Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. == Əhali == Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. == Tarixi == "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Şovut
Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.[mənbə göstərin] == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == Keçmişdə Şovut kəndi də Telavarın parçası idi. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir.1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. == Coğrafiyası == Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. == Təsviri == Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Sonet
Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır. İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar. Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir. == Sonetlər çələngi == sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. == Haqqında == Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şorlut nahiyyəsi
Şorlut nahiyyəsi — Naxçıvan ölkəsinin tərkibinə daxil olan 12 mahaldan biri olan Şorlut Naxçıvan ölkəsinin ərazicə kiçik mahallarından biri idi. Mahal şimaldan, qərbdən və cənubdan Azadciran, şərqdən isə Qapanat hakimliyi ilə həmsərhəd idi. Apardığımız kartoqrafik hesablamalar göstərir ki, mahalın ərazisi bu dövrdə təqribən 261 kvadrat kilometr idi. Mərkəzi Əylis şəhəri idi. I Osmanlı idarəçiliyi dövründə (1590–1603) Şorlut mahalının mərkəzi olmuş Əylis şəhərinin yerləşdiyi ərazidə, Osmanlı idarəçiliyi dövründə Əylis və Səharayi-Əylis adlı kəndlər qeydə alınmış və bu kəndlər Şorlut nahiyəsinin deyil, Azadciran nahiyəsinin tərkibinə daxil edilmişdir. Osmanlıların yaratdıqları Şorlut nahiyəsinin ərazisi Səfəvilər dövründə mövcud olmuş Şorlut mahalından daha az təqribən 137 kvadrat kilometr olmuşdur.1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri" 1. Aşağı Əndəmic kəndi — 8.754 (ağça); 2. Anabad (Ordubad) kəndi 4.664 (ağça); 3. Kanzək kəndi — 5.174 (ağça); 4. Yuxarı Əndəmic kəndi — 4.062 (ağça); 5.
Solut (Nəmin)
Solut (fars. سلوط‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (60 ailə).
Soqne-fyord
Soqne-fiord (norv. Sognefjorden) — fiord, Norveç ərazisində yerləşən və Avropanın uzunluğuna görə birinci, dünyada isə ikinci fiorddur. Uzunluğu-204 km,dərinliyi isə 1308 m-dir . Norveçdə onu "Fiordların kralı" adlandırılır. == Formalaşması == Soqne-fiord 2,7 milyon il bundan əvvəl formalaşıb. Buzlaşma və erroziya nəticəsində çay sistemi tədricən fiorda çevrilmişdir. == Tərkibi == Maraqlı bir məqamda var ki,Soqne-fiordun tərkibində 35 yaxın kiçik fiord var. Bunları çox vaxt "fiordun qızları" adlandırlar.
Faylın sonu
Faylın sonu – bəzən proqram tərəfindən faylın axırıncı baytında yerləşdirən kod. EOF simvolu əməliyyat sisteminə verilənlərin sonunu bildirən nişandır. Bu gərəksiz görsənə bilər, ancaq EOF simvolu faylın gerçək sonluğunu göstərdiyindən, çox zaman faydalı olur: çünki fayl üçün tam sayda klaster ayrıldığından, faylın həqiqi sonluğu klasterin ortasına düşdükdə, həmin sonluq faylın fiziki sonluğu (faylın axırıncı klasterinin axırıncı baytı) ilə üst-üstə düşməyəcək. ASCII kodunda EOF simvolu onluq 26 (onaltılıq 1Ah) qiyməti ilə və ya Control+Z idarəedici simvolu ilə göstərilib.
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Sonu Niqam
Sonu Nigam (Hind: सोनु निगम; 30 iyul 1973) — Hind müğənnisidir. Xüsusi ilə də Bollivud filmləri üçün oxuduğu mahnıları ilə tanınır (İngiliscə: “playback singer”). Musiqiçi ailədən çıxmışdır. Əsasən Hind dilindəki mahnıları ilə tanınsa da, Benqalca, Pəncabca, Teluquca da mahnıları mövcuddur. Sonu Nigam, Madhurima Mishra ilə evlidir və bu evlilikdən Neevan adlı bir oğlan uşağı dünyaya gəlmişdir.
Yolların sonu
Yolların sonu — türk şair, yazıçı, tarixçi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabı.Nihal Atsızın bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.
Sonun başlanğıcı (film, 2012)
== Məzmun == Həyat sürprizlərlə doludur. Atdığımız hər bir addımın bizi haraya apardığını tam olaraq bilmirik. Əlbəttə, qarşımıza hədəflər qoyuruq, özümüz üçün müəyyən məqsədlər müəyyənləşdiririk və sonra da addım-addım bu hədəf və məqsədlərə doğru irəliləməyə başlayırıq. Ancaq hər zaman əvvəlcədən müəyyənləşdirdiyimiz məqsədə nail ola bilmirik. Axı həyat sürprizlərlə doludur… Bəzən üzümüzə gülən həyat, bəzən də bizi ağladır, içimizi sızladır. Bunlar qaçılmazdır. Yetər ki, biz başımıza gələnlərdən dərs çıxaraq, ibrət götürək. “Sonun başlanğıcı” çoxseriyalı bədii filminin qəhrəmanı Mənsur da tipaj olaraq həyatın həm güldürdüyü, həm ağlatdığı, həm də sonradan bir daha güldürdüyü obrazdır. Bu baxımdan serialdakı Mənsur obrazının yaşadığı həyatı üç mərhələyə bölmək olar. Birinci mərhələdə Mənsur həyatın məqsədini yeyib-içməkdə, dostları ilə birgə eyş-işrət məclisləri qurmaqda, qısacası, böyük iş adamı olan atası Məcidin qazandığı pulları göyə sovurmaqda görür.
Minilliyin sonu (albom)
Minilliyin sonu – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin dördüncü studiya albomu. == Albom haqqında == Tərkibində 13 mahnı olan alboma Xanım İsmayılqızı, Natiq Qəzənfəroğlu, Novruz Aslanov, Əlibaba Məmmədov, Polad Bülbüloğlu və Gövhər Həsənzadənun bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış, Rüstəm Rzayev, Siyavuş Kərimi və Azər Cəfərovdur. Albom 29 dekabr, 2000-ci il tarixində işıq üzü görmüşdür.
Yürüşün Sonu Varmı? (1985)
== Məzmun == Filmdə Bakı Elektrik Maşınqayırma Zavodunun fəaliyyətindən, məhsullarının 40-dək xarici ölkəyə ixrac olunmasından, burada çalışan əmək adamlarından danışılır.
Avropada İkinci dünya müharibəsinin sonu
Avropada İkinci dünya müharibəsinin sonu - İkinci Dünya müharibəsinin Avropa teatrının başa çatması ilə əlaqəli hadisələr. 1945-ci ilin aprel-may aylarında baş verib. == Almaniyanın təslim olması == Aprelin 30-da Adolf Hitlerin öz bunkerində intiharından sonra Almaniyanın siyasi və hərbi baxımdan təslim aktını necə imzalayacağı ətrafında qeyri-müəyyənlik yaranmışdı. Hitler özünün donanma admiralı və qatı nasist Karl Dönitzi hələ ölümündən əvvəl öz varisi elan etmişdi. O çox tez bir zamanda silahlı qüvvələrin baş qərargah rəisi Alfred Jodlu Almaniyanın təslim şərtləri barədə danışıqlar aparmaq üçün ABŞ qüvvələrinin komandanı general Dvayt Eyzenhaverlə görüşə göndərmişdi. Almanlar ümid edirdi ki, bu danışıqlar əhalinin və ordunun mümkün qədər çox hissəsini sovet hücumundan xilas etməyə imkan verəcək, hətta Birləşmiş Ştatları, Britaniya və Fransanı etibar etmədikləri Sovet İttifaqına qarşı qoya biləcək. Dönitz düşünürdü ki, Qərb Müttəfiqləri razı olsalar, Almaniya Sovet İttifaqına qarşı müharibəni davam etdirə bilərdi. Eyzenhaver bu təklifdəki fəndi duymuş və Jodlun təslim aktını qeyd-şərtsiz imzalamasında israr etmişdi. Mayın 7-də “Hərbi təslim aktını” və saat 11:01-dən qüvvədə olacaq atəşkəs razılaşması imzalanmışdı. Bu, Mərkəzi Avropa vaxtı ilə artıq mayın 8-i olurdu.
Axırıncı maqın sonu (film, 1974)
Axırıncı maqın sonu qısametrajlı bədii süjeti rejissor Cəmil Fərəcov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Rolları Hamlet Qurbanov, A. Qasımov və Muxtar Maniyev ifa edirlər. == Məzmun == Filmdə bəzi vəzifəli şəxslərin özbaşınalığı tənqid olunur.
Yürüşün sonu varmı? (film, 1985)
== Məzmun == Filmdə Bakı Elektrik Maşınqayırma Zavodunun fəaliyyətindən, məhsullarının 40-dək xarici ölkəyə ixrac olunmasından, burada çalışan əmək adamlarından danışılır.
S*****miş dünyanın sonu (teleserial, 2017)
S****miş dünyanın sonu (ing. The End of the F***ing World) – Çarlz Forsmanın eyniadlı qrafik romanına əsaslanan Böyük Britaniya qara komediya teleserialı. Səkkiz seriyadan ibarət ilk mövsümü 24 oktyabr 2017-ci ildə Böyük Britaniyada Channel 4 vasitəsilə yayımlanmağa başlamış, daha sonra bütün seriyalar All 4 kanalı vasitəsilə buraxılmışdır. Netflix-in əməkdaşlığı ilə istehsal olunan serial 5 yanvar 2018-ci ildə Netflix platformasında buraxılmışdır. Teleserial özünü psixopat hesab edən 17 yaşlı Ceyms (Aleks Louter) və Ceymsin onu bərbad həyatından xilas edəcəyinə inanan üsyankar sinif yoldaşı Alissanın (Cessika Barden) macəralarından bəhs edir. Cemma Uilan, Vunmi Mosaku, Stiv Oram, Kristin Bottomli, Nevin Çoudri və Barri Uord köməkçi rollarda çıxış edirlər. Teleserial Forsmanın 2013-cü ildə kitab şəklində buraxılmış "Sikilmiş dünyanın sonu" adlı mini-komiksinə əsaslanır. Serialın yaradıcısı Conatan Entvistl əvvəlcə onla film barədə görüşmüşdür. Lakin əvəzində teleserial çəkilməsinə qərar verilmişdir. Çəkilişlər 2017-ci ilin aprelində başlamışdır.
S****miş dünyanın sonu (teleserial, 2017)
S****miş dünyanın sonu (ing. The End of the F***ing World) – Çarlz Forsmanın eyniadlı qrafik romanına əsaslanan Böyük Britaniya qara komediya teleserialı. Səkkiz seriyadan ibarət ilk mövsümü 24 oktyabr 2017-ci ildə Böyük Britaniyada Channel 4 vasitəsilə yayımlanmağa başlamış, daha sonra bütün seriyalar All 4 kanalı vasitəsilə buraxılmışdır. Netflix-in əməkdaşlığı ilə istehsal olunan serial 5 yanvar 2018-ci ildə Netflix platformasında buraxılmışdır. Teleserial özünü psixopat hesab edən 17 yaşlı Ceyms (Aleks Louter) və Ceymsin onu bərbad həyatından xilas edəcəyinə inanan üsyankar sinif yoldaşı Alissanın (Cessika Barden) macəralarından bəhs edir. Cemma Uilan, Vunmi Mosaku, Stiv Oram, Kristin Bottomli, Nevin Çoudri və Barri Uord köməkçi rollarda çıxış edirlər. Teleserial Forsmanın 2013-cü ildə kitab şəklində buraxılmış "Sikilmiş dünyanın sonu" adlı mini-komiksinə əsaslanır. Serialın yaradıcısı Conatan Entvistl əvvəlcə onla film barədə görüşmüşdür. Lakin əvəzində teleserial çəkilməsinə qərar verilmişdir. Çəkilişlər 2017-ci ilin aprelində başlamışdır.