Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SES
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
SMS
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Avqust Ames
Mersedes Qrabovski (ing. Mercedes Grabowski; 23 avqust 1994, Antiqoniş[d], Yeni Şotlandiya – 5 dekabr 2017, Kamarilo[d], Kaliforniya) — kanadalı pornoaktrisa. == Həyatı == Mersedes Qrabovski 23 avqust 1994-cü ildə Yeni Şotlandiyanın Antiqoniş şəhərində dünyaya gəldi və Ontarionun Petavava ərazisində böyüdü. 2013-cü ilin noyabr ayında pornoqrafiya film sənayesinə başladı. 2016-cı ildə Kevin Muri ilə evləndi.5 dekabr 2017-ci ildə Kaliforniya ştatının Kamarillo şəhərindəki evində özünü asaraq intihar edib.
Hicri-şəms
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی‎) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).
Smet Kenesbayev
Smet Kenesbayeveviç Kenesbayev (qaz. Ісмет Кеңесбаев) (1907 - 1995)—qazax türkoloqu. == Həyatı == Smet Kenesbayev 1907-cı ildə anadan olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir Elmlər Akademiyasının təsisçilərindəndir. Akademiyanın müxbir üzvü və vitseprezidenti seçilmişdir. Qazax dilinin fonetikası, leksikası və frazeologiya əsərləri var. Bir neçə dərsliyin müəllifidir. Tərcümə nəzəriyyəsi, tətbiqi leksikoqrafiya adlı tədqiqatları var. Əsas elmi istiqaməti frazeologiyadır. 30 ildən artıq frazeologiya sahəsində çalışıb.
Someş çayı
Someş çayı — Rumıniyanın şimal-qərbində yerləşir, Macarıstanda Titsa çayının sol qoludur. == Fiziki xüsusiyyətləri == Mənbəyi Someşul Mare çayı da daxil olmaqla, çayın uzunluğu 415 kilometrdir. Macarıstan ərazisindən 50 km məsafədə axır.Someş çayı Rumıniyada uzunluğuna görə beşinci çaydır. Çayın hövzəsi Mikada Dej, Someşul Mare və Someşul Mic çaylarının təxminən 4 km yuxarı hissələrinin birləşməsindən formalaşır. Someşul Mic çayı Apuseni dağlarından və Rodna dağlarında Someşul Mare bulağından başlayır.
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
İkili sləş
URL (ing. Uniform Resource Locator) — faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir.İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan. Tim Berners-Li (Tim Berners-Lee) tərəfindən təklif olunub. URL ünvanı, adətən, protokolun adının (məsələn, əgər sənəd FTP-serverdədirsə, ftp:, əgər o, veb-saytdadırsa, http:) göstərilməsi ilə başlayır. Sonra konkret informasiyanın identifikatoru, məsələn, serverin aid olduğu domenin adı, təşkilatın adı, yaxud bu serverdəki faylın adının yolu gəlir. Başqa sözlə, URL-ünvanı iki hissədən ibarətdir: birinci hissə istifadə olunan protokolu göstərir, ikinci hissə isə resursun yerləşdiyi IP-ünvanı, yaxud domen adını müəyyənləşdirir. Məsələn, http://www.bakineshr.az URL-ünvanında http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Sonra gələn www hərfləri saytın Veb’də yerləşdirildiyini bildirir və onun domen adı bakineshr.az’dır. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http:// URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn: http://www.science.az http:// – serverlə əlaqə protokolu; www – qovşağın tipi; science – qovşağın adı; .az – yuxarı səviyyəli domen.
İsmayıl Şəms
Ismayıl Şəms (1918–2008), ədəbiyyatşünas, tərcüməçi, şərqşünas == Həyatı == İsmayıl Qasım oğlu 1918-cı ildə Güney Azərbaycanın mərkəzi Təbrizdə anadan olmuşdur. Orta məktəbi Təbrizdə bitirdikdən sonra Tehran universitetinin hüquq fakültəsində oxumuşdur. Az sonra İran gömrük idarəsində rəis müavini postunda işləmişdir. Gömrükdə rüşvətxorluqla razılaşmayan Ismayıl Şəms orada işləməkdən imtina edir və Təbrizə qayıdır. 1940-cı il Hacı Əli Şəbüstəri, Maşınçı, Əxgər, Padiqan və başqa silahdaşları ilə birlikdə "Azərbaycan Cəmiyyətini" yaradır və cəmiyyətin orqanı "Azərbaycan" qəzetinin redaktoru olur. Cəmiyyətin fəaliyyətinin genişləndiyini görən Sovet Dövlətinin adamları ona və məsləkdaşlarına cəmiyyəti buraxıb Tudə partiyasına birləşməyi təklif edirlər. Bu təkliflə razılaşmayan İsmayıl Şəms ruslar tərəfindən Sovetlər Birliyinə sürgün edilir. Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı genişləndikdən sonra, o Güney Azərbaycana qayıdır və Azərbaycan Demokrat Firqəsinin yaranmasına yardımçı olur. Azərbaycan Milli Məclisinin millət vəkili və Pişəvərinin rəhbərliyi ilə yaranmış Azərbaycan Anayasa Komisyonunun üzvü olur. 1946-cı ildə Milli Dövlət yeniləndən sonra Sovetlər Birliyinə keçir.
Şəms Kəsmai
Şəms Kəsmai (1883, Yəzd – 1961, Tehran) — İran şairi. == Həyatı == Şəms Xəlil qızı Yəzddə anadan olmuşdu. Babası Hacı Məhəmmədsadiq Tiflislidir. Əcdadı Gilanın Sövməə-Səra şəhristanının Kəsma kəndindən idilər və Gürcüstana muhacirət etmişlər və sonra yenə İrana qayıdıblar. O, azərbaycan, fars və rus dillərini bilirdi. XX əsrin 50-ci illərinə qədər yazıb-raratmışdı. Şəms ilk qadındır ki, Təbrizdə azad və çarşabsız gəzmiş və buna görə cürbəcür təhqirlərlə üzləşmişdir. Təbrizdə çıxan "Təcəddüd" qəzeti ilə yaxından əməkdaşlıq edib, yazdıqları şeirlərlə müntəzəm çıxış edən Cəfər Xamneyi, Şəms xanım Kəsmai və başqaları idi. C.Xamneyi ali təhsilini Fransada, Şəms xanım isə Rusiyada almışdı. Sözsüz ki, onların təhsil aldığı ölkələrdəki ədəbi mühit bu iki istedadlı gəncin sonrakı yaradıcılığında dərin iz qoymuşdu.
Şəms Mustafayeva
Şəms (Şəmsiyyə) Mustafayeva — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınını rektorunun müşaviri və strateji inkişaf şöbəsinin müdiri Şəms Mustafayeva, “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülən ilk azərbaycanlı. == Həyatı == Şəms Mustafayeva Mingəçevir şəhərində doğulub. == Təhsili == Ş. Mustafayeva orta məktəbi Mingəçevirdə bitirib. Azərbaycan Dillər Universitetinin ingilis-alman dili fakültəsinə daxil olmuşdur.Bu arada da magistr dərəcəsi almaq üçün Xarici Dillər Universitetinə qayıdıb. Tədris metodikası üzrə həm beynəlxalq sertifikat, həm də magistr dərəcəsinə malikdir.2008-ci ildə yenidən Amerikaya təhsil almağa yollanıb. Bu dəfə İREX təşkilatının Edmund S.Muskie proqramının mükafatçısı kimi. Üstəlik, Amerikanın idarəetmə üzrə bir nömrəli məktəbi Siraküzda Universitetində İdarəetmə və Beynəlxalq Əlaqələr üzrə iki magistr dərəcəsinə yiyələnib. == Əmək fəaliyyəti == Təhsilini bitirib Mingəçevirə qayıdıb və 4 il orada müəllimə işləyib. Karyerası da məhz buradan başlayıb. Müəllimə işləyərkən British Consulun təlimlərinə qatılıb, proqramlarında iştirak edib və müxtəlif beynəlxalq QHT-lərdə çalışıb.
Şəms Pəhləvi
Şəms Pəhləvi (fars. شمس پهلوی‎‎) - İranın Şahənşahı Məhəmməd Rza Pəhləvinin bacısı, Rza şah Pəhləvi övladı. Qardaşının hakimiyyəti illərində Qırmızı Aslan və Günəş Cəmiyyətinin prezidenti olmuşdur. == Həyatı == Şəms Pəhləvi 1917-ci ilin 28 oktyabr tarixində Tehran şəhərində Rza şah Pəhləvi və Tacülmülukün böyük qızları olaraq anadan olmuşdur. Şəms Pəhləvi atasının təziqi ilə İranın 1935-1939-cu illərdə baş nazir olmuş Mahmud Cəmin oğlu Firudin Cəmlə evləndirilmişdir.Rza şah Pəhləvinin ölümündən sonra məcburi evləndirilən Şəms Pəhləvi boşanmışdır. 1941-ci ildə İranda anqlo-sovet işğalının başlamasından sonra Rza şah Pəhləvi hakimiyyəti təhvil vermək məcburiyyətində qalmış və sürgünə yollanmışdır. Rza şah Pəhləvinin sürgündə olduğu Mavriki Respublikasının Port-Luiz və daha sonra gedəcəkləri CAR-ın Yohannesburq şəhərlərində Şəms atası ilə birlikdə olmuş və bu dövrdə İranda çap edilən günlük Ettela'at qəzetində öz xatirələrini çap etdirmişdir. Şəms Pəhləvi 1945-ci ildə ölkənin bir müddət Mədəniyyət Naziri olmuş Mehrdad Pahlbod adlı iranlı ilə evlənərək Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına köçmüşdür. Bu dövrdə ailənin Tehranla olan əlaqələri hələ də, qalmaqda idi və 1951-1954-cü illəri əhatə edən Abadan böhranından sonra Şəms Pəhləvi İranı yenidən tərk etmək məcburiyyətində qalmışdır. 1940-cı ildə Şəms Roma-Katolik kilsəsinin inancı olan katolikliyi qəbul edərək dinini dəyişdirlmişdir.
Şəms Təbrizi
Şeyx Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan O, İranın ən sirli personajlarından biridir. == Həyatı == O, İranın ən sirli personajlarından biridir.Şəms Təbrizinin türbəsi.Məqalət-e Şəms-i ​​Təbrizi (Şəms-i ​​Təbrizinin söhbəti) Şəms tərəfindən yazılmış farsca nəsr kitabıdır.[11]Bütövlükdə, İslamın mistik şərhini daşıyır və ruhani tövsiyələri ehtiva edir:Fars dili haqqında dedi: və fars dili, necə oldu? O qədər zəriflik və xeyirxahlıqla ki, fars dilində olan məna və zəriflik ərəb dilində yoxdur.[12]Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır.Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili almışdır. Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir.
Şəms surəsi
91-ci surə
Araz SES
Araz SES (tam adı: Araz Su Elektrik Stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su elektrik stansiyası. Araz SES-in inşasına 1964 cü ildə başlanılmış və 1970 ci ildə bitirilmiş 1971 ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Arpaçay SES
Arpaçay Su Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Bekme SES
Bekhme SES (ərəb. سد بخمة‎) — İraqın Kürdüstan hissəsində, tikinti mərhələsində su elektrik stansiyası. Dəclənin sol qolu olan Böyük Zab çayı üzərində tikilir. SES-in tikintisi 1979-cu ildə başlanmış, lakin İran-İraq müharibəsi nəticəsində yarımçıq qalmışdır. Müharibədən sonra layihənin tikintikisi 1988-ci ildə davam etdirilmiş, lakin bir neçə ildən sonra İraqa tətbiq olunan sanksiyalara görə yenidən dayandırılmışdır. Odur ki, Körfəz müharibəsi zamanı layihə tamamilə dayandırılmışdır.
Biləv SES
Biləv SES (tam adı: Biləv Su Elektrik Stansiyası) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən su elektrik stansiyası. Stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür.Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.Bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir.
Boquçan SES
Boquçan SES (rus. Богучанская ГЭС) — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyası. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. 2997 MVt layihə gücü olan Boquçan SES, Rusiyanın ən iri su elektrik stansiyaları sırasına daxildir. 1974-cü ildə tikintisinə başlanılan SES, 2014-cü ildə istismara verilib. Boquçan SES Rusiyanın hidroenergetika tarixində tikilmə müddətinə görə rekord sayılır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Boquçan SES ilə əlaqəli mediafayllar var.
Dnepr SES
Dnepr SES (ukr. Дніпровська ГЕС), həmçinin DneproHES (rus. ДнепроГЭС), daha əvvəl — V.İ.Lenin adına Dnepr SES — Ukraynanın cənubundakı Zaporojye şəhərində Dnepr çayı üzərində qurulmuş su elektrik stansiyası. Bu, Dnepr su elektrik stansiyaları kaskadının beşinci mərhələsidir. Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr SES 1932-1956-cı illərdə SSRİ və Avropanın ən böyük su elektrik stansiyası olmuşdur. Dnepr su elektrik stansiyasının tikintisi QOELRO planı ilə nəzərdə tutulmuşdu, stansiya bu plana uyğun olaraq tikilmiş ən böyük elektrik stansiyası oldu. Onun tikintisinə 1927-ci ildə başlanmış, ilk hidroaqreqatlar 1932-ci ildə istismara verilmiş, 1939-cu ildə isə Dnepr SES-in tikintisi başa çatdırılmışdır. Elektrik stansiyası SSRİ-də sənayeləşmənin ən məşhur simvollarından birinə çevrildi, eyni zamanda Zaporojyedə böyük sənaye müəssisələri kompleksi tikildi. Böyük miqdarda ucuz elektrik enerjisi istehsal etməklə yanaşı, Dnepr SES Dnepr relslərini su altında saxlamaqla Dneprdə fasiləsiz naviqasiyanın təmin edilməsi problemini həll etdi. Böyük Vətən müharibəsi illərində Dnepr su elektrik stansiyası əvvəlcə sovet, sonra isə alman qoşunları tərəfindən partladıldı.
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Füzuli SES
Füzuli SES (tam adı: Füzuli Su Elektrik Stansiyası) — Baş Mil kanalı üzərində yerləşən su elektrik stansiyası. Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Əlavəyə əsasən həyata keçirilmişdir. Stansiyanın təməlini 2008-ci ildə Füzuliyə səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyev qoymuşdur. Tikinti işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir.Füzuli Su Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Su elektrik stansiyası Füzuli rayonundakı 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir.Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılmışdır. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına ötürülür. Lazım olan su isə hər birinin uzunluğu 250 metr, diametri isə 3 metr olan 4 boru vasitəsilə generator və digər mexaniki avadanlığın yerləşdiyi SES binasına ötürülür.
Gizeldon SES
Gizeldon — su elektrik stansiyası Şimali Osetiyanın Priqorodnı bölgəsindəki Gizeldon çayındakı Koban kəndi yaxınlığındakı su elektrik stansiyasıdır. GOELRO (rus.Rusiyanın ГОЭЛРО Elektrikləşdirmə üzrə Dövlət Komissiyası)planına uyğun tikilib. Gizeldon SES Şimali Qafqazdakı ən köhnə işləyən su elektrik stansiyası və Rusiyadakı ən köhnə su elektrik stansiyalarından biridir. İstismara verildiyi dövrdə Gizeldon SES Avropanın ən yüksək təzyiqli su elektrik stansiyası idi və hazırda Rusiya Su Elektrik Stansiyaları arasında ən böyük başlıqdan istifadə edir və buxar hidravlikdən istifadə edən ən güclü Rusiya Su Elektrik Stansiyasıdır. Su elektrik stansiyasının avadanlıqlarının əksəriyyəti işə düşməsindən bəri - 80 ildən çoxdur, hazırda fəaliyyətini davam etdirir. Gizeldon SES sahibi PJSC RusHidrodur . == Təbii şərait == SES qurğuları Koban kəndindən 1.8 km cənubda, Darqav dərəsində (Gizeldon ya da Koban deyilir) Gizeldon çayı üzərində yerləşir. Gizeldon çayının (Terekin bir qolu) uzunluğu 81 km-dir, çay buzlu qarla qidalanır, yazın sonunda və yazın əvvəllərində sel hadisələri olur. Su elektrik stansiyasının yerində orta illik axın sürəti 3,2 m³ / s, müşahidə olunan ən yüksək axın sürəti 45,1 m³ / s, orta illik axın sürəti 0.106 km³-dir . Ən böyük qolu Genaldon, su elektrik stansiyasının yerləşdiyi yerin altından axır.