Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smor
Smor- ABŞ və Kanadada populyar olan istirahət düşərgələrində tonqal ətrafında hazırlanan qəlyanaltı növü. İki parça qraham peçenyesi arasında tonqalda közərdilmiş zefir və şokolad parçasından ibarətdir. Hər il avqustun 10-u Milli Smor Günü olaraq qeyd edilir.
Skot Moir
Skot Moir (ing. Scott Moir; d. 2 sentyabr 1987, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Skot Moir, Tessa Vertyu ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Moir və Vertyu cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Moir və Vertyu cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Moir və Vertyu cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Moir və Vertyu cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Moir və Vertyu cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006–2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009–2010, 2011–2012, 2012–2013, 2013–2014 və 2017–2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. == Ümumi məlumat == Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. == Mühərrikin növləri == Mühərriklər iki qrupa bölünürlər.
Pyotr
Pyotr — ad. Pyotr — Xristianlıqda İsa peyğəmbərin on iki şagirdindən biri.
Santr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Sentr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Smart
Smart — 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır. Hələ Mercedes qrupu bünyəsindədir. Bu an çıxarılan modeli yalnız Fortwo-dur.
Somür
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. == Tarixi == Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.
Şartr
Şartr (fr. Chartres) — Fransanın şimal-qərbində Sentre bölgəsində Eure-et-Lur rayonunun mərkəzi şəhəri. Parisin 96 km cənub-qərbində, Eure çayınınn sol sahilində qurulmuşdur. Burada yerləşən məşhur kilsənin qüllələri Beauce ovalığının simvoludur. Müasir şəhər son zamanlarda yaxınlıqdakı ovalığa və Bretaniyaya doğru uzanmışdır. Bu ovalıq Parislə Loire vadisi arasında mühüm keçiddir. Məşhur Şartr kilsəsindən başqa burada böyük ölçüdə 13-cü əsrdə tikilmiş Saint Pierre kilsəsi də var. 17-18-ci əsrlərdən qalmış keçmiş Yepiskop Sarayı muzeyə çevrilmişdir. Adını Keltlətin Karnutes nəslindən alan şəhər əvvəllər Druidlərin mərkəzi olmuşdur.858-ci ildə şəhər Normanlar tərəfindən yandırılmışdır.Orta əsrdə Blois və Şampan ailələrinin idarəsində qraflıq olmuşdur. 1286-cı ildə Fransa kralına satılmış, Yüzillik müharibədə (1337-1453) isə ingilislər şəhəri 15 il müddətinə işğal etmişlər.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
.scot
.scot — Şotlandiyanın İnternet kodu.
Lotr
Üzüklərin hökmdarı (ing. The Lord of the Rings) — ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur epik fentezi romanı. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunmuşdur: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olmuş, dünya mədəniyyətində dərin iz buraxmışdır. == Yaranma tarixi == "Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış əsərlərindən hesab olunur. O, ən azı dünyanın 38 müxtəlif dilinə tərcümə edilib. Bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir. İlk olaraq, Tolkien "Hobbit"-in davamını yazmağı planlaşdırmırdı ("Üzüklərin hökmdarı" romanı faktiki olaraq həmin əsərin davamıdır). Bununla belə, 1937-ci ildə, müəllifin "Hobbit" əsərini çap etdirdiyi nəşriyyat evinin sahibi Stenli Anvinom ilə nahar vaxtı ona baxılmaq üçün digər əsərləri də təqdim etməsi təklif edildi.
Metr
Metr ( q.yun. μέτρον — ölçü; işarəsi: m) — BS-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 299 792 458 {\displaystyle {\frac {1}{299\,792\,458}}} 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur. 1m = 1000000mkm = 1000mm = 100 sm = 10 dm =39,37in (39,37007874015748dyüm) = 3,28in(3,280839895013123) Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.
Möhr
Möhr- İranın Fars ostanının şəhərlərindən və Möhr şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,188 nəfər və 1,316 ailədən ibarət idi.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
ŞKTR
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Andras Simor
Andras Simor (17 may 1954, Budapeşt) — Macarıstan Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Apostol Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
Böyük Pyotr
I Pyotr və ya Pyotr Alekseyeviç Romanov (Rusca: Пётр I Великий, Пётр Алексеевич Романов; 30 may (9 iyun) 1672, Moskva – 28 yanvar (8 fevral) 1725, Sankt-Peterburq) — ilk Rusiya imperatoru. 7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxmış, 1696-cı ildə qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olmuşdur. Döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil etmiş, Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoymuşdur. Həmçinin ölkədə mədəni, elmi və sosial islahatlar apararaq müasirləşmə hərəkatına da rəhbərlik etmişdir. Pyotrun islahatları ölkədə uzun müddət tətbiq edildi və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradıldı. Pyotr eyni zamanda 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq şəhərinin də təməlini qoymuşdur. == Həyatı == === İlk illəri və taxta çıxışı === Pyotr 9 iyun 1672-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası Rus çarı I Aleksey, anası isə onun ikinci xanımı olan Naruşkin ailəsinə mənsub Nataliya Narışkinadır. Saray qeydlərinə görə, yeni doğulan körpə olduqca sağlam idi və anasının qara çəkik gözlərini almışdı. Saray xadimlərindən Nikita Zotov və Patrik Qordon kimi xadimlər körpə Pyotrun təlim-tərbiyəsiylə məşğul oldular.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
D-Smart
D-Smart — 2006-cı ildə fəaliyyətə başlamış və 10 Fevral 2007-ci ildə istifadəyə verilən, Doğan Yayın Holdinq tərəfindən qurulan və 24 Mart 2018-ci ildə Demirören Holdinqə satılan rəqəmsal yayım platformasıdır. Türksat 3A və Türksat 4A peyklərində yayımlanır. 1 yanvar 2016-cı il tarixinə 85-i HD olmaqla, 270-dən çox yerli və xarici kanala sahib olan, D-Smart Türkiyədə ən çox kanala sahib olan rəqəmsal platformadır. D-Smart özəl kanallarda, VideoGuard şifrələmə sistemindən istifadə edir. D-Smart platformasında, "Hoş Geldin Paketi", "Aile Spor Paketi", "Sinema Dizi Paketi", "Mega Paket" olmaqla 4 əsas paketindən əlavə "Belgeselsever", "Eğlencesever", "Belgeselsever +" "Eğlencesever" və "Sporsever" adında 4 əlavə paket də vardır. == Tarixçəsi == UEFA Çempionlar Liqasının oyunları 2008-2009-cu il mövsümündən etibarən bu platformada yayımlanır və 2014-2015-ci il mövsümünə qədər yayım hüququnu saxlayır. Növbəti mövsüm UEFA Avropa Liqasının yayım hüquqlarını satın aldı. 2014-2015 mövsümünə qədər matçlar da D-Smart-da canlı yayımlanırdı. MTV və Nickelodeon kanalından sonra Türkiyədəki 2011 nəşrlərinin sona çatan müqaviləsi dayandırıldığı üçün D-Smartın hər iki kanalı da Avropada yayımlanır MTV Avropa və Nickelodeon da Avropa kanallarının siyahısına əlavə edildi. Daha sonra Digitürkün Viacom ilə razılaşması səbəbindən platformadakı yayımlara xitam verildi.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. == Əhəmiyyətli işləri == Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
Daniel Smith
Daniel Smith — incəsənət materiallarının istehsalı ilə məşğul olan Amerika şirkəti. 1976-cı ildə oyma sənətçisi Deniel Smit tərəfindən qurulmuşdur. Əvvəlcə, şirkət oyma üçün boyalar istehsalı ilə məşğul olurdu, sonra çeşidini genişləndirərək akvarel, yağ və akril boyalarını da istehsal etməyə başladı. Əsas istehsal yeri ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində yerləşir. Şirkət məhsullarını peşəkarlar üçün sənət materialları kimi qiymətləndirir. Şirkətin əsas fərqlərindən cəhətlərdən biri təbii minerallardan, yarı qiymətli daşlardan və digər geoloji yataqlardan hazırlanan piqmentlərin geniş istifadə edilməsidir. PrimaTek® markalı kolleksiyaya firuzə, lazurit, rodonit, kianit və serpentindən hazırlanan boyalar daxildir. == Ədəbiyyat == Gragg, Randy "Daniel Smith Takes A Detour" The Oregonian 13 Sep 1998: F06. Massa, Leslie. "Daniel Smith, 1995/1996" Catalog Age 13.
Dred Scott
Dred Skott ( 1799 – Sentyabr 17, 1858) — ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.