Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
PNG
PNG (ing. Portable Network Graphics) — "Daşınan Şəbəkə Qrafiki" mənasında, itkisiz sıxışdıraraq görünüş saxlamaq üçün istifadə edilən bir saxlama formasıdır. PNG formasında palitralı ya da gerçək rəngdə görünüşlər seçimlik bir şəffaflıq kanalı saxlanıla bilər. Hazırda GIF kimi qəbul edilə bilən və məşhur bir itkisiz sıxıştırma alqoritmi varkən PNG'nin inkişaf etdirilməsini motivasiya edən şey, Unisys 'in GIF'də istifadə edilən LZW alqoritmi üstündəki patent hüququnun pozuntularını təqib edəcəyini eşitdirməsi oldu . İnkişaf edən və yayılan təchizat texnologiyasıyla birlikdə GIF forması qeyri-kafi qalmağa da başlamışdı. PNG, bir W3C tövsiyəsi olaraq 1.0 distributiviylə 1 iyul 1996-cı ildə nümayiş olundu. 1.1 və 1.2 distributivləriylə yeni genişlənmə təyin olundu və 1.2 versiyası kiçik dəyişikliklərlə ISO / IEC 15948:2003 adıyla bir ISO standartı oldu. PNG'nin qəbulu Unisys'in avqust 1999-cu ildə qeyri-kommersiya və ya azad proqram üçün müəllif ödənişlərində azad LZW lisenziyasını qaldırmasıyla daha da sürətləndi.
SDQ
Suriya Demokratik Qüvvələri (abr. SDQ, ərəb. قوات سوريا الديمقراطية‎, translit. Qüvvət Suriya əl-Dimukratiyə, abr. QSD, kürd. Hêzên Sûriya Demokratîk, klass. süry. ܚܝ̈ܠܘܬܐ ܕܣܘܪܝܐ ܕܝܡܩܪܛܝܬܐ, translit. Ḥaylavoto d'Suriya Demokraṭoyto, abr. HSD, ing.
SVG
Miqyaslanan vektorial qrafiklər (ing. Scalable Vector Graphics, qısaca - SVG), XML işarələmə dili istifadə edilərək iki ölçülü vektorial qrafik təyin istifadə edilən bir dildir. Gərək sabit, istərsə də hərəkətli (animasiya, həm təsvirlər həm də daynma yolu ilə) qrafik dəstəyi mövcud olub, istifadəçi qarşılıqlı təsir dəstəyi də saxlayır. SVG, W3C (World Wide Web Consortium) tərəfindən istifadəsi tövsiyə edilən bir fayl formasıdır.
Suq
Suq — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,890 nəfər və 1,190 ailədən ibarət idi.
Earth Song
"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür.
Enq Li
Enq Li (ing. Ang Lee, Çin dilində 李安 (Lǐ Ān); 23 oktyabr 1954[…]) — Tayvanlı rejissor və prodüser. Əng Li Berlin Film Festivalında iki dəfə (1993, 1996) "Qızıl Ayı" laureatı, iki dəfə "Qızıl Aslan" Venesiya Film Festivalı (2005, 2007) qalibi olmuşdur. İki dəfə "Qızıl Qlobus" (2001, 2006) qalibi və xarici dildə ən yaxşı film nominasiyası üzrə "Oskar" (2000, 2006, 2013) (Crouching Tiger, Hidden Dragon) və Ən yaxşı rejissor (Qozbel dağ və Pinin həyatı) mükafatına layiq görülmüşdür.
JNG-90
MKEK JNG-90 və ya digər adı ilə Bora-12 snayper tüfəngi Türkiyənin MKE şirkəti tərəfindən istehsal olunmuşdur. Türkiyənin Jandarm Genel Komutanlığının uzun çalışmalarından sonra meydana çıxan Bora-12 sonradan MKE şirkəti ilə birgə çalışmanın nəticəsində indiki vəziyyətini almış və seriyalı istehsala başlamışdır. MKE-nin Kırıkkale şəhərində yerləşən təsislərində istehsalı həyata keçirilən Bora-12 7.62 mm çapında və 1200 metr məsafədən hədəfi dəqiq vurmaq qabiliyyətinə sahib snayper tüfəngidir. Silahın konstruksiya işləri 2004-cü ildə başlamış və 2008-ci ilə qədər davam etmişdir.
Kiplanqat Sanq
Kiplanqat Sanq (14 aprel 1981) — Keniyalı cüdoçu. Kiplanqat Sanq Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Kiplanqat Sanq birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Macarıstannın nümayəndəsi Kriztian Tot ilə üz-üzə gəldi. Həmin görüşdə Kiplanqat Sanq rəqibinə 0:100 hesabı ilə uduzdu.
Kəhriz Səng
Kəhrizsəng və ya Kəhriz Səng — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,267 nəfər və 2,169 ailədən ibarət idi.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Sağ mədəcik
Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq — (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar — (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ — (lat.
Sağ mərkəzçilik
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Sağ qalmalı
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qulaqcıq
Sağ qulaqcıq – (lat. Atrium dextrum) ürək əsasının qabaq və sağ tərəfini işğal etmişdit etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae superioris) və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – (lat. ostium venae cavae inferioris) açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – (lat. tuberculum intervenosum (Loweri – BNA)) vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – (lat. auricula dextra) təşkil edir.
Sağ çıqqıltı
Sağ çıqqıltı (ing. Right-click) - siçanın sağ (ikinci) düyməsinin çıqqıldadılması. Windows əməliyyat sistemində sağ çıqqıltıdan, adətən, kontekst menyusunun (CONTEXT MENU) açılması üçün istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sefid Səng
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,894 nəfər və 1,110 ailədən ibarət idi.
Sonq Donqlun
Sonq Donqlun (d. 28 aprel 1991) — Çini təmsil edən su poloçusu. Sonq Donqlun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sonq Donqlun, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
StG-44
StG 44 (alm. Sturmgewehr 44‎, hücum silahı deməkdir) alman ordusunda 1943-cü ildən tətbiq olunmuş avtomatik hücum silahıdır. Almaniyada fəaliyyət göstərən silah idarəsi 1930-cu illərdə piyada döyüşçülər üçün yeni yüngül silahın işlənməsinə başalyırlar. Bu iş yeni kalibrdə az gücə və 1000 m məsafədə təsirə malik patronun yaradılması ilə başlanır. Əsas kimi 1938-ci ildə Maqdeburd "Polte" patron fabrikində hazırlanmış 7,92x30 kalibrli patron götürülmüşdür. Onun çəkisi 3,7 q idi. Bu patronlarla çoxlu sayda sınaq aparıldıqdan sonra, 1941-ci ildə onlar 7,92x33 kalibrli, 8,2 qram çəkili və 694 m/san sürətlə üça bilən patronu düzəldilir. Yeni silahın layihələndirilməsi üçün Sühl şəhərində yerləşən Henel firmasına sifariş verilir. Layihə işlərinə Huqo Şmayzer rəhbərlik edirdi. 1940-cı ildə frezlənmiş hissələrdən hazırlanmış sınaq modeli nümayiş etdirilir.
StG 44
StG 44 (alm. Sturmgewehr 44‎, hücum silahı deməkdir) alman ordusunda 1943-cü ildən tətbiq olunmuş avtomatik hücum silahıdır. Almaniyada fəaliyyət göstərən silah idarəsi 1930-cu illərdə piyada döyüşçülər üçün yeni yüngül silahın işlənməsinə başalyırlar. Bu iş yeni kalibrdə az gücə və 1000 m məsafədə təsirə malik patronun yaradılması ilə başlanır. Əsas kimi 1938-ci ildə Maqdeburd "Polte" patron fabrikində hazırlanmış 7,92x30 kalibrli patron götürülmüşdür. Onun çəkisi 3,7 q idi. Bu patronlarla çoxlu sayda sınaq aparıldıqdan sonra, 1941-ci ildə onlar 7,92x33 kalibrli, 8,2 qram çəkili və 694 m/san sürətlə üça bilən patronu düzəldilir. Yeni silahın layihələndirilməsi üçün Sühl şəhərində yerləşən Henel firmasına sifariş verilir. Layihə işlərinə Huqo Şmayzer rəhbərlik edirdi. 1940-cı ildə frezlənmiş hissələrdən hazırlanmış sınaq modeli nümayiş etdirilir.
Suq Teuçej
Suq Teuçej (rus. Цуг Теучеж; əsl adı: Tahir Əliyeviç Teuçej, rus. Тагир Алиевич Теуче́ж; 3 (15) avqust 1855 – 26 yanvar 1940) — adıge (çərkəz) sovet şairi, aşıq, Adıgeya Xalq Şairi. Suq Teuçej 15 avqust 1855-ci ildə Qabukay (indiki Adıgeya) kəndində kasıb bir adıge ailəsində anadan olmuşdur. Uşaq ikən fəhlə işləyən Teuçej mahir bir yəhərçi idi. O, çoxsaylı xalq mahnılarının bəstəkarı və ifaçısı olmuş, çoxlu şeirlər yazmışdır. Teuçej 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Suq Teuçej 16 yanvar 1940-cı ildə Ponejukay kəndində vəfat etmişdir. Suq Teuçejin oğlu Nuh Adıge Vilayət İcraiyyə Komitəsinin sədri olmuşdur. Suq Teuçej // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Sırxa Səng
Sırxa Səng (az-əbcəd. سورخاسنگ‎, fars. سرخه‌سنگ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 85 nəfər yaşayır (37 ailə).
İfrat sağ
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
Şuq Nayt
Marion Knight, Jr. və yaxud bilinən adı ilə Şuq Nayt (Suge Knight). Bir zamanlar Dr. Drenin mühafizəçisi. Eyni zamanda Death Row Records səs yazma şirkətinin qurucularından biri. Bir çox ittihamlarla qarşı qarşıya qalıb və ən önəmlisi də Tupak Şakur-un öldürüldüyü hadisədədir.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
АМГ-10 aviasiya yağı
141-сi şərq meridianı
Qrinviçin şərqindəki 141-ci şərq meridian— Şimal qütbündən Şimal Buzlu okeanı, Asiya, Sakit okean, Avstraliya, Hind okeanı, Cənub okeanı, Antarktidadan cənub qütbünə keçən və qərb uzunluğunun 39-cu meridianı ilə ortodromiya təşkil edən uzunluq xətti. 141-ci şərq meridian, 39-cu meridianın qərb ilə böyük bir dairə meydana gətirir. Yeni Qvineya adasında meridian, qərbdə İndoneziya ilə şərqdə Papua-Yeni Qvineya ilə arasındakı quru sərhədinin bir hissəsini təyin edir.Flay çayı 141-ci meridianın qərbindən axdığı ərazini təşkil edir. Flayın cənubu sərhədi meridianın şərqindən bir qədər,paralel olaraq uzanır (bax. İndoneziya - Papua Yeni Qvineya münasibətləri). Avstraliyada Cənubi Avstraliya əyalətinin şərq sərhədi, Kvinslend və Yeni Cənubi Uels ilə həmsərhəddir.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.