Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Amblyseius animos
Amblyseius animos (lat. Amblyseius animos) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius animos Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Andras Simor
Andras Simor (17 may 1954, Budapeşt) — Macarıstan Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Karolina Şimot
Karolina Şimot (22 aprel 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Karolina Şimot Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Klod Simon
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[…], Antananarivu – 6 iyul 2005[…], Paris) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985). == Həyatı == Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı.
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…], Bel-Eyr (Los-Anceles), Los-Anceles, ABŞ) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Simon Açıqgözyan
Simon Açıqgözyan (erm. Սիմոն Աչիկգյոզյան; 6 fevral 1939, Qalas – 30 aprel 1991, Qarabulaq, Dağlıq Qarabağ Respublikası) – Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməniəsilli hərbi komandir. Azərbaycanda terrorçu, Ermənistanda milli qəhrəman hesab olunur. Xidmətlərinə görə Ermənistanda Qəhrəman medalı ilə təltif olunmuşdur. == Həyatı == Açıqgözyan 1939-cu ilin 6 fevral tarixində Rumıniyanın Qalati şəhərində anadan olmuşdur. Valideynləri Hovannes və Siranuş əslən Osmanlı imperiyasından idi. 1946-cı ildə Açikgyozyan ailəsi Ermənistan Sovet Sosialist Respublikasına mühaciət edir. Simon 1960-cı ildə İrəvan Dövlət Universitetində mühəndis-geoloq ixtisası üzrə məzun olur. 1961–1990-cı illər ərzində Ermənistan Milli Elmlər Akademiyasının Geologiya institutunda işləmişdir. Ermənistanın mineral ehtiyatlı ilə bağlı bir necə əsərin müəllifidir.
Simon Baxmann
Simon Bolivar
Simón José Antonio de la Santísima Trinidad Bolívar y Palacios Ponte-Andrade y Blanco (isp. Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios Ponte y Blanco; 24 iyul 1783[…], Karakas, Venesual general-kapitanlığı[d], İspaniya imperiyası – 17 dekabr 1830[…], Kinta-de-San-Pedro-Alexandrino[d], Maqdalena departmenti[d], Böyük Kolumbiya Respublikası) – daha çox Simon Bolivar kimi tanınır. Həmçinin El Libertador və ya Liberator olaraq adlandırılır. O, Venesuelanın, Boliviyanın, Kolumbiyanın, Ekvadorun, Perunun və Panamanın İspaniya imperiyasından ayrılmasına səbəb olan hərəkatın hərbi və siyasi lideri olmuşdur. Bolivar varlı, aristokrat ailəsi olan Kriollo ailəsində anadan olmuşdur. Bütün yuxarı təbəqə ailələrinin övladları kimi 16 yaşında təhsil almaq üçün xaricə göndərilmişdir. İlk öncə İspaniyaya gəlmiş və sonra buradan Fransaya keçmişdir. Avropada olarkən Maariflənmə dövrünün ideyalarından təsirlənmiş və bu ideyalar onda Cənubi Amerikadakı İspaniya hakimiyyətinə son qoymaq istəyinin yaranmasına səbəb olmuşdur. İspaniyanın Yarımada müharibəsi ilə məşğul olmasına görə, Bolivar 1808-ci ildə azadlıq uğrunda mübarizəyə başladı. 1819-cu ilin 7 avqustunda baş vermiş Boyaka döyüşündə əldə edilən qələbə ilə Yeni Qranadanın müstəqilliyinə doğru daha bir addım atıldı.
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Simon Hoytvill
Simon Hoytvill (1093, Palermo – 28 sentyabr 1105) — Norman əsilli Siciliya qrafı. Taxta çıxanda hələ 8 yaşı olan Simon anasının qəyyumluğu ilə hakimiyyətdə idi. Yenə cavan yaşında 1105-ci ildə vəfat etmişdi. Yerinə kiçik qardaşı Rocer keçdi.
Simon Kozhin
Simon Kozhin (rus. Кожин, Семён Леонидович) — Rus rəssamı.
Simon Kyer
Simon Torup Kyer (26 mart 1989[…]) — Danimarkalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunun və Danimarka millisinin müdafiəçisi. O, 2007-ci ildə 19 yaşadək futbolçular arasında Danimarkada ilin istedadlı futbolçusu seçilib. Həmçinin 2009-cu ildə Danimarkada ilin istedadlı futbolçusu seçilir. Kyer 2010 və 2018-ci illərdə FIFA Dünya Kubokunda və 2012 və 2020 — ci illərdə UEFA Avropa Çempionatında iştirak da daxil olmaqla, Danimarka yığmasında 110-dan çox oyun keçirib.
Simon Leviev
Simon Leviev (ivr. ‏סיימון לבייב‏‎; doğum adı: Şimon Hayut, 27 sentyabr 1990, Ramat-Elçanan[d], Təl-Əviv dairəsi) — oğurluq, saxta sənəd istifadəsi və fırıldaqçılıqda ittiham olunan israilli fırıldaqçıdır. The Times of Israel-ə görə Leviev 2017–2019-cu illər aralığında ponzi sistemi ilə Avropanın müxtəlif yerlərindən olan qurbanlarından təxminən 10 milyon ABŞ dolları alaraq aldatmışdır. == Cinayətlər == Hayut 2011-ci ildə çek oğurluğuna görə saxtakarlıq və oğurluq səbəbi ilə ittiham olundu. Çekləri dayəlik etdiyi ailədən və usta olaraq getdiyi şəxsin evindən oğurlamışdır. Hayut heç bir məhkəməyə getmədən, Mordeçai Nizim Tapiro adlı saxta şəxsiyyət vəsiqəsi ilə İsraildən İordaniyaya qaçdı. Daha sonra isə Avropaya getdi. 2015-ci ildə bir qadına qarşı etdiyi fırıldaqçılığa görə Finlandiyada 3 il məhbus həyatı yaşadı. Həbs olunduqda 1978-ci ildə anadan olan İsrail vətəndaşı olduğunu dedi. Üstündə iki saxta İsrail pasportu, üç saxta İsrail sürücülük vəsiqəsi, iki saxta İsrail uçuş icazə sənədi və beş ədəd saxta American Express kartı var idi.
Simon Minyole
Simon Minyole (nid. Simon Luc Hildebert Mignolet; 6 mart 1988[…], Sent-Trüden, Flamand regionu[d]) — Belçikalı qapıçı. Brügge klubunda oynayır. Karyerasına Sent-Trüyden klubunda başlamış, daha sonra Sanderlend və Liverpulda forma geyinmişdir.
Simon Riekhoff
Simon Sequan
Simon Sequan həmçinin Nikol Mine kimi tanınan (3 oktyabr 1925, Thivars[d], Fransa[…] – 21 fevral 2023, Kurvil-sur-Er[d], Fransa) — Fransız atıcılar və dəstəkçilər partizan qrupunun tərkibində Fransa Müqavimət Hərəkatının sabiq döyüşçüsü. Müharibə başlamazdan öncə o, üç qardaşı və atası ilə birgə fermada işləyirdi. Onun atası Birinci Dünya Müharibəsinin iştirakçısı idi və Tivar şəhərinin əsas məsləhətçisi idi. Partizan dəstəsinə qoşulduqdan sonra o, Nikol Mine adı ilə fəaliyyət göstərmişdir. Başlanğıcda Simon silah istifadə etmədən sadə tapşırıqları yerinə yetirdi. Onun müqavimət xarakterli ilk hərəkətlərindən birincisi Alman ordusuna məxsus velosipedi oğurlamaq idi ki, sonradan o, bununla məktubların daşınmasına yardım edirdi. Sonralar o, Alman əsgərlərinin yaxalanması, vaqonların relsdən çıxarılması və körpülərin partladılması kimi çox təhlükəli vəzifələri icra etmişdir. O, 1944-cü ilin 23 avqustunda Şartr şəhərinin və 2 gün sonra Parisin azad edilməsində iştirak etmişdir. Nəticədə o, leytenant rütbəsinə layiq görülmüş və Hərbi xaç medalı ilə təltif olunmuşdur. Müharibədən sonra Sequan pediatr tibb bacısı kimi işləməyə başladı.
Simon Simonyan
Simonyan Simon (q.erm. Սիմոն Սիմոնեան; 11 (24) mart 1914, Qaziantep, Hələb vilayəti – 11 mart 1986, Beyrut) — yazıçı, publisist, müəllim. 11 mart 1914–cü ildə Osmanlı İmperiyasında anadan olmuşdur. Cavan yaşlarında Livanda yerləşən "Kilikiya erməni katalikosluğu"nun arxivlərinə rəhbərlik etmiş, həmçinin Livandakı erməni məktəblərində dərs demişdir. Erməni dilinə və tarixinə dair bir neçə dərsliyin müəllifidir. 1958-ci ildə "Sprük" jurnalının əsasını qoyur və uzun müddət onun redaktoru olur. Sonralar "Sevan" nəşriyyatına rəhbərlik etmişdir. Simonyan erməni diasporası içərisində məşhur adam idi. "Hay dat" (Erməni məhkəməsi) termininin müəllifi məhz Simon Simonyandır. Simonyanın ənənəvi erməni partiyaları ilə münasibətləri gərgin idi, çünki o fərqli siyasi xəttin tərəfdarı idi.
Simon Stevin
Simon Stevin (ing. Simon Stevin; 1548[…], Brügge – fevral 1620 və ya ən tezi 20 fevral 1620 və ən geci 18 aprel 1620, Haaqa) — Holland riyaziyyatçısı və mühəndisidir; onluq kəsrləri (Avropada) tənliyin mənfi köklərini istifadəyə daxil etmişdir.
Simon Virsaladze
Simon Baqratoviç Virsaladze (13 yanvar 1908, Tiflis – 7 fevral 1989, Tbilisi) — Sovet, gürcü və rus teatr sənətçisi. SSRİ xalq artisti (1976). Lenin mükafatı (1970), iki Stalin mükafatı (1949, 1951) və SSRİ Dövlət mükafatı (1977) laureatı. == Həyatı == Simon Virsaladze 31 dekabr 1908-ci ildə Tiflisdə anadan olub. İlk təhsilini Tbilisi şəhərində almışdır. Sonradan Simon Virsaladze Moisey Toidzenin rəhbərliyində Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1923–1926) D. N. Kardovski, İ. M. Rabinoviç və N. A. Şifrinden, İ. M. Rabinoviçin ona rəssamlığa böyük inamı aşıladığı Leninqraddakı Proletar Gözəl Sənətlər İnstitutunda (indiki Repin Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu) (1930–1931) təhsil almışdır. Burada dekorasiya sənətinin sirrlərinə yiyələnmişdir. Simon Virsaladze 1927-ci ildən Tiflis Fəhlə Teatrında işləyir. 1931–1936, 1941–1945-ci illərdə Z. Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş teatr-dekorçusu olaraq çalışır. 1941–1945-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrında çalışır.
Simon Vollesen
Simon Moller Vollesen (26 yanvar 1998-ci ildə Danimarkada anadan olub) — Skyold Birkerod klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur. 4 sentyabr 2018-ci ildə Vollesen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir.
Simon Çikovani
Simon İvanoviç Çikovani (gürc. სიმონ ჩიქოვანი; 1902/1903—1966) — Gürcü sovet şairi. Birinci dərəcəli Stalin mükafatı laureatı (1947). 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) üzvü. == Həyatı və yaradıcılığı == Simon Çikovani 27 dekabr 1902-ci ildə (9 yanvar 1903) Naesakovo kəndində (indiki Gürcüstan Abaş Bələdiyyəsi) zadəgan ailəsində anadan olmuşdur. Kutaisi real məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Qırmızı Ordunun gürcü bölmələrinin siyasi şöbəsində çalışır. Çikovani 1924-cü ildən nəşr edilməyə başlanır. Yaradıcılığının ilk dövrlərində simvolik "Mavi buynuz" qrupuna yaxın idi. Daha sonra futuristlərə qoşuldu.