Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sistola
Sistola (yun. sistoli – yığılma yaxud qısalma) — ürək dövrünün fazası, ürək vurğusu zamanı ürəyin sağ və sol mədəciklərinin əzələsinin yığılması nəticəsində qan sağ mədəcikdən ağciyər arteriyasına, sol mədəcikdən isə aortaya qovulur. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları açılır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar qapanmış olurlar. Nəticə etibarilə yaranan təzyiq sistolik təzyiq adlanır. Sistolik təzyiq ürək əzələsinin qüvvəsindən və onun qovduğu qanın həcmindən, eyni zamanda damar divarlarının müqavimətindən asılıdır. Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir. Sistola fazasının başlanması: Fonoqrafiyada və auskultasiyada: I tonun eşidilməsi; Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının açılması; EKQ: R dişciyinin əmələ gəlməsi. Sistola fazasının bitməsi: Fonoqrafiyada və auskultasiyada: II tonun eşidilməsi; Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması; EKQ: T dişciyinin əmələ gəlməsi.
Ristola
Ristola (fr. və oks. Ristolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqyuiy kantonuna daxildir. INSEE kodu — 05120. 2008-ci ildə əhalinin sayı 96 nəfər təşkil edirdi. 2007-ci ildə 66 yaşda (15-64 yaş arasında) 59 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 89,4%, 1999-cu ildə 89,8%). Fəaliyyət göstərən 59 nəfərdən 58 nəfər (29 kişi və 29 qadın) işləyir, 1 nəfər işsizdir.
Sistova müqaviləsi
Sistova müqaviləsi — 1787-1791-ci illər arasənda baş vermiş Avstriya-Osmanlı müharibəsinin sonunda imzalanmış müqavilədir. Böyük Britaniya, Prussiya və Hollandiya tərəfindən vasitəçilik edilərək, 4 avqust 1791-ci ildə Bolqarıstanda Sistovada (müasir Svishtov) imzalanmışdır. 11 iyul 1789-cu ildə Osmanlı İmperiyası ilə İsveç arasında dostluq müqaviləsi bağlandı. Sultan III Səlim Rusiya və Avstriyanın onlar üçün təhlükə olacağını düşünən Prussiya kralı ilə ittifaq sazişi bağladı (31 yanvar 1790). Ancaq bu müqavilələr qüvvəyə minmədi. Fransa İnqilabından (1789) və Fransanın artan hərbi təhlükəsindən sonra yayılmağa başlayan millətçi fikirlər səbəbindən Avstriya Osmanlılarla yeni bir müqavilə imzalamağa məcbur oldu. Zestovi müqaviləsi 4 avqust 1791-ci ildə bu gün Bolqarıstanın şimalında yerləşən Zestoviç şəhərində imzalanmışdır. Bu müqavilədən sonra Osmanlı İmperiyası ilə Avstriya arasında dostluq dövrü başladı. Sistova müqaviləsi Avstriya-Osmanlı müharibələrinə son qoydu. 19-cu və 20-ci əsrlərdə Avstriya Osmanlılara qarşı Rusiyanın rəhbərlik etdiyi müharibələrdə iştirak etmədi.
Diastola
Diastola (yun. diastole, mənası: Genişlənmə) — ürək dövrünün fazasıdır. Bu zaman ürəyin sağ və sol mədəciklərinin əzələsinin boşalması nəticəsində həcmi genişlənərək, qulaqcıqlardan gələn qanı qəbul edir. Buna yüklənmə/dolma fazası da deyirlər. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları qapanır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar açılmış olurlar. Bu an damar divarlarının müqaviməti nəticəsində qapanmış aorta aypara qapaqcıqlarına soykənən qan axını diastolik təzyiqi yaratmış olur. Diastolik təzyiq damar divarlarının müqavimətindən və aypara qapaqcıqların intaktlığından asılıdır. İnsan ölən zaman ürək diastola vəziyyətində olur. Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.
Pistoya
Pistoya (it. Pistoia) — İtaliyanın Toskana regionunda şəhər.
Sisqala
Sisqala (gür.: g.ə. სისკალა, l.ə. siskala; 1991-ci ildən: gür.: g.ə. ბალახაური, l.ə. balaxauri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Sayalıoğlu" adlandırırlar. Arıxlı, Qoçulu, Daşdıqullar, Hasanxocalı və Əsmələr kəndləri ilə birlikdə Arıxlı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ნახიდურის თემის საკრებულო, l.ə. naxiduris temis sakrebulo) təşkil edir. Kənd şimali-qərbdə Samşvilde (Ağbulaq bələdiyyəsi) və Dağet-Xaçın (Ağbulaq bələdiyyəsi) kəndləri ilə, şimali-şərqdə Ağbulaq şəhəri, şərqdə Muxuti kəndi (Ağbulaq bələdiyyəsi), cənub-şərqdə Raçisubani kəndi, cənubda Bolnisi şəhəri, cənub-qərbdə isə Ratevani kəndləri ilə əhatələnib.
Vistula
Vistula (pol. Wisła;alm. Weichsel‎) — Polşanın ən uzun və ən böyük çayıdır ki uzunluğu 1.047 km (651 mil)dir. Vistulanın su sahəsi 194,424 km ² dir ki 168,699 km ² Polşada ərazisində yerləşir (ölkəni yarıya bölür). Vistula, Polşanın cənubunda yerləşən Barania Qora dağından qaynaqlanır ki dəniz səthindən 1220 metr ucadır və Silesian Beskidz (Karpat dağlarının qərb hissəsində)dağ silsiləsində yerləşir.Vistula, burada Ağ kiçik Vistula (Biała Wisełka) və Qara kiçik Vistula (Czarna Wisełka) ilə başlanır. O, yol boyu bir neçə iri Polşa şəhərlərindən o cümlədən Krakov, Sandomierz, Varşava, Potsk, Votsoavek, Toruni, Bidqoşç, Şvyeçe, Qruconts, Tçev və Qdanskdan keçərkən geniş Polyak düzənliklər üzərində axınını davam edir.Vistula, bir delta və neçə qolları ilə Vistula laqununa boşalır və ya birbaşa Baltik dənizinin Qdansk körfəzinə daxil olur.
Bitola
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола (), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Cassia fistula
Borucuqlu kassiya (lat. Cassia fistula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kassiya cinsinə aid bitki növü. == Sinonimlər == Bactyrilobium fistula' Willd. Cassia bonplandiana DC. Cassia excelsa Kunth Cassia excelsa Schrad. is a synonym of Senna spectabilis var. excelsa Cassia fistuloides Collad. Cassia rhombifolia Roxb. Cathartocarpus excelsus G. Don Cathartocarpus fistula Pers.
Covanni Vastola
Covanni Vastola (20 aprel 1938 – 20 yanvar 2017, Ravenna, Emiliya-Romanya) — Yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar İtaliya futbolçusudur. Vastola 20 yanvar 2017-ci ildə 78 yaşında vəfat etmişdir.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. Vilayət 22 kommunaya bölünür.
Quest Pistols
Quest Pistols — ukraynalı pop qrup, "Quest" adlı rəqs baletində çalışan Anto Savlepov, Nikita Qoryuk və Konstantin Borovski tərəfindən yaradılmışdı. Qrup şəklində onların ilk çıxışı 1 aprel 2007-ci ildə baş tutmuşdu. 1 aprel 2007-ci il - «Quest Pistols» qrupunun ad günü hesab olunur. Məhz bu gün, Anton, Nikita və Kostya özlərinin bütün güclərini tolayıb ukrayna televiziyasında yayımlanan «Şans» proqramında yeni ampluada çıxış etməyə qərar verdilər. «Shocking Blue» qrupunun «Long and lonesome road» adlı mahnısına Quest Pistols qrupu yeni «Я устал» adlı kover versiya yaradır və bu yenilənmiş sinql teleefiri partladır. Onların çıxışına seyircilər 60 000 səs verirlər və beləliklə də Quest Pistols Ukraynada populyarlıq qazanır. Quest Pistols qrupunun tərkibi Cədvəldə ★ işarəli mahnılara klip çəkilib.
Vistula Universiteti
Vistula Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. 1996-cı ildə İqtisadiyyat və İnformatika Ali Məktəbi adı ilə fəaliyyətə başlayan bu təhsil müəssisəsi Polşanın ilk özəl ali məktəblərindən biridir. Bu ali təhsil ocağı 2011-ci ilin 11 fevral tarixindən etibarən universitet statusu əldə edərək Vistula Universiteti adlandırılıb. Universitet 25 000 m² sahəni əhatə edən əraziyə malikdir. Burada seminar məşğələləri üçün 2200 yerlik 7 auditoriya və 46 mühazirə zalı inşa edilib. Ali təhsil ocağında 10 kompüter zalı fəaliyyət göstərir. Eyni zamanda, ali məktəbin dəhlizlərində internetə çıxışla təmin olunmuş kompüterlər qoyulub. Bütün auditoriyalar müasir multimedia vasitələri və qurğularla təchiz edilib, seminar zallarında müasir audiovizual avadanlıqlar qurulub. Universitet şəhərciyində idman zalı, tennis kortu və trenajor zalları inşa olunub. Bütün tələbələrə pulsuz olaraq tibbi xidmətlər göstərilir.
Astola adası
Astola adası, həmcinin "Cəzirə Xaft Talar" (urdu جزیرہ ہفت تلار) və ya "Yeddi təpə adası" — Ərəbistan dənizində, Pakistana məxsus olan, sahildən 25 km cənubda və Pasni şəhərindən 39 km cənub-şərqdə yerləşən ada. Ada Bəlucistan vilayətinin Pasni şəhəri, Qvadar dairəsi ərazisinə daxildir. Limandan adaya motorlu qayıqlarla 5 saata getmək mümkündür. == Coğrafiyası == Astola Pakistanın sahilində yerləşən ən böyük adadır. Onun uzunluğu 6,7 km, maksimsl evi isə 2,3 km təşkil edir. Adanın sahəsi 6,7 km²-dir. Ən hündür nöqtəsi 75 metrdir. Ada ərazisi bir platodur. 7 təpədən ibarətdir. Yerli adı olan "Xaft Talar" elə "yeddi təpə" mənasını verir.
Sitora Həmidova
Sitora Həmidova (12 may 1989) — Özbəkistanlı marafonçu. Sitora Həmidova Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sitora Həmidova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 45 saniyəyə qət edərək 157 marafonçu sırasında 54-cü yeri tutdu.
Undine Vitola
Yekaterina Şişova
Yekaterina Şişova (d. 13 sentyabr 1978) — Rusiyanı təmsil edən su poloçusu. Yekaterina Şişova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Anna Tomova-Sintova
Anna Tomova-Sintova (tam adı: Anna Tomova-Sintova, bolq. Анна Томова-Синтова; 22 sentyabr 1941, Stara Zaqora, Bolqarıstan krallığı) — Bolqarıstanın soprano müğənnisi. Dünyanın ən böyük opera binalarında səhnə almış ifaçının repertuarına Motsart, Rossini, Verdi, Puççini, Vaqner və Ştrausun əsərləri daxildir. Annanın xüsusilə dirijor Herbert fon Karayanla 1973-cü ildən 1989-cu ilədək — dirijorun ölümünədək yaxın peşəkar əlaqələri vardı. == Həyatı == Tomova-Sintova altı yaşında ikən pianoda ifa etməyi öyrənməyə başlayıb. On altı yaşında milli mahnı müsabiqəsində qalib gəlib. Daha sonra Sofiya Milli Konservatoriyasına daxil olub. Burada professor Georgi Zlatev-Tçerkininə soprano Katya Spiridonovanın səs sinfində oxumuş və səs və piano üzrə diplomlarla məzun olmuşdur. Səhnədə ilk debütünü magistr təhsili alarkən Çaykovskinin Yevgeni Onegin operasında Tatyana obrazı ilə etmişdir. Məzuniyyətdən sonra Leypsiq Operanın opera studiyasında fəaliyyətə başlamış və 1967-ci ildə burada Verdinin Nabukkosunda Abiqail obrazı ilə ilk peşəkar debütünü reallaşdırmışdır.
Vistula-Oder əməliyyatı
Vistula-Oder strateji hücum əməliyyatı – 1945-ci ildə Sovet-Alman cəbhəsinin sağ cinahında sovet qoşunlarının strateji hücumu. Yanvarın 12-də başlayıb fevralın 3-də başa çatıb. O, 1-ci Belarusiya (komandiri - Sovet İttifaqının marşalı Georgi Jukov) və 1-ci Ukrayna Cəbhələrinin (Sovet İttifaqının marşalı İvan Konyev) qüvvələri tərəfindən həyata keçirilib. Vistula-Oder əməliyyatı zamanı Vistulanın qərbindəki Polşa ərazisi alman qoşunlarından azad edildi və Oderin sol sahilindəki körpübaşı tutuldu, sonradan Berlinə hücumda istifadə edildi. Əməliyyat sürətli xarakter daşıyırdı - 20 gün ərzində sovet qoşunları gündə 20-30 km məsafədə irəliləyirdilər. Bu müddət ərzində onlar düşmənin 7 möhkəmləndirilmiş xəttini və 2 böyük su səddini keçiblər. 1945-ci ilin yanvarına qədər Alman ordusu kritik vəziyyətdə idi. Macarıstanda və Şərqi Prussiyada ağır döyüşlər getdi, Wehrmacht tədricən Qərb cəbhəsində geri çəkildi. İasi-Kişinev əməliyyatı zamanı Sovet ordusu Almaniya üçün strateji əhəmiyyətli Ploeşti neft bölgəsini (Rumıniya) ələ keçirdi. Müttəfiqlərin bombalaması Alman sənayesinə ciddi ziyan vurdu.
Çino da Pistoya
Çino da Pistoya (1270[…], Pistoya, Toskana – 1336[…], Pistoya, Toskana) — italyan hüquqçusu və şair. Çino da Pistoya Toskana ştatının Pistoyya şəhərində anadan olub. Atası sinibaldi nəslindən olan nəcib bir insan idi. Doktorluq dərəcəsini Bolonya universitetində alıb. Çino da Pistoya da siyasi partiyaların mübarizəsində iştirak etmiş, rəqibləri qalib gəldiyi zaman sürgünə getməyə məcbur olmuşdur. Bu dövrdə onun Dante ilə dostluğu daha da möhkəmlənmişdir. Onları sadəcə olaraq yalnız poeziya birləşdirmirdi: şəhər çəkişmələrinin fövqündə dayanaraq bu şairlər bütün İtaliyaya sülh gətirə biləcək gücü axtarır və hər ikisi ümidlərini imperator lV Henrixə bağlayırdı. Çino ölən zaman, sonralar xüsusilə məşhur olan bir kansonunda deyir ki, bu ölümlə "hər cür ədalət öldü…". Çino özünün ictimai düşüncələrini şeirlərində deyil, mühazirələrində və hüquqa aid elmi əsərlərində ifadə etmişdir. Məşhur hüquqşünas olan Çino da Pistoya Bolonya, Siena Florensiya, Peruci və Neapol universitetlərində mühazirələr oxumuş, kilsənin dünyəvi hakimiyyətinin məhdudlaşmasını qəti şəkildə tələb etmişdir.
Sistema Brasileiro de Televisão
Sistema Brasileiro de Televisão (SBT) — 19 avqust 1981-ci ildə iş adamı və televiziya şəxsiyyəti Silvio Santos tərəfindən qurulan Braziliya televiziya şəbəkəsidir. Baş ofisi Braziliyanın San-Paulu şəhərinin Osasko şəhərindədir.
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.