Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazan
Kazan yahut Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Daina Skadmane
Daina Skadmane (latış. Daina Skadmane‎; 19 mart 1990, Riqa – 21 noyabr 2013, Riqa) — Latviya rəssamı. Riqa şəhərinin Zolitude rayonunda Maxima supermarketinin çökməsi zamanı atası Yanis Skadmanis ilə birlikdə faciəvi şəkildə həlak olub. Daina Skadmane 1990-cı il martın 19-da Riqa şəhərində Zinta və Yanis Skadmanislərin ailəsində anadan olub. Ondan başqa ailədə daha dörd uşaq var idi: Anda (əkiz bacı), Ruta, Maya və qardaşı Markis-Lioris. Dainanın nənəsi Mirdza Skadmane peşəkar toxucu, nənəsi İnta Burka peşəkar dəri rəssamı, babası Konrads Burka isə rəssam, zərgər və bədii zərgərlik ustası olub. Daina Skadmane Skandinaviya Gimnaziyasının, Yanis Rozentals adına Kiçik İncəsənət Məktəbinin və Riqa Sənətkarlıq Orta Məktəbinin şagirdi olub. 2012-ci ildən Skadmane Latviya Rəssamlıq Akademiyasının 2-ci kursunda ətraf mühit sənətini öyrənməyə başlayıb. 2011-ci ildə sertifikatını aldığı London Beynəlxalq Təhsil Cəmiyyətində əlavə təhsil alıb. Daina hələ Latviya Rəssamlıq Akademiyasının tələbəsi olarkən əsərləri dünyanın müxtəlif yerlərində sərgilərə göndərilirdi.
Kaiane Aldorino
Kaiane Aldorino — 2009-cu ilin Dünya Gözəli
Kamanə (Urmiya)
Kamanə (fars. كمانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).
Şahanə Hacıyeva
Şəhanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Şəhanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəhanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. Şəhanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şəhanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şəhanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şəhanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.
Kazale FK
ASD Kazale Futbol Klubu (əvvəllər AS Kazale Kalçio), italyanca adı "Il Football Club Casale A.S.D." olan futbol klubu. İtaliyanın Pyemont regionunda yerləşən, Kasale Monferrato şəhərini təmsil edir. Klub hal hazırda İtaliya D seriyasında çıxış edir. Komandanın qara rəngli formasının sinəsində ağ ulduz olduğuna görə komandanın ləqəbi "nerostellati"dir ("ulduzlu-qaralar"). Klub 1909-cu ildə yaranıb. Komanda qurulanda, Kasale şəhəri İtaliyada yeni futbol hərəkatının coğrafi mərkəzində yerləşirdi. Ətrafda Cenoa, Pro Vercelli, Milan, Torino və Yuventus İtaliya futbol liqasında aparıcı klublar var idi və Kasale tezliklə onların sıralarına qoşulur. 1913-cü ilin mayında Kasale, "Riding" futbol klubunu 2–1 hesabı ilə məğlub edərək, İngilis peşəkar komandasını məğlub edən ilk İtalyan klubu oldu. İtaliyada turda olan "Riding" klubu, bu tur zamanı bütün digər oyunlarında qalib gələrək Cenoa, Milan, Pro Vercelli və hətta İtaliya millisini məğlub etmişdi. Növbəti mövsümdə Kasale ilk və yeganə milli titulunu qazanır.
Kazan (stansiya)
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır.
Kazan Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.
Kazan Kremli
Kazan Kremli (rus. Казанский кремль, tatar. Казан кирмәне, Qazan kirmäne) — Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi. Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII—XIII əsrlərə, ikincisi XIV—XV əsrlərə, üçüncüsü isə XV—XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir. Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir. Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir. 2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsinə daxildir.
Kazan Universiteti
Kazan federal universiteti — Rusiyada yerləşən Kazan şəhərinin Ali təhsil müəssisəsi, ölkənin ən qədim universitetlərdən biri və üçüncü universiteti. 1804-cü ildə açılmış, 1918-ci ilə qədər İmperator, 1925-ci ildən sonra Lenin adına adlandırılmışdır.
Kazan adaları
Kazan adaları (yap. 火山列島) və ya İvo adaları — üç adadan ibarət olan adalar qrupu. Bonin adalarının cənubunda yerləşir. Oqasavara adaları ilə Marian adaları arasında qərarlaşan adalar Tokiodan 2000 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturası ərazisində yerləşir. Vulkanik adalardır. Kazan adaları üç adadan ibarətdir: Şimali İoto (yap. 北硫黄島) "Şimal şimal ada" — sahəsi 5,57 km², hündürlüyü 792 m (Sakaqiqamine dağı) İoto (yap. 硫黄島) "Şimal ada" — sahəsi 20,6 km², hündürlüyü 169 m (Suribati dağı) Cənubi İoto (yap. 南硫黄島) "Şimal cənub ada" — sahəsi 3,54 km², hündürlüyü 916 m İotoda Yaponiyanın özünümüdafiə dəniz qüvvələrinə məxsus avia baza yerləşir.
Kazan aqlomerasiyası
Kazan aqlomerasiyası, bölgənin şimal-qərbində, əsasən Volqanın sol sahilində yerləşən Tatarıstan Respublikasında ən böyük şəhər aqlomerasiyasıdır. Əhalisi 1,56 milyon nəfər təşkil edir. Aqlomerasiya monosentrik bir xarakter daşıyır, o, Kazan və Zelenodolsk şəhərlərini və respublikanın 6 bələdiyyə rayonunu əhatə edir. Tatarıstanın aqlomerasiya və Paytaxt İqtisadi Bölgəsinin tərkibi və inkişafı Tatarıstan Respublikasının Ərazi İqtisadi Siyasəti Konsepsiyasında təsbit edilmişdir. Mari El Respublikasının Məkan Planlaşdırmasına görə qonşu Mari El Respublikasının bəzi əraziləri Kazan aqlomerasiyasına daxil edilir (bu halda "böyük qrup məskunlaşma sistemi" adlandırılır). Mari Elin bitişik rayonlarının daxil edilməsi ilə Kazan məskunlaşma sisteminin əhalisi 1.680.834 nəfərdir. Rusiya Federasiyası Hökumətinin və Prezident Administrasiyasının ekspert qiymətləndirməsinə görə, 2010-cu ildə Kazan aqlomerasiyasının əhalisi 1.560.459 nəfər idi. Aqlomerasiyanın iqtisadi əsasını Kazan-Zelenodolsk ərazi-sənaye mərkəzi təşkil edir. Aqlomerasiyanın bölgəyə cəlb olunan investisiyaların 52% -ni toplamasına və respublika iqtisadiyyatında çalışan vətəndaşların sayının 38% -nin cəmlənməsinə baxmayaraq, Tatarıstan Respublikasının ümumi regional məhsulundakı payı cəmi 28% -dir. Aqlomerasiya ərazilərinin əsas sahələri bunlardır: maşınqayırma, kimya, neft-kimya, yüngül və qida sənayesi, energetika.
Kazan metropoliteni
Kazan metropoliteni (rus. Каза́нское метро́; tatar. Казан метросы) — Kazan şəhərinə xidmət edən metro sistemi. Metro sistemi Rusiyada açılmış yeddinci, keçmiş Sovet İttifaqı regionunda on beşinci metropolitendir. 27 avqust 2005-ci ildə açılan bu metropoliten, Rusiyada ən yeni sistemdir. Kazan, Orta Volqada tarixi və mədəniyyət mərkəzidir. Rusiya İmperiyasının dövründə sürətli nəqliyyat sisteminin ilk planları təklif olundu, lakin Oktyabr İnqilabından və Rusiyanın Mülki Müharibəsindən sonra dizaynı ləğv edildi. Buna baxmayaraq, 1930-cu illərdə, Kazan, ən görkəmli muxtar respublikalardan biri olan və bir sənaye mərkəzi kimi sürətlə inkişaf edən, Tatar ASSR-in paytaxtı olmağına baxmayaraq, gələcək üçün sürətli tranzit sistemi təklif etmək istəmişdi. Ancaq İkinci Dünya Müharibəsi belə cəhdlərə son qoydu və SSRİ-dəki respublikaların yalnız paytaxtlarında metro sistemi inşa edildi. 1983-cü ildə Tatarıstanda Sovet İttifaqının Ali Sovetinin bir metro sisteminin planlaşdırıldığı il idi.
Kazan quberniyası
Kazan quberniyası (rus. Каза́нская губе́рния; tatar. Казан губернасы; çuvaş Хусан кěперниě) — Rusiya imperiyası və RSFSR-ın inzibati ərazi vahidi.
Kazan qəsdi
Kazan qəsdi (rus. Казанский заговор) — Polşa və Litvadakı üsyanın başçıları ilə zemlyavolyaçıların razılığına əsasən Volqaboyunda hərbi-kəndli üsyanı qaldırmaq cəhdi. Məqsəd çar hökumətinin hərbi qüvvələrinin bir hissəsini Polşadan uzaqlaşdırmaq idi. Buraxılmış intibahnamə tezliklə üsyana başlamağa, kəndlilərə torpaq vermək üçün yerlərdə inqilabi hakimiyyət orqanları yaratmağa çağırırdı. "Zemlya i volya" təşkilatının mərkəzi və Kazan komitələri isə hesab edirdi ki, üsyanın vaxtı yetişməmişdir. Qəsdin üstü açıldı; iştirakçılardan beş nəfəri güllələndi, qalanları katorqa cəzasına məhkum edildi. Казан гәсди (1863) // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Kazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Kazan yürüşləri
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Kazan şəhəri
Kazan yahut Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kreml (Kazan)
Kazan Kremli (rus. Казанский кремль, tatar. Казан кирмәне, Qazan kirmäne) — Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi. Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII—XIII əsrlərə, ikincisi XIV—XV əsrlərə, üçüncüsü isə XV—XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir. Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir. Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir. 2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsinə daxildir.
Məhəmməd Kazan
Məhəmmədiyyə (Kazan)
Kazan Ali Müsəlman Mədrəsəsi Məhəmmədiyyə (tatar. Mökhämmadiya) — Kazan şəhərinin tarixi Köhnə Tatar məskəninin ərazisindəki daha yüksək bir mədrəsədir. Stresdəki mədrəsə binası. Gabdulla Tukaya, 34, respublika əhəmiyyətli mədəni irs obyektidir 1882-ci ildən bəri mövcuddur. Qurucusu görkəmli bir tatar dini xadimi Qalimjan Barudidir. Birmərtəbəli kərpic bina 1883-cü ildə memar M. Ermolaevin layihəsinə əsasən M. I. Galeev tərəfindən inşa edilmişdir. Sonradan ikinci və üçüncü mərtəbələrdə tikildi. 1901-ci ildə on üç mərtəbəli cildinə yeni üç mərtəbəli bir kərpic bina əlavə edildi. Dini lider Zainulla Rasulev, “tatarların mənəvi kralı”, yeni binanın təməlinin ilk daşının qoyulması mərasiminə gəldi. 1918-ci ildə mədrəsə dağıldı, bina təşkilatlara verildi.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Kazan fenomeni
Kazan fenomeni (rus. Казанский феномен, Kazanskiy fenomen) — jurnalistlər tərəfindən RSFSR-nin və daha sonra Rusiya Federasiyasının Kazan şəhərində yetkinlik yaşına çatmayanların küçə bandalarında fəaliyyətinin artımını təsvir etmək üçün istifadə edilən termin. 1970-ci illərin əvvəllərindən Kazanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq baxımından xüsusilə pis bir reputasiya var idi. Həm rus, həm də tatarmənşəli gənc kişilərin böyük bir hissəsi ərazi uğrunda bir-biri ilə vuruşan, əsasən əldəqayırma və ya satın alınmış soyuq silahlardan istifadə edən gənclərin bandalarına qoşulmuşdular. O zamanlar Rusiyada odlu silahlar geniş yayılmamışdı və onları tapmaq çətin idi. 1985–1999-cu illər arasında Tatarıstanda (1992-ci ilə qədər Tatarıstan MSSR) 16–29 yaşlı gənclər tərəfindən törədilən cinayətlərin nisbəti 1,7 dəfə artmışdır. Resursların mənimsənilməsində müvəffəqiyyətin çox vaxt zorakılıq qabiliyyətinə və bacarıqlarına əsaslandığı ictimai məkanda hökmranlıq uğrunda mübarizələr, bandalar ilə əlaqəsi olmayan bir çox gənci artan etibarsızlıq qarşısında seçimlərini yenidən nəzərdən keçirməyə məcbur etmişdir. Cinayət dalğası sovet əhalisi arasında mənəvi çaxnaşma yaratmışdı, çünki bu cür cinayətkarlığa ənənəvi olaraq kapitalist Qərbin məhsulu kimi baxılırdı, həmçinin yerli məmurların övladları da buna cəlb olunurdu. 1980-ci illərin sonunda və 1990-cı illərdə rus mafiyasının yüksəlişi zamanı küçə bandaları daha mürəkkəb və mütəşəkkil cinayətkar müəssisələrə çevrilmişdir. Tatarıstanda qoruyucu reketlərin idarə edilməsində rentabelliyin olmaması səbəbindən Kazan bandaları Sankt-Peterburqa köçməyə başlamış və burada yerli Tambov bandası ilə münaqişəyə girmişdilər.