Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şərq boğazı (Şərqi Sibir dənizi)
Şərq boğazı (rus. Восточный пролив(Восточно Сибирское Море ) - Lısov və Leonteva adalarını Cetrexstolovoqo adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın eni 20 km , dərinliyi 9 - 12 metr təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya muxtar respublikasının Nijnekolıma rayonuna daxildir. Boğaz Medvedjıy arxipelaqına daxil olan adaları ayırır.
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Serqe
Serqe (bur. сэргэ) — Buryatlar və yakutlar arasında yayılmış olan ayin ağac və dirəkləri. Serqe quraşdırıldığı ərazinin bir sahinin olması deməkdir. Alaçığın yanında, evin qapılarında yerləşdirilir ("serqe əgər dik durursa, demək ailə sağdır"). Serqeni dağıtmaq olmaz, o özü yararsız hala gəlməlidir. Serqe ata pərəstiş ilə əlaqələndirilir. Ev sahibləri və qonaqlar atları bu dirəyə bağlayırdılar. Bu dirək həm üç dünyanı birləşdirən dünya ağacının da simvoludur. Dirəkdə üç üfüqi yiv kəsilir. Yuxarı üst dünyadakı göylərin atlarını bağlamaq üçün, orta insanların atları üçün, alt hissəsi yeraltı atlar üçün nəzərdə tutulmuşdur.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Sırqa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Şəqra
Şəqra (Qətər)
Sega
Sega (Sega Korporasiyası yap. 株式会社セガ, Kabushiki gaisha Sega) — videooyunlar üçün proqram təminatı və aparat vasitələri yaradan transmilli (beynəlxalq) şirkətdir. Mərkəzi ofisi Tokio, Yaponiyada yerləşir. Sega-nın 1991-ci ildən talismanı olmuş Sonic onun ən məşhur personajıdır.
Seqa
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 169 nəfərdir. Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Hüseyn Şərqi
Hüseyn Şərqi Soytürk — Zəncan Universitetinin professorudur. İranda Azərbaycan və fars dillərində nəşr olunan "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru == Həyatı == Azərbaycanda nəşr olunan "Güney Azərbaycan türkologiyası" (2013), "Güney Azərbaycan dramaturgiyası" (2014), eləcə də Cənubi Azərbaycanda nəşr olunan "Azərbaycan ədəbi dil tarixi" (1997), "Azərbaycan ədəbiyyat tarixi" (1997), "Məsihi divanı" (Tehran), "Əski türk kitabları" (Ərdəbil), "Müsəlman-Türk dünyası", "Ədəbi örnəklər" (Tehran) kitabları bunlardan bir neçəsidir. Hüseyn Soytürk Misirin "Xədiviyyə" kitabxanasında saxlanılan, Nizaminin əlyazması şəklində olan anadilli şeirlərini 2006-cı ildə Azərbaycanın "Nurlar" nəşriyyatında nəşr etdirmişdir. Bu şeirlər İranda da nəşr edilmişdir. Nədənsə, Azərbaycanda bu kitab böyük sensasiyaya səbəb olmuş, ancaq diqqətdən yayınmışdır. Görünür, gələcək tədqiqatçılar bu nadir tapıntıya bir daha müraciət etməli olacaqlar. İndiyə qədər İranda onlarla kitab nəşrinə imza atan Hüseyn Soytürk Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir çox əsərləri, o cümlədən prof. Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti" kitabını fars dilinə tərcümə edib nəşr etdirmişdir. == Əsərləri == Divani-Nizami (Gəncəli) : qəsidələr-qəzəllər: Xədiviyyə nüsxəsi - Tehran nəşri əsasında / tərt.: Eloğlu, H.Ş Soytürk. - Bakı : Nurlar NPM, 2006.
Lev Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880 və ya 3 mart 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Nijniye Serqi
Nijniye Serqi — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Oxynoemacheilus merga
Şimali Qafqaz çılpaqçası (lat. Oxynoemacheilus merga) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. Şimali Qafqaz çılpaqçasının gözləri kiçik, burnu kütdür. Rəngi tünddür, bədənində düzgün yerləşməmiş qonur xallar var. Bu xalları quyruq, bel və döş üzgəclərində də görmək olar. Bel üzgəcinin arxasında belində 4–6 iri xal var. Xaçmaz rayonunun çaylarında və Samur çayında yayılmışdır. Azərbaycan hüdüdlarından kənarda Kuban, Kuma, Terek və Sulak çaylarında yayılmışdır. Biologiyası öyrənilməmişdir. İti axımlı çaylara üstünlük verir, daşların arasında durur.
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Senecio serra
Senecio serra (lat. Senecio serra) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sergi Samper
Seria A
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
Seria B
İtaliya B Seriyası — İtaliya futbol liqalarının ikinci səviyyəsidir. 1929-cu ildən etibarən keçirilir.
Serqo Mindiaşvili
Serqo Mindiaşvili (2 iyul 1940, Sarabuk[d], Cənubi Osetiya Muxtar Vilayəti – 21 sentyabr 2011, Sxinval) — Osetiya və gürcü şairi, nasir, tərcüməçi, Cənubi Osetiya Respublikasının əməkdar mədəniyyət işçisi. Cənubi Osetiyada yaşayıb işləyir. Əsərlərini osetin, gürcü və rus dillərində yazmışdır. Osetiya və gürcü dillərində bir çox şeir məcmuələrinin müəllifidir. İllər keçdikcə onun şeir məcmuələri nəşr olunur: "Qardaşı oğlunun vergisi" (oset. «Хæрæфырты хуын»), "Günəşlə söhbət" (oset. «Ныхас хуримæ»), "Gün duruşumun düşüncələri" 1981, "Atom yoxsa boru?" 1988, "Ekzotik Nağıl" 1989, "Ümid zəngi" 1990, "İkiqat bədbəxtlik" (oset. «Дывыдон арты») 2011 və s. Ölümündən sonra 2017-ci ildə "Səni Sevirəm" (oset. «Уарзын дæ») kolleksiyası hazırlanmışdır.
Serqo Orconikidze
Qriqori (Serqo) Konstantinoviç Orconikidze (12 (24) oktyabr 1886, Qareşa[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 18 fevral 1937[…], Moskva, RSFSR, SSRİ) — gürcü siyasi-ictimai xadimi, inqilabçı. Serqo Orconikidze 1905-ci ildə Tiflisdə məktəbi bitirdikdən sonra artıq iki il əvvəl qoşulduğu RSDRP fraksiyasında fəaliyyətini davam etdirmişdir. Çoxsaylı təqiblərə məruz qalan Orconikidze 1909-cu ildə Bakıya qaçmış, RSDRP-nin Bakı komitəsinin qərarı ilə 1909-cu ilin payızında İrana inqilabi işi yaymaq üçün göndərilmişdir. Sonralar Stalinlə inqilabi işini davam etdirən Orconikidze dəfələrlə həbs olunmuşdur. 1912-ci ildə isə ona 3 il həbs cəzası verilmiş, 1915-ci ildə Sibirə sürgün edilmişdir. 1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olmuşdur. Bundan sonra o müxtəlif rəhbər vəzifələr tutmuşdur. Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri "aradan götürməsi" ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı olaraq qalır. Rəsmi olaraq infaktdan öldüyü bildirilmiş, cənazəsi təntənəli şəkildə Kremlin divarında dəfn edilmişdir.
Serqo Vardosanidze
Serqo Vardosanidze(ing. Sergo Vardosanidze; 3 dekabr 1955)— gürcü tarixçi, professor və Gürcüstanın Müqəddəs Endryu Universitetinin rektorudur. Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib. Tarix və Etnologiya İnstitutunda, Gürcüstan Elmlər Akademiyasında Gürcüstan tarixi üzrə ixtisaslaşmışdır. Tarix elmləri doktoru, professor Serqo Vardosanidze İnstitutu bitirdikdən sonra 1 saylı eksperimental məktəbdə çalışdı. Tarix müəllimi, direktorun tədris işləri üzrə müavini kimi işləmişdir. Tbilisi Pedaqoji Universitetində Gürcüstan tarixi kafedrasının professoru, tarix fakültəsinin dekanı, elmi işlər üzrə prorektor idi; Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının müdiri vəzifəsində də çalışmışdır. Kyrion II, His Holiness and Beatitude, Catholicos-Patriarch of all Georgia. Orthodox Cypsela Publishers (Greece), 1993, 30 pages Georgian Church (in English), Tbilisi, 1999, 14 pages Georgian Church (in German), Tbilisi, 1999, 15 pages Textbook of Georgian History, co-authors – Roin Metreveli|R.Meterveli, I.Antelava Methods of Teaching History (Course of lectures, co-authors – Z.Chimakadze, I.Tskitishvili) Leonid, His Holiness and Beatitude, Catholicos-Patriarch of all Georgia. Tbilisi, 2000, 45 pages Georgian Orthodox Apostolic Church in 1917–1952.
Serqo Zakariadze
Serqo Aleksandroviç Zakariadze (gürc. სერგო ზაქარიაძე; 18 iyun 1909, Bakı – 12 iyul 1971 və ya 13 aprel 1971, Tbilisi) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958). Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur. Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur. 1928-1930-cu illərdə Kutaisidə K.A. Marcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır. 1955-1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır. Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi.
Serva (En)
Serva (fr. Servas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Peronna kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01405. Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1184 nəfər təşkil edirdi. 2010-cu ildə 757 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 559 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 74.6%). Aktiv 559 sakindən 530 nəfər (286 kişi və 244 qadın), 29 nəfər işsiz (12 kişi və 17 qadın) idi.