Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağbuğa
Kaluqa
Kaluqa - müasir Rusiyada şəhər, eyniadlı vilayət mərkəzi. Kaluqa Oka çayının dik sahilində salınmışdır. Kaluqa sözünü müəyyən mənada qala mənasını verən kaluqa "qala qapısı" mənası ilə bağlayırlar. Kaluqa sözü türk-monqol mənşəlidir; xalqa~kalqa~kalqan~kaluqan~kaluqa "darvaza, alaqapı", "giriş-çıxış qapısı" (zastava) deməkdir. Görünür, bu yerdə keçmişdə tatar zastavası "giriş-çıxış qapısı" yerləşirdi Bununla yanaşı kalqa, kaluqa əski türkcə vəliəhd, monqol-tatarlarda titul, şahın (xanın) böyük oğluna verilən "kalqa" titulu ilə bağlı da ola bilməsi ehtimalını da nəzərə almaq lazımdır. Məşhur türk əsilli soylardan olan rus familiyası Kaluginlər zadəgan nəsli bu torpaqla bağlı ailə olmuşdur. Hələ inqilaba qədər bu ailənin Kaluqada mülk torpaqları var idi. Hazırda Kaluqa Rusiyanın ən iri müasir sənaye mərkəzidir. == Tarixi == IX əsrə aid (859-cu il) sənədlərdən xəzərlərin burada hakim olduqları məlumdur. 1117-ci ildə isə Vladimir Monomaxın Kaluqaya hərbi yürüşü göstərilir.
Laquna
Raquza
Raquza(it. Ragusa, sic. Rausa) — İtaliyada Siciliya regionunun eyni adlı əyalətində inzibati mərkəz, şəhər. Cənubi İtaliyanın ən dinamik şəhərlərindən sayılan Raquza özünə məxsus tarixi, mədəniyyət və memarlığı ilə seçilir. 2002 ci ildən Siciliyanın digər yeddi şəhəri kimi Raquza da Siciliya barokkosu memarlığına görə UNESCO-nun ümumdünya irsinə aid edilmişdir. Raquza şəhəri 11 yanvar 1693 cü ildə baş verən dəhşətli zəlzələdən sonra tamamilə dağılmış, əhalisinin yarısı tələf olmuşdur. Şəhər yenidən o dövr üçün yüni bir çərəyan kimi yaranmış Siciliya barokkosu üslubunda tikilmişdir.
Tacura
Tacura—bəzən Tacora, Aralıq dənizi sahilində, Tripolidən 14 kilometr (8.7 mil) şərqdə şəhər. 2001-2007-ci illərdə Tacura Tacura wa Arba rayonun inzibati mərkəzi idi.. Tacura Tripolinin ən çox anti-Qəddafi bölgəsi olduğu bilinir və şəhər Liviya inqilabında yüksək itki vermişdi və məşhur bir adamın Tacura haqqında söylədiyi bir cümlə qalmışdı (Tacura Öməri görmədivə görmək istəmədi).
Taenqa
Taenqa (fr. Taenga) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 670 km şimal-şərqdə yerləşir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir. İnzibati baxımından Makemo kommunasına daxildir. Taenqa ilk dəfə 1803-ci ildə ingilis dənizçisi Con Bayer tərəfindən kəşf edilir. Adanın tarixi adı - Holm. Birinci Rus Antarktika ekspedisiyası zamanı ada Yermolov atolu adlandırılır.
Tanaqa
Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır.
Tanuja
Tanuja Samart (23 sentyabr 1943, Bombey, Britaniya Hindistanı), Tanuja kimi tanınan – hind kinoaktrisasıdır. 23 sentyabr 1943–cü ildə Hindistanda aktrisa Şobna Samart və prodüser Kumarsen Samartın ailəsində dünyaya gəlmişdir. Aktyor Şomu Mukerci ilə evli olmuşdur. Cütlüyün iki qız övladı dünyaya gəlmişdir. Böyük qızı məşhur hind aktrisası Kacol, kiçik qızı aktrisa Tanişadır. Memdidi (1961), Chand Aur Suraj (1965), Baharen Phir Bhi Aayengi (1966), Jewel Thief (1967), Nai Roshni (1967), Jeene Ki Raah (1969), Haathi Mere Saathi (1971), Anubhav (1971), Mere Jeevan Saathi (1972) və Do Chor (1972) filmlərindəki rolları ilə tanınmışdır.
Daruğa
Daruğa (başq. даруга, tatar. даруга/daruğa; monq. daru- – "basmaq", "möhürləmək") — Monqol imperiyasında ərazi vahidi. Bir daruğa daruğaçı tərəfindən idarə olunurdu. Sonralar bu termin vilayət üçün, əsas da XV–XVI əsrlərdə Kazan və Sibir xanlıqlarında istifadə edilmişdir. XVI–XVIII əsrlərdə Rusiya imperiyasının türklər yaşayan bölgələrində istifadə edilmişdir. Səfəvi İranında bu, prefekt mənasını verən bir titul olmuşdu. Çoxsaylı Səfəvi daruğalarından biri Səfiquli xan idi. 1762-ci ildə başqırd xalqı Kazan, Noqay, Osin Daruğa və Sibir daruğalarına nəzarət edirdi.
Ajuga
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Raqqa
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Tamğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Tasua
Tasua(doqquzuncu gün)-İslami təqviminin ilk ayı olan Məhərrəmin 9-cu günü. Bu gün çünki İmam Hüseyn (s.ə) ordusunun böyük Generalı kimi qəhrəmanlıq edən Abbas ibn Əliyə həsr olunmuş.Abbas şiə mədəniyyətində qeyrət, cəngavərlik və sədaqət göstərən şəxsiyyətinin simvoludur. Litvak, Meir (1998). Shi'i Scholars of Nineteenth-Century Iraq: The Ulama of Najaf and Karbala. Cambridge University Press. ISBN 0-521-89296-1 al Musawi, Muhsin (2006). Reading Iraq: Culture and Power and Conflict. I.B.Tauris. ISBN 1-84511-070-6 al Mufid, al-Shaykh Muhammad (Dec 1982(1st ed.)). Kitab Al-Irshad.
Tayqa
Tayqa (c.alt. tayγa, rus. тайга) — Yerin təbii zonası. Avrasiya və Şimali Amerikanın şimalında yayılmış iynəyarpaqlı meşə zolağıdır. Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür. Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir. Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Tsuga
Tsuqa (lat. Tsuga) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.
Tsuqa
Tsuqa (lat. Tsuga) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.
II Ağbuğa
II Ağbuğa (1407 – 1451) — Mesxetiyanın 9-cu atabəyi idi. 1446-cı ildə IV Vaxtanqa Cahanşah qarşısında yardım etmiş, onun ölümündən sonra isə atasının başladığı üsyançı siyasəti davam etdirmiş. Yenicə gürcü taxtına çıxmış olan VIII Georgiyə qarşı mübarizəyə başlamışdı. Hətta öz müstəqil kilsəsini qurmuşdu. 1451-ci ildə yerinə onun siyasətini davam etdirən II Kvarkvare gəldi.
I Ağbuğa
I Ağbuğa — Əmir Teymurun Gürcüstana yürüşü zamanı yaranan xaos vaxtı hakimiyyətə gəlmişdi. Babası II Bekanın qanunlarına öz qanunlarını da əlavə etmişdi. 1394-cü ildə Əmir Teymurun ordusuna qarşı vuruşmuş, sonrakı il ölmüşdü.
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid baliq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlsra hətta 50 metr suyun dərinliyində belə rastlamaq mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. == Təsviri == Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Kaluqa vilayəti
Kaluqa vilayəti (rus. Калужская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Kaluqa ərazisi Rusiyanın Avropa hissəsinin mərkəzində yerləşdirilmişdir. XIV əsrdə Kaluqa torpaqlarının hissəsi Moskva hakimiyyəti altında idi. 1796-dan 1929-cu ilə qədər Kaluqa quberniyası Rusiya İmperiyası və RSFSR tərkibində sərbəst inzibati ərazi vahidi idi. Kaluqa ərazisi 1944-cü ildə yaradılmışdır. Moskvayla həmsərhəddir, Moskva, Tula, Bryansk, Smolensk, Orlov əraziləri. Sahə — 29 777 км². Əhali — alınların 1 010 486 [1-i]. (2015), əhali sıxlığı 33,94 Adam./км² (2015), şəhər əhalisinin xüsusi çəkisi: 76,2 [5] 2014).
Maqura mağarası
Maqura — Bolqarıstannın Vidin vilayəti ərazisində, Rabışa kəndi yaxınlığında, Vidin şəhərinin ərazi vahidliyində yerləşir. == Tarixi == Mağara hələ qədim zamanlardan məşhur olmuşdur. Belə ki, Roma imperiyası dövründə və orta əsrlərdə mağara tətqiq olunmuşdur. == Xüsusiyyətləri == Mağaranın ümumi uzunluğu 3 kilometrə yaxındır. Mağara uzun və geniş dəhlizlərə sahibdir. Dəhlizlərlə sona qədər getmək məqsədilə insana 5 saat lazım gəlir. Maqura özünün stalaktit, stalaqmit və stalaqnatları ilə məşhurdur. Ən böyük stalaqnat (və ya stalaqnot) 20 m hündürlük və 4 m enə malikdir. Ən böyük stalaqmit isə 11 m uzunluq və 6 m diamtrə malikdir. İl boyu mağarada temperatur sabit olaraq qalır.
Mequmu Tamura
Mequmu Tamura (d. 10 yanvar 1927) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Mitsuhisa Taquçi
Mitsuhisa Taquçi (d. 14 fevral 1955) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 59 oyun keçirib.