Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frank Şvalba-Hot
Frank Schwalba-Hoth (12 dekabr 1952, Hamburq, Almaniya) keçmiş siyasətçi, Avropa Parlamentinin yaşıllar partiyasından olan keçmiş üzvü və Almaniya yaşıllar partiyasının qurucu üzvü olmuşdur. Orta Məktəb və Hərbi xidmətini bitirdikdən sonra, Frank Schwalba Hoth, 1974-1981- ci illərdə Marburg Universitetində təhsil almışdır. Frank Schwalba-Hoth-un bir qız övladı var. == Siyasət == Frank Schwalba-Hoth hələ tələbə olarkən siyasətlə daha yaxından marağlanmağa başlamışdır. Marburg Universiteti Tələbə Parlamentinin üzvü, 1979-1980-ci illərdə isə həmin parlamentin Prezidenti olmuşdur. Almaniya Federal Respublikasında insan haqqları barəsində 3-cü Beynəlxalq Russel Tribunalı kimi təşəbbüslərin üzərində çalışmışdır. Almaniya Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. 1982-1983-cü illərdə Almaniyanin Hesse regionunun yerli parlamentinin üzvü olmuşdur. Frank Schwalba-Hoth tərəfindən irəli sürülən "Müəllim Təlimi" haqqda qanun layihəsi, Almaniya Parlamentində yaşıllar tərəfindən irəli sürülən ilk qanun layihəsi olmuşdur. Almaniyanın Hesse regionunda ABŞ əsgərleri üçün təşkil olunan tədbir zamanı, Frank Schwalba-Hoth ABŞ nüvə raketlərinin Almaniya ərazisində yerləşdirilməsinə etiraz olaraq, öz qanını Amerika Ordu Generalı Paul S. Williams-ın medalları üzərinə axıtmışdır.
Şadbad
Şadbad-i Məşayiq (Təbriz)
Şvabax
Şvabax (alm. Schwabach‎) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir. Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi. XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar. Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır. XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır.
SCADA
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir.
Sadaa
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Saak Sevada
Saak Sevada (doğum və ölüm tarixləri bilinmir) - X əsrin I yarısında Xaçın və Girdiman hakimi. Qriqor Hamamın oğlu, Atrnersehin nəvəsidir. Onun hakimiyyətinə Parisos (Artsakın şimalı), Uti və Girdimanın xristianlarla məskunlamış əraziləri daxil idi. Saak Sevada, qızı ilə evlənmiş erməni hökmdarı II Aşotun köməkliyi ilə Utili Movsesin üsyanını yatırmışdır. Saak Sevadanın digər qızı Şahanduxt isə Sünik knyazı I Smbatla evli olmuşdur. I Smbat Sünikin müstəqilliyini elan etdikdə Saak Sevada onun tərəfində duraraq erməni hökmdarı II Aşota qarşı çıxmışdı. II Aşotla döyüşdə məğlub olan Saak Sevada əsir alınmışdı. Erməni hökmdarı onun və oğlu Qriqorun gözlərini çıxartdırmışdı. Digər oğlu Hovannes Sənəkərim isə Parisos hakimi olmuşdur.
Saba
Saba (ada) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi[ Saba (ad) — qadın adı. Saba rayonu — Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. Əhalisi 182 nəfərdir.
Antun Saada
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Qızıl Samba
Futbol mükafatı sayılan "Qızıl Samba" Avropa qitəsində ilin ən yaxşı braziliyalı oyunçusuna təqdim olunur. Mükafat Sambafoot şirkəti tərəfindən təsis edilmişdir. İlk mükafat 2008-ci ildə öz sahibini tapmışdır. Qalib 3 mərhələlik sorğu ilə müəyyən edilir. Buraya jurnalistlər, futbolçunun yoldaşları və internet üzərindən səsvermə daxildir. 2008-ci ildə qalib Milan FKın yarımmüdafiyəçisi Kaka olmuşdur. Mançester Sitidən Robinyo və Sevilyadan Luis Fabiano ardıcıl olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Namizədlər sırasında 30 futbolçu var idi. Səsvermə dekabr ayının 1-dən 30-dək davam etmişdir. Nəticədə səslərin 25.03%-ı Kaka lehinə, 14.34% Robinyo üçün, 13.65% səs isə Luis Fabiano üçün verilmişdir.
SCADA sistemləri
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir.
Suada Salimova
Suada Ələkbərova
Suada Ələkbərova (24 fevral 2001, Bakı) — 2012-ci ildə Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edən iştirakçı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının yetirməsidir. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı".
Taras Şamba
Taras Şamba (29 iyul 1938 və ya 1938, Suxumi – 13 oktyabr 2020, Moskva) — Abxaziya və Rusiya ictimai-siyasi xadimi, hüquq elmləri doktoru (1985), Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetinin prorektoru (2002-2008), Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri. Qeyri-rəsmi olaraq ömürlük "Abxaziyanın xalq prezidenti" tituluna malikdir. Qardaşı Sergey Şamba Abxaziya Respublikasının keçmiş baş naziridir. 1963-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İş həyatına Suxumi Prokurorluğunun müstəntiqi olaraq başlamış, Sovet İttifaqı Kommunist Partiyası Abxaziya Regional Komitəsində təlimatçı işləmişdir. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İK yanında Ali Partiya Məktəbini, 1975-ci ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. 1975-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dövlətin nəzəriyyəsi və praktikası, demokratiya və qanunun aliliyi, milli dövlət quruluşu və iş hüququ sahəsində mütəxəssisdir. Üstəlik bu mövzularda 300-dən çox nəşrin müəllifidir. 75-dən çox kitab və məqalənin müəllifi, Abxaziya Respublikası Konstitusiyası layihəsinin mətnini hazırlayanvə Abxaziya Respublikası Prezidentinin ilk populyar alternativ seçkilərinin təşəbbüskarı olan şəxsdir.
Varba adası
Varba adası (ərəb. جزيرة وربة‎) — Fars körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 37 km²-dir. Adada yaşayış yoxdur. Adada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qismən maliyyələşdirilən M-1 adlı bir sahil mühafizə postunu saxlanılır. Küveytin materik hissəsindən 100 metr, Bubiyan adasından 1.5 km, İraqdan isə 1 km aralıda yerləşir. Şəttül-Ərəb çayının məsəbində qərarlaşır. Adanın uzunluğu 15 km, eni isə 5 km-dir. 1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun adaya olan iddiası sona çatmışdır.
Frank Şvabe
Frank Şvabe (alm. Frank Schwabe‎; 12 noyabr 1970, Valtrop[d], Şimali Reyn-Vestfaliya) — Almaniya siyasətçisi, 2005-ci ildən Şimali Reyn-Vestfaliya əyalətindən Bundestaq üzvü, Sosial Demokrat Partiyasının üzvü. Parlament işinə əlavə olaraq, Şvabe 2022-ci ildən kansler Olaf Şolts hökumətində İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyində Qlobal Dini Etiqad Azadlığı üzrə hakim vəzifəsində çalışır. == Siyasi karyerası == Şvabe ilk dəfə 2005-ci ildə Almaniya federal seçkilərindən sonra 1-ci Recklinghausen bölgəsini təmsil edərək Bundestaqın üzvü oldu. Parlamentdə Şvabe ilk dəfə 2005-ci ildən 2021-ci ilə qədər Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsində çalışıb. O, İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin (2014-cü ildən), Xarici Əlaqələr Komitəsinin (2021-ci ildən) və Beynəlxalq İqlim və Enerji Siyasəti üzrə Alt Komitənin (2022-ci ildən) üzvüdür. Hazırda parlament qrupunun insan hüquqları və humanitar yardım üzrə sözçüsü vəzifəsində çalışır. Sosial Demokrat Partiyasının parlament qrupunda Şvabe solçu hərəkata aid olunur. Komitə tapşırıqlarına əlavə olaraq, Şvabe 2014-cü ildən Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür. Assambleyada işlədiyi komitələr: Siyasi Məsələlər və Demokratiya Komitəsi; Avropa Şurasının Üzv Dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitə (Monitorinq Komitəsi); Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsi; Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi; Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitə.
Aşağı Şadbad (Təbriz)
Aşağı Şadbad (fars. شادبادعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.884 nəfər yaşayır (508 ailə).
Samba Yakob Diallo
Samba Yakob Diallo (d. 1958) — Qvineyalı boksçu. Samba Diallo Qvineyanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. Samba Diallo birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Puerto-Rikonun nümayəndəsi Felipe Nieves ilə üz-üzə gəldi. Həmin görüşdə Samba Diallo rəqibinə 0:5 hesabı ilə uduzdu.
Salçak Samba-Lündup
Salçak Kök-Karak oğlu Samba-Lündup (tıva Салчак Көк-Карак-оглу Самба-Люндуп; 21 dekabr 1916, Tuva Xalq Respublikası – 6 fevral 1981) — Tıva şairi və redaktoru. == Həyatı == Tandı Uranhayın Daa koojunundakı Kööp-Söök kəndində anadan olmuşdur. Özü yazmağı öyənmjş və Şərq Xalqları Kommunizm Universitetini bitirmişdir. Sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. "Areve şını" qəzetində redaktor, Tıva Xalq Respublikası Məclisinin sədri, Tıva Vahid Nəşriyyatının direktoru, daha sonra isə Tıva nəşriyyatının direktoru, "Şın" qəzetinin redaktoru vəzifələrində çalışmışdır. 1937-ci ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. O, əksər şeirlərini, esselərini və "Ösküs-ool" adlı poemasını xAreve şınıx və "Şın" qəzetlərində, "Revolyustun hereli" jurnalında çap etdirmişdir. Tıva dilinə əsaslanan təhsilin ilk araşdırmalarında və redaktorluğunda iştirak etmişdir. O, Aleksandr Puşkinin "Kapitan uruu" və Nikolay Qoqolun "Revizor" əsərlərini Tıva dilinə tərcümə etmişdir. SSRİ və Tıva Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyinin üzvü olmuşdur.
Saba rayonu
Saba rayonu (tatar. Саба районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir. Rayonun inzibati mərkəzi şəhər tipli Baylar Saba qəsəbəsidir. Rayon respublikanın şimalında yerləşir. Baltaç, Kukmara, Teləçe, Arça rayonları ilə həmsərhəddir. 1920-ci ilə qədər rayonun ərazisi Mamadış və Layiş qəzalarının, 1920-ci ildən Mamadıış kantonunun tərkibinə daxil olur. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 28 noyabr 1991-ci ildə Respublika Ali Sovetinin qərarı ilə Teləçe rayonu Saba rayonu ərazisindən ayrılır. Urbanizasiya Şəhər şəraitində (Baylar Saba qəsəbəsində) rayon əhalisinin 28,24% -i yaşayır.
Klaus Şvab
Klaus Martin Şvab (30 mart 1938, Ravensburq[d]) — alman mühəndis, iqtisadçı və Dünya İqtisadi Forumunun (DİF) yaradıcısıdır. O, 1971-ci ildə təşkilatı yaradandan bəri DİF-in sədri kimi fəaliyyət göstərir. == Həyatı və təhsili == Klaus Martin Şvab 30 mart 1938-ci ildə Ravensburqda ing. Eugen Wilhelm Schwab və Erika Epprecht ailəsində anadan olub. Üçüncü Reyx dövründə onun valideynləri İsveçrədən Almaniyaya köçmüşdü. Şvabın ailəsinə Gestapo nəzarət edirdi, Atası lüteran olsa da, Şvab katolik olaraq böyüyüb. 1961-ci ildə Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunda mühəndis-mexanik məzunu oldu və bu institut ona Der längerfristige Exportkredit als betriebswirtschaftliches Problem des Maschinenbaues adlı mühəndislik üzrə doktorluq dərəcəsi verdi. (Maşınqayırmada biznes problemi kimi daha uzunmüddətli ixrac krediti). O, həmçinin Friborq Universitetində iqtisadiyyat üzrə doktorluq, və Harvard Universitetində Dövlət İdarəçiliyi üzrə Magistr dərəcəsinə layiq görülüb. Harvardda oxuyarkən Şvab keçmiş Milli Təhlükəsizlik müşaviri və Dövlət Katibi Henri Kissinceri özünə mentor olaraq tapdı.