Pavel Vitalyeviç Setin (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.
Pavel Setin | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Pavel Vitalyeviç Setin | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||
Medallar
|
Pavel Setin 1988-ci il sentyabrın 17-də anadan olub.
2012-ci ilin avqust ayında Pavel Setin Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Elçin Muradovun bələdçisi olan Pavel Setin 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməsə də, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pavel Vitalyeviç Setin "Tərəqqi" medalı ilə təltif edildi.[1]