Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). == Variantları == === SSRİ === Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
La Skala
La Skala (it. Teatro alla Scala yaxud La Scala) — Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrı. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır. == Tarixi == La Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778-ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır. Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir.
Yan Skala
Yan Skala (y.sorb Jan Skala; 17 iyun 1889, Nebelçitsi[d], Almaniya imperiyası – 22 yanvar 1945) — Sorb yazıçısı, şair, publisist və ictimai xadim. == Bioqrafiya == Yan skala 17 iyun 1889-cu ildə Sorbianın Nebelçitsi kommunasında fəhlə ailəsində anadan olub. 1901-ci ildə Bautzendəki gimnaziyaya daxil olur, lakin tezliklə vəsait çatışmazlığı səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır. 1902-ci ildə işçi kurslarını bitirmiş və 1916-cı ilə qədər kimya sənayesi üzrə müxtəlif müəssisələrində çalışmışdır. 1910-cu ildə ilk şeirlərini nəşr etdirdi. Sosial-demokrat mətbuatın qəzetləri üçün qısa məqalələr yazırdı. 1912-ci ildə Sorb mədəni-maarif təşkilatı "Matitsa Serbian"a qoşulur. 1916-cı ildən Birinci Dünya Müharibəsinin Balkanlarda və Rusiyada Şərq Cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1920-ci ildə Sorb Xalq Partiyasının yaradıcılarından biri idi. 1921-ci ildə Sorb qəzetinin "Serbske Nowiny" redaksiyasında işləyib.
Vizual analoji şkala
Vizual analoji şkala (VAŞ) — sorğu anketlərində istifadə edilən subyektiv şkaladır. Tibbdə ağrının intensivliyin qeyd edilməsi üçün istifadə olunur.
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. == Növləri == === Mühasibat Uçotunda === Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. === Tədiyə Balansında === Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). === Demoqrafiyada === Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. === Milli hesablar statistikasında === Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Skande
Skande (gürc. სკანდე) və ya digər adı ilə Skanda (gürc. სკა asა) — Gürcüstanın İmereti bölgəsindəki Terjola bələdiyyəsində yerləşən kənd. Skande ölkənin qərb bölgəsində, Kvirila çay sisteminin bir hissəsi olan Çxari adlı kiçik çay vadisində yerləşir. Kənd Terjola şəhərindən təxminən 15 km şimal-qərbdə yerləşir. Əhalisi 2014-cü ilin siyahıyaalınmasına görə 434 nəfərdir. == Tarixi == === Son antik dövr === Skandedan Bizans mənbələrində də bəhs edilmişdir. Bizans imperatoru I Yustinianın Novellae əsəri və Menander Protektorun əsərləri də bu qəbildəndir. Mənbələrdə Skandenın Lazika bölgəsinin daxili hissələrində olması və bölgədə Bizans və Sasani imperiyaları arasında qarşıdurmaların olduğu qeyd edilmişdir. Yaxşı müdafiə olunan və strateji cəhətdən yaxşı qorunan Skande qalası Sarapanis qalası ilə birlikdə ölkənin şərqində olan İberiya sərhədindən gələ biləcək hücumlara qarşı ölkəni qorumuşdur.
Skayp
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. == Anonimlik == Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Erkən qazanılan şöhrət (1984-1998) === Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Kala
Kala (gül) — gül növlərindən biri
Kale
Kale (fr. Calais) – Fransada şəhər.
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Askold adası
Askold adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Vladivostokdan 50 km cənub-şərqdə və Naxodkadan 40 km qərbdə yerləşir. Təbii olaraq xallı maralların sığınacaq yeri olaraq bilinir. Ekoturizm obyektidir. Turistlər arasında qədim mayak və tərk edilmiş hərbi texnikalar (26 nömrəli artilleriya batareyasının qalıqları) ilə məşhurdur. Adada qızıl və qum yataqları vardır. == Coğrafiya == Materikə ən yaxın məsafə (Maydelya, Sısoyev burunları) 3.7 dəniz milidir (6.9 km). Ən yaxın yaşayış məntəqəsi Dunay kəndi 5,4 dəniz mili (10 km) məsafədədir. Ada materikdən və qonşu Putyatin adasından təxminən 7 km eni olan eyni adlı boğazla ayrılmışdır. Mayak mühafizəçiləri və hava stansiyası işçilərindən başqa daimi əhali yoxdur.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Ervin Skela
Ervin Skela (d. 17 noyabr 1976-cı il, Vlyora, Albaniya) — Albaniya futbolçusu. Ervin Skela, Hanau 93 FK-da yarımmüdafiəçi olaraq oynayır. == Klub Karyerası == === Albaniya === Skela futbol ilə uşaqlıqdan maraqlanırdı. O, peşəkar karyerasına Albaniyadakı ən yaxşı futbol klublardan biri olan Flamurtari Vlyora FK-da başlamışdır. 1992-1995-ci illərdə Vlyora şəhərini təmsil edən bu klubun formasını geyinmişdir. 1993-cü ildə Tirana İdman Klubuna kirayəyə verilmiş, amma tezliklə də öz klubuna geri dönmüşdür. === Almaniya === Albaniya futbolunda üç il oynadıqdan sonra Skela, üfüqünü genişlətmə zamanının gəldiyini və bu səbəbdən Almaniyaya köçüb Yunion Berlin FK üçün oynamağa getdi. Yunion Berlin klubunda üç il ərzində 57 oyun keçirmiş və 8 qol vurmuşdur. Daha sonra 1997-ci ildə Erzgebirge Auye FK-da oynamağa başladı.
Evald Aav
Evald Aav (22 fevral (6 mart) 1900, Tallin – 21 mart 1939, Tallin) — Estoniya bəstəkarı və xor dirijoru, Estoniya milli operasının yaradıcılarından biri. == Həyatı == Evald Aav 6 mart 1900-cü ildə Estland quberniyasının (indiki Estoniya) Revel (indiki Tallin) şəhərində anadan olmuşdur. İlk piano və musiqi nəzəriyyəsi dərslərini müvafiq olaraq Helmi Vittola-Mohfeld və Anton Kasemetsdən almışdır. 1926-cı ildə Tallin Konservatoriyasını bitirmişdir. Həvəskar xorlara rəhbərlik etmişdir. 1924–1927-ci illərdə Tallin Hərbi Məktəbinin xor və orkestrinə rəhbərlik etmişdir. 1926–1937-ci illərdə opera müğənnisi İde Loo-Talvari ilə evlənmişdir. 1938-ci ildə Mahnı Festivalında baş xor dirijoru olmuşdur. Eyni zamanda, o, yerli və musiqi jurnallarının müəllifi və redaktoru, Yazıçılar İttifaqının və Estoniya Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Ölümündən bir müddət əvvəl Evald Aav soyuqdəyməyə yoluxmuş, lakin xəstəliyinə baxmayaraq, opera tamaşasında işləməyə davam etmişdir.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
I Stand
I Stand (azərb. Mən dururam‎) — Çexiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Kaldu Verde
Caldo Verde (portuqalca kaɫduˈverd(ə) — yaşıl su)- portuqaliya mətbəxinin ən məşhur şorbadir. == Hazırlanma qaydası == Yeməyin əsas tərkibini kartof, zeytun yağı, duz və iyaşıl portuqal kələmi təşkil edir. Zövqə uyğun olaraq sarımsaq və soğanda əlavə etmək olar. Bəzi reseptlərində isə ona ət qatıllar. Xüsusilə İtaliya-Amerika mətbəxində bud əti əlavə edilir. Bu yemək Latın Amerika respublikalarında əsas toy yeməyidir. Yeməyi hazılamaq üçün əvvəlcə kartof, duz, ispanaq və zeytun yağı əlavə edilir bütün bunlar odda qaynayan zaman sosiska və ya ət tökülür. Portuqaliyada xüsusilə Braga bölgəsində toy və ziyafətlərdə xüsusilə bu yeməyi verirlər. Bu yemək xüsusilə Portuqaliyanın Minho əyalətində bişirilir. Portuqal (orijinal) versiyada həmişə chouriço var.
L'Eskal
L'Eskal (fr. L'Escale, oks. L'Escala) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Volon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1255 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 808 nəfər (15-64 yaş) arasında 551 nəfər iqtisadi fəal, 257 nəfər hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) idi. Fəal 551 nəfərdən 497 nəfəri (254 kişi və 243 qadın), 54 nəfəri işsiz (19 kişi və 35 qadın) idi.
RealD 3D
RealD 3D, RealD tərəfindən hazırlanmış və satılan rəqəmsal stereoskopik proyeksiya texnologiyasıdır. Bu, müasir kinoteatrlarda 3D filmlərə baxmaq üçün ən çox istifadə edilən texnologiyadır. RealD 3D 2015-ci ilin iyun ayına kimi 72 ölkədə təxminən 1200 sərgi iştirakçısı tərəfindən dünya üzrə 26.500-dən çox auditoriyada quraşdırılmışdır. == Texnologiyası == RealD 3D kinoteatr texnologiyası stereoskopik görüntü proyeksiyası yaratmaq üçün dairəvi qütbləşmiş işıqdan istifadə edən qütbləşmiş 3D sistemdir. Dairəvi qütbləşmənin xətti qütbləşmədən üstünlüyü ondan ibarətdir ki, tamaşaçılar ikiqat və ya qaralmış şəkilləri görmədən başlarını əyərək təbii şəkildə səhnəyə baxa bilirlər. Bununla belə, digər sistemlərdə olduğu kimi, başın hər hansı əhəmiyyətli əyilməsi yalançı paralaksa səbəb olr və beynin stereoskopik görüntüləri düzgün birləşdirməsinə maneə yaradır. Yüksək dəqiqlikli, rəqəmsal kino səviyyəsindəki video proyektor növbə ilə sağ və sol göz çərçivələrini proyeksiya edir və onlar arasında saniyədə 144 dəfə keçid edir. ZScreen adlanan təkan-çəkmə elektro-optik maye kristal modulyator, hər bir çərçivəni növbə ilə qütbləşdirmək üçün proyektorun obyektivinin tam qarşısında yerləşdirilib. Çərçivələri sağ göz üçün saat əqrəbi istiqamətində və sol göz üçün saat əqrəbinin əksi istiqamətində dairəvi şəkildə qütbləşdirir. RealD Cinema-da titrəməni azaltmaq üçün hər kadr üç dəfə proqnozlaşdırılır ki, bu sistem də üçlü flaş adlandırılır.
Roald Amundsen
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı. Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı. == Həyatı == Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.
Roald Dal
Roald Dal (13 sentyabr 1916[…], Llandaf[d], Kardiff, Birləşmiş Krallıq – 23 noyabr 1990[…], Oksford) — Uelsli roman və qısa hekayələr yazıçısıdır. Norveçli bir ailənin uşağı olaraq Llandaff Kardiff Uelsdünyaya gələn Dal, 1940-cı illərdə yazdığı xüsusilə uşaqlara istiqamətli kitablarla ən çox satan yazarlar arasına girmişdir. Çarli və şokolad fabriki adlı kitabı mükafat qazanmışdır. Bu mükafatlar cəmdə dörd dənədir. Çarli və şokolad fabriki adlı kitabından sonra Çarlinin Böyük Şüşə Lifti adlı kitabını yazmışdır. Seriyanın üçüncü kitabını da yazmaq istəmişdir, lakin bitirə bilməmişdir.