Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smend
Heckeperre Setepenre, Smend — Misirin iyirmi birinci sülaləsinin banisi olan firondur. Aşağı Misiri idarə edən XI. Ramzesin ölümündən sonra taxta çıxmışdır. "Mendesin Sahibi" mənasına gələn Nesbanebced adı ilə doğulmuş olmasına baxmayaraq, İosifus və Sext Afrikan kimi yunan yazarlar tərəfindən "Smendes" olaraq adlandırılmışdır. Mənşəyi tam olaraq bilinməməklə birlikdə, XI. Ramzesin yüksəlişi dövründə Aşağı Misirdə olduğu və Tanis bölgəsinin idarəsindən məsuliyyətli olduğu düşünülür.
Steud.
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783–1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17–24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.
Sten
Sten — yarımavtomatik silah növü. Bu silahı ingilislərin yaratmışdır. Yaxın məsafəli döyüşlər üçün məqbul sayılıb. İkinci dünya müharibəsi dövründə ingilislər Polşada müqavimət hərəkatının partizanlarını bu silahlarla təchiz edib. Bu silah 1994-cü ilədək partizan hərəkatlarında istifadə olunub.
Battulqa Tsend
Battulqa Tsend (monq. Баттулга Цэнд; 15 mart 1970, Ulan-Bator) – Monqol türkoloqu, dilçi, epirafist, elmlər doktoru, professor. == Həyatı və fəaliyyəti == Battulqa Tsend 15 mart 1970-ci ildə Monqolustanın Ulanbator şəhərində anadan olub. Monqolustan Milli Universitetini epiqrafist ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda çalışıb. Monqolustanı qarış-qarış gəzərək türk yazılı abidələrinin üzə çıxarılması, araşdırmalara cəlb olunması ilə məşğul olub. “Monqolustandakı runik kiçik yazıtları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1999). On il Monqolustan Milli Universiteinin (Монгол Улсын Их Сургууль) Türkologiya kafedrasına rəhbərlik edib. Onun rəhbərliyi altında türkologiyanın müxtəlif problemlərinə dair bir neçə dissertasiya müdafiə edilib. Türkologiya bölümü bağlandıqdan sonra onun bazasında yaradılmış Asiya Araşdırmaları kafedrasının müdiridir.
I Stand
I Stand (azərb. Mən dururam‎) — Çexiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Koronar stent
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur. Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır. Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur. == Tibbi istifadə == Stentli arteriya digər angioplastika prosedurları ilə eyni mərhələlərdən keçir, lakin bir neçə mühüm fərqi də var. Müdaxilə edən kardioloq, bələdçi kateter vasitəsilə kontrast maddə yeritməklə və əsas koronar arteriyalardan qan axını müşahidə etməklə tıxanmanın yerini müəyyən etmək və ölçüsünü qiymətləndirmək üçün angioqrafiyadan istifadə edir. Kardioloq bu məlumatdan istifadə edərək tıxanmanın stentlə müalicə edilməli olub-olmadığını, əgər varsa, hansı növ və ölçüdə olduğuna qərar verir. Ən çox satılan dərman tərkibli stentlərdir, stent yuvarlanmış formada balon kateterinin kənarına yapışdırılır. Qan laxtalanması kimi fəsadları minimuma endirmək üçün stent çərçivəsinin damar divarları ilə birbaşa təmasda olması vacibdir.
Steno bredanensis
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Strend (London)
Strend (ing. Strand) — inzibati dairə, Vestminster borası ilə Siti London arasınnda yerləşə, Londonun mərkəzi küçəsi. Küçə demək olar ki, Trafalqar meydanından başlayaraq, Temza çayına paralel olaraq şərqə, Flit Stritə doğru uzanır. Küçənin adı Bertolt Brextin Üç qəpiklik opera tamaşasına yazılmış Bıçaq Mekki haqqında balladada 1897-ci ildə Londonda qətl törədilən yerin adı kimi çəkilir.
Svend Ollinq
Svend Ollinq (9 noyabr 1967) — Danimarka diplomatı. Danimarkanın Türkiyədəki (2016-cı ildən) və Azərbaycandakı (2017-ci ildən) fövqəladə və səlahiyyətli səfiri. Svend Ollinq 9 noyabr 1967-ci ildə Qlostrupda anadan olmuşdur. Kopenhagen Universitetini bitirmişdir. Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduqdan sonra o, öz etimadnaməsini Azərbaycan Prezidentinə 2017-ci ilin mart ayının 26-da təqdim etmişdir. Ann Kyer Ollinq ilə evlidir. Bu evlilikdən onların üç övladı var: Asbyörn (1997), Astrid (1999) və İnqrid Kyer (2004).
Ştənde (Baltas)
Ştənde (rus. Штанды, başq. Штәнде) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Ştənde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 18 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 83 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99%) üstünlük təşkil edir.
Steni Hoyər
Steni Hamilton Hoyər (14 iyun 1939, Nyu-York, ABŞ) — Amerikalı siyasətçi və təqaüdçü vəkil. Merilend ştatının 5-ci konqres dairəsi üzrə ABŞ nümayəndəsi (1981-ci ildən). DC Hoyer Merilend konqres nümayəndə heyətinin dekanı. Nümayəndələr Palatasının ən yüksək səviyyəli Demokratı. ABŞ Nümayəndələr Palatasının partiya lideri (2007–2011 və 2019–2023-cü illərdə).
Corc Sənd
Jorj Sand (1 iyul 1804[…], VI arondisman – 8 iyun 1876[…], Noan-Vik[d], Endr[…]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır. == Həyatı == Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir. 1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır.
Sebastian Sten
Sebastian Sten (13 avqust 1982, Konstansa) — Rumun və Amerikalı aktyor. Aktyor Bir Vaxtlar, Şahlar, Qeybətcil Qızlar, Qara qu quşu və "İblislə sövdələşmə" kimi filmləri ilə tanınır. Sebastian 1983-cü il 13 avqustda Rumıniyanın Konstansa vilayətində doğulub. Səkkiz yaşında olarkən o, anası ilə birlikdə bir vaxtlar anasının piyanist olaraq işlədiyi Vyana şəhərinə köçür. 12 yaşında anası Amerikalı bir özəl məktəb müdürü ilə evləndi, bununlada onlar Nyu-Yorka köçdülər. Aktyorluq üçün o, tanıdığı Stagedor Manor adlı yaz düşərgəsinə qatıldı və bir çox bu kimi düşərgələrə getdi. Bundan sonra o, doğurdanda aktyor olmağa qərar verdi və müxtəlif aktyorluq universitetlərinə müraciət etdi. Rutgers Universitetin Mason Qross Gözəl Sənətlər Fakultəsinə qəbul oldu. Bu onun Londonda Globe Teatrında bir il təhsil almasına səbəb oldu. İngiltərədən qayıtdıqdan sonra Sebastian Rutgersə qoşulmağa davam etdi, Tony n' Tina's Wedding və Qırmızı Qapılar kimi filmlərdə rol almağa başladı.
Sten Li
Stenli Martin Liber (ing. Stanley Martin Lieber; 28 dekabr 1922[…], Manhetten, Nyu-York ştatı – 12 noyabr 2018[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — ABŞ komiks yazıçısı, məşhur Hörümçək-adam personajını yaradıcısı. Marvel Comicsin redaksiya heyətinin üzvü, baş redaktoru, naşiri və sədri. Stenli Martin Liber 28 dekabr 1922-ci ildə Nyu-York şəhərində, Manhettendə West 98th Street və West End Avenue'da Rumın əsilli yəhudi immiqrant valideynlər Selia və Cek Liberin mənzilində dünyaya göz açıb. Cek Körbi və Stiv Ditko daxil olmaqla, bir neçə rəssamla əməkdaşlıq edərək, o, Hörümçək-adam, Halk, Doktor Qəribə, Fantastik dördlük, Dəlisov, Qara Bəbir, İks-adamlar və həmkarı Lerri Liber ilə birlikdə Qarışqa-adam, Dəmir-adamİks-adamlar və Tor personajlarını yaradıb. Bundan əlavə, Sten Li komiks sənayesinin senzura təşkilatı olan "The Comics Code Authority"-yə meydan oxuyaraq, dolayı yol ilə, onun siyasətinin yenilənməsinə nail olub. Marvel Comics'in kiçik bir nəşriyyat evindən böyük bir multimedia şirkətinə çevrilməsində Sten Linin lider kimi çox böyük əməyi olub. Sten Linin adı 1994-cü ildə komiks sənayesinin Uil Eyzner Mükafatı Şöhrət Siyahısına, 1995-ci ildə isə Cek Körbi Şöhrət Siyahısına daxil edilib. 2008-ci ildə Sten Li Milli İncəsənət Medalı ilə təltif olunub.
Sten Marş
Sten Marş (ing. Stan Marsh) — Cənubi Park cizgi serialının 4 əsas personajından biri. Dublaj - Trey Parker. Sten Marş — 4 baş personajdan biri. Katolik. Klonu O biri kainatdan olan Sten Şelli Marş — Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş — Stenın atası, geoloq. Katolik. Roy — 2-ci sezonun 12-ci seriyasında Stenın ögəy atası.
Sten dövrü
Sten dövrü (yun. στενός (stenós) -dar) — Mezoproterozoy erasında son geoloji dövrdür və 1200 - 1000 Mya milyon il əvvəllər arasında davam etmişdir. Adı bu dövrdə yaranan dar metamorfik süxur qatlarından qaynaqlanır. Toni dövründə parçalanan superqitə Rodiniya Steni dövründə yaranmışdır. Cinsi çoxalmayla çoxalmış ən qədim orqanizmin qalıqları, erkən Stenə aiddir.
Send-Krik qətliamı
Send-Krik Qətliamı — Polkovnik Con Çevinqtonun komandanlığı altında amerikalıların müntəzəm qoşunlarının və könüllülərinin Send-Krik çayı üzərindəki şayenlərin və arapaxoların düşərgəsinə hücumu. 1858-ci ildə Kolorado dağlarında qızıl tapıldı(Payk Pik qızıl hərisliyi). Bu geniş hindu rezervasiyaları ərazisindən qızıl axtaranların axınının artmasına səbəb oldu. Qızıl axtaranların artması hindularla gələnlər arasında qarşıdurmalara gətirib çıxardı. Kolorado hakimiyyəti, federal dairələri rezervasiya ərazisinin azaldılması tələbi ilə müraciət etdi. 1861-ci ildə Qara Qazan və Ağ Antilop da daxil olmaqla altı şayen qəbilə başçısı və Sol Əldə olan dörd arapaho qəbilə başçısı Fort VizedəABŞ rəsmiləri ilə yeni bir müqavilə imzaladılar [3]. Bu müqavilə ilə hindular öz ərazilərinin əksərindən imtina etdilər. Müqavilə hindular üçün çox əlverişsiz idi. Çünki, müqavilə rezervasiya ərazisini 13 dəfədən çox azaldırdı. Ağların nəzarəti altında yaşamayacaqlarını deyən şayenlərin Hərbi-köpəkləri müqaviləni tanımaqdan imtina etdilər.
Ghost in the Shell: Stand Alone Complex
Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı. Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu. == Məzmun == Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir. == İstehsal == Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər. === Musiqi === Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır. == Yayımlama == Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.
Esten
Esten (kanton)
Ostenf.
Karl Emil Hansen Ostenfeld (dan. Carl Emil Hansen Ostenfeld; 3 avqust 1873 – 16 yanvar 1931, Kopenhagen) — Danimarka botaniki, mikoloqu, alqoloqu. Ostenfeldiella Ferd. & Winge, 1914 (=Plasmodiophora) Euphrasia ostenfeldii (Pugsley) Yeo, 1971 Hieracium ostenfeldii Dahlst., 1903 Posidonia ostenfeldii Hartog, 1970 Taraxacum ostenfeldii Raunk., 1906 Paulsen, Ove, 1931. C. H. Ostenfeld. Botanisk Tidsskrift, bd. 41. Nelson, E. Charles & Mary J. P. Scannell, 1978. C. E. H. Ostenfeld's Western Australian plants in the Herbarium, National Botanic Gardens, Glasnevin. Glasra 2: 1–24.
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Salənd
Salənd— İranın Xuzistan ostanının Dezful şəhristanının Sərdəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,841 nəfər və 394 ailədən ibarət idi.
Siena
Siena — İtaliyanın Toskana regionunda şəhər.
Silend
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Slenq
Slenq (ing. slang) — müxtəlif sosial qruplarda (peşəkar, yaş və s.) işlədilən xüsusi, yeni mənalı sözlər. İngilis dilində "slenq" termini XIX əsrin əvvəllərində geniş yayılmağa başlayıb. Terminin etimologiyası indiyə qədər aydınlaşdırılmayıb.
Standl.
Paul Karpenter Stendli (ing. Paul Carpenter Standley, 21 mart 1884 – 2 iyun 1963, Tequsiqalpa) — Amerika botaniki. «Flora of New Mexico». Wooton, Elmer Ottis. — Lehre: Cramer, 1972, [Nachdr. d. Ausg.] Вашингтон, 1915. «Flora of Glacier National Park Montana». Стэндли, Пол К. — Lehre: Cramer, 1969, Author. repr.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında, artıq Steam-də dörd mindən çox oyun yayılır. Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir. Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib. Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar, treylerlər yayımlanırdı ancaq, Valve bir neçə dəfə bildirmişdi ki, onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi, filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker, Art Rage kimi proqramlar mövcuddur. Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı. Steam-ın tarixçəsi 1999-cu ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı.