Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib,çoxsaylı sənətkar məhəllələri yaranıb.Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək,sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü.O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır.Birinci dəfə onu hər iki icma,ikinci dəfə azərbaycanlılar,üçüncü dəfə isə ermənilər yandırmışdı.Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı.Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi.Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.7 fevral 1991-ci ildə Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir. 26 noyabr 1991-ci ildə isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış,onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş,7 məktəbəqədər uşaq müəssisəsini,22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin,22 klubu,31 kitabxananı,2 kinoteatrı,8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi,Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.Şəhərin tarixi muzeyinin 5 minədək əşyası,Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi,bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarix == === Etimologiya === Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Armudlu (Şuşa)
Armudlu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Axundovlar (Şuşa)
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Ağbulaq (Şuşa)
Ağbulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları.
Bazarbaşı (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. == Tarixi == Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. == Xüsusiyyətləri == XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür. Meydanın şimalında qala divarları və bürcləri ilə əhatə olunmuş Qarabağ xan sarayı, şərq tərəfində isə Divanxana binası yerləşirdi.
Daşaltı (Şuşa)
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.Daşaltı kənd əvvələr ətrafda yaşayan əhalinin Xəznədağ adlandırdığı mağaranın yerləşdiyi ərazi olmuşdur.
Divanxana (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. == Tarixi == Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. == Xüsusiyyətləri == XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür. Meydanın şimalında qala divarları və bürcləri ilə əhatə olunmuş Qarabağ xan sarayı, şərq tərəfində isə Divanxana binası yerləşirdi.
Həsənabad (Şuşa)
Həsənabad — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir.Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi.Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsi ilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür. Küçələrin kəsişməsi nəticəsində kontrast yaradan bu üsul hətt kiçik ölçülü ərazidə də genişlik effekti formalaşdırır.Meydanın yanız Aşağı bazar küçəsindən uzanan bir mərtəbəli ticarət sıralarını davam etdirən cənub hissəsindəki tikililər ticarət məqsədi ilə istifadə olunurdu. Digər tərəfdə yerləşməklə məscidlə üzbəüz olan iki mərtəbəli bina və hər iki tərəfdən ona birləşən digər iki mərtəbəli binalar mədrəsə binalarıdır.
Məmişlər (Şuşa)
Məmişlər — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Məmişlər kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Bir sıra tədqiqatlara əsasən, XIX əsrin ortalarında Muğanda muğanlı köçəri tayfasının 275 şəcərəsindən, nəslindən biri olmuşdur və hazırda bu nəslin adı Azərbaycanın oykonimiyasında mühafizə olunmuşdur. Digər mülahizəyə görə isə, Məmişlər yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Sarıbaba dağının ətəyində yerləşir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Nəbilər (Şuşa)
Nəbilər — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun аaktiki mövcud olan Nəbilər kəndi Daşaltı kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zarıslı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Qarabulaq (Şuşa)
Qarabulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Sarıbaba (Şuşa)
Sarıbaba (əvvəlki adı: Yextsahoq) — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba kəndi, Yextsahoq kənd inzibati-ərazi vahidi Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kənddə ermənilər məskunlaşdıqdan sonra onu Yextsahoq adlandırmışdılar. 1992-ci ildən kəndin adı ərazisindəki Sarıbaba dağının adı ilə Sarıbaba kimi rəsmiləşdirilmişdir.
Turşsu (Şuşa)
Turşsu — Azərbaycan Respublikasının Şuşa rayonunun Turşsu kənd inzibati-ərazi dairəsində qəsəbə. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Turşsu qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. == Toponimikası == Qəsəbənin adı yaxınlığındakı Turşsu bulağının adından götürülüb. == Tarixi == Qəsəbə Zarıslı çayı dərəsindədir. 1972-ci ilədək Lisoqorsk sovxozu yanında qəsəbə adlanırdı. Lisoqorsk (Keçaldağ toponiminin ruscaya kalkasıdır) çarizmin milli ucqarlara köçürmə siyasəti nəticəsində XX əsrin əvvəllərində rus kəndliləri salmişdilar. Qəsəbənin ərazisi keçmişdə Nəcəfqulu ağa adlı bir şəxsin yaylaq yeri olmuşdur. Yaşayış məntəqəsinə ad burada mövcud olan mineral su bulaqlarına görə verilmişdir.XX əsrin əvvəllərində ruslar tərəfindən məskunlaşan Yelizavetpol quberniyasının Şuşa qəzasının Lısoqor (rus. Лысогоръ, tərcüməsi: Keçəl dağ) kəndi kimi əsası qoyulmuşdur.
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalılar (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanbağı (Şuşa)
Xan bağı — Azərbaycanın Şuşa şəhəri yaxınlığında yaşayış məskəni. Hazırda bu ərazi Xankəndi şəhərinin cənub ərazisi və tərkibi sayılır. Şuşanın üç-dörd kilometrliyindəki Xan bağı deyilən yerdə tikilmiş dəyirman, buzxana (sonralar İbrahim xanın oğlu Mehdiqulu xan burda karvansara və bir neçə dükan da tikdirmişdi)12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi == Əhalisi == === Tanınmış şəxsləri === Bülbül - Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
Xəlfəli (Şuşa)
Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Mənbədə Xəlfəli eli Hacılı tayfasının qollarından biri kmi qeyd olunmuşdu. Tam adı Milli Xəlfəlidir. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiquluxana mənsub bu el məskunlaşdıqdan sonra 11 məntəqə yaranmışdır. Xudaverdi qışlağı, Xəlfə qışlağı, Xanlıqpəyə, Laçınlar, Zamanpəyə, Şuşulu, Mirzələr, Məmişlər, Şırran və Kosalar. Sonra bu kəndlər xanın qızı Xurşud banu Natavana mənsub olmuşdur. == Tarixi == Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.
Çaykənd (Şuşa)
Çaykənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Çaykənd kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Yaşayış məntəqəsi çay kənarında yerləşdiyinə görə Çaykənd adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
İmanlar (Şuşa)
İmanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Şuşa PFK
Şuşa-Qarabağ PFK - və ya rəsmi adı ilə Şuşa-Qarabağ Peşəkar Futbol Klubu. Azərbaycanın Şuşa şəhərini təmsil edən futbol klubudur. 2009-cu ildə fəaliyyətə başlayan klub, 2015-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırdı. Müxtəlif dövrlərdə "Şuşa 09", "Şuşa" və "Şuşa-Qarabağ" adı altında fəaliyyət göstəmişdir. == Tarixi == Klub ilk olaraq "Şuşa 09" adı altında 2009-cu ilin iyununda təsis olunub və elə həmin ildən Azərbaycan Birinci Liqasıda oynamaq hüququ qazanıb. Həmin il klubun adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişdilər- Şuşa PFK.Mövsümün ilk oyunlarını məğlubiyyətlə başladı klub. Andaş Petrol a qarşı 5-0, MKT-Araz klubuna qarşı 1-0 hesablı məğlubiyyətlərlə yadda qaldı. Həmin dönəm klubun bazası Ədliyyə stadionunda idi. . İlk yoldaşlıq görüşünü isə Azal klubuna qarşı keçiriblər. Klub 2015-ci ildə maliyyə problemləri səbəbiylə çətin vəziyyətə düşmüşdü.
Şuşa cay
Şuşa döyüşləri
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir.