Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Erkən qazanılan şöhrət (1984-1998) === Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Saha (İcrud)
Saha (fars. سها‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 601 nəfər yaşayır (15 ailə).
AVAVA
Alaha
Alaha (ivr. ‏הלכה‏‎ Halakha, Halacha, Alaha; İvrit dilində "getmək" mənasındadır) — Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Omaha
Omaha (ing. Omaha) — Nebraska ştatının ən böyük şəhəri, ştatın şərq sərhədində yerləşir, Duqlas dairəsinin mərkəzidir. Missuri çayının sahilində, Platt çayının mənsəbindən təxminən 30 kilometr şimalda yerləşir. 2017-ci il ABŞ Siyahıyaalma Bürosunun qiymətləndirməsinə görə, şəhər əhalisinin 466.893 nəfərdir. Şəhərətrafı qəsəbələri ilə birlikdə şəhər, 8 dairədə yaşayan 895.151 nəfər əhalisi ilə ABŞ-nin ən böyük 60-cı şəhər aqlomerasiyasıdır. Şəhərin adı XVII əsrdən bəri müasir Nebraskanın şimal-şərqində yaşayan Omaha hindu qəbiləsindən gəlir. 2008-ci ildə Kiplinger's Personal Finance jurnalı Omaha-nı ABŞ-də yaşamaq üçün ən cəlbedici şəhərlər arasında 3-cü yerə qoydu.
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
SCADA
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir.
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Seara
Seara (port. Ceará) — Braziliyanın şimal-qərbində yerləşən ştat. İnzibati mərkəzi Fortaleza. == Coğrafiyası == Ştatın Atlantik okean sahili əraziləri əsasən düzənlik relyefə malikdir. Şimal-şərqi isə Braziliya alcaq dağlığıdır. Sahəsi 148 920,5 km² təşkil edir. == Əhalisi == Ştatın əhalisi 1970-ci ildə əhalisi 4,5 milyon, 2010-cu ildə isə əhalinin sayı 8,5 milyon nəfərə qədər artmışdır. Qarışıq əhali ştatın 60 % təşkil edir. Qaralar cəmi 3 %, ağlar isə 37 %-dir. Portaleza şəhərinin əhasili əsasən qara dərililərdən və onların hindularla qarışığından ibarətdir.
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Spahi
Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü. Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır. == Seneqal spahisi == Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır. Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir. Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir. == İtaliya spahisi == 1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Şahab
Şahab — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Şahab Əsli Şahab. == Toponimi == Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11. IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. İlk dəfə 1590-cı ildən və sonra 1728-ci ildən mə’lumdur XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şaab kimidir 1728-ci ilə aid mə’lumatda sahibkar (bəy) kəndi ("timari Bəkir vələdi Ibrahim") kimi qeyd olunurYerli tələffüz forması Şaab.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Katolikos Sahak
Sahak (erm. Սահակ, Qafqaz albanlarının dili𐔼𐕚𐔰𐕄) - Mxitar Qoşun katolikoslar siyahısında adı 4-cü yerdə çəkilən katolikos. Həyatı və katolikosluq illəri bəlli olmasa da Kirakos Gəncəlinin verdiyi məlumata əsasən ondan öncə gəlmiş Matteosla birlikdə hesablandıqda 5 il hakimiyyətdə olmuşdur.
Katolikos Sahaq
Katolikos Sahaq — Albanların XXXX katolikosu. == Katolikosluğu == Katolikos V Davuddan sonra taxta çıxıb və on səkkiz il taxtda oturub. Böyük Kolmank yepiskopluğundan seçilib. Onun dövründə xalkedonçuluğa meyl başlamışdı. Sünik mitropoliti Yaqub tərəfindən başladılan Erməni Qriqorian Kilsəsindən ayrılma hərəkatını Sahaq da dəstəkləyirdi.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
La Skala
La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. == Tarixi == La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır. Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir.
Listera ovata
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Lok Sabha
Lok Sabha (Xalq Məclisi), Hindistanın iki palatalı parlamentinin aşağı palatasıdır. Hindistan Parlamentinin yuxarı palatası Rajya Sabha adlanır. Lok Sabha üzvləri, səsvermə yaşına çatmış şəxslərin ümumi səsvermə hüququ və öz seçdikləri seçim regionlarını təmsil etmək üçün bir ilk-son-post sistemi ilə seçilirlər və kürsülərini beş il ərzində və ya mövcud nazirlər kabinetinin tövsiyəsi əsasında prezident tərəfindən ləğv edilincəyə qədər davam etdirirlər. 545 kürsüyə sahib olan Lok Sabha üzvlərinin 543 nəfəri seçkilər yolu ilə, 2 nəfəri isə Anqlo-Hind icmasından Hindistan Prezidenti tərəfindən seçilir.
Melongena ovata
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.