Araz SES (tam adı: Araz su-elektrik stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su-elektrik stansiyası. Araz SES-in inşasına 1964-cü ildə başlanılmış və 1970-ci ildə bitirilmiş 1971-ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Araz SES | |
---|---|
Araz su-elektrik stansiyası | |
| |
Ümumi məlumatlar | |
Çay | Araz |
Sahibi | Azərenerji ASC |
Status | İşlək |
Tikilmə tarixi | 1964—1970 |
İstismara verilib | 1971 |
İstismarçı | Azərenerji ASC |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 148 mln. kVt⋅s |
Elektrik enerjisi gücü | 22 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Turbin sayı | 4x11 MVt |
Əsas qurğular | |
Bənd tipi | Torpaq |
Bəndin hündürlüyü | 40 m |
Bəndin eni | 900 m |
Yerləşməsi | |
39°11′06″ şm. e. 45°18′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |