Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Omiçka Omsk QVK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Omiçka Omsk VK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Smirna
Smirna (yun. Σμύρνη) — Kiçik Asiyada antik şəhər. Hazırda bu şəhər İzmir şəhərinin daxildədir. == Tarixi == İzmir, yunan şairi Homerin, tarixin atası Herodotun vətəni sayılır. Qədim mənbələrdə adı Smirna kimi çəkilən bu şəhərin tarixni dəqiq söyləmək çətindir. Tarixçilərin dediyinə görə Smirna şəhərinin bir yaşayış məskəni kimi yaranması eramızdan əvvəl 3000-ci ilə aiddir. Lakin son dövrklərdə aparılan arxeoloji qazəntılar nəticəsində aydın oldu ki, izmirdə ilk yaşayış məskənləri e.ə. 6000-cı ilə gedib çıxır. Miladdan öncə 1500-ci ildə Smirna Het dövlətinin tərkibində idi. 1200-cü ildə yunan xalqlarının başda Aqamemnon olmaqla Troya şəhərinə yürüşü nəticədə Troya ilə bərabər Hett dövlətinin də süqutuna gətirib çıxarırdı.
Maçka
Maçka (türk. Maçka) — Trabzon ilinin ilçəsi.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Mıs Şmidta
Mıs Şmidta (rus. Мыс Шмидта) — Rusiya Federasiyası Çukot Muxtar Dairəsi, İultinski rayonunda yerləşəşən şəhər tipli qəsəbə. Qəsəbə Arktika araşdırmaşısı Otto Yuleviç Şmitdın şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Mıs Şmitda qəsəbəsi Otto Şmidt burnunda, Çukot dənizi sahilində yerləşir. Anadır şəhərindən 650 km şimalda qərarlaşır. Qəsəbəyə ən yaxın yaşayış məntəqəsi Rırkaypiy kəndidir. Şimal dəniz yolu üzərində yerləşməsi onun əhəmiyyətini artırır. Qəsəbənin salnmasına da səbəb bu olmuşdur. == Tarixi == Otto Şmitd burnu Çukot dənizi sahillərində,Lonq boğazında yerləşir. Burun ilk dəfə 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Smirna aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. == Coğrafiyası == Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
İvar Smilqa
İvar Smilqa (2 dekabr 1892 – 10 yanvar 1937, Moskva) — Bakının sovet Rusiyası tərəfindən işğalının (1920) təşkilatçılarından biri. == Həyatı == 1892-ci ildə Rusiya imperiyasına daxil olan, idiki Latviya torpaqlarında yerləşən Litvoniya quberniyasının Aloja məntəqəsində anadan olmuşdur. == Fəaliyyəti == 1907-ci ildən Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasının üzvü olub. Fevral inqilabından (1917) sonra Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyası Kronştadt komitəsinin tərkibinə daxil olmuş, Finlandiya vilayət ordu, donanma və fəhlə icraiyyə komitəsinin sədri vəzifəsində işləmişdir. Oktyabr inqilabından (1917) sonra Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) Finlandiyada müvəkkili, respublika hərbi-inqilab Şurasının üzvü, Ali Xalq Təsərrüfatı şurası sədrinin müavini olmuşdur. == Bakının işğalı == Qafqaz cəbhəsinin rəhbərlərindən biri kimi Bakının işğalı planının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir. 1920 il 16 yanvar- 21 may və 1921 il 26 yanvar — 26 mayda Qafqaz cəbhəsi hərbi-inqilab şurasının üzvü, həmin cəbhəyə daxil olan 11-ci Qırmızı ordunun Bakını işğalı zamanı Qafqaz cəbhəsinin müvəqqəti komandanı (1920, 24 aprel — 15 may) olmuşdur. RSFSR XKS-nın sədri V. Leninin Bakını işğal etmək haqqındakı 1920 il 17 mart tarixli şifrəli teleqramı Smilqa və Q. K. Orconikidzeyə ünvanlanmışdı. Teleqramda deyilirdi: Həmin teleqramın Leninin əlyazması ilə birlikdə arxivdən aşkar edilmiş surətində Orconikidze bu sözləri yazmışdır: == Partiyadan xarici və güllələnməsi == Smilqa 1920–1921 illərdə həmkarlar ittifaqı diskussiyası zamanı L. D. Trotski platformasının tərəfdarı olmuşdur. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 15-ci qurultayında (1927), trotskiçi müxalifətin fəal xadimi kimi partiyadan çıxanılmışdır.
Mika
Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır. == Həyatı == 1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır.
Eria amica
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Lavandula spica
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.
Maçka (İstanbul)
Maçka — Trabzonun fəthinin ardından (1461) Fatih Sultan Məmmədin İstanbula göndərdiyi Trabzon şəhər mərkəzi xalqı (ümumi əhalinin 1/3-ü) tərəfindən əsası qoyulmuşdur. İTİ Maçka Yerleşkesi, Maçka Parkı və Swissotel buradadır.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. == Coğrafiyası == Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Pinalia amica
Pinalia amica (lat. Pinalia amica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Obite N'Dicka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. == Klub karyerası == === Oser === Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. === Ayntraxt Frankfurt === 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Obite Fransada anadan olmuşdur.
Mika FK
Mika – Ermənistannın futbol klubu.
Mika Hakkinen
Mika Hakkinen (fin Mika Häkkinen, 28 sentyabr 1968) — finlandiyalı Formula 1 pilotu. == Bioqrafiyası == Mika Hakkinen 1968-ci ilin 28 sentyabrında Finalndiyanın Vantaa şəhərində anadan olmuşdur. 1991-ci ildən Bir çox pilotlar kimi Monakoda, Monte-Karloda yaşayır. 1998–2008 aralığında Erye Honkanenlə evli olmuşdur. Bu izdivacdan onun Hyuqa Ronan adlı oğlu (2000) və Ayna Culia adlı qızı (2005) var. Mika hazırda Marketa Remeşova ilə birlikdədir və cütlüyün Ella adlı qız övladı(2010) var. == Karyerası == Mika Hakkinen avtoidman karyerasına 1987-ci ildə 19 yaşında başlamışdır. Onun ilk yarışındaca Reynard komandasının tərkibində qatıldığı Formula Forda 9 qələbə qazanaraq birinci olmuşdu. Bundan sonrakı 3 ildə Hakkinen Dragon və West Surrey Racing komandalarında Formula 3 və digər müsabiqələrə qatılır. Hakkinenin Formula 1-də debütü 1991-ci ildə baş tutdu.
Mika Nyuton
Mika Nyuton (ukr. Міка Ньютон; əsl adı- Oksana Stefanivna Hrytsay ukr. Окса́на Стефанівна Грицай) — Ukraynalı müğənni və aktrisa.
Mika Vyayuryunen
Mika Vyayuryunen (fin Mika Väyrynen; 28 dekabr 1981, Eskilstuna, İsveç) — Finlandiya futbolçusu, "HJK Helsinki" futbol klubunun yarımmüdafiəçisi.
Typhlodromus sica
Typhlodromus sica (lat. Typhlodromus sica) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus sica Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vinalopo-Mica
Vinalopo-Mica(isp. Medio Vinalopó) — İspaniyada yerləşən rayon.
Mika Todoroviç
Mika Todoroviç (serb. Mica Todorović) — Bosniyalı rəssam. Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının qurucularından biri. == Bioqrafiya == Mika Todoroviç 1900-cü ildə Sarayevoda anadan olub. Orada qızlar üçün orta məktəbi bitirmiş və 1920-ci ildə Zaqrebdəki Rəssamlıq Akademiyasına daxil olmuşdur. Sinfində oxuyan yeganə qız idi. 1926-cı ildə təhsilini başa vuraraq, bütün təsviri sənət növlərinin mərkəzi olan Sarayevoya qayıdır. Sonra Mika İtaliyaya gedir və burada İntibah sənətini öyrənir. İkinci Dünya müharibəsi illərində Stara Qradişka həbs düşərgəsində həbs edilir, sonra məcburi əmək üçün Avstriyaya göndərilir. 1945-ci ildə Mika Todoroviç Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının qurucularından biri olur.