Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ləkin kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pekin
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi. Harun Təkin Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Şəkil
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
Seşin
Seşin (pol. Cieszyn, polyak: [ˈt͡ɕɛʂɨn] ( dinlə); çex. Těšín [ˈcɛʃiːn] ( dinlə); alm. Teschen‎; lat. Tessin) — Polşada şəhər. Olza çayı sahilindədir. Elektrotexnika, metal emalı, yeyinti, trikotaj sənayesi var. Dəri-qalantereya məmulatı istehsal olunur. Şəhər kommunası statusuna malikdir. Sahəsi 28,61 km2, əhalisi 34,778 nəfərdir (2018).
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Ece Seçkin
Ece Seçkin (12 sentyabr 1991, İstanbul) — Türkiyə müğənnisi. Krım tatarı olan ailədə anadan olmuşdur. == Həyatı == === Karyera həyatı === Ece Seçkin 1991-ci il sentyabrın 12-də İstanbulda Krım tatar ailəsində anadan olub. Musiqi həyatına 3 yaşında piano müəllimi olan anası Lalə Seçkinlə başlayıb. Musiqi təhsilini fortepiano və solfecio üzrə davam etdirərkən, 1998-ci ildə konservatoriya imtahanında birinci yerlə fortepiano şöbəsini qazanıb. Musiqiyə olan həvəsi ilə yanaşı, Filiz Coşkunerdən balet dərsləri alıb, 8 ilə yaxın balet və rəqs məşqlərini davam etdirib. Orta məktəb illərində qurduğu musiqi qrupunun solisti olmağa başlayıb. Məktəb illərində qatıldığı müxtəlif musiqi yarışmalarında fərqlənən Ece Seçkin 2006-cı ildə Levent Arslandan fərdi müğənnilik dərsləri almağa başlayıb. 2010-cu ildə musiqiyə qarşı çox uzaq bir seçim edərək Baxçaşəhər Universitetinin Hüquq fakültəsinə daxil olub. 2011-ci ildə Ozan Doğulu ilə tanışması onun musiqi həyatında dönüş nöqtəsi olub.
Harun Təkin
Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Klara Setkin
Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir. == Həyatı == Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur. == Siyasi fəaliyyəti == 1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər. == Klara Setkin Azərbaycanda == 1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür.
Ləkin bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mixail Şepkin
Mixail Semyonoviç Şepkin (6 (17) noyabr 1788 və ya 1788 – 11 (23) avqust 1863 və ya 1863, Yalta, Tavriya quberniyası[d]) — aktyor, Rus aktyorluq məktəbinin banilərindən biri Алперс Б. В. Театр Мочалова и Щепкина. М., 1979 Гриц Т. С. М. С. Щепкин. Летопись жизни и творчества. М., 1966 Дерман А. Б. Московского Малого театра актер Щепкин, М., 1951 Земенков Б. С. М. С. Щепкин в Москве, М., 1966 Имберх М. А. Выкуп артиста М. С. Щепкина из крепостной зависимости. 1818 г. // Русская старина, 1875. — Т. 13. — № 5. — С. 152–154. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine Михаил Семенович Щепкин.
Pavel Setin
Pavel Vitalyeviç Setin (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. Pavel Setin 1988-ci il sentyabrın 17-də anadan olub. 2012-ci ilin avqust ayında Pavel Setin Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Elçin Muradovun bələdçisi olan Pavel Setin 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməsə də, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pavel Vitalyeviç Setin "Tərəqqi" medalı ilə təltif edildi.
Pekin Universiteti
Pekin Universiteti (çin. 北大) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Pekin Universiteti xalq arasında "Beyda" adlandırılır. Pekin Universiteti 1898-ci ilin dekabrında Yüz Gün İslahatları dövründə yaradılıb və ilkin olaraq İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan pedaqogika fakültəsi açılıb. 1912-ci il Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən artıq tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına çevrilir. Alman akademik təhsil modelindən ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı iştirakçılarının əsas hissəsini Pekin Milli Universitetinin tələbələri təşkil edirlər.
Pekin operası
Pekin operası - XVIII əsrin sonu-XIX əsrin əvvəllərində təşəkkül tapmış Çin operası. Musiqi, vokal hissələr, pantomima, rəqslər və akrobatikanı özündə birləşdirən opera. Çinin paytaxt operası üçün Tszinsi adından da istifadə edilir.(京戲). 2010-cu ildən YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilib. XVIII əsrin sonunda Çin ənənəvi teatrının bütün məxsusi xüsusiyyətlərini qəlib cilasında qəbul edərək təşəkkül mərhələsinə qədəm qoyur və yalnız XIX yüzilin ortasında tam şəkildə işlənib formalaşır. Bir tarixçəyə əsasən 1790-cı ildə imperator Tsyənlun 80 illiyini qeyd edirmiş. Bu münasibətlə saraya Ənhoydan 4 huəydyao opera truppası - Sançin, Sısi, Çuntay, Heçun truppaları - təşrif buyurur. Deyilənə görə aktyorların oyunu-oxusu imperatora o qədər xoş təsir bağışlayır ki, o, bu truppaların sarayda qalıb öz sənətlərini inkişaf etdirməsi üçün əmr verir. Həmin dövrdən ta bugünə qədər Pekin operasının mərkəzi şəhərləri, təbii ki, Pekin və Şanxaydır; harada ki, cacüy, kün-süy və digər opera məktəbləri bir araya gəlib bu-gün bizim tanıdığımız keyfiyyətcə çox mükəmməl Pekin operasını yaradırlar. Çinlilər ona jinqju deyirlər.
Pekin teleqülləsi
Mərkəzi Radio & Teleqüllə mərkəzi və ya Pekin teleqülləsi (çin. 中央广播电视塔) — Pekində yerləşən müşahidə və televiziya qülləsi. Şəhərin ən hündür strukturu, dünyanın dördüncü ən yüksək teleqülləsidir. 238 metr (781 ft) hündürlüyündə müşahidə göyərtəsi var. Telüqüllənin restoran və müşahidə göyərtəsindən şəhərin panoramik mənzərəsi açılır. Dünya Böyük Qüllələr Federasiyasının üzvüdür. Qüllə 1980-ci illərin sonunda Paulus Snoeren tərəfindən planı hazırlanmış və Çin Mərkəzi Televiziyası üçün yayım avadanlığı ilə təchizatı 1992-ci ildə başa çatdırılmışdır. Teleqüllə Pekinin Haidian rayonunda , Gongzhufen metro stansiyası və Yuyuantan Parkı yaxınlığında yerləşir . Qüllənin ən yuxarı hissəsinə 1484 addım məsafə var ki,hər il bu məsafəyə yarış keçirilir. İctimaiyyətə açıq olan 4 mərtəbəsi var.
Pekin ördəyi
Pekin ördəyi (lat. Anas platyrhynchos domestica), (Anseriformes) dəstəsindən bir quş növü.
Pekin şəhəri
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Sakin Cabarov
Sakin Həmid oğlu Cabarov — fizika elmləri doktoru, dosent. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini. Sakin Cabarov 30 avqust 1983-cü ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. Ailəlidir, bir oğlu bir qızı vardır. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdir. 1990–2000-cu illərdə Xaçmaz rayonu Q. Mövlanov adına Dədəli kənd orta məktəbində orta təhsilini almışdır. 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış və həmin fakültəni Fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2007-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistraturasında təhsil almış və Kvant elektronikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun fəlsəfə doktorluğu üzrə 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə doktoranturada təhsil almış, 2012-ci ildə "Yüksək təzyiqlərdə PbTiO3, NaNbO3, BiMnO3 perovskit seqnetoelektriklərdə struktur faza keçidləri" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2220.01-Yarımkeçiricilər fizikası ixtisası üzrə dosent elmi adı almışdır.
Sebin Torpağı
Sebin Torpağı (norv. Sabine Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Sebin Torpağı adanın şərq hissəsini təşkil edir. Sahəsi 1 900 km²-dir. Ərazisinin bir hissəsini Neqribrin buzlağı örtür. Torpaq irland alimi Edvard Sebinin şərəfinə adlandırılmışdır. O, 1898—1907-ci illərdə arktikaya təşkil edilən ekspedisiyanı maliyyələşdirmişdir.
Selin (Əbyəlil)
Selin kəndi (başq. Сиҙәм) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askar): 49 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 3 km. Maqnitaqorsk:60 km ən yaxın şəhər Sibay: 40 km. Dəniz səviyyəsindən hündürlüyü: 372 m. Совет муниципальных образований Республики Башкортостан.
Selin Dion
Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968[…], Monreal, Kvebek) — Kanada pop müğənnisi. 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi. O, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.
Selin Dəmiratar
Selin Dəmiratar (20 mart 1983 və ya 21 mart 1983, İstanbul) — aktrisa. Selin Dəmiratar 20 mart 1983-cü ildə Ərzincanda dünyaya gəlmişdir. Ən çox aktrisa kimi tanınmışdır. Selin Dəmiratar atasının işinə görə daim şəhər dəyişmək məcburiyyətində qalmışdır. Bu səbəbdən Adana, Ankara, Antalya və İstanbul kimi bir çox şəhərdə yaşamışdır. Aktyorluq karyerasına ilk olaraq "Qoçum Mənim" adlı TV serialı ilə başlayıb. Burada mükəmməl bir aktyorluq edən Selin Dəmiratar şöhrət olma yolundakı ən böyük addımını beləcə atmışdır. Lisey təhsilini bir çox şəhərdə oxuyan Gözəl aktyor Universiteti isə Memar Sinan Universitetində oxumuşdur. 1999-cu ildəki keçirilən "Miss Globe" gözəllik müsabiqəsində Türkiyə də birinci dünya da isə 3-cü Sırada yer alıb. Göstərdiyi bu uğur ilə önü açılmış, şöhrət qazanmışdır.
Seqin (Xudafərin)
Seqin (fars. سقين‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (18 ailə).