Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Seolit
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. == Kimyəvi tərkibi == Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Slonim teleqülləsi
Slonim televiziya qülləsi (Slonim təkrarlayıcısı) - Belarus Respublikasının Qrodno vilayətinin Slonim rayonunun Novaya Straza kəndində televiziya və radio yayım qülləsi. == Maraqlı faktlar == 1965-ci ildə qurulan zaman Avropanın ən yüksək televiziya qülləsi idi 1965-ci ildə quraşdırılması zamanı elektromaqnit sahələrinin təsiriylə polad çərçivə deformasiya etməyə başladı. Dizayn qəribə formalı bir ilan kimi forma almağa başladı. Bina gözlənildiyi kimi elektromaqnit dalğalarının xüsusi qəbuledicilərini tutmaq üçün idi .
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Aydağ seolit yatağı
Aydağ seolit yatağı — Tovuz rayonunda yerləşən Üst Təbaşir yaşlı seolit yatağı. == Stratiqrafiyası == Azərbaycanda Üst Təbaşirin seolit yataqları Kiçik Qafqazın dağətəklərində, eləcə də Orta Kür çökəkliyinin cənub kənarlarının çökmə strukturlarında və Böyük Qafqazın Vəndam zonasında yerləşir. Aydağ seolit yatağı Aydağ sinklinalının periklinal hissəsinə daxil olmaqla, Qazax çökəkliyinin cənub-şərq hissəsində yerləşir və Koroğlu lay dəstəsinin Santon çöküntülərinə aiddir. Yataq 2 massiv (25-30 m) və bir neçə zəif qalınlığa malik, Santon-Alt Kampan pelitomorf əhəngdaşıları və mergellərdən ibarət olan laylarla təmsil olunub. Yer səthinə çıxan hissənin eni 20-120 m, uzunluğu 3 km dərinliyi 40-200 m-dir. Layların cənub-şərq istiqamətində monoklinal yatımı müşahidə olunur və bu layların qalınlığı şimal-şərq istiqamətdə artır. Karyer rayonlarında ən böyük qalınlıq mövcuddur, bununla da gələcək kəşfiyyat işlərinin perspektivliyi əlaqələndirilir. Seolitli küllər sonradan linzavari ləkəli çəhrayı-yaşıl, açıq-yaşıl, sıx yaşıl mergeləbənzər tuflara keçən çəhrayı-ağ dənəvər biotit tuflarla örtülüb. Burada eləcədə seolit-gilli, seolit-silisiumlu kristallaşması və çəhrayı-boz bentonit əlavələri müşahidə olunur. Aydağ külləri Öksüzlü küllərinə nisbətən cavandır.
Gözotu
Çatılotu (lat. Euphrasia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Tolosu
Tolosu xaqan - Uyğurların beşinci xaqanıdır. Onun dövründə Çindən asılılıq və üsyanlar artmağa başladı. Cəmi bir il hakimiyyətdə qalan Tolosu həyat yoldaşı E tərəfindən zəhərləndi. Yerinə oğlu Aço gəldi.
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
"Qodonu gözləyərkən"
Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi. İkipərdəli tragikomediyadır. Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur. == Məzmun == === Birinci pərdə === Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir. Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur. Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur. Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır. Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır. Estraqon da Müqəddəs Torpaqları təsvir edir. Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər.
Daniil Qorovux
Daniil İqoreviç Qorovux (rus. Даниил Игоревич Горовых; 3 yanvar 1997-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Qorovux öz peşəkar karyerasında debütünü 27 iyul 2017-ci ildə Veles Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Znamya Truda Orexovo-Zuyevo klubuna qarşı oyunda etmişdir.
Göyova körfəzi
Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir. Əsas limanlar Bodrum (Türkiyə) və Kos (Yunanıstan). == Görməli yerləri == === Kleopatra çimərliyi === Kleopatranın çimərliyi Sedir və ya Sehir adasında yerləşir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Bu adada Kleopatra çimərliyi adlı qumu unikal quruluşda və kiçik incilərə bənzəyən çimərlik vardır. Qum bu sahə üçün tamamilə xarakterik deyil və mənşəyi məlum deyildir. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur.
Kiçik qovotu
Dərman xəşənbülü (lat. Melilotus officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.
Qodonu gözləyərkən
Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi. İkipərdəli tragikomediyadır. Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur. == Məzmun == === Birinci pərdə === Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir. Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur. Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur. Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır. Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır. Estraqon da Müqəddəs Torpaqları təsvir edir. Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər.
Qokoku məbədi
Qokoku məbədi (護国寺, Qokoku-ci, azərb. "Ölkənin mühafizəsi məbədi"‎) – Yaponiyanın Tokio şəhərinin Bunkyo rayonunda yerləşən buddist məbədi. Buddizmin Şinqon sektasının Buzan qoluna aiddir. == Tarixi == Məbəd 1681-ci ildə şoqun Tokuqava Tsunayoşinin sifarişi ilə keşiş Ryoken tərəfindən qurulmuşdur. Tsunayoşi və onun anası Keyşo İn bu məbədin himayəçiləri olmuşdurlar. Hazırda Əhəmiyyətli mədəni mülk statusu daşıyan əsas zal 1698-ci ildə tikilmişdir. Məbədin qəbiristanlığında Edo dövründə yaşamış 40-dan çox konfutsiçi alimin qəbri yerləşir. Məbədin Tokuqava şoqunluğu ilə sıx əlaqələri olduğu üçün burada tez-tez şoqunluğun adından ibadətlər yerinə yetirilmişdir. Məbəd bodhisattva Kannona həsr olunmuşdur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Qotoku Sakay
Qotoku Sakay (d. 14 mart 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Su polosu
Su polosu və ya vaterpolo - su idmanı oyunu. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Və hər bir hissədə hər iki komanda rəqib qapısından top keçirməyə çalışırlar. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan təşkil olunur. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su polosu bir qayda olaraq dərin ( adətən 1.8m. ) hovuzlarda oynanılır və bu oyunu oynayanlar xeyli dözümlülüyə malik olmalıdır.
Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini. == Həyatı == Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu. Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu. Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.
Alina Qorlova
Alina Eduardivna Qorlova (ukr. Алі́на Едуа́рдівна Го́рлова;1992, Zaporojya, Ukrayna) — sənədli filmlər üzrə ixtisaslaşan ukraynalı kinorejissor, rejissor və ssenarist. O, 2017-ci ildə Ukrayna Kino Akademiyasına qəbul edilib və 2021-ci ildə Ukrayna Respublikasının əməkdar artisti adına layiq görülüb. == Təhsili == Qorlova 2008–2012-ci illərdə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində təhsil alıb. == Filmoqrafiya == 2012: Buludlarda ilk addım 2014: Nənə 2016: Холодний Яр. Інтро 2017: Görünməz batalyon, sənədli film, İrina Tsilık və Svetlana Lişçinska ilə birgə ərsəyə gətirilmiş ekran işi 2018: Aşkar işarələr yoxdur, sənədli film (Ptax Janq tərəfindən hazırlanmışdır) 2020: Bu yağış heç vaxt dayanmayacaq, sənədli film == Tanınması == 2013 – Barnaulda "Kino-lisey" IV Beynəlxalq Müəllif Kinoları festivalı: ən yaxşı hekayəyə görə Gümüş Jan-Lak "Sözün Gücü" mükafatını qazanıb. 2018 – "Görünən işarələr yoxdur" filmi "DOK Leypziq Beynəlxalq Sənədli Filmlər" festivalında MDR-Mitteldeutscher Rundfunk kanalının münsiflər heyəti tərəfindən "Görkəmli Şərqi Avropa Filmi" mükafatına layiq görülüb. 2020 – Prodüser Maksim Nakoneçnyi və rejissor Alina Qorlovanın "Bu yağış heç vaxt dayanmayacaq" filmi Florensiyada dei Popoli festivalında Ən Yaxşı Uzunmetrajlı Film mükafatını qazandı. 2021 — "Bu yağış heç vaxt dayanmayacaq" filmi 66-cı Cork Beynəlxalq Film festivalında, İrlandiyada Ən Yaxşı Sənədli Film mükafatını qazandı.
Dino Ndlovu
Dino Ndlovu (15 fevral 1990) — Cənubi Afrikalı futbolçu. Türkiyə 1-ci Liqasında "Sakaryaspor"un və Cənubi Afrika milli futbol komandasının heyətində çıxış edir. == Klub karyerası == === Qarabağ === ==== 2016–2017 mövsümü ==== Ndlovu mövsümü 15 qol ilə bitirdi. Futbolçu "Qarabağ" ilə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qalibi oldu. ==== 2017–2018 mövsümü ==== ===== UEFA Çempionlar Liqası ===== Dino yeni mövsümdəki ilk matçına UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin birinci oyununda "Samtredia" qarşısında çıxdı. CAR-lı futbolçu "Qarabağ"ın 5–0 hesabı ilə qalib gəldiyi oyunda 37-ci və 45-ci (P) dəqiqələrdə 2 qol atdı. Digər qolu isə daha yadda qalan oldu. UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin ikinci oyununda "Şerif"ə qarşı keçirilən oyunda ilk qolu atan Dino yazılan tarixin baş rolundakı futbolçulardan biri oldu. "Qarabağ" rəqibinə 2–1 hesabı ilə qalib gəldi. Pley-off mərhələsinə yüksələn "Qarabağ"ın rəqibi Danimarkanın "Kopenhagen" klubu oldu.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Söji (Val-d'Uaz)
Söji (fr. Seugy) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 1 049 nəfər (2006). Bələdiyyə Paris şəhərinin 30 km şimal, Serji bələdiyyənin 27 km şərqdə yerləşir.