Corc Sənd

Jorj Sand (1 iyul 1804[1][2][…], VI arondisman[1]8 iyun 1876[1][3][…], Noan-Vik[d], Endr[3][4][…]) — Fransa yazıçısı. Bəziləri tərəfindən feminist olaraq görülsə də, özü bu hərəkata daxil olduğunu qəbul etməmişdir. Məşhur bəstəkar Frederik Şopenlə sevgi əlaqələri olmuşdur. Fransanın ilk qadın yazıçısı olaraq tanınır.

Jorj Sand
fr. George Sand[1]
Doğum adı Amantine Aurore Lucile Dupin[1]
Təxəllüsü George Sand[1]
Doğum tarixi 1 iyul 1804(1804-07-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 iyun 1876(1876-06-08)[1][3][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Bağırsaq keçməzliyi
Dəfn yeri
Fəaliyyəti yazıçı, jurnalist, sahibə[d], dramaturq, romançı, gündəlik yazıçısı[d], qadın hüquqları fəalı[d], librettoçu, bəstəkar, müəllif
Əsərlərinin dili fransız dili
İstiqamət romantizm
İmza
Vikimənbənin loqosu Jorj Sand Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsl adı Amandina Avrora Lüsil Düpen olan Jorj Sand 1804-cü ildə Parisdə anadan olmuşdur. Uşaqlığını nənəsi Mari Düpenlə keçirmişdir. Beş yaşında ikən o, fransız dilinin qrammatikasını, latın dilini, coğrafiyanı, tarixi və botanikanı öyrənmişdir. O, uşaqlarla maraqlı oyunlar oynamağı və meşədə gəzməyi çox sevirdi. Avrora bir neçə ilini qadın monastırında keçirmişdir.

1832-ci ildə o, "İndiana" əsərini Jorj Sand ləqəbi ilə yazmışdır. Bu əsər böyük müvəffəqiyyət qazanmışdır. Sonra o, "Valentina" (1832) və "Konsuelo" (1842) əsərlərini yazmışdır. Parisdəki evində Jorj Sand dahi yazıçılarla görüşürdü. Onun yaxın dostları Alfred de Müsse, Henrix Heyne, Onore de Balzak, İvan Turgenev və müğənni Polina Viardo olmuşlar.

Jorj Sand romanlarla yanaşı bir neçə nağıl, povest də yazmışdır. XIX əsrdə yazıb-yaradan yerli yazıçılarda olduğu kimi, onun yaradıcılığında da Fransanın adət-ənənələri, milli ədəbiyyatı haqqında əsərlər vardır.

Uşaqlar üçün J. Sand "Nənəmin nağılları" (1873), "Mələyin tozu", "Güllər nədən danışır?" və s. nağıllar yazmışdır. Bu nağılları əsasən öz nəvələri üçün yazmışdır. Nağılların süjetini o, xalqın içərisindən götürürdü. Nağıllarda pedaqoji tərbiyəyə də üstünlük verirdi. Bu nağıllarda o, insanın insana hörmətini, kiçiklərin böyüklərə hörmətini, xeyri şərdən ayırmağı canlandırmağa çalışmışdır. Jorj Sand 1876-cı ildə vəfat etmişdir.

  1. 1 2 3 4 5 6 7 8 9 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 F. S. Sand, George (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 24. P. 131–135.
  3. 1 2 3 4 Санд // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 6. С. 641–644.
  4. 1 2 http://www.timelines.ws/countries/FRANCE_D.HTML.