Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. == Ədəbiyyat == Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Şpaqat
Şpaqat (rus. Шпагат; ing. Split) — ayaqların bir xətt istiqamətində 180 dərəcə açılmasından ibarət olan bədən vəziyyəti. Şpaqat müxtəlif idman növlərində həyata keçirilir: rəqs, fiqurlu konkisürmə, gimnastika, aerobika, döyüş sənəti, sinxron üzgüçülük, kapoeyra, yoqa. Şpaqat dartıb genəltmə (rus. растяжка) tapşırıqlarından biridir. == Növləri == Şpaqatın iki növü mövcuddur: "eninə" (ayaqlar tərəflərə yayılması) və "uzununa" (ayaqlar irəli və geri yayılması) şpaqat. Yuxarıya şpaqatda (ing. Oversplit) ayaqlar arasındakı bucaq 180 dərəcəni keçir. == Şpaqat açmaq qaydaları == Bir çox insan şpaqat açmaq istəyir.
Emanat
Emanat — Azərbaycanda fəaliyyət göstərən ən iri ödəniş sistemlərindən biridir. == Tarixi == Emanat 2012-ci il sentyabr ayında fəaliyyətə başlamış və 2013-cü il mart ayında Emanat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Emanat şirkəti hazırda özünəxidmət nağd ödəniş terminalları şəbəkəsini elektron idarə edir. Hazırda Azərbaycanda 3000-dən artıq Emanat ödəniş terminalına rast gəlmək olar. Ödəniş terminallarında hazırda 1000-dən çox xidmət mövcuddur. 2012-ci il sentyabr — Fəaliyyətə başlamışdır 2013-cü il mart — Ölkə bazarına daxil olmuşdur == Xidmətlər == Kommunal ödənişlər Mobil ödənişlər Bank xidmətləri Dövlət ödənişləri TV ödənişləri İnternet provayderləri Telefon ödənişləri Mağazalar şəbəkəsi E-pulqabı ödənişləri Təhsil xidmətləri Əyləncə və oyunlar Xeyriyyə və yardım Ödəmə kartları Sığorta və səhiyyə Hüquq xidmətləri Turizm və səyahət Karqo və nəqliyyat Digərləri == Missiyası və Dəyərləri == Şirkətin özünəməxsus aşağıdakı missiyaları və dəyərləri mövcuddur.
Shazam
Shazam, səs və musiqi tanımağa imkan verən bir tətbiqdir və istifadəçilərə eşitdikləri səs və musiqini tanımağa, onun haqqında məlumat əldə etməyə və müxtəlif əyləncəli və funksional xüsusiyyətlərdən istifadə etməyə imkan verir. Baş qərargahı Londonda yerləşir. Shazam, mobil tətbiqlər, veb saytlar və brauzer əlavələri kimi müxtəlif platformalarda mövcuddur. Shazam, mobil telefon mikrofonunun vasitəsi ilə səsi qeyd edir və bu səsi analiz edib tanımaq üçün öz bazasından istifadə edir. Shazam tətbiqi bir çox funksiyaya malikdir. Şazam istifadəçilər musiqini tanıdan zaman, ifaçıların məlumatlarını və mahnının adı ilə birlikdə mahnını sözlərini də təqdim edir. Şazam Spotify, Apple Music və digər musiqi platformalarını da dəstəkləyir . Əlavə olaraq, Shazam-dan əldə edilən məlumatlar, istifadəçilərə ən çox dinlənən mahnılar, ifaçılar və trendlər kimi məlumatları da təqdim edir. 2018-ci ildə, Apple Şirkəti Shazamı satın alaraq tətbiqi öz ekosistemi ilə inteqrasiya etmişdi. Shazam play market platformasından 500 miliyyon dəfədən çox yüklənib.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. == Növləri == Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. == Salatlar haqqında maraqlı məlumatlar == Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. == Tarixi == Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. == Ümumi məlumat == Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Sazan
Sazan adası (alb. Sazani, it. Saseno, yun. Σάσων) — Adriatik dənizində yerləşən kiçik ada. Ada Albaniyaya məxsusdur. Sazanın sahəsi 5 km² təşkil edir. Adada yaşayış yoxdur. == Coğrafiyası == Sazan körfəzin Adriatik dənizinə açılan hissəsində yerləşir. İnzibati cəhətdən isə Albabiyanın Vlyera rayonu ərazisinə daxildir. Sahəsi baxımından Albaniyanın ən iri adasıdır.
Smart
Smart — 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır. Hələ Mercedes qrupu bünyəsindədir. Bu an çıxarılan modeli yalnız Fortwo-dur.
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. == Yayılması və mənşəyi == Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.
Xamzat Qastamirov
Xamzat Qastamirov və ya Şeyx Xamzat (tam adı: Xamzat Qastamirov Maqomedoviç; d. 22 aprel 1975, Qroznı, Çeçenistan, RSFSR, SSRİ) — çeçen əsilli qanuni oğru. == Həyatı == Xamzat Qastamirov 22 aprel 1975-ci ildə Çeçenistanın paytaxtı Qroznı şəhərində anadan olub. Kriminal aləmdə "Şeyx Xəmzət" ləqəbi ilə tanınan bu "qanuni oğru" hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. O, indiyədək Bakıda, Moskvada və yaşadığı Berlində həbsdə olub. Qastamirovun ilk məhbəs həyatı 1990-cı illərin əvvəlinə təsadüf edir. Bayıl türməsində dəmirbarmaqlıqlar arxasında olan "Şeyx Xamzat" burada Azərbaycan dilini öyrənib. Azərbaycanda növbəti dəfə 2016-cı ilin avqustunda Türkiyənin İstanbul şəhərində qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yas mərasimində görünüb. O, dəfn mərasimindən qayıdarkən Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, heç bir təqsiri olmadığından sərbəst buraxılıb. Hazırda oğru aləminin Avropa kassasının nəzarətçisi kimi tanınan "Şeyx Xamzat" Rövşən Canıyevin mənəvi qardaşı və varisi hesab olunur.
Maat
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. == Tarixi haqqında == İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
D-Smart
D-Smart — 2006-cı ildə fəaliyyətə başlamış və 10 Fevral 2007-ci ildə istifadəyə verilən, Doğan Yayın Holdinq tərəfindən qurulan və 24 Mart 2018-ci ildə Demirören Holdinqə satılan rəqəmsal yayım platformasıdır. Türksat 3A və Türksat 4A peyklərində yayımlanır. 1 yanvar 2016-cı il tarixinə 85-i HD olmaqla, 270-dən çox yerli və xarici kanala sahib olan, D-Smart Türkiyədə ən çox kanala sahib olan rəqəmsal platformadır. D-Smart özəl kanallarda, VideoGuard şifrələmə sistemindən istifadə edir. D-Smart platformasında, "Hoş Geldin Paketi", "Aile Spor Paketi", "Sinema Dizi Paketi", "Mega Paket" olmaqla 4 əsas paketindən əlavə "Belgeselsever", "Eğlencesever", "Belgeselsever +" "Eğlencesever" və "Sporsever" adında 4 əlavə paket də vardır. == Tarixçəsi == UEFA Çempionlar Liqasının oyunları 2008-2009-cu il mövsümündən etibarən bu platformada yayımlanır və 2014-2015-ci il mövsümünə qədər yayım hüququnu saxlayır. Növbəti mövsüm UEFA Avropa Liqasının yayım hüquqlarını satın aldı. 2014-2015 mövsümünə qədər matçlar da D-Smart-da canlı yayımlanırdı. MTV və Nickelodeon kanalından sonra Türkiyədəki 2011 nəşrlərinin sona çatan müqaviləsi dayandırıldığı üçün D-Smartın hər iki kanalı da Avropada yayımlanır MTV Avropa və Nickelodeon da Avropa kanallarının siyahısına əlavə edildi. Daha sonra Digitürkün Viacom ilə razılaşması səbəbindən platformadakı yayımlara xitam verildi.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
II Smbat
II Smabt Aşotyan (doğum tarixi bilinmir — 1044 və ya 1051) – 1040-cı ildən hakimiyyətdə olan Sünik knyazı. == Bioqrafiyası == II Smbat Sünik sülaləsinin Çxuk hakimi olan Aşotyanlar (Aşot oğulları anlamında Aşotyanlar soy adı erməni dilli mənbələrdə işlədilir) nəslindəndir. Ana xətti ilə Vasak Süninin (998—1040) nəvəsidir. Vasak Süninin hakimiyyəti dövründə onun sarayında yaşamış və böyümüş, ölümündən sonra isə taxta keçmişdir. “Knyazlar knyazı” məqamını isə qardaşı Qriqora vermişdir. 1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır. Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatevi ələ keçirmişlər. Müsəlmanların geri çəkilməsindən sonra II Smbat ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. Onun hakimiyyəti zamanı ölkə çiçəklənmə dövrünü yaşamışdır. 1044 və ya 1051 – ci illərdə II Smbatın ölümündən sonra taxta onun qardaşı I Qriqor keçmişdir.
I Smbat
I Smbat Saak - (doğum tarixi bilinmir — 998) – Sünik knyazlığının 987-ci ildən hakimiyyətdə olan ilk müstəqil knyazı. == Bioqrafiya == Knyaz I Smbat Sünik sülaləsindən olan Aşot Süninin dörd oğlundan biri – Saak Süninin oğludur. O, 963 - cü ildən 976 – cı ilə kimi Həkəri çayına qədər olan əraziləri – Çxuk və Balk havarlarını idarə etmişdir. 976 – cı ildən Sünik sülaləsinin varisi kimi Sünik taxtında əyləşmiş və 980 – ci ilə kimi Ani çarlığının vassalı kimi Süniki idarə etmişdir. 987 – ci ildə Azərbaycan ərazisindəki digər iki feodal dövlətinin - Rəvvadilər sülaləsindən Əbülhicanın və Xaçın knyazlığının dəstəyi ilə Sünik knyazlığının müstəqilliyini elan edərək Göyçə gölü sahillərini və Əlincə ərazisini Sünikə tabe etmişdir. Sünik tarixçisi Stepannos Orbeli yazır: “Sünik sülaləsindən olan böyük ər Smbatın başına tac qoyaraq onu taxta gətirdilər.” Hakimiyyətinin ilk dövrlərində I Smbat dövlət strukturlarını formalaşdırmış, ordunu modernləşdirmiş, tikinti-quruçuluq işləri ilə məşğul olaraq müdafiə sistemlərini və qalalrı bərpa etdirmişdir. 988 – ci ildə Əbülhicanın ölümüdən sonra Azərbaycan feodal dövlətləri zəifləmiş və I Smbat erməni Ani çarlığından vassal asılılığını qəbul etməyə məcbur olmuşdu. 991 – 992 – ci illərdə erməni hökmdarı I Qagik Süniki zəiflətmək üçün parçalamış Vayots-Zor, Çaxuk, şimali Çxuk ərazilərini Sünik hökmdarının idarəsindən ayırmış, Sünik hökmdarı yalnız tarixi Sünik ərazisinin cənubunda öz hakimiyyətlərini saxlaya bilmiş, bir müddət həmçinin Əlincə ərazisini də idarə etmişlər. 998 – ci ildə Sünik taxtına I Smbatın oğlu Vasak sahib çıxmışdı. I Smbat isə Tatev monastırında dəfn edilmişdi.
Manat (Büt)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Manat (tanrı)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Marat Allahverdiyev
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. === Ailəsi === 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb. === Siyasi fəaliyyəti === 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. === Elmi fəaliyyəti === Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub. == Təltifləri == 20 may 1990-ci ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984-1990-ci illərdə 30 qədər məscid o cümlədən “Təzə-Pir”, “Əjdərbəy”, “Maştağa”, “Mərdəkan”, “Bibi-heybət”, “Türbə”, bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H.Z.Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.
Marat Haqverdiyev
Marat Haqverdiyev (tam adı: Marat Xanlar oğlu Haqverdiyev; 21 iyul 1938, Bakı) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018). == Həyatı == Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub.Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub.İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. == Yaradıcılığı == 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin. İlk dram əsəri "Ailədə məhkəmə" komediyası olur. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulur.
Marat Kolşəripov
Marat Kolşəripov (başq. Марат Мәхмүт улы Ҡолшәрипов; 7 yanvar 1941) — Sovet və rus tarixçisi. Tarix elmləri doktoru, professor. Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2001), Salavat Yulayev ordeninin kavaleri (2009), Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü (2016). == Bioqrtafiyası == 7 yanvar 1941-ci ildə Başqırdıstan Sovet Sovet Sosialist Respublikasının Kuqərsen rayonunun Zireklya kəndində anadan olmuşdur. 1967-ci ildə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini, 1971-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirir. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırdıstandakı çarizmin siyasəti (1775–1800)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi üçün tezisini müdafiə edir. 1971-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllim işləyir. 1991–1996-cı illərdə"Ural" Başqırd Xalq Mərkəzinin sədri olur. 1998-ci ildə Başqırdıstan Dövlət Universitetində "Başqırd xalqının milli hərəkatı (1917–1921)" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiyasını müdafiə edir.
Marat Manafov
Marat Manafov (1950-ci illər, Stepanakert) — Çexiyada yaşayan Azərbaycanlı biznesmen, xalq artisti Fəxrəddin Manafovun qardaşıdır. == Haqqında == Marat Manafov Xankəndi şəhərində doğulub. 1993-cü ildə Heydər Əliyevlə yaxın münasibətdə olub. Slovakiyada "Marat" futbol klubunu yaradıb. Neft kontraktları ilı bağlı ilkin danışıqları Marat aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV maşını işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.
Marat İzmaylov
Marat İzmaylov - Rusiya futbolçu