Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stolbı Dövlət Təbiət Qoruğu
Stolbı dövlət təbiət qoruğu - Şərqi Sayanın şərq hissəsində, Orta Sibir yaylası ilə sərhəddə, Krasnoyarsk diyarı ərazisində yerləşən qoruq. Mühafizə olunan ərazinin təbii sərhədləri Yeniseyin sağ qollarıdır: şimal-şərqdə - Bazaixa çayı, cənub və cənub-qərbdə Mana və Bolşaya Slizneva çayları. Şimal-şərqdən «stolbı»Krasnoyarsk şəhərinə bitişikdir. Qoruğun mühafizə zonasının sərhəddinə bir şəhər avtobus dayanacaq vardır. 1925-ci ildə Krasnoyarsk şəhər sakinlərinin təşəbbüsü ilə mənzərəli qayalar ətrafındakı təbii kompleksləri - sienit qalıqlarını qorumaq üçün qurulmuşdur. Hal-hazırda onun sahəsi 47,219 ha-dır. YUNESKO-nun Ümumdünya irsi Fondunun siyahısına təqdim edilmişdir. Altay-Sayan Ekoregion Təbiət Qoruqları və Milli Parklar Birliyinin üzvüdür. Qoruğun florasına təxminən 740 damarlı bitki və 260 növ yosun daxildir. Şərqi Sayansının orta dağlarına xas olan tayqa meşələri geniş ərazini tutur.
Stilbit
Stilbit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, açıq-qəhvəyi, narıncı-qırmızı, qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – güclü; şüşə, sədəf, ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,1-2,2; Sərtlik – 3,5-4,0; Kövrəkdir, Ayrılma – {010} üzrə mükəmməl, {100} üzrə aydın; Sınıqlar – şüalı, lövhəyəbənzər, tikanlı; Başqa xassələr – molekulyar ələk xassəli; Morfologiya – kristallar: lövhə formalı, sütunvari, «burulmuş» yonqar şəklində; İkiləşmə: {001} üzrə xaçvari qarşılıqlı nüfuzetmə ikiləşmələrinə tez-tez rast gəlinir; Mineral aqreqatları: dərz şəkilli, paralel-çubuq- və – lövhəvari, şüalı əmələgəlmələr, sferolitlər, sekresiyalar, druzalar. Tipik hidrotermal mineral olub, ən çox əsasi effuziv süxurların boşluqlarında və çatlarında inkişaf edir. Gec hidrotermal minerallardan biri kimi bəzi intruziv süxurlarda–siyenit, qranit və qabbroidlərdə, habelə qranit peqmatitlərində və polimetal filizlərində qeyd edilir. Bəzən metamorfik süxurların – müxtəlif şist və qneyslərin boşluq və çatlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, epidot, adulyar, kvars, geylandit, şabazit, natrolit və b. Mineralın tapıldığı yerlər: Börjön (Macarıstan); Teyqarhorn (İslanliya); Dalneqorski və Savinski yataqları, Şərqi Sibir (Rusiya). Azərbaycanda Naxçıvan MR-da, Şuşa (Dağlıq Qarabağ), Daşkəsən, Göy-Göl, Laçın, Qazax rayonlarında, Dağlıq Talışda və b. yerlərdə qeyd olunmuşdur. Azərbaycan mineralları.
Tolik
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Bulbophyllum stolzii
Bulbophyllum stolzii (lat. Bulbophyllum stolzii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Calanthe stolzii
Calanthe sylvatica (lat. Calanthe sylvatica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis centrosis (Thouars) Steud.
Inula stolzii
Inula stolzii (lat. Inula stolzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Stolbişe gölü
Stolbişe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Stolbişe təbii mənşəlli göldür. Tatarıstanın Laişevski rayonunda, Stolbişe kəndində yerləşir . Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 530 metr, maksimal eni isə 170 metrdir. Su səthinin sahəsi 6,49 ha-dır. Orta dərinliyi 2 metr təşkil edir. Su tutarının həcmi 130 min m³-dir. Yeraltı sularla qıdalanır.
Stalik Xankişiyev
Stalik (Stanislav) Hüseyn oğlu Xankişiyev (rus. Ста́лик (Станислав) Гусе́йнович Ханкиши́ев; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir. Atası azərbaycanlı, anası isə almandır. Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub. Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır. Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur.
Tarix Əliyev (Tolik)
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.