Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Şovut
Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.[mənbə göstərin] Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. Keçmişdə Şovut kəndi də Telavarın parçası idi. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Sonet
Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır. İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar. Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir. sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şorlut nahiyyəsi
Şorlut nahiyyəsi — Naxçıvan ölkəsinin tərkibinə daxil olan 12 mahaldan biri olan Şorlut Naxçıvan ölkəsinin ərazicə kiçik mahallarından biri idi. Mahal şimaldan, qərbdən və cənubdan Azadciran, şərqdən isə Qapanat hakimliyi ilə həmsərhəd idi. Apardığımız kartoqrafik hesablamalar göstərir ki, mahalın ərazisi bu dövrdə təqribən 261 kvadrat kilometr idi. Mərkəzi Əylis şəhəri idi. I Osmanlı idarəçiliyi dövründə (1590–1603) Şorlut mahalının mərkəzi olmuş Əylis şəhərinin yerləşdiyi ərazidə, Osmanlı idarəçiliyi dövründə Əylis və Səharayi-Əylis adlı kəndlər qeydə alınmış və bu kəndlər Şorlut nahiyəsinin deyil, Azadciran nahiyəsinin tərkibinə daxil edilmişdir. Osmanlıların yaratdıqları Şorlut nahiyəsinin ərazisi Səfəvilər dövründə mövcud olmuş Şorlut mahalından daha az təqribən 137 kvadrat kilometr olmuşdur. 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri" 1. Aşağı Əndəmic kəndi — 8.754 (ağça); 2. Anabad (Ordubad) kəndi 4.664 (ağça); 3. Kanzək kəndi — 5.174 (ağça); 4.
Solut (Nəmin)
Solut (fars. سلوط‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (60 ailə).
Soqne-fyord
Soqne-fiord (norv. Sognefjorden) — fiord, Norveç ərazisində yerləşən və Avropanın uzunluğuna görə birinci, dünyada isə ikinci fiorddur. Uzunluğu-204 km,dərinliyi isə 1308 m-dir . Norveçdə onu "Fiordların kralı" adlandırılır. Soqne-fiord 2,7 milyon il bundan əvvəl formalaşıb. Buzlaşma və erroziya nəticəsində çay sistemi tədricən fiorda çevrilmişdir. Maraqlı bir məqamda var ki,Soqne-fiordun tərkibində 35 yaxın kiçik fiord var. Bunları çox vaxt "fiordun qızları" adlandırlar.
Faylın sonu
Faylın sonu – bəzən proqram tərəfindən faylın axırıncı baytında yerləşdirən kod. EOF simvolu əməliyyat sisteminə verilənlərin sonunu bildirən nişandır. Bu gərəksiz görsənə bilər, ancaq EOF simvolu faylın gerçək sonluğunu göstərdiyindən, çox zaman faydalı olur: çünki fayl üçün tam sayda klaster ayrıldığından, faylın həqiqi sonluğu klasterin ortasına düşdükdə, həmin sonluq faylın fiziki sonluğu (faylın axırıncı klasterinin axırıncı baytı) ilə üst-üstə düşməyəcək. ASCII kodunda EOF simvolu onluq 26 (onaltılıq 1Ah) qiyməti ilə və ya Control+Z idarəedici simvolu ilə göstərilib.
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Sonu Niqam
Sonu Nigam (Hind: सोनु निगम; 30 iyul 1973) — Hind müğənnisidir. Xüsusi ilə də Bollivud filmləri üçün oxuduğu mahnıları ilə tanınır (İngiliscə: “playback singer”). Musiqiçi ailədən çıxmışdır. Əsasən Hind dilindəki mahnıları ilə tanınsa da, Benqalca, Pəncabca, Teluquca da mahnıları mövcuddur. Sonu Nigam, Madhurima Mishra ilə evlidir və bu evlilikdən Neevan adlı bir oğlan uşağı dünyaya gəlmişdir.
Yolların sonu
Yolların sonu — türk şair, yazıçı, tarixçi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabı.Nihal Atsızın bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.
Tarixin sonu
Tarixin sonu — nə vaxtsa bəşəriyyət tarixinin monotonlaşacağı, yavaşlayacağı və ya sona çatacağı (yəni varlığın hansısa ideal və ya son nöqtəsinə çatacaq) haqqında fəlsəfi fərziyyə. Tarixin sonlanması bir məqsəd ideyası ilə əlaqələndirilir ki, ona çatdıqdan sonra əvvəlki tarixi sövq edən ziddiyyətlər aradan qalxır və yeni, tələsik və birbaşa inkişafın təsvirini adi mənada tarix adlandırmaq çətindir. Tarixin sonu ideyası tarixin dövri təbiəti haqqında qədim anlayışların inkarı kimi yaranmışdır: Xristianlıqda tarixin sonu İsa Məsihin İkinci gəlişi ilə bağlı peyğəmbərliklərin yerinə yetirilməsi ilə əlaqələndirilir; 18-ci əsrin utopik nəzəriyyələrində ideal cəmiyyət intellektual və sosial bərabərsizliyin aradan qaldırılması (Kondorsedə) və bütün insan istəklərinin ödənilməsi (Yumda) ilə xarakterizə olunurdu; Marksizmdə “tarixdən əvvəlki” dövrün sonu, marksistlərin tarixin mühərriki hesab etdikləri sinfi mübarizənin olmayacağı yer üzündə sinifsiz və dövlətsiz kommunist cəmiyyətinin qurulması kimi başa düşülürdü. Marksın fikrincə, “insan cəmiyyətinin tarixdən əvvəlki dövrü burjua ictimai formasiyası ilə başa çatır”. Marks tarix ideyasını başlanğıcı və sonu olan bir proses kimi tarixin 1806-cı ildə sona çatdığını düşünən Hegeldən götürmüşdür. Xristianlar kimi, Marks da “tarixdən əvvəlki”dən sonra başlayacaq bəşər cəmiyyətinin tarixinin təfərrüatlarını verməmişdir; Nasizmdə tarixin sonu, geniş ərazisində, sakit uzunmüddətli mövcudluq üçün bütün lazımi resurslara malik olan ari dövlətinin yaradılmasında göründü (“ Minillik Reyx ”); 20-ci əsrin sonlarında SSRİ-nin dağılması ilə əlaqədar olaraq tarixin sonu ideyası müasir dünyada Qərb liberal sivilizasiyasının yekun qələbəsi tezisi ilə əlaqələndirilməyə başladı. Bu yanaşma F.Fukuyamanın 1989-cu ildə dərc edilmiş məqaləsində və ardınca 1992-ci ildə “ Tarixin Sonu və Sonuncu İnsan ” kitabında ciddi tənqidlərə məruz qalmış məqaləsində ətraflı təsvir edilmişdir.
Turun sonu
Turun sonu (ing. The End of the Tour) — 2015-ci ildə ekranlara çıxan ABŞ dram filmi. "Rolling Stone" jurnalından Devid Lipski beş gün ərzində məşhur yazıçı Devid Foster Vollesdən müsahibə alır. İkisi birlikdə vaxt keçirdikcə aralarında dostluq inkişaf edir. Ceyson Siqel Cessi Ayzenberq a24films.com/films/the-end-of-the-tour/ — Turun sonunun rəsmi saytı The End of the Tour — Internet Movie Database saytında.
Oyunun sonu
Oyunun sonu və ya Yüksək səviyyə (ing. Boss Level - "Son səviyyə") — rejissor Co Karnahanın öz ssenarisi əsasında çəkmiş olduğu elmi fantastik döyüş filmidir. Filmdə baş rolları Frenk Qrillo, Naomi Uotts və Mel Gibson canlandırmışdırlar. Entertainment Studios Motion Pictures şirkəti filmi əvvəlcə 16 avqust 2019-cu ildə nümayiş etdirməyi planlaşdırmış olsa da, sonradan filmin bu tarixdə nümayiş etdirilməsi təxirə salınmışdır. Daha sonra isə filmin yayım hüquqları Hulu tərəfindən satın alınmış və film 5 mart 2021-ci ildə ABŞ-da nümayiş olunmuşdur. Filmin Rusiyada nümayişi isə 11 mart 2021-ci ildə baş tutmuşdur. == Süjet xətti == Keçmişdə xüsusi təyinatlı olmuş Roy Palver üçün hər gün eyni cür başlayır: yuxudan oyanan kimi əli xəncərli biri ona hücum çəkir, ardınca helikopterdə olan pulyemotçu evində salamat bir yer qoymur. Hələ bu harasıdır?! Hədəflərini Adolf Hitlerin şəxsi tapançası ilə öldürən muzdlu qadın, düşmənlərinin başını kəsən çinli qılıncoynadan, adamları diri-diri partladan bəstəboy psixopat və başqaları ilə mübarizə aparır. Roy Palver hər gün təkrar olunan bu “zaman ilməsinə” necə düşdüyünü özü də başa düşmür.
Sonun başlanğıcı (film, 2012)
Həyat sürprizlərlə doludur. Atdığımız hər bir addımın bizi haraya apardığını tam olaraq bilmirik. Əlbəttə, qarşımıza hədəflər qoyuruq, özümüz üçün müəyyən məqsədlər müəyyənləşdiririk və sonra da addım-addım bu hədəf və məqsədlərə doğru irəliləməyə başlayırıq. Ancaq hər zaman əvvəlcədən müəyyənləşdirdiyimiz məqsədə nail ola bilmirik. Axı həyat sürprizlərlə doludur… Bəzən üzümüzə gülən həyat, bəzən də bizi ağladır, içimizi sızladır. Bunlar qaçılmazdır. Yetər ki, biz başımıza gələnlərdən dərs çıxaraq, ibrət götürək. "Sonun başlanğıcı" çoxseriyalı bədii filminin qəhrəmanı Mənsur da tipaj olaraq həyatın həm güldürdüyü, həm ağlatdığı, həm də sonradan bir daha güldürdüyü obrazdır. Bu baxımdan serialdakı Mənsur obrazının yaşadığı həyatı üç mərhələyə bölmək olar. Birinci mərhələdə Mənsur həyatın məqsədini yeyib-içməkdə, dostları ilə birgə eyş-işrət məclisləri qurmaqda, qısacası, böyük iş adamı olan atası Məcidin qazandığı pulları göyə sovurmaqda görür.
Minilliyin sonu (albom)
Minilliyin sonu – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin dördüncü studiya albomu. Tərkibində 13 mahnı olan alboma Xanım İsmayılqızı, Natiq Qəzənfəroğlu, Novruz Aslanov, Əlibaba Məmmədov, Polad Bülbüloğlu və Gövhər Həsənzadənun bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış, Rüstəm Rzayev, Siyavuş Kərimi və Azər Cəfərovdur. Albom 29 dekabr, 2000-ci il tarixində işıq üzü görmüşdür.
Yürüşün Sonu Varmı? (1985)
S****miş dünyanın sonu
S****miş dünyanın sonu (ing. The End of the F***ing World) – Çarlz Forsmanın eyniadlı qrafik romanına əsaslanan Böyük Britaniya qara komediya teleserialı. Səkkiz seriyadan ibarət ilk mövsümü 24 oktyabr 2017-ci ildə Böyük Britaniyada Channel 4 vasitəsilə yayımlanmağa başlamış, daha sonra bütün seriyalar All 4 kanalı vasitəsilə buraxılmışdır. Netflix-in əməkdaşlığı ilə istehsal olunan serial 5 yanvar 2018-ci ildə Netflix platformasında buraxılmışdır. Teleserial özünü psixopat hesab edən 17 yaşlı Ceyms (Aleks Louter) və Ceymsin onu bərbad həyatından xilas edəcəyinə inanan üsyankar sinif yoldaşı Alissanın (Cessika Barden) macəralarından bəhs edir. Cemma Uilan, Vunmi Mosaku, Stiv Oram, Kristin Bottomli, Nevin Çoudri və Barri Uord köməkçi rollarda çıxış edirlər. Teleserial Forsmanın 2013-cü ildə kitab şəklində buraxılmış "Sikilmiş dünyanın sonu" adlı mini-komiksinə əsaslanır. Serialın yaradıcısı Conatan Entvistl əvvəlcə onla film barədə görüşmüşdür. Lakin əvəzində teleserial çəkilməsinə qərar verilmişdir. Çəkilişlər 2017-ci ilin aprelində başlamışdır.
Yürüşün sonu varmı? (film, 1985)
Tarixin sonu və sonuncu insan
"Tarixin sonu və sonuncu insan" (ing. The End of History and the Last Man ) — amerikalı filosof və politoloq Frensis Fukuyamanın ilk kitabı. 1992-ci ildə Free Press tərəfindən nəşr edilmişdir. Kitabın nəşrindən əvvəl müəllifin “The National Interest” jurnalında “Tarixin sonu?” essesi (1989) dərc olunmuş və həm mətbuatda, həm də elmdə geniş rezonans doğurmuşdur. “Tarixin sonu və sonuncu insan” kitabında Fukuyama esse xəttini davam etdirir və iddia edir ki, Qərb tipli liberal demokratiyanın bütün dünyaya yayılması bəşəriyyətin sosial-mədəni təkamülünün son nöqtəsini və son idarəetmə formasının formalaşmasını göstərir. Fukuyamanın fikrincə, tarixin sonu hadisələr tarixinin sonu demək deyil, bir əsrlik ideoloji qarşıdurmaların, qlobal inqilabların və müharibələrin sonu və onlarla birlikdə incəsənət və fəlsəfənin sonu deməkdir. Fukuyama birbaşa göstərir ki, o, “ tarixin sonu ” konsepsiyasının müəllifi deyil, yalnız əsası Hegel tərəfindən qoyulmuş və sonra Karl Marks və Aleksandr Kojevenin əsərlərində inkişaf etdirilən ideyaları davam etdirir. Sonrakı illərdə daha çox dillərə tərcümə olunan "Tarixin sonu və sonuncu insan" kitabı iyirmi dilə tərcümə edilmiş , həm elmi mətbuatda, həm də publisistikada çoxlu tənqidlərə məruz qalmışdı. Əksər rəyçilər müəllifin ideoloji qərəzliliyinə, liberal demokratiya ideyalarına hədsiz sadiqliyinə, hadisələri qiymətləndirməkdə və faktları seçməkdə seçiciliyə, eləcə də islamçılıq kimi liberal demokratiyanın yayılmasına açıq şəkildə qarşı çıxan bu cür artan hərəkatların əhəmiyyətini lazımi səviyyədə qiymətləndirməməsinə diqqət çəkiblər. Frensis Fukuyama kitabın nəşrindən sonra yaranan mübahisələrdə fəal iştirak etmiş, ardıcıl olaraq öz mövqelərini müdafiə etmiş, lakin sonrakı əsərlərində əvvəllər bəyan etdiyi fikirlərini tədricən yenidən nəzərdən keçirmişdir.