Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şerlok
Şerlok Holms
Everton FK
"Everton" futbol klubu (ing. Everton Football Club) — Liverpul şəhərindən ingilis futbol klubu. İngiltərə Premyer-Liqasında çıxış edir. Klub İngiltərə çempionatını yuxarı liqasında 108 sezon keçirib. Bu ingilis futbol klubları üçün rekord göstəricidir. Klub həmçinin doqquz dəfə İngiltərənin çempionu olub, bu klublar arasında dördüncü mövqedir. "Everton" 1888-89-ci ildə İngiltərə Futbol Liqasının və 1992-ci ildə Premyer-Liqanın təsisçilərindən biridir. Klubun çoxsaylı həvəskarları vardır. Ona gərə ona eyni zamanda "Xalq klubu" (ing. The People’s Club) adı verilib.
Overton pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. == Yaranma tarixi == Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.2006-cı ildə diskurs pəncərəsi konsepsiyasının davamı olaraq neokonservativ publisist və siyasətçi Coşua Trevino ideyaların açıq müzakirədə səsləndirilməyə uyğunluğunu təsnifatlaşdırmaq üçün altıpilləli qiymətləndirmə şkalası təklif edir və bu şkalada diskurs pəncərəsinin sərhədlərini qeyd edir.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). == Həyatı == Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Sertak xan
Sertak xan və ya Sartak xan – 1255-1256-cı illərdə qısa müddətə hakimiyyətdə olmuş Qızıl Orda dövləti xanı. O, Batı xanın ən böyük oğlu olmuşdur. Qısa müddət xan olduqdan sonra müəmmalı şəkildə vəfat etmişdir. == Həyatı == Batı xanın ən böyük oğlu olan Sertak xandan tarixi qaynaqlarda ilk dəfə 1246-cı ildə Çernigiv knyazı Mixailin Saray şəhərində Batı xanın hüzuruna çıxması və ardıycada öldürülməsi hadisəsi zamanı bəhs edilir. Sonrasında Rostov knyazı Boris Vasilkoviçın adət üzrə knyazlığın təstiqlənməsində olmasına görə ondan bəhs edilməkdədir. Sertak xan 1252-ci ildə Aleksandr Nevskinin Vladimir knyazı olaraq böyük kn yaz sçeilməsində önəmli rol oynamışdır. Flamand missioner Rubrikli Villiam Fransa kralı IX Lüdovik tərəindən monqolların xristian olması və səlib yürüşünə dəstək vermələrini xahiş edən məktubunun monqol xanlarına çatdırılması vəzifəsi zamanı iyul 1253-də Don ilə Volqa arasında Sertak xan ilə görüşmüşdü. Atası Batı xan tərəfindən onu təmsilən Böyük Monqol xanı Münke xanın topladığı qurultaya qatılmaq üçün vəzifələndirilmişdi. Batı xan 1255-ci ilin oktyabr-noyabr aylarında öldüyündə Sertak hələ də Münke xanın yanında idi. Atasının sağlığında vəliəhd elan edilən Sertak böyük xan Münke tərəfindən 1256-cı ildə xan elan edildi.Dövrün tarixi qyanaqlarının da bildirdiyi kimi, Sertak xan nestoriyan xristian olmuşdur.
Şerlok Holms
Şerlok Holms (ing. Sherlock Holmes) — Şotlandiyada anadan olmuş ingilis yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al-qırmızı etüd povestində peyda olmuş Holms Londonda Beyker-strit, 221B ünvanında yaşayır, cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı. Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir. Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holms haqqında çəkilmiş ən yaxşı ekran əsəri kimi qiymətləndirilir.
Şerlok Holmz
Şerlok Holms (ing. Sherlock Holmes) — Şotlandiyada anadan olmuş ingilis yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al-qırmızı etüd povestində peyda olmuş Holms Londonda Beyker-strit, 221B ünvanında yaşayır, cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı. Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir. Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holms haqqında çəkilmiş ən yaxşı ekran əsəri kimi qiymətləndirilir.
Şerlok (dəqiqləşdirmə)
Şerlok Holms
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. == Həyatı == Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Şerlok (teleserial, 2010)
Şerlok — Mark Qatis tərəfindən ümumi məzmunu Artur Konan Doylun eyniadlı romanı əsasında televiziya üçün yaradılan serial. Bu serial romandan fərqli olaraq 2010-cu illərdə baş verir. Burada Şerlok Holmsun kredit kartları, telefonu var və o, avtomobil və metrodan istifadə edir.
Şerlok Holms muzeyi
Şerlok Holms muzeyi (ing. The Sherlock Holmes Museum) — Ser Artur Konan Doyl tərəfindən yaradılmış ədəbi personaj, əfsanəvi xəfiyyə Şerlok Holmsun Londonda ev muzeyi. == 221b Beyker-strit nömrəsinin tarixi == 221b Beyker-strit adresi uzun illər ərzində Şerlok Holms ev muzeyi və National Abbey arasında mübahisə predmeti olmuşdur. Artur Konan Doylun əsərlərinə əsasən Şerlok Holms və dostu Həkim Uatson Beyker-strit, 221b (221b, Baker street) ünvanında yerləşən evdə 1881, 1904-cü illərdə yaşamışlar. Əsərlərin yazıldığı zamanda Londonda belə ünvan mövcud deyildi. Beyker-stritin şimala doğru (19-cu əsrin axırında Upper Baker street adlı küçə yerləşən yerə) doğru uzadılması nəticəsində Abbey National tikinti cəmiyyəti tərəfindən binaya verilməsi nəticəsində bu nömrə 215 və 229 nömrələri arasında peyda oldu. Bu səbəbdən uzun illər ərzində Abbey National "221b Baker Street" ünvanına Şerlok Holmsun adına daima gələn məktublar və digər korrespendensiyanı ayırmaq üçün xüsusi vəzifəyə katib təyin etməli olurdular. Muzey yaradılan zaman qanuni əsasla Şerlok Holmsun, əslində nömərsi 239 olan, lazımı löhvəni asa bilmək üçün xüsusi "221b Baker Street" firması yaradılmışdır. Nəticədə ev rəsmi olaraq 221b, Baker Street, London, NW1 6XE, poçt ünvanını ala bildi və məktublar birbaşa muzeyə gəlməyə başladı. == Muzey == Muzey Beyker-stritdə, London metrosunun eyni adlı stansiyasının yaxınlığında təxminən Beyker-strit küçəsinin Merilebon-roudun Ridjents-parkla birləçməsindən yarıyolda yerləşir.
Everton Vinya-del-Mar FK
Everton (Vinya-del-Mar) (isp. Corporación Deportiva Everton de Viña del Mar) — Çilinin Vinya-del-Mar şəhərindən olan futbol klubu. "Everton" dörd dəfə Çilinin çempionu olub. Paytaxt Santyaqodan olmayan komanda kimi o bu göstəricidə ancaq Kalama şəhərindən olan «Kobreloa» komandasından geri qalır. == Tarixi == 24 iyun 1909-cu ildə İngiltərənin Liverpul şəhərindən olan dənizçilər tərəfindən təşkil edilib.