Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) == Həyat və yaradıcılığı == Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sima Eyvazova
Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; 2 oktyabr 1933, Bakı – 6 may 2009, Cenevrə) — SSRİ və Azərbaycan diplomatı. == Həyatı == Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir. 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur. Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlmişdir.
Sima Sarikaya
Sıma Syan
Sıma Syan (Çin: 司马迁; d. Təqribən E.ə. 145 ya da E.ə. 135 [mənbə göstərin] – ö. E.ə. 86) — Xan sülaləsininnın böyük fəqih (太史 令)nin başçısı. Sarı İmperatordan Xan Vudiyə 2000 illik Çin tarixinin ümumi baxışını verən Shiji (史记) adlı çox təriflənmiş əsərindən ötəri Çin tarix yazımı nın atası olaraq sayılar. Bu tanıdan əsəri, daha sonrakı Çin tarix yazımına təməl atdı.
Sıma üsulları
Sıma üsulları (metodları) (çin. ənən. 司馬法, sadə. 司马法, pinyin: Sīmă Fă) — E.ə. IV əsrdə Tsi çarlığı dövründə yaranmış hərbi nəzəriyyə. Çinin yeddi klassik hərbi traktatlarından biri. Traktat Çin hökmdarı Tszin-qunun ordu sərkərdəsi olmuş, Sıma Jantszyuyun (çin. sadə. 司马穰苴, pinyin: Sīmǎ Rángjū) nəslinin hərbi ənənəsindən irəli gəldiyindən onun şərəfinə adlandırılmışdır. == Tərkibi == Xan sülaləsi dövründə traktat 155 fəsildən ibarət olduğu halda günümüzə cəmi onun 5 fəsli gəlib çatmışdır: İnsani əsaslar (çin.
Yuriko Şima
Yuriko Şima (d. 12 iyul 1959) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şima ispan kəndi
Şima ispan kəndi (志摩スペイン村, Şima Supein Mura) və ya Park-İspana (isp. Parque España) – Yaponiyanın Mie prefekturasının Şima şəhərində yerləşən və ispan mədəniyyətinə həsr olunmuş əyləncə parkı. == Tarixi == Şima ispan kəndi 22 aprel 1994-cü ildə açılmışdır. Park 2014-cü ildə 20 illiyini tədbirlərlə qeyd etmiş və burada əsaslı yenidənqurma işləri aparılmışdır. == Görməli yerlər == Parkda yerləşən attraksionlar və tikililər İspaniya mədəniyyətindən təsirlənərək təşkil olunmuşdur. Parkdakı "Dəmir öküz" adlı "buxar qatarı" attraksionu ispan öküz döyüşlərinə bir göndərmədir. Parkdakı "Puerta del Cambron" teatrı İspaniyanın Toledo şəhərində yerləşən eyniadlı tikili əsasında dizayn edilmişdir. Bu teatrda "İspaniyanın usta rəssamları" kimi ispan mədəniyyəti mövzusunda olan videolar nümayiş etdirilir. "Pireney" amerikan təpələri attraksionu Pireney dağlarından ilhamlanaraq dizayn olunmuşdur. "Böyük Monserrant" attraksionu İspaniyanın Barselona şəhəri yaxınlığında yerləşən Monserrant monastırının dağlıq mənzərəsini əks etdirir və 815 metrlik qatar gəzintisindən ibarətdir.
Məzəli sima (film, 1957)
"Məzəli sima" (ing. Funny Face) — rejissor Stenli Donenin filmi. == Məzmun == "Quality" qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir, lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir.
Kohima
Kohima — Hindistanda şəhər. Naqalend ştatının mərkəzidir. Əhalisi 80 000 nəfərə yaxındır. XIX əsrdə salınmışdır.
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır: S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir. Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər: S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir == İstinadlar == == Ədəbiyyat == Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Salima
Salima — Malavinin üç bölgəsindən biri olan Mərkəz bölgəsi mərkəzi şəhəri.
Sapma
Sarma
Sahilboyu sıra dağlardan Baykal gölünün üzərinə əsən güclü, bora tipli küləkdir. Sürəti 40 m/san -ə çatır. Ən çox oktyabr - dekabrda təkrar olunur.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. == İstifadəsi == Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ). σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Səida
Səida (ərəb. سعيدة‎)‎ — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Atlas dağlarının yüksəkliklərində, dəniz səviyyəsindən 868 metr yüksəklikdə yerləşir. Səida ölkənin paytaxtı Əlcəzairdən təxminən 335 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 128,413 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Şəhərdən 3 kilometr şimalda eyni adlı kiçik bir hava limanı yerləşir. Digər şəhər mərkəzləri ilə dəmir yolu və avtomobil yolu ilə də bağlıdır. == İqtisadiyyat == Səidə əhəmiyyətli regional kənd təsərrüfatı mərkəzidir. Şəhərin yaxınlığında buğda, zeytun, üzüm və esparto becərilir. Heyvandarlıq inkişaf etdirilmişdir.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Şimla
Şimla (hind. शिमला, ing. Shimla) — Hindistanın Himaçhal Pradeş vilayətinin paytaxtıdır. Şəhərin əhalisi 2011 il hesablanmasına əsasən 814,010 dur. Şəhər Birləşmiş Krallıq dövründə yay paytaxtıydı. == Tarix == == Din == == Şimlada təhsil almış tanınmışlar == Məhəmməd Ziyaülhaqq - Keçmiş Pakistan prezitendi. Hamid Kərzai - Əfqanıstan prezitendi.
Ahimsa
Ahimsa (sanskr. अहिंसा, pali avihiṃsā) — qədim hind davranış və fəaliyyət prinsipi olub, burada ilk tələb zərər verməmək, zorakılıq etməməkdir. Hinduizm, buddizm və caynizmdə əsas fəzilətdir. Bu söz sanskritcə hiṃs kökündən gəlir - “döymək”; hiṃsa - “zərər vermək”, “məhv etmək”. A prefiksi onun inkarıdır, yəni “zərər verməmək” . Ahimsa, onu yaradan insanlara qarşı deyil, pisliyin özünə (nifrət, əzab) qarşı yönəlmiş, dünyada pisliyin, şərin azalmasına səbəb olan davranış kimi müəyyən edilir. Ahimsa əməl, söz və düşüncə ilə bütün canlılara (insanlara, heyvanlara; caynizmdə bitkilərə də qulluq etmək) zərər verməkdən (öldürməkdən, zorakılıqdan) imtina etməkdən ibarətdir Ahimsa prinsipi e.ə. I minilliyin ortalarından başlayaraq hind dini fikrində xüsusi əhəmiyyət kəsb etmişdir. Bu yeni istiqamətlərin nümayəndələri: Ajivika, sonra caynizm və buddizm, heyvanların kəsilməsi ilə ritual qurbanların vedik praktikasına qarşı çıxmışdırlar. Eramızdan əvvəl III əsrə qədər ahimsa anlayışı hind mədəniyyətində o qədər mərkəzi yer tutur ki, kral Aşoka bütün inancları birləşdirmək cəhdində qayaüstü fərmanlarının ilk ikisini ona həsr etmişdir.
ARB Şimal
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Boreogadus saida
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.