidir

Gölün qurumasına iki əsas səbəbi var:

  1. Təbii amillər: yağıntının azlığı[26]. Göl suyunun səviyyəsi 2007-ci ilə nisbətdə 2008-ci ildə yağıntının azalması səbəbindən 18 sm aşağı enmişdir. Bununla belə 2009, 20102011-ci illərdə yağıntının çoxalmasına baxmayaraq su səviyyəsində azalmalar davam etmişdir. Bu açıq aydın şəkildə peyk görüntülərində müşahidə etmək mümkündür.
  2. Süni amillər: Ekstensiv əkinçilik, sudan səmərəli və çağdaş texnalogiyalardan yararlanmadan istifadə, əkin çeşidlərinin düzgün seçilməməsi, gölə axan çaylar üzərində nizamsız və fəsadları nəzərə alınmadan çoxlu sayda su anbarlarının inşası əsas amillərdəndir. Digər tərəfdən arteziyan quyularının sayının artırılması və cavabdeh qurumların biganəliyi faciyənin böyüməsinə təkan verir. Məsələn Türkiyədə yerləşən Van gölünün suyunda alama müşahidə edilməmişdir halbuki Urmiya gölü ilə arasında məsafə elə də böyük deyildir.

Gölün qurumasına qarşı xalq etirazları

[redaktə | mənbəni redaktə et]

Urmiya gölünün get-gedə quruması, dövlətin bu işlərə cavabdeh qurumlarının buna biganəliyi və digər tərəfdən gölə axan çaylar üzərində su anbarlarının salınmasının davam etdirilməsi Cənubi Azərbaycanın millətçi və ətraf mühitin qorunması üzrə fəalları arasında şübhələr doğurmuşdur. Onlar Urmu gölünün qurudulmasının planlı şəkildə olmasını düşünərən özəlliklə 2010-cu ildən ardıcıl və kütləvi etirazlar başlamışlar. Bu mitinqlərin əsas aparıcı qüvvəsi Traktor Sazi klubunun azarkeşləri oluşlar. Urmu gölünün qurudulmasına qarşı etirazların ən önəmliləri bunlardan ibarətdir:

  • 2 aprel 2010-cu il (Çöl bayramı günü) Urmiya və Təbriz şəhərlərindən əhali gölün üzərində yerləşən körpüyə yürüş təşkil etmişlər. Traktor Sazi azarkeşləri və başqa fəallar stadionlarda, internet saytlarında yayılmış bildirişlər ilə Urmu gölünə öz dəstəklərini göstərmək üçün göl sahilinə yürüşün etmişlər. Burada hədəf simvolik olaraq bu yürüşdə iştirak edən hər kəsin gölə bir qab su tökməsi olmuşdur. Ancaq hökumət qüvvələri yürüşün qarşısını almağa çalışmışlar. Nəticədə yürüş iştirakçıları ilə hökumət qüvvələri arasında toqquşmalar baş vermiş, 200-dən artıq fəal həbs olunmuş və bir çoxu böyük xəsarətlər almışdır.[27][28][29]
  • 2 aprel 2011-ci ildə (Çöl bayramı günü) Urmiya və Təbriz küçələrində etirazlar başlayır. Mitinq iştirakçıları ötən ilki toplantını təkrar etdilər. Ancaq bu il etiraz edənlər Təbriz və Urmiyanın ən önəmli nöqtələrinə toplaşdılar. Təbrizin Azərbaycan meydanına yığışıb bəyanatlarını oxudular. Bu mitinqdə Urmu gölü susuzdu, Azərbaycan oyanmasa uduzduSəddləri sındırın, Urmu gölün doldurun kimi şüarlar deyəndən sonra mitinq iştirakçıları Acıçay üzərində yerləşən su anbarının mühafizəsini təşkil edən polislər və nizami quvvəllərin basqısına məruz qaldılar. İştirakçıların bir qismi həbsə atıldı.[30][31][32]
  • 25 avqust 2011-ci ildə İran derbisində İran məclisinə etiraz və Urmu gölünə dəstək; 2010-cu ilin oktyabr ayında Bələdiyyəspor Təbriz və Tehranın Perspolis komandaları arasındakı oyunda Traktor SaziBələdiyyəspor tərəfdarları ilk dəfə Gəlin gedək ağlıyaq, Urmu gölün dolduraq şuarını səslədirdilər. Hətta bu şüar Traktor Sazinin Tehran, Kərəc və Qəzvindəki oyunları zamanı belə səsləndi.[33][34]. Bununla belə stadionlarda Urmu gölünə verilən şüarlar 2011-ci ilin avqust ayınadək siyasi xarakter daşımamışdır. Avqust ayında Urmiya gölünün doldurulması layihəsinin İranın İslamı məclisində 2-təcili (2-foriyyətli) səs ala bilməməsi, millət vəkillərinin Azərbaycan xalqına qarşı işlətdiyi kəlmələr və onların Azərbaycandan köçürülməli olması ilə bağlı işlətdiyi ifadələr, layihəyə səs verməyən bütün azərbaycanlı millət vəkillərinin adlarının bilinməsi, cənublu azərbaycanlıları özəlliklə Traktor Sazi azarkeşləri arasında yenə böyük bir etiraz dalğası yaratmışdır. 25 avqust gecəsi oynanılan (Azərbaycan derbisi) Traktor Sazi və Bələdiyyəspor maçında, 50,000 tamaşaçı Səhənd Stadionuna toplaşaraq Urmu Gölü can verir, Məclis onun qətlinə fərman verir kimi şüarlar işlətmədinə səbəb olmuşdur[35][36]
  • 27 avqust 2011, Urmiya mitinqləri:
    Urmu gölü göstərilərində bir qorxmaz gənc təhlükəsizlik qüvvələri qarşısında Urmu gölünə xatir, arxası üstündə yerə uzanıb və canından keçmək niyyətindədir
    Təbriz derbisindəki etirazlardan sonra, Güney Azərbaycanın bir sıra şəhərlərində o cümlədən Urmu və Təbrizdə Urmiya gölünün qurumasına etiraz olaraq aksiyası keçirildi.[37]. Urmiyadakı çıxışlar dünya medialarda yayımlandı[38][39][40]. Urmiyadakı aksiyada 3 minə yaxın etirazçının yürüşü ilə başlasa da sonradan Polis və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək istəyərkən iştirakçıların sayı artdı və yürüş ərazisi genişləndi. Urmiyadakı etiraz yürüşləri genişlənərək, şəhərin İmam və Ətayi xiyabanlarından başqa küçələrə, eləcə də Besət, Bakiri və Əsgərabadi xiyabanlarını bürüdü. Məlumatlara əsasən hakimiyyət qüvvələri ilə etirazçılar arasında qarşıdurma baş verdi. Urmiyanın Yekanlılar bazarında, Doşabçıxanda daha ciddi qarşıdurma oldu. Günün sonuna qədər aksiyaçıların sayının 20 mini aşdığı haqda xəbərlər yayıldı. 100 nəfərdən çox iştirakçı, o cümlədən qadınlar tutularaq həbsə atıldı. 50 nəfərdən çox yürüşçü yaralandı. Polis yaralıları tutmaq üçün şəhər xəstəxanasını nəzarətə aldı[41][42]
  • 3 sentyabr 2011, Təbriz və Urmiya mitinqləri: Urmu etirazlarından sonra Təbriz və Urmiya yenə də ayağa qalxır. Bu dəfə isə milli kimlik və anadili haqda da şüarlar verilir və təhlukəsizlik qüvvəlləri ilə yenə də qarşıdurma baş verir. Qərbi Azərbaycan valisinin dediklərinə görə ümumilikdə 60 nəfər, Təbrizdə isə 10 nəfər göz atlına alınmışdır. Təbrizdə tutulanların arasında, qadınlar və insan haqları fəalı Fəranək Fərid vardı[43][44]. Həmin gün Şimali Azərbaycanda və Türkiyənin paytaxt şəhərlərində azərbaycanlılar İran səfirliyi qarşısında etirazlarını bildirirlər.
  • 9 sentyabr, 2011, Tehranda Traktor Sazi azarkeşlərinin etirazları:
    Urmiya gölünün hazır ki vəziyyəti
    Traktor Sazi və Tehranın İstiqlal koomandalarının yarışı günü minlərlə güneyli Tehranın 100 min nəfərlik stadionuna doğru yürüş təşkil edirlər. Bütün basqılara baxmayaraq 30 min nəfərdən artıq Traktor Sazi azarkeşi stadiona daxil olaraq öz klublarını dəstəkləyərək Urmu gölü haqda da şuar işlədirlər.[45]. Bu oyunun gedişi zamanı 40 nəfər azarkeş yaralanır və yüzlərlə azarkeş müvəqqəti həbsə atılır.
  • 12 sentyabr, 2011, Ərdəbil etirazları: Muğan, XiyavƏrdəbilli millətçi və ətraf qoruma fəalları da Cənubi Azərbaycanın başqa şəhərləri kimi, Ərdəbilin mərkəzi küçələrinə toplanaraq Urmiya gölünün qurudulmasına öz etirazlarını bildirirlər. Ancaq Əhmədinicadın Ərdəbil ostanından planlanmamış səfərinin təşkili ilə polis və təhlükəsizlik qüvvələri dinc göstəriçiləri döyüb, bir çoxunu göz altına alır[46][47][48]. Həbsə alınanlar arasında Abbas bəy Lisani də vardı.[49] Əhmədinicad Ərdəbildəki çıxışda əhalinin Urmiya gölü haqda etdiyi etirazları künc-bucaqlardan gələn hay-küy adlandırıb. O, Urmiya gölünün hər 500 ildən bir qurumasını təbii hall olduğunu iddia edib![50]
  • 22 sentyabr 2011-ci il Zəncan çıxışları.

Gölün bərpası üçün görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]
Urmiya gölünün 2014-cü il oktyabr ayına olan vəziyyəti

İran hökuməti sentyabr 2011-ci il tarixində Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırdığını bəyan etmişdir. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.[51]

19 avqust 2013-cü iyədə İran Prezidenti Həsən Ruhani gölün qorunub saxlanılması probleminin həll edilməsi üzrə İşçi qrup yaradıb. Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib: "Mən daha əvvəl insanlara söz verdiyim kimi, ölkənin energetika naziri Həmid Çitçianın rəhbərlik edəcəyi Urmiya gölünün saxlanılması üzrə İşçi qrup yaratdım". İşçi qrupun digər üzvləri sırasına, ölkənin kənd təsərrüfatı, daxili işlər nazirləri, ətraf mühitin qorunması üzrə təşkilatın rəhbəri və vitse-prezidentin planlaşdırma və strateji nəzarət üzrə nümayəndəsi daxildir. İşçi qrupuna bu sahədə artıq aparılan araşdırmaların və texniki elmi-tədqiqat işlərinin məlumatlarından istifadə etmək, iki ay ərzində Urmiya gölünün saxlanılması üzrə öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.[52] 10 sentyabr 2013-cü ildə Həsən Ruhani gölə axan su hövzəsi üzərində bəndsalma işlərinin dayandırılması ilə bağlı xüsusi göstəriş vermişdir. Gölün bərpası üçün elmi mərkəzlərin təqdim etdiyi 30-dan çox təklifin araşdırılması İşçi qrupunun gündəliyinə salınıb.[51] 2013-cü ildə İran hökuməti gölün səviyyəsinin bərpa edilməsi üçün Xəzər dənizinin suyundan istifadə imkanları üzərində işlədiklərini bəyan etmişdir[53].

2023-cü il fevralın 24-də İran prezidenti İbrahim Rəisi tərəfindən Kani Sib bəndindən Urmiyə gölünə Zab çayının suyunun nəqli layihəsinin açılışı olub.[54]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • 5 may 2016-cı ildə Leonardo Di Kaprio İnstagram səhifəsinə Urmiya gölü ilə əlaqəli bir şəkil yerləşdirərək bu sözləri yazmışdır: "Bu Yaxın şərqin ən böyük duzlu gölu olmuşdur. Hazırda isə su çəkilmiş və o yoxa çıxmışdır."[55]. Bununlada məşhur Hollivud aktyoru iqlim dəyişikliyinə etirazını bildirmişdir.
  • Azərbaycan türkləri arasında "Urmu gölu Lay Lay"[56] adlı mahnı məşhurlaşmışdır.

Gölün hazırkı vəziyyətini əks etdirən foto qalereya

[redaktə | mənbəni redaktə et]
  1. Henry, Roger (2003) Synchronized chronology: Rethinking Middle East Antiquity: A Simple Correction to Egyptian Chronology Resolves the Major Problems in Biblical and Greek Archaeology Algora Publishing, New York, p. 138 Arxivləşdirilib 2022-01-30 at the Wayback Machine, ISBN 0-87586-191-1
  2. E. J. Brill's first encyclopaedia of Islam, 1913–1936, vol. 7, page 1037 Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine citing Strabo and Ptolemy.
  3. 1 2 3 4 "Urmiya gölünün harayına niyə cavab verilmir". 2019-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  4. Kirzioğlu M. Fahrettin, Kars tarihi, I cild, İstanbul,1953
  5. cf. Skjærvø, Prods Oktor (2006), "Iran, vi(1). Earliest Evidence", Encyclopaedia Iranica, Vol. 13
  6. "oromieh.com". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-21.
  7. "Britanica". Britannica.com. 2011-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 Sentyabr 2011.
  8. "Urmiya gölü animals-wild.ru saytındas". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  9. Lake Urmia. 2012. Encyclopædia Britannica Online. Retrieved 14 August 2015, from http://www.britannica.com/EBchecked/topic/619901/Lake-Urmia Arxivləşdirilib 2011-09-07 at the Wayback Machine
  10. 1 2 ecoalem.org. "Urmiya gölü ərazisində yerləşən adalar" (az.). ecoalem.org. 2016-12-24. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-24.
  11. Boyle, John Andrew. "The Thirteenth-Century Mongols' Conception of the After Life: The Evidence of their Funerary Practices". Mongolian Studies. Mongolia Society. 1. 1974: 7. ISSN 0190-3667. JSTOR 43193015.
  12. Stevens, Lora R.; Djamali, Morteza; Andrieu-Ponel, Valérie; de Beaulieu, Jacques-Louis. "Hydroclimatic variations over the last two glacial/interglacial cycles at Lake Urmia, Iran" (PDF). Journal of Paleolimnology. Springer Netherlands. 47 (4). 1 April 2012: 647. doi:10.1007/s10933-012-9588-3. 22 December 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 December 2016.
  13. Asem, Alireza; Eimanifar, Amin; Djamali, Morteza; De los Rios, Patricio; Wink, Michael. "Biodiversity of the Hypersaline Urmia Lake National Park (NW Iran)". Diversity (6). 2014: 102–132. doi:10.3390/d6020102.
  14. "Dünyanın ən kiçik adaları. Osman Yumruğu". 2017-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-24.
  15. List from: Farahang-e Joghrafiyayi-e shahrestânhâ-ye Keshvar (Shahrestân-e Orumiyeh), Tehran 1379 Hs.
  16. urmiyem.blogspot.com. "Urmiya gölündə yerləşən adaların yerli (türkcə) adları" (az.). urmiyem.blogspot.com. 2016-12-24. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-24.
  17. Asem A., Eimanifar A., Djamal M., De los Rios P. and Wink M. (2014) Biodiversity of the Hypersaline Urmia Lake National Park (NW Iran), Diversity, 6: 102-132. [1] Arxivləşdirilib 2015-06-17 at the Wayback Machine
  18. Asem A., Eimanifar A. and Wink M. (2016) Update of "Biodiversity of the Hypersaline Urmia Lake National Park (NW Iran)". Diversity, 8: 6, doi:10.3390/d8010006 [2] Arxivləşdirilib 2017-05-07 at the Wayback Machine
  19. "Ramsar Sites Information Service". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  20. "ProtectedPlanet - Urumieh lake". 2019-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  21. C. Michael Hogan. 2011. Lake Urmia. Eds. P. Saundry & C.  J.Cleveland. Encyclopedia of Earth. National Council for Science and the Environment. Washington, D.C. Arxivləşdirilib 2013-06-22 at the Wayback Machine
  22. Alireza Asem; Fereidun Mohebbi; Reza Ahmadi. "Drought in Urmia Lake, the largest natural habitat of brine shrimp Artemia" (PDF). World aquaculture. 43. 2012: 36–38. 2016-04-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
  23. "İran: Urmiya gölü". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  24. "Iran's East and West Azarbaijan Provinces Conntected by Lake Orumiyeh Bridge". Payvand.com. 6 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2011.
  25. Urmiya gölünü ancaq Xəzər dənizi xilas edə bilər Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rus.)
  26. "Urmiya gölünün hazırkı vəziyyəti". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-26.
  27. "Video: Urmiya Gölü - İran polisi etirazçılara daş atır! (2 aprel 2010)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  28. "Video: 2 aprel 2010-cu ildə keçirilən Urmu gölü mitinqi". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  29. "Video: Cənubi Azərbaycan, Çöl günü (2 aprel 2010), Urmu gölü". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  30. "Təbriz şəhərində 2 aprel 2011-cü ildə keçirilən Urmu gölü mitinqindən görüntülər". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  31. "2 aprel 2011-cü il Cənubi Azərbaycanın paytaxtı Təbrizdə Urmu gölünün İran rejimi tərəfindən qurudulmasına etiraz olaraq Azərbaycan meydanı (Acı Çay) kənarında keçirilen mitinq". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  32. "Təbriz şəhərində 2 aprel 2011-ci ildə keçirilən Urmu gölü mitinqindən həbs olunanların görüntüləri". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  33. "Gəlin Gedək Ağlayaq Urmu Gölün Dolduraq, Traktor Sazi 3 - 1 Nəfti Tehran, 10.13.2010, Təbriz)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  34. "Gəlin Gedək Ağlayaq Urmu Gölün Dolduraq, Saypa Kərəc 1 - 1 Traktor Sazi, 11.29.2010, Kərəc)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  35. Tırəxtur azarkeşlərinin "Urmu Gölü can verir, Məclis onun qətlinə fərman verir" şüarının video görüntüsü(ویدئوی شعار" اورموگؤلؤ جان وئریر- مجلیس اونون قتلینه فرمان وئریر" در استادیوم سهند تبریز)[ölü keçid]
  36. "Tırəxtur azarkeşləri süar etməklə İslam şura məclisindən Urmmiya gölünün bərpa olmuşası ilə bağlı tədbirin görünməsini tələb edirlər (هواداران تراكتورسازي تبريز در طول بازي با شعارهايي از مجلس شوراي اسلامي خواستند درباره وضعيت درياچه اروميه اقدامي مناسب انجام دهد.)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  37. "Lent.az: "Tehranın pis niyyəti: Urmiya gölü qurusun, türklər köçürülsün"". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  38. "NYTimes: Protests in Iran Over Disappearing Lake". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  39. "EuroNews: More than two dozen ethnic Azeris have been arrested after environmental protests in north-western Iran". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  40. "Hurriyet Daily News: Rally protesting Iran over Lake Urmia turns violent". 2011-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  41. "Urmu, Azərbaycan - İran polisi və etirazcilar arasında toqquşmalar (Video)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  42. "Urmu, Güney Azərbaycanda nümayişlər (Video)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-01.
  43. "Təbriz yürüşündə tanınmış ziyalı Fəranək Fərid həbs edilib". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
  44. "Fəranək Fəridin vəziyyəti ağırdır". 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
  45. "'Traxtur-İstiqlal' müsabiqəsi: "Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir"- VİDEO". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
  46. "Ərdəbilin mərkəzi küçələrində etirazlar". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-25.
  47. "Ərdəbilin böyük hissəsində interbey və mobil əlaqə məhdudlaşdırılmışdır". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-25.
  48. "Gecə saat 9: Ərdəbildə Şiddətli basqıya baxmayaraq, toplanmaların davamı vardır". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-25.
  49. "Ərdəbildəki etirazlar həbs olunmaların davamı". 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-25.
  50. "Mahmud Əhmədinijad Urmu gölünün qurumusını təbii hesab edir (محمود احمدی نژاد خشک شدن دریاچه ارومیه را طبیعی دانست )". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-25.
  51. 1 2 T.Cəfərov. "İran Prezidenti Urmiya gölünün ətrafında bəndsalma işlərinin dayandırılmasına dair göstəriş verib" (az.). az.trend.az. 2013-09-10. 2015-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
  52. A. Bədəlova, N.Ümid. "İranda Urmiya gölünün qorunması üzrə İşçi qrup yaradılıb" (az.). az.trend.az. 2013-08-19. 2015-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
  53. "Urmiya gölü Xəzər dənizi hesabına xilas ediləcək". ИТАР-ТАСС. 18 sentyabr 2013. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  54. Hamid Məlikoğlu. "Urmiyə gölünə su nəqli tuneli layihəsinin istifadəyə verilməsi - ekspert baxışı". Amerikaninsesi.org. 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  55. https://www.instagram.com/p/BFAZvGAKxHi/?taken-by=leonardodicaprio&hl=en
  56. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]