DÚMA

[ rus. ] tar. Rusiyada: bir sıra mərkəzi və yerli idarə orqanlarının adı. Dövlət duması (Rusiyada: qanunvericilik hüququna malik, seçilən nümayəndələr məclisi). Şəhər duması (çar Rusiyasında: seçilən şəhər idarəsi orqanı, bələdiyyə idarəsi).
– Duma yenə bir məşğuliyyət idi, hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçirirdik. C.Məmmədquluzadə.
Şəhər duması üzvləri özləri üçün gəlir yeri tapıblar. M.S.Ordubadi.

DUM-DUM
DUMAÇI
OBASTAN VİKİ
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Advektiv duman
Advektiv duman – ilıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumandır. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Andromeda dumanlığı
Şimal yarımkürəsinin orta enliklərində yaşayanlar Andromeda dumanlığını müşahidə etmək imkanına malikdirlər. Aydın gecədə onu γ Andromeda ulduzunun yaxınlığında çox da böyük olmayan işıqlı bulud kimi adi gözlə görmək olar. Peqas bürcünün yaxınlığında yerləşir. Bu dumanlıq haqqında bizə gəlib çatan birinci yazılı məlumat X əsrin ərəb astronomu Əs-Sufiyə məxsusdur. Ulduz göyünün təsvir edən əlyazmasında , o, "kiçik bulud" və onun yaxşı istinad nöqtəsi olmasını bir neçə dəfə qeyd edir. Hətta onun şəklimi çəkmişdir. Teleskoplar icad olunduqdan sonra Andromeda dumanlığının yenidən kəşfi başlandı. 1618-ci ildə ilk dəfə teleskopla müşahidə aparmağa başlayan alman alimi Simon Mari onu qeydə aldı.XVII əsrin axırlarından başlayaraq dumanlıq müşahidə obyektinə çevrildi. XVII əsrdə böyük ingilis astronomu Vilyam Herşel ciddi şəkildə dumanlıqları tədqiq etməyə başladı. Müşahidə olunan dumanlı ləkələrin çoxunun kürəvi və ya dağınıq ulduz topaları olması aşkar olundu.
Bakı Duması
Bakı Şəhər Duması — Bakı Şəhər Bələdiyyə İdarəsinin sərəncamverici orqanı. == Tarix == Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdir. Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2–3%-i iştirak edə bilirdi. Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanunun 44-cü maddəsinə görə, Bakı Şəhər Duması üzvlərinin ən çox 1/3-i müsəlmanlardan seçilməli idi.
Bakı Şəhər Duması
Bakı Şəhər Duması — Bakı Şəhər Bələdiyyə İdarəsinin sərəncamverici orqanı. == Tarix == Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdir. Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2–3%-i iştirak edə bilirdi. Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanunun 44-cü maddəsinə görə, Bakı Şəhər Duması üzvlərinin ən çox 1/3-i müsəlmanlardan seçilməli idi.
Bakı Şəhər Dumasının binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Tarix == === Bakı Şəhər Duması === 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Böyük duman
London sakinləri üçün ən dəhşətli duman 1952-ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxan turş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər. 8 Dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı. Yüz mindən çox insan xəstələnmişdi. Son araşdırmalar göstərir ki, ümumi dünyasını dəyişənlərin sayı 12.000dən artıq idi Duman o qədər qatı idi ki, avtomobillər hərəkət edə bilmirdi, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, -10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur.
Duman (musiqi qrupu)
Duman - 1999-cu ildə yaradılmış türk rok qrupudur. == Tarixi == === Qurulması === 90-cı illərin əvvəllərində musiqi həyatına başlayan vokalist Kaan Tangöze təhsil almaq məqsədilə Sittla gedir və Türkiyədə çıxarmaq istədiyi albom üçün musiqilər yazırdı. Buna qədər o, Ari Barokas və Yaqub Tranadan ibarət Mad Madame qrupu ilə Sittl və Los-Ancelesdə yayınlanan albomlarda çıxış etmişdi. Türkiyəyə qayıdanda Blu-Bluz-Bənddə (Blue Blues Band) çıxış edən Batuhan Mutlugili Mad Madame qrupuna daxil etdi və beləcə 1999-cu ildə Duman qrupu yaradılmış oldu. Ancaq Yaqub Trana bu qrupa qatılmadı. === İnkişaf === Vokal və gitarada Kaan Tangöze, gitara və geri vokalda Batuhan Mutlugil, bas gitara və geri vokalda Ari Barokas, bateride başda Alen Konakoğlu'dan, sonra Cengiz Baysal'dan ibarət Duman, ilk albomunu çıxartmaq üçün yola düşdülər; ancaq qrupun hələ bir adı yox idi. Bundan sonra qrupun adı "Halimiz Duman" adlı mahnıdan ilhamlanılaraq Duman oldu. Duman, 1999-cu ildə çıxan ilk albomunu Eski Köprünün Altında adı ilə musiqi bazarına daxil etdi. Albomun "Köprüaltı", "Hayatı Yaşa" və "Bebek" parçalarına klip çəkildi. "Bebek" parçasına klip çəkilmədən əvvəl Duman, etdiyi bir reportajda "Halimiz Duman" parçasını akustik olaraq çaldı və bu klip olaraq təşkil edildi; ancaq klip yayınlanmadı.
Duman (rok qrup)
Duman - 1999-cu ildə yaradılmış türk rok qrupudur. == Tarixi == === Qurulması === 90-cı illərin əvvəllərində musiqi həyatına başlayan vokalist Kaan Tangöze təhsil almaq məqsədilə Sittla gedir və Türkiyədə çıxarmaq istədiyi albom üçün musiqilər yazırdı. Buna qədər o, Ari Barokas və Yaqub Tranadan ibarət Mad Madame qrupu ilə Sittl və Los-Ancelesdə yayınlanan albomlarda çıxış etmişdi. Türkiyəyə qayıdanda Blu-Bluz-Bənddə (Blue Blues Band) çıxış edən Batuhan Mutlugili Mad Madame qrupuna daxil etdi və beləcə 1999-cu ildə Duman qrupu yaradılmış oldu. Ancaq Yaqub Trana bu qrupa qatılmadı. === İnkişaf === Vokal və gitarada Kaan Tangöze, gitara və geri vokalda Batuhan Mutlugil, bas gitara və geri vokalda Ari Barokas, bateride başda Alen Konakoğlu'dan, sonra Cengiz Baysal'dan ibarət Duman, ilk albomunu çıxartmaq üçün yola düşdülər; ancaq qrupun hələ bir adı yox idi. Bundan sonra qrupun adı "Halimiz Duman" adlı mahnıdan ilhamlanılaraq Duman oldu. Duman, 1999-cu ildə çıxan ilk albomunu Eski Köprünün Altında adı ilə musiqi bazarına daxil etdi. Albomun "Köprüaltı", "Hayatı Yaşa" və "Bebek" parçalarına klip çəkildi. "Bebek" parçasına klip çəkilmədən əvvəl Duman, etdiyi bir reportajda "Halimiz Duman" parçasını akustik olaraq çaldı və bu klip olaraq təşkil edildi; ancaq klip yayınlanmadı.
Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.
Dumanlı Andromeda
Dumanlı Andromeda (rus. Туманность Андромеды) - Rus yazarı İvan Antonoviç Yefremov tərəfindən 1955-1956-cı illərdə yazılmış sosial-fəlsəfi elmi-fantastik romanı. Roman ilk dəfə 1957-ci ildə Texnika - Gənclik jurnalında dərc edilib. Kitab formasında isə Gənc Qvardiya nəşriyyatında 165 000 nüsxədə işıq üzü görür. Dünyanın bir çox dillərinə tərcümə olunan əsər Sovet ədəbiyyatının ən parlaq nümunələrindən, kosmik romantikanın etalon sayıla biləcək nümayəndələrindəndir. == Məzmun == Romandakı hadisələr vahid hakimiyyət altında kommunistik cəmiyyətin bərqərar olduğu, intellektin yüksək inkişaf etdiyi uzaq gələcəkdə baş verir. Bu era elmin və incəsənətin yüksək inkişaf etdiyi, kosmosun fəthi, Yer landşaftının və iqliminin süni olaraq yaxşılaşdırıldığı və insan psixologiyasının dəyişməsi ilə fəqrlənir. Oxuyucuya gələcəyin dünyasını müxtəlif yönlərdən göstərmək məqsədilə romanda bir neçə süjet xətti var.Birinci süjet xətti "Tantra" adlı kosmik gəmi və onun heyətinin uçuşları haqqındadır. Bütün tapşırıqları yerinə yetirən heyət Yerə qayıdarkən, Günəş Sisteminin yaxınlığında yerləşən və əvvəllər naməlum olan Dəmir Ulduzun qravitasiya sahəsinə düşürlər. Heyət faciədən can qurtarmağa çalışır.
Dumanlı Təbriz (roman)
Dumanlı Təbriz—Məmməd Səid Ordubadinin romanı. == Mövzu == Ədib "Dumanlı Təbriz"əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilк gözəl nümünəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna gеydirilmiş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən "Dumanlı Təbriz" romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. Əsərin əsas movzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı 20-ci əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Dumanlıq
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Dumasovanın binası (Novoçerkassk)
Dukmasovanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 123 ünvanında yerləşir. Tikili arxitektur bina və mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1992-ci il 17 dekabr tarixli 325 saylı əmrlə qoruma statusuna malikdir. Bina modern stilə malikdir. == Tarixi == Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Prosveşeniya küçəsi ev 123 ünvanında yerləşir. Bu zamanlar binanın sahibəsi E. Dukmasova olmuşdur. Onun haqqında tarixi mənbələrdə detallı məlumat yoxdur.
Dumatsxovi
Dumatsxovi (gürc. დუმაცხოვი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 176 nəfər idi. 2014-cü ildə 111 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Gəncə Şəhər Duması
Gəncə Şəhər Duması — 1892-ci ildə yaradılan Gəncə şəhərinin yerli idarə oqranı. == Haqqında == === 1892–1917-ci illərdə === 1892-ci ildə Gəncədə yerli idarə oqranı olan Şəhər Duması yaradıldı. Gəncə qubernatorunun göstərişi ilə duma üzvlərinin siyahısı hələ 1896-cı il martın 6-da elan edilmişdi. Mart ayının 8-də Gəncə Şəhər Duması deputatlarının təntənəli surətdə 1. iclası açıldı və iclasda şəhər özünüidarəsinin ştat vahidləri təsdiq edildi, onların vəzifələri müəyyənləşdirildi. Gəncə şəhər Duması vergi və ödənclərin toplanılması, bazarın açılması, şəhərin sanitariyasına nəzarət, yanğına qarşı mübarizə, bəzi mədəni–kütləvi tədbirlər və s. məsələlərlə məşğul olmalı idi. Dumanın 1900-cü il 20 mart tarixli iclasının qərarı ilə Gəncə qubernatoru, Qafqaz canişininin qarşısında şəhərin baş planına əsasən bəzi küçələrin və məhəllələrin genişləndirilməsi və abadlaşdırılması məsəlsini qoydu. Qafqaz canişini Gəncə şəhər Duması deputatlarının tələbini yerinə yetirməyə məcbur oldu və işin icrasına göstəriş verdi.Gəncə Şəhər Dumasının 60 üzvündən 7 nəfərini Rəfibəylilər təşkil edirdi.Müxtəlif dövrlərdə Ələkbər bəy Rəfibəyli (1909–1913), Hacı Məmmədhüseyn Rəfiyev, Hacı Həsən Rəfiyev, Hadı bəy Rəfibəyli, Xəlil bəy Xasməmmədov (1913–1917), Hüseyn bəy İsrafilbəyov, Fətəli xan Xoyski, Həsən Mollazadə Gəncəvi, Süleyman ağa Bədirbəyov Dumanın üzvləri olmuşdurlar. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === 1917–18 illərdəki hərbi əməliyyatlar, soyqırımları, hərc-mərclik və anarxiya dövründə fəaliyyətini dayandırmışdı.
Kaat Dumarey
Kaat Dumarey (d. 8 sentyabr 1999) — Belçikanı təmsil edən akrobatika gimnastı. Dumarey 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həmdə 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kaat Dumarey 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Julie van Qelder və İneke van Şoor ilə birgə üç qızıl medal qazandı.
Rosa canina subsp. dumalis
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Rosa dumalis
Rosa dumalis (lat. Rosa dumalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Skandinaviya, Avropada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan koldur. Budaqları qövsvari əyilmiş, iynələri çox vaxt qeyri-bərabər, əsasən zoğlarda oraqvari əyilmişdir. Yarpaqları iri, uzunluğu 15-20 sm, yalançı zoğları yaxşı inkişaf etmiş, uzunluğu 10–12 mm, eni 4–5 mm, çılpaqdır. Xırda yarpaqları 7, bəzən 5 və ya 9, ellips- yumurtavari formada, sadə dişlidir. Alt tərəfdə tükcükləri və vəzcikləri yoxdur, açıq və ya göyümtüldür. Çiçəkləri parlaq çəhrayı, tək, bəzən az çiçəkli çiçək qruplarında yerləşir, çiçək saplağı çox qısadır, əsasən yetişmiş meyvənin uzunluğuna çatmır, çılpaq və hamardır. Kasayarpaqları ensiz, lələkvari çıxıntılı, çiçəklədikdən sonra yuxarıya qalxmış və təxminən birləşəndir, yetişmiş meyvələrin üzərində qalır.
Rusiya Federasiyası Dövlət Duması
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması (rus. Государственная Дума Федерального Собрания Российской Федерации) — Rusiya Federasiyasının parlamenti Federal məclisinin aşağı palatası.
Rusiya imperiyası III Dövlət Duması
== III Dövlət Dumasının çağrılması == II Dumanın buraxılmasından sonra III Dumaya seçkilər haqqında qanun verildi. Bu qanun Rusiya ucqarlarının Dumaya nümayəndələr göndərmək hüququnu xeyli məhdudlaşdırdı. Belə ki, əgər Bakı, Yelizavetpol və İrəvan quberniyalarının hər birinin əvvəlki Dumada 3 nümayəndəsi var idisə, indi bütün quberniyalar birlikdə ancaq iki nümayəndə seçə bilərdi, Tiflis quberniyası isə əvvəlki 4 deputat əvəzinə bir nümayəndəyə malik idi. Bütövlükdə isə Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməsi nəzərdə tutulurdu. Məhdudiyyətlər cəmiyyətdə narahatlığa səbəb oldu. "Kaspi" qəzeti yazırdı: "Elə eləmək lazımdır ki, Dumaya gedəcək on deputat əvvəlki 28 nəfərə bərabər olsun..."1907-ci il iyunun 3-də Dövlət Dumasına seçkilər haqqında təsdiq edilmiş "Əsasnamə"nin 25-ci maddəsində göstərilirdi ki, Bakı, Yelizavetpol və İrəvan quberniyaları üçün ümumi olacaq seçki məclisində seçkilərin keçirilməsinə nəzarət Yelizavetpol qubernatoruna həvalə edilir, seçki məclisi isə Yelizavetpol şəhərində çağırılır. Seçkilər nəticəsində yuxarıda sadalanan quberniyaların müsəlman əhalisindən III Dövlət Dumasına seçilən deputat Xəlil bəy Xasməmmədov oldu. == III Dövlət Dumasında Xəlil bəy Xasməmmədovun fəaliyyəti == III Dövlət Duması 1907-ci il noyabrın 1-də açıldı. Onun bütün rəhbərliyi oktyabristlərdən ibarət idi. N.A.Xomyakov sədr seçildi, sonralar bu vəzifədə növbə ilə A.İ.Quçkov və M.V.Rodzyanko oldular.
Rusiya imperiyası II Dövlət Duması
Rusiya imperiyası II Dövlət Duması — 1907-ci il 20 fevraldan 2 iyuna qədər fəaliyyət göstərmişdir. == Azərbaycanda II Dövlət Dumasına seçkilərin keçirilməsi == Çar hökuməti I Dövlət Dumasını qovaraq II Dumaya seçkilər elan etdi. Seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Seckilərdən bir qədər əvvəl "Partiyasız Müsəlman Bloku" meydana çıxdı. Bu blok əhali içərisində izahat işi apararaq onu Dumaya "müsəlmanların mənafelərinin müdafiəçilərini" seçməyə istiqamətləndirirdi. Bakı bolşevikləri sol blok yaratmağa cəhd göstərirdilər. 1906-cı il noyabrın ortalarında RSDFP Bakı təşkilatı, "Hümmət" və Erməni sosial-demokrat təşkilatının ("Spesifiklər") Bakı Komitəsi arasında saziş bağlandı. Bu təşkilatların nümayəndələrindən birləşmiş sosial-demokrat seçki komissiyası təşkil olundu. Bu komissiyanın nəşr edib yaydığı bir sıra müraciətlərində seçki kampaniyasında məqsəd və vəzifələri, bolşeviklərin taktiki xətti, kütlələr qarşısında duran vəzifələrin həllində dumanın gücsüzlüyü izah olunurdu. Bu bloka qarşı meydana çıxan "Torpaq və azadlıq"da eserlərin, daşnakların və "mütərəqqi" istiqamətli bəzi partiyasız burjua nümayəndələrinin mənafeləri üst-üstə düşürdü.
Rusiya imperiyası IV Dövlət Duması
== IV Dövlət Dumasının çağrılması == IV Dövlət Duması 1912-ci ildə noyabrın 15-dən çağırıldı. Azərbaycanda seçkiqabağı kampaniya genişlənir, deputatlığa namizədlərə tapşırıqlar verilirdi. IV Dövlət Dumasına seçkilər 1912-ci ilin sentyabr və oktyabrında keçirildi. III Dumaya seçkilərdə olduğu kimi, kuriyalar üzrə seçilmiş seçicilər öz içərilərindən iki deputat (quberniyaların müsəlman və erməni əhalisinin hər birindən bir deputat) seçdilər. 1912-ci il oktyabrın 20-də Məmməd Yusif Cəfərov və M.İ.Papacanov IV Dövlət dumasının deputatı oldular. Rus əhalisinin Tiflisdə seçilmiş deputatı L.İ.Skobelev kimi onların da hər ikisi Bakı şəhərində yaşayırdı. Bakı şəhərinin sakini Məmməd Yusif Cəfərovun 27 yaşı var idi. Bakı Aleksandr gimnaziyasını, 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi, andlı vəkilin köməkçisi işləyirdi. == IV Dövlət Dumasında Məmməd Yusif Cəfərovun fəaliyyəti == IV Dövlət Duması 1912-ci il noyabrın 15-də fəaliyyətə başladı. M.V.Rodzyanko Dumanın sədri seçildi.

Значение слова в других словарях

балка́рцы брази́льский вы́крошить ква́сный лежа́ться пия́вочка вы́прыгнуть вы́пушка за один глото́к обезья́нничанье пацанёнок перешепну́ться поча́тый голодь соксун acute-angled cullet goose-egg multiparous nobbler origanum малаец препона участие христианство