Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Kvas
Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi. == Kvasın növləri == === Çörək kvası === ==== Tərkibi ==== Çörək – 0.5 kq, su – 5 ml, kişmiş – 1 x.
Savaş
Müharibə — dövlətlər, tayfalar və siyasi qruplar arasında onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə. Müharibə bir tərəfin digər tərəfə öz möqeyini zorla qəbul etdirmək cəhdidir. Digər sözlə, «müharibə siyasətin başqa formada davam etdirilməsidir». Albert Eynşteyn müharibə haqqında demişdir : == Ədəbiyyat == Война и армия. Философско-социологический очерк. М.: Воениздат, 1977. Война и мир в земледельческих предклассовых и ранних классовых обществах // Перщиц А. И., Семенов Ю. И., Шнирельман В. А. Война и мир в ранней истории человечества. Т. 2. М., Институт этнологии и антропологии РАН. 1994. С.7-127.
Sivas
Sivas — Türkiyənin Sivas ilinin inzibati mərkəzi.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Şuvaş
Şuvaş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. == Yaranma Tarixi == SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. == Vəzifəsi == SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması == Qəbul, seçim və təlim == Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Avaş çayı
Avaş (bəzən yazılışda Havaş; afar. We'ayot; somali Webiga Dir ) — Efiopiyanın əsas çayıdır. Çay axını tamamilə Efiopiya sərhədləri daxilindədir. Avaş çayı Qarqori gölü ilə başlayan və Cibuti ilə sərhəddəki Abbe gölü ilə bitən, Tacura körfəzinin başlanğıcından 100 kilometr (62 mil) məsafədə yerləşən bir-biri ilə əlaqəli göllər zəncirinə axır. Corc Huntiqforda görə Awash çayı XVI əsrdə Dir qəbiləsinin böyük çayı adlanırdı və müsəlman dövlətlərinə qədər uzanırdı. == Coğrafiya == Efiopiya Mərkəzi Statistika Agentliyinin yaydığı məlumatlara görə, Avaş çayının uzunluğu 1200 kilometrdir. Frank Riçardson Encyclopædia Britannica Eleventh Edition-dakı məqaləsində çayı belə təsvir edir: "quru mövsümdə eni təsminən 200 fut (61 m), dərinliyi 4 fut (1.2 m) olan dərin bir axındır və su əvvəlki səviyyəsindən 50–60 metr (160–200 ft) yuxarı qalxır və beləliklə hər iki sahili boyunca düzənliklər su altında qalır." == Tarix == İnsanlar növün başlanğıcından etibarən Avaş vadisində yaşayırdılar. Orta Avaş insanlara qədərki çox sayda hominid qalıqlarının tapıldığı yer olmuşdur. Təxminən 9 N-dən aşağı olan Avaş vadisi Afar xalqının və İssa qəbiləsinin ənənəvi evidir. Avaş vadisi tarixi vilayətlərin və ya Davaro, Fataqar, İfat və Şeva krallıqlarının ərazilərinə daxil edilmişdi.
Kanqal (Sivas)
Kanqal (türk. Kangal) — Sivas ilinin ilçəsi.
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Perihan Savaş
Perihan Savaş (14 iyun 1955, Fateh) — Türk kino aktrisası.
Pərixan Savaş
Perihan Savaş (14 iyun 1955, Fateh) — Türk kino aktrisası.
Savaş Ay
Savaş Ay (26 mart 1954, Qaziantep – 9 noyabr 2013, İstanbul) — Türkiyəli məşhur televiziya və qəzet müxbiri. == Həyatı və fəaliyyəti == Savaş Ay Marmara Ticari Elmlər Akademiyasında təhsil alıb. Jurnalistikaya 1974-cü ildə "Dünya" qəzetində müxbir olaraq başlayıb. "Tərcüman", "Vətən", "Milliyyət", "Sabah" qəzetlərində və "Akajans"da çalışıb. ATV, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV, təkrar ATV, Star TV və Kanal 1-də "A Takımı" adlı müzakirə proqramı aparıb. İngiliscə bilən jurnalist 2000-ci ildə "Dansöz" adlı filmin rejissorluğunu və ssenaristi olub. 2 uşağı olan Savaş Ay proqramlar təşkil edərək yoxsullara yardım edirdi. Savaş Aya xərçəng diaqnozu təsadüfən qoyulub.1998-ci ildə proqramdan dərhal sonra zəng edən həkim tamaşaçısı "qırtlağınızı bir yoxlatdırın, xərçəng ola bilərsiniz" deyib. Bu xəbərdarlığın ardından xəstəxanaya gedən Savaş Ay testlərdən sonra xərçəng olduğunu öyrənib. Diaqnozdan sonra dərhal müalicələrə başlanıb və məcburən siqareti tərgidib.
Sivas ili
Sivas ili — Türkiyədə vilayət. Ustaclı elinin tarixi vətəni Türkiyənin Sivas ilidir. Sivas ili Şarkışla ilçəsinin kəndləri: Sarıqaya - 75 nəfər (kürdlər) (2007-ci il) Ortaköy - 2046 nəfər (ələvi türkmənlər) (2000-ci il) Sivrialan - 118 nəfər (ələvi-bəktaşi türkmənlər) (2000-ci il) Emlek Hüyük - 173 nəfər (ələvi türkmənlər) (2000-ci il)Sivas ili Gemerek ilçəsinin kəndləri : Eskiyurt - 625 nəfər (əsasən Ələvi Türkmənlər , az sayda Kürdlər) (2000-ci il)Sivas ili Mərkəz ilçəsinin kəndləri : Tutmaç - (Azərbaycanlılar) == Əhali == Əhalinin əsas hissədi türkdür. Az miqdarda da kürd, çərkəz, boşnak xalqlarından insanlar vardır. Məşhur ozan Aşıq Veysəl Şatıroğlu Sivas ilinin Şarkışla ilçəsinin Sivrialan kəndində anadan olmuşdur. Sivas‘da yerləşən Xalq ozanı Âşık Veysel Şatıroğlu'nun evi müzeyə çevrilərək, Avropa İttifaqı-Türkiyə Mədəniyyətlərarası Dialogu-Müzeylər Hədiyyəsi Proqramı çərçivəsində yenilənib, sərgi sahəsi yeni bir anlayışla tərtib edilib. Müzədə sergilənən şəxsi əşyaları, şəkilləri, şeirləri və onunla bağlı nəşrlər, ziyarətçilərə Âşık Veysel’in həyat hikayəsini anlatır.
Sivas konqresi
Sivas Konqresi ya da Qurultayı Mustafa Kamal Atatürkün Amasiya qanununu açıqladıqdan sonra bir çağırış üzərinə Birinci Dünya Müharibəsindən sonra işğala məruz qalan Türk topraqlarını qurtarmaq və Türk millətinin müstəqilliyini qazanmaq üçün çarələr axtarmaq məqsədilə seçilmiş xalq təmsilçilərinin Sivasda bir araya gəlməsiylə, 4–11 Sentyabr 1919 tarixləri arasında gerçəkləşən bir konqresdir. Sivas Konqresində alınan qərarlar, daha öncə gerçəkləşdirilən Ərzurum konqresinin qərarlarını genişlədərək bütün milləti əhatə etmiş və yeni bir Türk dövlətinin quruluşuna təməl olmuşdur; bu səbəblə Sivas Konqresinin Türkiyə tarixindəki önəmi böyükdür. Sivas Konqresində, Ərzurum Konqresində alınan vətənin bütünlüyü və müstəqilliyiylə əlaqəli qərarlar eynilə qəbul edilmişdir. Konqres eyni zamanda Cümhuriyyət Xalq Partiyasının ilk qurultayı olaraq qəbul edilməkdədir. == Konqres nümayəndələri == Konqresdə şərq illəri adına nümayəndə olaraq Ərzurum Konqresində seçilən Heyet-i Temsiliye (Təmsil Qurulu) üzvləri vardı. Qərbi və Orta Anadolu illrindən gələn digər təmsilçilərin də qatılması sayəsində Sivas Konqresi, milli bir konqres adını qazanmışdı. Konqresə qatılan nümayəndə sayı mübahisəli bir mövzudur. Ankara kimi bəzi illərdə valilik təzyiqi ilə nümayəndə seçimi gerçəkləşməmiş, bəzi illərdən seçilən nümayəndələrin isə yola çıxması əngəllənmiş, bu səbəbdən konqresə qatılmamış və ya konqres çalışmaları bitdikdən sonra Sivasa gələ bilmişdilər. Sonradan qatılanlarla birlikdə nümayəndə sayının 41 olduğu söylənə bilər. (Fərqli qaynaqlara görə 31, 33, 38 qatılımcı vardır.) == Sivas Konqresi Təmsil Heyəti == === Ərzurum Konqresində seçilmiş olanlar === Mustafa Kamal Atatürk (9.
Sivas qətliamı
Sivas Qətliamı, Madımak Qətliamı və ya Madımak Hadisəsi — 2 iyul 1993-cü il tarixində Sivasda Pir Sultan Abdal Kültür Dərnəyi tərəfindən təşkil edilmiş olan Pir Sultan Abdal Şənlikləri zamanı Madımak Otelinin Sünni İslamçılar tərəfindən yandırılması və əksəriyyəti Ələvi 33 yazıçı, aşıq, 2 otel həmkarı yanaraq və tüstüdən boğularaq həyatlarını itirmişdir.Həmçinin bayırda toplaşan nümayişçilərdən də iki nəfər həyatını itirmişdir.
Sivas vilayəti
Sivas vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sivas şəhəri idi.
Sivaş körfəzi
Sivaş körfəzi və ya Çürük dəniz (ukr. Сиваш, Гниле Море, krımtat. Sıvaş, Çürük Deñiz, Сываш, Чюрюк Денъиз) — körfəz Azov dənizinin qərbində yerləşir. Krım yarımadasını materikdən ayırır. Buradan Krım Muxtar Respublikasını Xerson vilayətindən ayırır. Sivaş sözü krımtatar dilindən tərcümədə (krımtat. sıvaş, сываш) "kir" mənasını verir. == Coğrafiyası == Azov dənizindən körfəzi Arabat əqrəbi ayırır. Dəniz ilə isə ensiz Qeniçeski və Romoima boğazları ilə ayrılır. Qara dənizdən Perekop bərzəxi ilə ayrılır.
Spas rayonu
Spas rayonu (tatar. Спас районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənub-qərbində yerləşir. Respublikanın Alekseyevsk, Əlki rayonları və Ulyanovsk vilayəti ilə (Staromainski və Melekesski rayonları) quru sərhədi var. Volqa (Kuybışev su anbarı) sahili boyunca Təteş və Kama Tamaqı rayonları ilə, Kama (Kuybışev su anbarı) hövzəsi ilə Layiş rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Bolqar şəhəridir. == Coğrafiyası == Kuybışev su anbarının yaranması nəticəsində rayon torpaqlarının xeyli hissəsi su altında qalmışdır. Ən böyük çayları: Volqa, Kama, Bezdna və Aktay. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Spas qəzasının bir hissəsi idi. 1920-1930-cu illərdə Spas kantonunda daxil olur.
Svan dili
Svan dili — Kartvel dillərindən biri, svanların ana dilidir. Daşıyıcıları əsasən Gürcüstanda yaşayırlar. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində svan dilində danışanların ümumi sayını 35 min nəfər təxmin etmişdir.. Bütün svanlar gürcü dilini bilirlər. Dilin əlifbası yoxdur.
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Şvars prinsipi
Fərz edək ki, σ {\displaystyle \sigma } oblastı konturu üzərində düzgün γ {\displaystyle \gamma } analitik xətti saxlayır. == Teorem == σ {\displaystyle \sigma } oblastında analitik və γ {\displaystyle \gamma } üzrə sərhəd qiymətləri analitik funksiya olan f ( z ) {\displaystyle f(z)} funksiyasını γ {\displaystyle \gamma } xəttindən analitik davam etdirmək olar. f ( z ) {\displaystyle f(z)} -in γ {\displaystyle \gamma } üzrə qiymətləri z → t {\displaystyle z\rightarrow t} olduqda f ( z ) {\displaystyle f(z)} -in f ( t ) {\displaystyle f(t)} limit qiyməti başa düşülür. === İsbatı === Əvvəlcə teormi xüsusi hal üçün isbat edək. Fərz edək ki, γ {\displaystyle \gamma } həqiqi oxun [ a , b ] {\displaystyle [a,b]} parçasıdır. Onda γ {\displaystyle \gamma } -nın tənliyi { x = t y = 0 {\displaystyle {\begin{cases}x=t&\\y=0&\end{cases}}} α ≤ t ≤ β {\displaystyle \alpha \leq t\leq \beta } olar. Şərtə görə f ( t ) {\displaystyle f(t)} funksiyası [ a , b ] {\displaystyle [a,b]} üzərində analitik olduğundan bu parçanın x o {\displaystyle x_{o}} nöqtəsi ətrafında f ( t ) = ∑ k = 0 ∞ C k ( t − x 0 ) k {\displaystyle f(t)=\sum \limits _{k=0}^{\infty }C_{k}(t-x_{0})^{k}} olar. Burada t {\displaystyle t} evazine kompleks z {\displaystyle z} dəyişənini yazsaq φ ( z ) = ∑ k = 0 ∞ C k ( z − x 0 ) k {\displaystyle \varphi (z)=\sum \limits _{k=0}^{\infty }C_{k}(z-x_{0})^{k}} funksiyasrı x = x o {\displaystyle x=x_{o}} nöqtasinin müəyyən ətratında analitik funksiya olar. ω ( z ) = φ ( z ) − f ( z ) {\displaystyle \omega (z)=\varphi (z)-f(z)} ile işarə edək. Aydındır ki, ω x 0 , σ x 0 {\displaystyle \omega _{x_{0}},\sigma _{x_{0}}} oblastında analitik funksiya olmaqla γ x 0 {\displaystyle \gamma _{x_{0}}} üzrə lim z → t ω ( z ) = lim z → t φ ( z ) − lim z → t f ( z ) {\displaystyle \lim \limits _{z\rightarrow t}\omega (z)=\lim \limits _{z\rightarrow t}\varphi (z)-\lim \limits _{z\rightarrow t}f(z)} ω ( t ) = f ( t ) − f ( t ) = 0 {\displaystyle \omega (t)=f(t)-f(t)=0} olur.
Şvis (kanton)
Şvis (alm. Schwyz‎ [ʃviːts], fr. Schwy(t)z, it. Svitto, romanş Sviz) — İsveçrənin mərkəzində alman dilli kanton. Paytaxtı — Şvis şəhəri. Əhalisi — 147 min nəfər (kantonlar arasında 17-ci yer; 2012-ci il məlumatı). == Coğrafiyası == Şvis kantonu İsveçrənin mərkəzi hissəsində yerləşir. Kanton ərazisindən Zil çayı axır; ona həmçinin Sürix gölünün, Firvaldşetet gölü və Tsuq gölünün bir hissəsi aiddir. Şvis kantonunun ərazisi — 908,2 km²-dir (İsveçrə kantonları arasında 13-cü yer). Torpaqların 41,0% kənd təsərrüfatı üçün istifadə edilir, 33,7% meşədir, 5,4% bina və yol tikintisi üçün ayrılıb, 20,0% torpaq istifadə edilmir.
Şvis kantonu
Şvis (alm. Schwyz‎ [ʃviːts], fr. Schwy(t)z, it. Svitto, romanş Sviz) — İsveçrənin mərkəzində alman dilli kanton. Paytaxtı — Şvis şəhəri. Əhalisi — 147 min nəfər (kantonlar arasında 17-ci yer; 2012-ci il məlumatı). == Coğrafiyası == Şvis kantonu İsveçrənin mərkəzi hissəsində yerləşir. Kanton ərazisindən Zil çayı axır; ona həmçinin Sürix gölünün, Firvaldşetet gölü və Tsuq gölünün bir hissəsi aiddir. Şvis kantonunun ərazisi — 908,2 km²-dir (İsveçrə kantonları arasında 13-cü yer). Torpaqların 41,0% kənd təsərrüfatı üçün istifadə edilir, 33,7% meşədir, 5,4% bina və yol tikintisi üçün ayrılıb, 20,0% torpaq istifadə edilmir.