Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekresiya
Sekresiya (geologiya)
Sekresiya (fiziologiya)
Canlılarda ifrazat — Canlıların qəbul etdiyi iri molekullu üzvi qida maddələri mərhələlərlə parçalanır. Alınan maddələrin bir qismi orqanizmin hüceyrələrinin qurulmasında iştirak edir. Digər qismi isə energetik mübadilə nəticəsində tam parçalanır və bu zaman enerji ayrılır. Parçalanma məhsullarının bəziləri orqanizmə lazım olmur, hətta onların bir qismi zərərli məhsullara çevrilir, Orqanizm belə məhsulları necə xaric edir. Canlılarda ifrazat orqanları fərqlidir. == Onurğalılarda ifrazat == Bütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir. Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir. Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlayır.
Sekresiya (geologiya)
Sekresiya - süxur boşluqlarını dolduran, tərkibcə süxurlardan fərqlənən kristallik, yaxud kolloid mineral maddələr. Konkresiyadan fərqli olaraq, maddələrin çökməsi, boşluğun divarlarından mərkəzə doğru gedir, nəticədə müxtəlif rəngli və müxtəlif mineral tərkibli konsentrik-zonal quruluş əmələ gəlir. Boşluğun dolması tam, yaxud qismən ola bilər. Sekresiya badamcıqlar — kiçik ölçülü sekresiya və jeodlar – iri, qismən doldurulmuş boşluqlar şəklində olur. Sekresiya əmələ gəlməsi hipergen və hidrotermal proseslərdə maddənin həqiqi və kolloid məhlullarla gətirilməsi ilə əlaqədardır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sekresiya vəziləri
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Daxili sekresiya vəziləri
Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae (lat. endo - daxilə, lat. crino - ifraz edirəm) lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus adını daşıyır. Bəzən bunlara qapalı vəzilər - lat. glandulae clausae deyilir. Bu xüsusiyyət ilə xarici sekresiya vəzilərindən fərqlənir.
Xarici sekresiya vəziləri
Xarici sekresiya vəziləri (lat. Glandulae excretoriae s. apertae) - axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür: Selikli vəzilər - məhsullarında çoxlu selik olur, məsələn - damaq vəziləri (lat. glandulae palatinae), dal dil vəziləri (lat. glandula linguales posteriores); Seroz ya zülal vəziləri - ifraz etdiyi şirə çox sulu olsa da çoxlu zülala malikdir, məsələn, qulaqaltı vəzi (lat. glandulae parotis), dil və ya Ebner vəziləri (lat. glandulae linguales Ebneri); Qarışıq (seroz-selikli) vəzilər lat. glandulae seromucose - sekretində həm zülal, həm də selik vardır, məsələn dodaq vəziləri (lat. glandulae labiales), yanaq vəziləri (lat.
Soaresia
Soaresia (lat. Soaresia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Soaresia velutina Sch.Bip.
Soaresia velutina
Soaresia (lat. Soaresia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Soaresia velutina Sch.Bip.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. == Təsnifatı == Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər. Nefrogenik şəkərsiz diabet.
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. == Simptomları == Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. == Səbəbləri == === Naməlum === Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.O, həmçinin hipotalamusun, hipofiz sapının, arxa hipofizin zədələnməsi ilə əlaqədardır və baş travması nəticəsində yarana bilər.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. == Simptomları == Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur.Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır. == Səbəbləri == === Qazanılmış === Nefrogenik şəkərsiz diabet ən çox qazanılmış formalarda olur, yəni qüsur doğuş zamanı olmur.
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı — Arif Məhərrəmovun filmi.Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib. == Məzmun == Bu film "Dədə Qorqud" eposunun boylarından birini ekranda əks etdirir. Burada Əkrək və Səkrək adlı iki qardaşın başına gələn sərgüzəştlərdən danışılır. Kino əsəri tamaşaçıları birliyə, dostluğa səsləyir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssamlar: Arif Məhərrəmov, Yelena Qolubeva Bəstəkar: Arif Məlikov Kinooperator: Antonina Korotnitskaya Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamları: Vaqif Məmmədov, Firəngiz Quliyeva, Bəhmən Əliyev, Aleksandra Şirinova, Solmaz Hüseynova Rəssamlar: Lalə Məmmədova, Tamilla Əsgərova, P.Axundov, Hüseyn Cavid İsmayılov (Hüseyncavid İsmayılov kimi), Əli Əliyev Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Arifə Hatəmi Operator assistenti: Səidə Rəhimova Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Seyid Əhmədov (S.Əhmədov kimi) === Filmi səsləndirənlər === Həsən Məmmədov — Dədə Qorqud; Uşun qoca (titrlərdə yoxdur) Pərviz Bağırov — Səkrək (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səkrəyin anası (titrlərdə yoxdur) Kazım Abdullayev — Hökmdar (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Əkrək (titrlərdə yoxdur) == Həmçinin bax == Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".