Arpaçay SES

Arpaçay su-elektrik stansiyasıNaxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub.

Arpaçay SES
Arpaçay su-elektrik stansiyası
Ümumi məlumatlar
Çay Arpaçay
Sahibi Azərenerji ASC
Status İşlək
Tikilmə tarixi 2011
İstismara verilib 2013
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 20.5 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Turbin sayı 3[1]
Əsas qurğular
Bənd tipi Torpaq
Yerləşməsi
39°29′10″ şm. e. 45°09′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Yer Naxçıvan Muxtar Respublikası
Arpaçay SES xəritədə
Arpaçay SES
Arpaçay SES

Arpaçay su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "2008–2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su-elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.[2]

  1. "Arxivlənmiş surət". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.
  2. 2013-cü ildə sənaye və yanacaq-energetika kompleksi üzrə görülmüş işlər barədə Hesabat Arxivləşdirilib 2022-06-18 at the Wayback Machine Azərbaycan Respublikasının Energetika Nazirliyi