Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aziya i Afrika seqodnya
"Aziya i Afrika seqodnya" (rus. Азия и Африка сегодня) — Asiya və Afrikanın öyrənilməsinə həsr olunmuş SSRİ və Rusiya elmi jurnalı. Jurnal Ali Attestasiya Komissiyasının elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi almaq üçün nəşrlər üçün tövsiyə etdiyi nəşrlər siyahısına daxildir. Bu, "Web of Science" platformasında Rusiya Elm Sitat İndeksi verilənlər bazasına, "EBSCO Publishing" beynəlxalq məlumat bazasına daxil edilmişdir. Jurnal "Nauka" nəşriyyatı tərəfindən nəşr olunur. == Tarixi == Nəşr 1957-ci ilin iyulunda SSRİ Elmlər Akademiyası tərəfindən yaradılmışdır. İndi Rusiya Elmlər Akademiyasının Afrikaşünaslıq İnstitutu və Şərqşünaslıq İnstitutu tərəfindən nəşr olunur. 2007-ci ildə jurnalın 600-cü nömrəsi işıq üzü görmüşdür. Adətən təxminən 80 səhifədən ibarətdir. 2015-ci ilin oktyabr ayından etibarən jurnal Misirdə ərəb dilində "Asiya və İfriqiyyə əl-yəum" adı ilə nəşr olunmağa başlamışdır.
Seyonna
Seyonna (fr. Seillonnaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Segunda División
Sequnda Divizión (isp. Segunda División) — İspaniyada La Liqadan sonra ikinci peşəkar futbol liqasıdır. Bu liqanı ilk 3 sırada bitirən komandalar La Liqaya qalxır, La Liqanı son 3 yerdə bitirən komandalar isə Sequnda Divisióna düşür. 1929-cu ildə yaradılmış bu liqada hal-hazırda 22 klub mübarizə aparır. == Klublar == 2023-24 mövsümündə Liqada 22 komanda çıxış edib, o cümlədən 2022-23 - mövsümündən ilk 15 komanda, üçü La Liga 2022-23 - dən düşüb və dördü nümunə 2022-23 - dən yüksəlib. Elçe, Espanyol və Real Valyadolid FK La Ligadan düşüb, Amorebieta, Rasinq Ferrol birbaşa yüksəlib, Alkorkon və Eldens isə promo playoff qazanmışdılar. == Tarixi == Bu çempionat 1929-cu ildə İspaniya Futbol Federasiyası tərəfindən yaradılıb. 1963-cü ildə bəri bu liqa LFP'yə məxsusdur. 16 avqust 2006 tarixində LFP ilə BBVA bankı arasında bağlanmış müqavilədən sonra Segunda División Liga BBVA olaraq adlandırıldı. 4 iyun 2008-ci ildə isə yeni sponsorla bağlanmış müqavilədən sonra liqa Liga Adelante adını alır.
Antonio Saqona
Antonio (Toni) Cüzeppe Saqona (1956, Tərabülüs əl-Qərb – 29 iyun 2017) — Avstraliyanın Viktoriya əyalətindəki Melburn Universitetində dərs demiş arxeoloq və klassik professor. Toni Saqona, 30 aprel 1956-cı ildə Tripolidə, Liviyada anadan olmuşdur. Valideynləri, Salvatore və Mariya ilə birlikdə 1960-cı ildə Avstraliyaya köçmüş, əvvəlcə Vilhelmstaun, Viktoriyaya yerləşmişdir. Saqona ilk təhsilini Emmanuel Kolleci, Altonada aldı, orta təhsilini 1973 cü ildə bitirdi və Melburn Universiteti Humanitar elmlər bölməsindən məzun oldu. Namizədlik mövzusu 1984-cü ildə tamamladığı Qafqaz bölgəsinin erkən Tunc dövrü Kür-Araz mədəniyyətinin arxeologiyası idi. 1984-cü ildə Erkən Tunc dövründə Qafqaz bölgəsi olaraq nəşr edilmişdir. Doktorantura namizədliyi müddətində Saqona Humanitar Elmlər Bölməsində müəllimlik edirdi. Müəllimi və onun üçün model olan Bill Culicanın qəfil vəfat etməsi ilə Culican kursunu təhvil aldı və Arxeologiya müəllimliyi etməyə başladı. 1989-cu ildə baş müəllim vəzifəsinə irəli çəkildi, 1995-ci ildə dosent və 2006-cı ildə professor vəzifəsinə təyin edildi. 2017-ci ildə ölümündən bir müddət əvvəl ona Emeritus professor adı verildi.
Astra
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Catra
Catra (sanskritcə hərəkət, səfər, səyahət, təntənəli nümayiş, bayram; sonralar– tamaşa) — xalq tamaşasının qədim növü, musiqi, nəğmə, rəqs və oyunlarla müşayiət olunan kütləvi gəzintilər. == Tarixi == 1-ci minilliyin sonu – 2-ci minilliyin əvvəlində yaranmışdır; ən çox Hindistanın şimal şərqində və Nepalda yayılmışdır. == Təsviri == Catra, əsasən, kortəbii, hər hansı ailə, icma şənlikləri və yaxud dini bayramlar zamanı təşkil olunur. Müxtəlif yerlərdə və istənilən vaxtlarda (məs., axşam vaxtı kəndin ortasında tonqal ətrafında) keçirilə, müxtəlif miqyasda (lokal-etnikdən ümummilliyədək) ola bilər. Catra Benqaliya və Orissada 15–16-cı əsrlərdə musiqili rəqs dramının (catraqan) mifoloji süjetləri əsasında teatrlaşdırılmış tamaşa kimi yaranmışdır. Açıq havada, şüvüllər üzərinə tarım çəkilmiş böyük örtük (aktyorlar və tamaşaçılar üçün) altında oynanılır. 18-ci əsrin sonlarından repertuarı xeyli genişlənmiş, ənənəvi Catra sənəti tədricən peşəkar sənətə çevrilmişdir.
Hatra
Hatra (ərəb. الحضر‎ al-Ḥaḍr) — İraqın Ninəvə mühafazası və Cəzirə yaylasında yerləşən qədim şəhər xarabalıqlarıdır. Dairəvi formalı plana malik olan şəhər xarabalıqlarının ümumi sahəsi 500 hektardan çoxdur. Əsası Selevkilər dövründə — e.ə. III–II əsrlərdə qoyulmuş Hatra şəhəri, çiçəklənmə dövrünü Parfiyalıların hakimiyyəti dövründə — b.e. I–II əsrlərində yaşamış, 257-ci ildə isə dağıdılmışdır. Özündə ərəb və yaxın şərq elementləri ilə zəngin Ellinizm və Qədim Roma dövrü memarlığının nadir nümunələrini birləşdirən Hatra şəhəri 1985-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. 7 mart 2015-ci ildə Hatra şəhərinin qalıqları İŞİD silahlıları tərəfindən dağıdılmışdır.
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Segunda División 1929
Segunda División 1929 — liqanın ilk mövsümüdür. Bu mövsümdə 10 komanda iştirak etmişdir. Heç bir komanda Primera Divisióna qalxa bilməsə də, Celta və Racing de Madrid Tercera Divisióna düşür.
Segunda División B
İspaniya üçüncü futbol divizionu yaxud Segunda División B — Bu divizionda 80 komanda mübarizə aparır. Bu komandalardan ilk 4-ü 2-ci diviziona (Segunda División) yüksəlmək şansı əldə edir. Son 17 komanda (16-sı birbaşa) isə 4-cü diviziona (Tercera División) düşür. 2021-ci ildə Sequnda B-ni Primera RFEF əvəz etdi.
90377 Sedna
90377 Sedna (simvolı: ) — Neptunxarici cisimlərdən biridir. Michael E. Brown (Caltech), Chad Trujillo (Əkizlər Rəsədxanası) və David Rabinowitz (Yel Universiteti) tərəfindən 14 noyabr 2003-də tapılmışdır.
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa) — Çexiya şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Mark Bartra
Mark Bartra - Borussiya Dortmund FKnın və İspaniya milli futbol komandasının Müdafiəçisi
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Nissan Navara
Nissan Navara — yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1997-ci ildən bu günə kimi istehsal olunan pikap avtomobil. Adı İspaniyanın şimalında yerləşən Navarra regionundan irəli gəlir. Həmçinin, Avropa üçün versiyası Barselonadakı Nissan zavodunda yığılır və bəzi Avropa bazarlarında Nissan NP300 adı ilə satılır.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. == Tarixi == Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Yuliya Pastra
Yuliya Pastra (isp. Julia Pastrana) — xarici görünüşü ilə meymuna bənzər saqqallı qadın Yuliya 1834-cü ildə Meksikada bir hindu ailəsində dünyaya gəlib. 1857-ci ildə öz meneceri Teodor Lent adlı gənclə evlənmişdir. Bu nikahdan onların bir oğlu olmuşdur. == Qeyri-adiliyi == Bu əcaib qadının boyu 150 sm olub. Onun bədən quruluşu adi qadından heç nə ilə seçilməyib. Yuliya Pastra üzərində aparılan tədqiqatdan sonra məlum olmuşdur ki, onun əcaib görünüşə sahib olmasının əsas səbəbi hipertrixoz xəstəliyidir. Bu xəstəliyin nəticəsində onun üz və bədənində həddindən artıq tüklənmə gedib. Yuliya Pastrananın mumiyalanmış meyiti Avropa və Amerikada müxtəlif sərgilərə çıxarılmışdır. 2012-ci ildə Oslo Universitetində saxlanılan meyitinin mumiyalanmış qalaqlarının Meksikaya verilərək torpağa tapşırılması qərara alınmışdır.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. == Coğrafiya == Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. == Toponimika == Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. == Tarixi == Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi. 1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb.
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. == Qurumlar == ZARA — İspaniya brendi.
Mahaşiva Ratra
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram. == Bayramın keçirildiyi tarix == Mahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir. == Bayram necə keçirilir == Bayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər.
Zahra Çihi
Zarra mükafatı
Zarra mükafatı İspaniya idman qəzeti sayılan "Marca" tərəfindən La Liqada və ikinci liqada ən çox qol vuran ispan futbolçuya təqdim edilən illik futbol mükafatıdır. Mükafatın adı vaxtı ikən "Atletik Bilbao" klubunda çıxış etmiş Telmo Zarradan almışdır. Mükafat 2006-cı ildən etibarən sahibinə təqdim edilir və ilk qalibi David Vilya olmuşdur. == Qaliblər == === La Liqa === Adı qalın qeyd edilmiş futbolçu həmin mövsüm Piçiçi Mükafatını qazanmışdır. === İkinci Divizyon === Adı qalın qeyd edilmiş futbolçu həmin mövsümü bombardir kimi tamamlamışdır.