Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.
Acacia suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose == Yarımnövləri == Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Mimosa suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Senegalia suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Şerif Suma
Şerif Suma — futbolçu; Syerra-Leone yığmasının və Rəvan Bakı futbol klubunun üzvü.
Puma
Puma (lat. Puma concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin puma cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Şimali və Cənubi Amerikada yaşayan puma həmçinin dağ aslanı kimi də tanınır. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir. Çox geniş bir sahəyə yayılan puma dəyişik habitatlarda çox müxtəlif rənglərə və gövdə quruluşuna malikdir. Amerika qitəsində yaquardan sonra ikinci ən böyük pişik olan puma, pələng, şir və yaquardan sonra dünyanın dördüncü ən böyük pişiyidir.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Sumax
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Sumi
Sumı (ukr. Суми) - Ukraynada, Sumı ərazi vahidinin (vilayət) mərkəzi şəhəri. Psyol Çayı üzərindədir. Şəhər Ukraynanın şimal-şərqində Çexa gölü ətrafında yerləşir. Keçən əsrə kimi əsas əhalisini Sumi kazakları təşkil edirdi. Sumi kazakları şəhəri Krım tatarlarının yürüşlərindən qoruyurdular.
Sumo
Sumo — qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi vardır. Sumo döyüşçüləri oyundan əvvəl mərasim əsnasında meydana duz səpir. Bunun məqsədi həm pis ruhları uzaqlaşdırmaq həm də meydanın sürüşkənliyini azaltmaqdır. Turnirlərdə hər günün sonunda xüsusi sumo ritualı keçirilir. Bu ritualda, əlində ənənəvi bir çubuq olan bir gənc, döyüşün sonunu xəbər verən bir mahnı çalır və zərb alətləri ilə müşayiət olunan çubanı ritmik şəkildə döndərməyə başlayır. .Sumo döyüşçülərinin ən əhəmiyyətlisi yokozuna (böyük çempion) və ozeki (çempion) adlanır. Turnirlər zamanı daha çox bu kateqoriyadakı sumoçular populyardır. Təkbətək döyüş zamanı sumoçunun qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça mavasi adlanır.Sumo güləşçisinə Rikişi deyilir. Sumoda gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır.
Sumı
Sumı (ukr. Суми) - Ukraynada, Sumı ərazi vahidinin (vilayət) mərkəzi şəhəri. Psyol Çayı üzərindədir. Şəhər Ukraynanın şimal-şərqində Çexa gölü ətrafında yerləşir. Keçən əsrə kimi əsas əhalisini Sumi kazakları təşkil edirdi. Sumi kazakları şəhəri Krım tatarlarının yürüşlərindən qoruyurdular.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Suza
Suza — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Şahab bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,480 nəfər və 878 ailədən ibarət idi.
Suçma
Suçma — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd. Suçma kənd Bələdiyyəsi də Suçma və Dərəcənnət kəndlərini özündə birləşdirir. Suçma kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri sayılan Dəhnə kəndindən (Dəhnə çayından) iki km məsafədə yerləşir. Kənd ərazisinə yaxın yerlərdə qədim, əsasən daş dövrünə aid insan izlərini özündə əks etdirən arxeoloji dəlillər aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Suçma kəndi Acınohur-Həftəran vadisindəki digər iki kəndlə (Böyük Dəhnə və Kiçik Dəhnə ilə) təqribən eyni tarixi dövrdə yaşayış məskəninə çevrilmişdir. Suçma toponomi müxtəlif tarixi dovrlərdə dəyişikliyə uğrayaraq indiki şəklə düşmüşdür. Məsələn, Çar Rusiyasının Zaqafqaziya Hərbi Dairəsinin 1909-cu ildə tərtib etdiyi Zaqafqaziyanın Hərbi-topoqrafik xəritəsində Suçma yaşayış məskəninin adı Suçmi-Dəhnə kimi qeyd edilmişdir. Yenə Çar Rusiyası zamanında, 1858-ci ildə tərtib edilmiş "Qafqaz Diyarının Xəritəsi"ində Suçma kəndinin adı "selo Suçmidaqenskaya" olaraq göstərilmişdir.Qeyd edilməlidir ki, bu xəritədə qonşu iki kəndin, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin adları yer tapmamışdır.Bununla belə ehtimal etmək olar ki,1858-ci il üçün bu üç kəndin (Suçma,Böyük Dəhnə və Kiçik Dəhnə) yerində yalnız bir yaşayış massivi movcud olmuşdur. Yaxud bu kəndlər 1858-ci il xəritəsində yalnız bir yaşayış məntəqəsi kimi göstərilmişdir. Suçma kəndində bir mədəniyyət evi, bir kitabxana, bir tam orta məktəb (2015-ci ildə məktəb Dövlət tərəfindən əsaslı təmir edilmişdir.) fəaliyyət göstərməkdədir.Kənddə Azərbaycan xalqı üçün əlamətdar günlər və bayramlar o cümlədən mədəni tədbirlər, xüsusən gənclərin iştirakı ilə yüksək səviyyədə keçirilir.
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Suga
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Suca
Sudja — Rusiya Federasiyasının Kursk vilayətində şəhər.
ПМА "В-1" və ПМА "В-2" aşqarları