Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rudno
Rudno — Polşanın cənubunda kənd. Krakov şəhərinin qərbində, ondan 28 km aralı (sərhəddən 20 km) yerləşir. 745 nəfər əhalisi var. Yehovanın Şahidləri abidəsi, orta məktəb.
Android Studio
Android Studio — Google 'un Android əməliyyat sistemi üçün rəsmi İnteqrasiya olunmuş gəlişdirmə mühiti (IDE), JetBrains IntelliJ IDEA proqram təminatı üzərində qurulub və xüsusi olaraq Android proqramlaşdırma üçün dizayn edilib. Android Studio 16 may 2013-cü ildə Google I/O konfransında nümayiş olunmuşdur. İDE 0.1 versiyasını 2013-cü ilin mayından açıq şəkildə yükləmək mümkündün oldu. 2014-cü ilin iyunundan 0.8 versiyasını ilə beta testləmə mərhələsinə gəldi. İlk stabil versiyası olan 1.0 2014-cü ilin dekabrında buraxıldı, həmçinin o zaman Eclipse üçün Android Development Tools (ADT) plagininin dəstəyini dayandırdı.
Blur Studio
Blur Studio — CGI vizual effektləri, CGI animasiyası və CGI dizaynı üzrə ixtisaslaşan ABŞ istehsalat şirkəti. Kaliforniyanın Kalver-Siti şəhərində yerləşən studiya CGI cizgi filmləri, televiziya üçün tizerlər və reklam çarxları və videooyunlar üçün CGI videoları istehsal edib. == Tarixi == Studiya 1994-cü ilin sentyabrında David Stinnett, Tim Miller, Ket Çepmen və Əl Şiyer tərəfindən yaradılmışdır. 2000-ci illərin əvvəllərində studiya "The Lego Group"-un "Bionicle" oyuncaqlar xətti ilə maraqlanmağa başladı və və "Bionicle" filmi üçün bir ideya irəli sürdü və bunun üçün "Tahu Nuva vs Kohrak" adı altında qısa bir sınaq pitçi yaradıldı. Layihə Lego tərəfindən qəbul olunmasa da, 2003-cü ildə videofilmi çəkildi. Filmin yekun animasiyası sonunda "Creative Capers Entertainment" tərəfindən hazırlandı. Studiya 2004-cü ildə ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında 2004-cü ildə Akademiya Mükafatına namizəd olan "Sünbülqıran pərt oldu" qısametrajlı filmi üzərində işləmişdir. 2009-cu ildə onlar Akademiya Mükafatına layiq görülmüş "Avatar" filmində uydurma mühit görüntüsünün yaradılmasına kömək etmişdilər. 2011-ci ildə "Blur" Stiq Larsson "Minillik" trilogiyasının birinci kitabı əsasında və Devid Finçer tərəfindən çəkilən "Əjdaha döyməli qız" filminin əvvəlində göstərilən videonu düzəltmişdir. Studiya "Cənubi Park: daha böyük, daha uzun və kəsilməmiş" tammetrajlı filmi üçün "Cənnət və cəhənnəm" hissəsini yaratmışdılar.
Skanno mükafatı
Skanno mükafatı (it. Premio Scanno) — İtaliyanın Tanturri Fondunun təsis etdiyi mükafat. Mükafat gümüşdən hazırlanmış maskadan ibarətdir. 1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş bu mükafat müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tanturri Fondu ənənəvi olaraq hər il ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə "Skanno mükafatı"nı təqdim edir.
Studio Comet
Studio Comet Co., Ltd. (株式会社スタジオコメット, Kabushiki Kaisha Sutajio Kometto) — qərargahı Yaponiyanın paytaxtı Tokionun xüsusi rayonlarından biri olan Nerimada yerləşən animasiya studiyası. Studiya 21 yanvar 1986-cı ildə yaradılmışdır. Hiroşi Kanazava (animasiya direktoru, personaj dizayneri) Kazuo Harada (animasiya prodüseri, səs effektləri və audio direktoru) Şin Misava (animasiya Kantoku) Aşağıda Studio Cometin işləri əlifba sırası ilə göstərilib: Art of Fighting (OVA, 1993) Baby Princess 3D Paradise Love (OVA, 2011) Battle Fighters Garō Densetsu (1992) Bikkuriman 2000 (ilk rəqəmsal istehsalı, anime serialı, 2000) Bowwow Celebrity Poodle Let's Go! Tetsunoshin (anime serialı, 2006) Capeta (anime serialı, 2005-2006) Captain Tsubasa J (anime serialı, 1994–1995) Dragon Quest (anime serialı, 1989–1991) Dr. Rin ni Kiitemite! (anime serialı, 2001) Hatsumei Boy Kanipan (anime serialı, 1998) Chō Hatsumei Boy Kanipan (anime serialı, 1999) Highschool! Kimen-gumi (anime serialı (epizod 9-dan sonra Gallop studiyası ilə işləyib), 1988–1989) High School Mystery Gakuen Nana Fushigi (anime serialı, 1991) Humanoid Monster Bem (anime serialı, 2006) Initial D (anime serialı, 1998; Studio Gallop ilə) Kirby of the Stars (anime serialı, 2003; Warpstar, Inc. ilə) Jewelpet (anime serialı, 2009) Jewelpet Twinkle☆ (anime serialı, 2010) Jewelpet Sunshine (anime serialı, 2011) Jewelpet Kira☆Deco (anime serialı, 2012) Jewelpet the Movie: Sweets Dance Princess (Teatr filmi, 2012) Kero Kero Chime (anime serialı, 1997) Maboroshi Mabo-chan (anime serialı, 1992) The Marshmallow Times (anime serialı, 2004) Meimon! Dai San Yakyūbu (anime serialı, 1988–1989) Mizuiro Jidai (anime serialı, 1996) Mutsuen Meiryū Gaiden: Shura no Toki (anime serialı, 2004) Onegai My Melody (anime serialı, 2005) Onegai My Melody: Kuru Kuru Shuffle (anime serialı, 2006) Onegai My Melody: Sukkiri (anime serialı, 2007) Onegai My Melody: Kirara (anime serialı, 2008) Onegai My Melody: Yū & Ai (Teatr filmi, 2012) Peach Girl (anime serialı, 2005) Samurai Shodown ( 1994) School Rumble (anime serialı, 2004) School Rumble: Second Term (anime serialı, 2006) Shin Megami Tensei Devil Children (anime serialı (epizod 27-dən) 2002–2003), Shōta no Sushi (1999) Sora no Manimani (anime serialı, 2009) Suzuka (anime serialı, 2005) Tsuide ni Tonchinkan (anime serialı, 1987–1988) Tsuyoshi Shikkari Shinasai (anime serialı, 1992–1994) Whistle!
Studio Deen
Studio Deen Co., Ltd. (株式会社スタジオディーン, Kabushiki gaisha Sutajio Dīn, bəzən "Studio DEEN") — Yaponiya animasiya studiyası. Sunrise animasiya studiyasının qurulmasından 3 il sonra — 1975-ci ildə Sunrise studiyasının üzvləri tərəfindən qurulmuşdur. Nakagami, Yoshikatsu et al. "You're Under Arrest: Full Throttle". (December 2007) Newtype USA. pp. 48–49.
Studio Fantasia
Studio Fantasia (スタジオ・ファンタジア, Sutajio Fantajia) — Yaponiya animasiya studiyası. 12 oktyabr 1983-cü ildə Tomohisa İyzuka tərəfindən qurulmuşdur. Baş qərargahı Tokionun Nerima xüsusi rayonunda yerləşir.
Studio Ghibli
Studio Ghibli (yap. スタジオジブリ Kabushiki-gaisha Sutajio Jiburi)- 1985-ci ildə Hayao Miyazaki, İsao Takahata və Toshio Suzuki tərəfindən yaradılmışdır. "Ghibli" adı Miyazaki tərəfindən İtalyan təyyarəsi Caproni Ca.309 Ghibli-yə görə verilib. İtalyan sözü Ghibli Ərəb dilində sirokko küləyi deməkdir. Bununla Miyazaki studiyanın "anime industriyasına yeni bir külək əsdirəcəyini" demiş olurdu.
Studio mənzil
Studio mənzil adətən bir otaqlı kiçik mənzildir. Belə tipli mənzilin içində daxili ara divarlar yoxdur və mətbəx, qonaq və yataq otağları bir sahədə yerləşdirir. 20-ci əsrin əvvəllərində studio mənzillər azsaylı mebel ilə və bəzən binalarda ortaq vanna otağı olan kiçik yaşayış yerlər idi. Bu günlərdə studio mənzillər daşınmaz əmlakın müxtəlif seqmentlərində təmsil olunur. Kiçik ölçülü mənzillər ekonom sinifə daxildir. Lüks binalarda isə böyük studio mənzillər də təklif olunur. Argentinada bir otaqlı mənzili “monoambiente” adlanır (ispan dilində “mono” bir, “ambiente” isə otaqdır). Almaniyada bir otaqlı mənzili ənənəvi olaraq “Garçonnière” (fransız dilində “garçon” sözünün mənası oğlan, gənc və ya bakalavr-dır) və ya “Einzimmerwohnung” (“Ein” bir, “Zimmer” otaq, “Wohnung” isə mənzil deməkdir) adlanır. Honq-Konqda studio mənzili təxminən 10 kvadrat metr sahəsi və əlavə vanna otağı və mətbəx daxili olan bir mini-mənzildir. Yaşayış sahəsinin minimum ölçüsü bir avtomobil parkının ölçüsüdür.
Wit Studio
WIT STUDIO, Inc. (株式会社ウィットスタジオ, Kabushiki-gaisha Witto Sutajio) — 1 iyun 2012-ci ildə Production I.G studiyasının əməkdaşları tərəfindən IG Port şirkətinin filialı kimi yaradılmış Yaponiya animasiya studiyası. Studiyanın qərargahı Masaşihoda yerləşir. Production I.G prodüseri Coci Vada prezident və Tetsuya Nakatake (Production I.G studiyasının digər prodüseri) direktordur. Studiya ən çox "Attack on Titan" anime serialının istehsalı ilə tanınır. Wit Studio şirkətinin ümümi kapitalı 30.000.000 ¥ təşkil edir. IG Port, Vada və Nakatakenin şirkət payları uyğun olaraq 66,6%, 21,6% və 10,0%-dir.
Visual Studio
Microsoft proqram şirkəti tərəfindən yenə Microsofta aid bir sıra proqramlaşdırma dillərini və standart bir neçə dili dəstəkləyən IDE. İçərisində Visual Basic, Visual C #, C++ kimi proqramlaşdırma dillərinin bütünləşmiş inkişaf etdirmə mühiti və Microsoft tərəfindən xüsusiləşdirilmiş kitabxanaları saxlamaqdadır. Windows mühiti üçün proqram və proqram əsaslı məhsul inkişaf etdirən çox böyük bir müştəri kütləsinə sahibdir.
Kuno
Cuno (ing. Juneau) — ABŞ-də şəhər, Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).
Skunk Fu!
Skunk Fu! - döyüş sənətlərindən istifadə edərək vadilərini qoruyan antromorfik heyvanların macəralarından bəhs edən cizgi serial. Əsas süjet Skunkun sərgüzəştləri üzərində qurulmuşdur. Kunq-fu müəllimi Panda, Dovşan, Tülkü, Tısbağa və digərləri ya birbaşa, ya da dolayı yolla Skunka kömək edirlər. Şou "Ən yaxşı animasiya" kateqoriyası üzrə İFTA mükatını qazanıb. İngilis səsyazmasına əlavə olaraq irland, fransız, yapon və holland dillərində səsyazmalar hazırlanmışdır. Skunk və Pandanın başçılıq etdiyi digər vadi heyvanları Əjdahanın Babun və nindza meymunlar ilə dağlardakı yuvalarından vadiyə keçmək cəhdlərinin qarşısını alırlar. Əvvəllər Panda ilə Əjdaha çox yaxın dost idi. Amma Əjdaha təkəbbüründən dolayı cənnətdən qovulduğu üçün bunda vadi heyvanlarını təqsirkar bildi (öz hərəkətlərinin məsuliyyətini qəbul etməyərək). Beləliklə, vadi heyvanlarını məhv etməyə çalışır.
Microsoft Visual Studio
Microsoft proqram şirkəti tərəfindən yenə Microsofta aid bir sıra proqramlaşdırma dillərini və standart bir neçə dili dəstəkləyən IDE. İçərisində Visual Basic, Visual C #, C++ kimi proqramlaşdırma dillərinin bütünləşmiş inkişaf etdirmə mühiti və Microsoft tərəfindən xüsusiləşdirilmiş kitabxanaları saxlamaqdadır. Windows mühiti üçün proqram və proqram əsaslı məhsul inkişaf etdirən çox böyük bir müştəri kütləsinə sahibdir.
Visual Studio Code
Visual Studio Code və ya VS Code — Microsoft, Windows, Linux və macOS üçün hazırlanmış pulsuz mənbə kodu redaktorudur. Xüsusiyyətlərə diskussiya, sintaksisin işıqlandırılması, ağıllı kod doldurma, parça, kodun düzəldilməsi və quraşdırılmış Git (GitHub) daxildir. İstifadəçilər mövzunu, klaviatura qısa yollarını, üstünlüklərini dəyişdirə və əlavə funksionallıq yaradan genişləndirmələr quraşdıra bilərlər. Mənbə kodu icazə verilən MIT lisenziyası əsasında azad və açıq mənbəyidir. Tərtib edilmiş binarilər hər hansı bir istifadə üçün pulsuzdur. Stack Overflow 2019 Developer Anketində Visual Studio Code ən populyar inkişaf etdirici mühit aləti sırasına daxil edildi, 87.317 respondentdən 50.7% -i istifadə etməyi iddia etdi.
Antuan Ogüsten Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Akiko Sudo
Akiko Sudo (d. 7 aprel 1984) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Fubuki Kuno
Fubuki Kuno (d. 27 dekabr 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Masato Kudo
Masato Kudo (6 may 1990, Suqinami, Tokio, Yaponiya – 21 oktyabr 2022, Miyazaki[d], Miyazaki, Yaponiya) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 2 qol vurub.
Şiqemitsu Sudo
Şiqemitsu Sudo (d. 2 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Radio Studio 54 Network
Radio Studio 54 Network (eləcə də Radio 54 Network adı ilə tanınır) — İtaliyada fəaliyyət göstərən özəl radiostansiya, Recco Kalabriya vilayətinin Lokri şəhərində yerləşir. Stansiyanın proqramları əsasən Kalabriya, Siciliya və Apuliya regionlarına yayımlanır. Radio yayımı 24 saat həm radioqəbulediciləri, həm də veb-yayım vasitəsilə aparılır.
Kuno fon Klebelsberq
Kuno fon Klebelsberq (alm. Kuno von Klebelsberg‎; 13 noyabr 1875 – 12 oktyabr 1932, Budapeşt) ― Macarıstan hüquqşünası və siyasətçisi, qraf, müharibə illərində Macarıstan krallığının daxili işlər naziri (1921-1922) və mədəniyyət naziri (1922-1931). 1917-1932-ci illərdə Macarıstan Tarix Cəmiyyətinə rəhbərlik etmişdir. Klebelsberq, Avstriya-Macarıstanın Madyarpeçika şəhərində (indiki Peçika, Arad judetsi, Rumıniya) anadan olmuşdur. Birinci Dünya Müharibəsi, Trianon müqaviləsinin imzalanması və vətəndaş müharibəsinin dağıdıcı nəticələrindən sonra Macarıstan böhran içində idi. Klebelsberq 1921-ci ildə növbəti ilə qədər daxili işlər naziri vəzifəsinə təyin olunur. Daha sonra o, mədəniyyət naziri olur (1922-1931) və Macarıstanda təhsil sahəsində bir çox islahatlar həyata keçirir. Klebelsberq kənd yerlərində ibtidai məktəblərin yaradılmasında iştirak edir, bir çox universitetin müasirləşdirilməsinin təşəbbüskarı olur və "Kollegium Unqarikum"u" təşkilatını yaradır. Bu təşkilat xaricdə mədəniyyət sahəsində fəaliyyət göstərirdi və məqsədi digər ölkələrdə Macarıstan mədəniyyəti haqqında məlumatlılığı inkişaf etdirmək idi. Klebelsberq tələbələrə təqaüd verən mütərəqqi siyasəti tətbiq etməklə də məşhur idi.