Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəmətük
Şəmətük — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Şəm talış dilində "çay sahilində ağacsız çəmənlik", "ə" birləşdirici sait və tük talışca "çəltik əkilən yer", "çəltik tarlası" deməkdir. == Tanınmış şəxslər == === Şəhidləri === Samrad Eynəliyev (2005–2023).
Semeru
Semeru (ind. Semeru) — İndoneziyanın Yava adasındakı ən hündür vulkan. Semeru vulkanik kompleksin cənub ucunda — Tengger kalderasında yerləşir. Vulkanın kraterində lava gölü var. Semeru hündürlüyü — 3676 m (adanın ən yüksək nöqtəsi), bir neçə kraterə malikdir; müasir kraterin diametri 500–650 m, dərinliyi 220 m-ə qədərdir. Vulkan andezit və bazaltlardan ibarətdir. Bu, Bromo Tengger Semeru Milli Parkının əsas görməli yeridir.
Adolf Ledebur
Karl Hanrich Adolf Ledebur — alman metallurqu. O Ledeburiti kəşf etdikdən sonra məşhurlaşmışdır. 1875-ci ildə Frayberq Dağ-Mədən Akademiyasında "Metallurgiya" laboratoriyasına rəhbər təyin olunanda, artıq o 1 il idi ki, həmin ali məktəbdə professor kimi çalışırdı. 1882-ci ildə ona poladın tərkibində dəmir və karbondan ibarət qarışıq kristalı sübut etmək nəsib olmuşdur. Sonralar bu kristal onun şərəfinə Ledeburit adlandırılmışdır. == Həyatı == Ledebur poçt xidmətçisinin oğlu idi. Atası 1856-cı iləd vəfat edəndə Adolf ledebur Zorqedə dəmir-filizi karxansında Braunşvayq ali məktəbinin tələbəsi kimi praktikum keçirdi. 1858-ci ildə o təhsilini maliyyə ehtiyacı ucundan yarımçıq qoyur və mədəndə işləməy başlayır. 1859-cu ildə Ledebur Mədən assistenti imtahanına buraxılır. Bu imtahanı verdikdən sonra o 1862-ci ildə Mədən aspirantı kimi Stolberg-Vernigerode -də işə başalyır.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Təpəbur (Tikantəpə)
Təpəbur (fars. تپه بور‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 328 nəfər yaşayır (64 ailə).
Şəmətük bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şerbur (rayon)
Şerbur (fr. Cherbourg) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Manş (departament). Suprefektura — Şerbur. Rayon əhalisi 2015-cı ildə 190 547 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 115 nəf / km². Rayon sahəsi — 1661 km².
Karl Fridrix fon Ledebur
Karl Fridrix fon Ledebur (ing. Carl Friedrich von Ledebour; d. 8 iyul 1786 – 4 iyul 1851) — Almaniya alimi. Botanik.
Baxış bəy Səbur
Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — şair. == Həyatı == Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur". Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Əsəd bəy Vəzirin oğludur. Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır: "Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir.
Əlipaşa Səbur Hüseynzadə
Əlipaşa Səbur və ya Əli Səbur (tam adı: Hüseynzadə Əlipaşa Həbibulla oğlu; 1885, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan şairi. "Yeni füyuzat" jurnalının naşiri və məsul redaktoru. == Həyatı == Əlipaşa Hüseynzadə 1885-ci ildə Bakıda anadan olmuşdur. Atası Həbibulla Hüseynzadə dənizçi idi. İlk təhsilini Mirzə Həsib Qüdsinin və Molla Qafurun məktəbində almışdır. Sonra isə yeni üsulla açılan rus-müsəlman məktəbində oxumuşdur. 1899-cu ildə Həbib bəy Mahmudbəyovun məktəbini bitirib, Sultan Məcid Qənizadənin altı sinifli məktəbinə daxil olmuşdur. Maddi cəhətdən vəziyyətləri ağır olduğundan 17 yaşlı Əlipaşa 1902-ci ildə məktəbi buraxıb Hacıbaba Haşımovun kantorunda işləmişdir. Elmə, təhsilə sonsuz marağı olan Ə.Səbur hər cür çətinliklərə dözərək oxuyur, savad və bilik sahibi olur. O, yazıları ilə dövri mətbuatda çıxış edir, imzası qəzet və jurnal səhifələrində görünməyə başlayır.