Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skolioz
Skolioz (yun. σκολιός — "əyri", lat. scoliōsis) - onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2-3%, 6-14 yaşlı uşaqlar arasında 0.5%, 12-14 yaşlı yeniyetmələr arasında isə 1.2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10-14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur.
Oskolki adaları
Oskolki adaları (rus. Oстрова Осколки) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adaların ümumi sahəsi 1,5 km² təşkil edir. İki qrup adadan ibarətdir: Lisı və Şişki, Peşernaya və Kira qayalıqları. Lisi (Tülkülər) adası burafa çoxlu sayda tülkünün olması ilə əlaqədar verilmişdir. Şişki qayalıqları isə dörd qayalıqdan ibarətdir. 1946-cı ildə təşkil olunan ekspedisiya zamanı adaların xarici görünüşü ilə əlaqədar Şaşki (Dama oyunundakı daşlar mənasında) adlandırılsada, kartoqrafın və redaktorun səhvi ucbatından Şişki olaraq təhrif olunuşdur. Şikotan adasından Şpanberq boğazı ilə (20 km şimal-şərq), Zelyonı adasından isə Polonski boğazı ilə ayrılır.
Skonto FK
Skonto — Latviyanın futbol klubu. == Tarixi == 1991-ci ildə yaranıb. == Avropa kuboklarında iştirak == 16 dəfə Avropa kuboklarında iştirak edib.
Skonto stadionu
Skonto stadionu (latış. Skonto stadions‎) — Latviyanın paytaxtı Riqa şəhərində yerləşən futbol stadionu. Ölkədəki ən böyük futbol stadionudur. Tamaşaçı tutumu 9500 nəfərdir. Açılışı 28 iyun 2000-ci ildə olmuşdur. Latviya milli futbol komandası və "Riqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Stadionda idman yarışlarından başqa, müxtəlif mədəni tədbirlər də keçirilir. Buna misal olaraq, Co Koker, Depeche Mode, Massive Attack, Metallica, Aerosmith və Elton Con kimi dünya ulduzlarının konsertlərini göstərmək olar.
Şivolko adası
Şivolko adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Rikord adasından cənub-şərqdə, Jeltuxin adasından şimal-qərbdə yerləşir. == Tarixi == Ada ilk dəfə Vasili babkinin ekspedsisiyası tərəfindən 1862—1863-ci illərdə xəritəyə salınmışdır. Öz adını isə Yeni Torpaq arxipelaqının araşdırılmasında, Pyotr paxtusovun ekspedisiyasında iştirak etmiş gizir Avqust Şivolkonun şərəfinə adlandırılmışdır. == Coğrafiya == Maksimal hündürlüyü 32 metrdir. Adadan 300 metr şimal-şərqdə dərinliyi 0,6 m olan rif vardır. Cənub sahilində isə əsrarəngiz mağara var.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Sosko Ambalov
Sosko Ambalov (18 (30) oktyabr 1870, Ardon, Şimali Osetiya – 1937) — Osetiya ictimai xadimi, etnoqraf, tərcüməçi, dilçi və Osetiya folklorunun toplayıcısı. == Bioqrafiyası == 18 oktyabr 1870 -ci ildə Ardon kəndində (bu gün - şəhərdir) gizir ailəsində anadan olmuşdur. Doğulduğu kənddə kilsə məktəbini bitirdikdən sonra Ardon İlahiyyat Seminariyasına daxil olur. XIX əsrin 90-cı illərində kitab nəşriyyat cəmiyyətinin qurulmasının təşəbbüskarlarından biri olur. Osetiyalı müəlliflərin əsərlərini nəşr etdirməklə məşğul olur, xüsusən də ilk dəfə şair Kosta Xetaqurovun "Osetiya lirası" şeirlər toplusunu nəşr etdirir. İlk nömrəsi 23 iyul 1906-cı ildə nəşr olunan "İron qazet" qəzetinin nəşrini təşkil edir və 1907-ci ildən "Noq sard" (Yeni həyat) qəzetini nəşr etdirir. Dostları Babu Zanqiyev və Mixa Basiyev ilə birlikdə Laba kəndindən Vladiqafqaza gedən mərhum Kosta Xetaqurovun cənazəsini müşayiət edir. 1918-ci ildə Osetiya Tarix və Fəlsəfə Cəmiyyətinin üzvü olur. Cəmiyyətin göstərişi ilə 1920-ci illərdən etibarən osetin şifahi xalq yaradıcılığının əsərlərini toplamağa başlayır. Ekspedisiyaları əsasında osetin xalq əfsanələrinin toplusunu nəşr etdirir.
Sulo Kolka
Sulo Kolka (fin Sulo Kolka; 20 dekabr 1904, Finlandiya – 1 avqust 1988, Finlandiya) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş fin snayper.
Kolo-Kolo FK
"Kolo-Kolo" (isp. Colo-Colo; tam adı: Club Social y Deportivo Colo-Colo) — Çilidə futbol klubu. == Tarixi == 1925-cü ildə Santyaqoda yaranmışdır.
Skolkovo İnnovasiya Mərkəzi
Skolkovo İnnovasiya Mərkəzi — Rusiya dövləti tərəfindən ölkədə “startup” və sahibkarlıq mədəniyyətini yaratmaq üçün başladılmış Silikon Vadisinin rəqibi olacaq bir layihədir. Skolkovonun yaradılması üçün növbəti 7 il ərzində 4 milyard dollar xərclənəcəyi gözlənilir. Özəl sektordan bir investorun yatıracağı investisiya ilə birlikdə 2020-ci ilə qədər Skolkovonun yaradılmasına cəmi 15 milyard dollar xərclənəcək. Skolkova, Rusiya dövləti tərəfindən başladılmış, ölkə iqtisadiyyatının təbii resurslardan asılılığını azaltmaq və ölkə daxilində sahibkarlığın artırılması üçün qurulan hökumət yönlü təşviqdir. Moskvanın mərkəzindən bir saatlıq məsafədə təxminən 400 hektar əraziyə malik Skolkovo parkı həm vençur investisiyalara söykənən startup sahibkarlıq, həm texniki-elmi tədqiqat və həm də təhsil mərkəzi funksiyasını daşıyacaq. Hal-hazırda sahədə yalnız Hypercube adlanan, polad, şüşə və beton tikili mövcuddur. Tikili konfrans zalları və iş otaqlarından ibarətdir. Nokia, Samsung və Cisco System kimi iri şirkətlər Skolkovoda öz tədqiqat və inkişaf mərkəzlərini cəlb etməkdə artıq maraqlı olduqlarını bildiriblər. Skolkova mərkəzi 13000-dən çox iş yerinin açılma potensialına sahib 1000-dən çox start-up bizneslə əlaqələri olduğunu bildirib. Skolkova Sovet dövrünün gizli texniki tədqiqat laboratoriyalarını xatırladır.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Kolka buzlağı enməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.
Conas Solk
Conas Solk (tam adı: Conas Edvard Solk, ing. Jonas Edward Salk; 28 oktyabr 1915[…], Nyu-York, Nyu-York ştatı – 23 iyun 1995[…], La-Hoyya[d], Kaliforniya) — ABŞ tədqiqatçısı və virusoloqu. Poliomielitə qarşı ilk vaksinin yaradıcısı kimi tanınır. == Həyatı == Conas Solk 1955-ci ildə, uşaq iflicinin qarşısını alan peyvəndi kəşf etdi. Bir qərar verməsi lazım idi. Ya patentini alıb çox varlı olacaq və peyvəndi alan şirkət bunu istədiyi qiymətə satacaqdı, ya da patentini almadan insanlığın xidmətinə təqdim edəcək və beləliklə, çox insan daha ucuz qiymətə bu xəstəlikdən xilas olacaqdı. Patent almadı. Pul itkisi 5 milyard dollar idi. Lakin onun bu itkisi çox kasıb ailələrə körpə uşaqlarını qazandırdı. Öz qazancı isə ölümündən sonra belə onu hələ də xatırlayan, hörmət edən milyonlarla insan oldu Bu fotoşəkildəki alimi məncə çoxumuz tanımırıq.
Françesko Koko
Françesko Koko it. Francesco Coco — italyan futbolçu, müdafiəçi. == Bioqrafiyası == "Milan"ın akademiyasının yetirməsinə böyük ümidlər bəslənilirdi. Əvvəlcə o, bu ümidləri doğruldurdu. Gənc yaşlarında Koko iki dəfə "skudetto"ya sahib çıxdı, sonra İtaliya millisində oynamağa başladı. Lakin məntiqi ardıcıllıq gəlmədi. Dönüş nöqtəsi, yəqin ki, 2002-ci ildə "İnter"ə keçidi oldu. Françesko nə qədər çalışsa da, əsas heyətin tamhüquqlu üzvü ola bilmədi. Nəticədə də "skuadra Azzura"da da yerini itirdi. Son aylarda isə "nerazzura"nın baş məşqçisi Roberto Mançini, elə bil, onun adda oyunçunu tanımırdı.
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. == Qəbulu == Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır."World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Hop Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Houp Solo
Hop Solo (Doğum: İyul.30, 1981, Riçlənd) ABŞlı Futbol qapıçıdır. O Məcikcək futbol klubu və ABŞ Qadınlar milli komandasınin oyunçusudur və 2011 Almaniya qadınlar dünya kubokunda ən yaxşı qapıçı seçilib, və qızıl əlcək almışdır.
Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, Paris) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Nijemo Kolo
Nijemo Kolo — Cənubi Xorvatiyada Dalmasiya mənşəli rəqs; 2011-ci ildən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş rəqs. == Haqqında == Nijemo Kolonu qrup icra edir. Bu rəqs zamanı kişilər tərəfindən qapalı dairə yaradılır və öz qadın partnyorları ilə sürətli, təsadüfi addımlarla rəqs edirlər. O rəqsin ən gözə çarpan aspekti tamamilə musiqisiz həyata keçirilməsidir. Bugün də Nijemo Kolo əvvəlki kimi yerli kəndli kollektivlər tərəfindən icra olunur və bu rəqsin ifasını festivallarda, müsabiqələrdə, yarrnarkalarda, kilsə bayramlarında və toylarda görmək mümkündür.
Tava Kolo
Tava Kolo (22 dekabr 1902 – 1 may 2021, Mamudzu) — Ən yaşlı insanlar arasında olan Mayotten olan Fransız qadın. == Həyatı == Kolo 22 dekabr 1902-ci ildə Mayotte Passamainty şəhərində anadan olub. Eudoxie Baboulun ölümündən sonra, doğulduğu tarixin qeyri-müəyyənliyi səbəbiylə Fransada yaşayan ən yaşlı insan idi. 2017-ci ilin oktyabrında medianın diqqətini çəkən Kolonun doğum qeydləri şübhə doğururdu. Ən yaşlı insan tituluna sahib olan Yapon vətəndaşı Chiyo Miyakonun ölümündən sonra, 22 iyul 2018-ci ildə, 1977-ci ildən əvvəl Mayotte doğum qeydlərinin etibarlı olmadığı hesab edildikdən sonra bu ad Yaponiyanın Kane Tanakaya verildi.Kolo 118 yaşında, Fransanın Mayotte şəhərindəki Mamoudzouda 1 may 2021-ci ildə vəfat etdi.
Şoko Asahara
Şoko Asahara (yap. 麻原 彰晃) yaxud Çizuo Matsumoto (yap. 松本 智津夫) — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Dini sekta 1987-ci ildə yaradılıb.1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli “zarin” qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.Hadisədən sonra Şoko Asahara başda olmaqla sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb. Şoko Asahara və sektanın digər rəhbərləri 6 iyul 2018-ci ildə edam edildilər. == İstinadlar == == Xarici keçidlər == A Japan Times article Arxivləşdirilib 2005-11-28 at the Wayback Machine about two documentary films on Aleph BBC profile of Asahara A,a documentary film about Asahara made in 1998 by Tatsuya Mori — Internet Movie Database saytında.A2,a follow-up documentary made in 2001, also by Mori — Internet Movie Database saytında.
Şoko Hamada
Shoko Hamada — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya qadın milli komandasının heyətində 2 oyun keçirib.
Şoko Mikami
Şoko Mikami (d. 8 yanvar 1981) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 2 qol vurub.
Şkola i jizn (jurnal)
"Şkola i jizn" jurnalı (rus. Школа и жизнь) — sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal. == Yaranma tarixi == "Şkola i jizn" ("Məktəb və həyat") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu. == Fəaliyyəti == "Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur.