Motor yağlarının SAEJ300 üzrə təsnifatı
= Mühərrik yağlarının SAEJ300 üzrə təsnifatı =
== Yaranma tarixi ==
Mühərrik yağlarının birinci təsnifatı SAE ( ing. “Society of American Engeneeres”) 1911-ci ildə Amerikanın Avtomobil mühəndislərinin cəmiyyəti tərəfindən təqdim edilib. Bu təsnifat üzrə yağlar özlülüyündən asılı olaraq bir neçə kateqoriyalara bölünür.
Mühərrik yağlarının əsas xassələrindən biri onların - özlülüyü və özlülüyün geniş temperatur intervalından asılılığıdır (məsələn, qışda mühərriyin aşağı temperaturlarda işə salınması, yayda maksimum temperaturda gərgin işləməsi və s.) .Yağların özlülük-temperatur xassələri beynəlxalq SAEJ300 təsnifatı üzrə aparılır. .
Bu təsnifat üzrə mühərrik yağları özlülüklərinə görə 12 sinfə bölünür:
0W - 60-a qədər :
6 qış (0W, 5W, 10W, 15W, 20W, 25W)
6 yay (10, 20, 30, 40, 50,60) sinif yağları.
== Qış yağları ==
Qış yağları - Rəqəmin önündə yazılan “W” hərfi (ing.“winter” - qış) mühərrik yağının qışda işlənməsi üçün uyğunluğunu göstərir. Bu qrup yağlar üçün 1000C-də minimal kinematik özlülük göstəricisindən başqa əlavə olaraq soyuq şəraitdə yağın pompaktivlik (прокачиваемость) həddləri də verilir. Pompaktivliyin temperatur həddi - mühərrik nasosunun sürtkü sisteminə yağın ötürülməsinə qadir olduğu minimal temperaturdur. Bu temperatur mühərriyin təhlükəsiz işə salınmasını mümkün edən minimal temperaturdur.
== Bütün mövsümlərdə istifadə edilən yağlar ==
Bütün mövsümlərdə istifadə edilən yağlar- iki rəqəmlə göstərilir (məsələn, 5w-40).