Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Caharqala (Takab)
Caharqala (fars. چهارقلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (20 ailə).
Daşbulaq (Takab)
Daşbulaq (fars. داشبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 415 nəfər yaşayır (83 ailə).
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Həsənabad (Takab)
Həsənabad (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.467 nəfər yaşayır (266 ailə).
Kərimabad (Takab)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 82 nəfər yaşsyır (18 ailə).
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 392 nəfər yaşsyır (77 ailə).
Orsolya Takaç
Orsolya Takaç (20 may 1985, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Daha sonra Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Pəhləvan (Takab)
Pəhləvan (fars. پهلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır.
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 172 nəfər yaşsyır (36 ailə).
Sakat (Bakalı)
Sakat (başq. Саҡат, rus. Сакатово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Qamışlıtamak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı):23 km, kənd sovetliyindən (Qamışlıtamak) 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 56 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (40%), başqırdlar (57) üstünlük təşkil edir.
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (30 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (28 ailə).
Takab şəhristanı
Təkab şəhristanı (fars. شهرستان تکاب‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Təkab (Tikantəpə) şəhəridir. Şəhristanın ərazisi 2,523 km²-dir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 17 618 ailədə 81 395 nəfər (kişilər - 40 161 nəfər, qadınlar - 41 234 nəfər) olmuşdur. Təkab şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər yaşayırlar.Bölgədə yaşayan azərbaycanlılar, Azərbaycan dilində (əfşar şivəsində), kürdlər isə soran ləhcələsində danışırlar. Mərkəzi bəxşi İnzibati mərkəzi: Təkab (Tikantəpə) DEHİSTANLARI: Əfşar dehistanı KƏNDLƏRİ: Badarlı (Padarlı), Badxərid / Vixer, Çahartağ, Çiçəkli, Feyzabad, Qalacıq, Qaraqaya, Qocur, Sarıcalı, Oğulbəy, Yolqunağac Ənsar dehistanı KƏNDLƏRİ: Ağqala, Ərəbşah, Asmanbulağı, Ayqalası, Durbaş, Gəzdərə, Hacıbabay-i Ülya, Hacıbabay-i Süfla, Hacıbabay-i Vusta, Kotan-i Ülya, Qırxlı, Sabil, Tamay, Taşəkabud / Taşkabud Kərəftu dehistanı KƏNDLƏRİ: Əliabad-i Noxuddərə, Ağabəy, Badmahmud, Boluz (Bolus), Çaharqala, Çəpdərə, Dərvişrəş, Daşbulaq, Noxuddərə, Pəhləvan, Qarababa, Güldərə-i Ülya, Güldərə-i Süfla, Qoca, Sarıbağ, Sarıqurğan, Təpəbur, Taskənd, Tondarlı (Dondarlı), Yəhərli Təxt-i Süleyman bəxşi Şəhərləri yoxdur DEHİSTANLARI: Əhmədabad dehistanı KƏNDLƏRİ: Əhmədabad-i Ülya, Əhmədabad-i Süfla, Alçalı-i Ülya, Alçalı-i Süfla, Əminabad, Anqurud / Ənqurud, Ağotaq, Ağdərə-i Ülya, Ağdərə-i Süfla, Ağdərə-i Vusta, Ərəbşah, Arpaçayı, Çıraqtəpə-i Ülya, Çıraqtəpə-i Süfla, Güləgülə, Həsənabad, Cidaqaya, Qaynarca, Şirmərd, Yarəziz, Yengikənd, Zərəşoran, Zinharkəndi / Zinhar Çəmən dehistanı KƏNDLƏRİ: Ağbulaq-i Həmədani, Ağbulaq-i Ülya (yerli əhalinin dilindəki əsl adı Baş Ağbulaq), Babanəzər, Birincə, Günbəd, Gögərdçi (Göyərdici / Göyərçin (?)), Hampa, Üçhisar, Qarabulaq, Qaranaz, Qarovulxana, Qızılqışlaq, Qoşabulaq, Quşxana-i Ülya, Təzəkənd-i Nüsrətabad, Tumarkəndi Sarıq dehistanı KƏNDLƏRİ: Alasaqqal, Başbarat, Çöplü, Daş Qızqapan, Doldolbulağı, Göyağac, Kərimabad, Xarxar, Kusəpiri, Mayinbulaq, Nəbikəndi, Qaraömər, Tərməkçi Balqız dağı (və ya Bilqeys - Balqız dağının farslaşdırılmış adıdır) - türk eli arasında ona Haça dağ da deyirlər, səbəbi iki qoşa zirvəsinin olmasıdır, hündürlüyü 3350 metr. Bu dağın iki zirvəsinin başı ilin bütün fəsilləri boyu qarlı olur. Yay aylarında qar nisbətən azca əriyir və tarixən bu qar sularının əmələ gətirdiyi və bu iki zirvə arasında yerləşən möhtəşəm mənzərəyə sahib gölə tökülür. Divzindanı dağı (və ya Zindan dağı) - 120 metr hündürlüyə sahib olan içi boş dağ olan təbii komleks, ağzının eni 50 metrdir.
Takao Nişiyama
Takao Nişiyama (d. 7 yanvar 1942) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Takao dağı
Takao dağı (高尾山, Такао-сан) — Yaponiya ərazisində yerləşən dağdır. Meydzi-no-Moru kvazi-milli parkının ərazisində yerləşmişdir. Xatiodzi şəhərində, Fuci dağı ətrafında, Tokiodan 50 kilometr məsafədə yerləşmişdir. Dəniv səviyyəsindən 599 m (1 965 fut) hündürlükdə yerləşmişdir. Takao-san dağı subtropik iqlim zonası ilə mülayim iqlim zonasının sərhədində yerləşmişdir. paytaxt Tokiodakı dağın yaxınlığında olmasına baxmayaraq, Takao dağı vəhşi təbiətə malikdir. Dağ sıx meşələrlə örtülmüşdür, onun yamaclarında bitkilərin 1 200-dən çox növü bitir. Yalnız qıjıların 140 növünə burada rast gəlmək olar. Burada heyvanların və həşəratların böyük müxtəlifliyini görə bilərsiniz. Qabanlar və meymunlar üstünlük təşkil edir.
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Talat Tunçalp
Talat Tunçalp (1 oktyabr 1915 — 2 yanvar 2017) — Türkiyəli keçmiş peşəkar velosiped yarışçısı. Tunçalp 1910-cu illərin ortalarında Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Lakin bəzi mənbələrdə onun doğum ili fərqli olaraq, 1915, 1917 və 1919 kimi qeyd olunur. O, bir müddətdən sonra velosiped aldı və 1932-ci ildə özünün ilk sprint yarışlarında qələbə qazandı. 1933-cü ildən 1949-cu ilə qədər Tunçalp 16 dəfə yol yürüşü yarışlarında və 15 dəfə sprint yarışlarında Türkiyə Milli Çempionu olmuşdur. O, Berlində keçirilən 1936 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O, fərdi yol yürüşü yarışında səkkizinci yeri tutdu. Komanda yarışında onun komandası medallar uğrunda mübarizə apara bilmədi. Tunçalp 1948 Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Lakin fərdi yol yürüşü yarışını sona qədər başa vura bilmədi.
Tanat (mifologiya)
Tanat (Yunanca: θάνατος, ölüm) Yunan mifologiyasında ölüm tanrısı. Niksin oğlu, Hipnosun əkiz qardaşı, Hommerin "İliada" poemasında dünyanın sonunda, səhər və axşamın bir-birilə görüşdüyü və Atlantın göyü saxladığı yerdə yaşadığı göstərilir. Tanat dəmir ürəkli olub, tanrılara qarşı kinlidir. Tanat adətən əlində sönmüş məşəl tutmuş qanadlı gənc oğlan simasında təsvir edilir.
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Yarəziz (Takab)
Yarəziz (fars. يارعزيز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Yarəziz yaşayış məntəqəsi 1979-cu ilinin ortalarında Sənəndəcdən buraya hücuma keçən radikal Kürd terrorçuları tərəfindən bir xeyli xəsarətlər almışdır. Kənd 1980-ci illərdə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları tərəfindən etnik təmizləmə məqsədilə yandırılaraq; dinc əhali atəşə tutulmuşdur. Vaxtilə miliyyətçi Kürd terrorçuları tərəfindən bölgədə məqsədyönlü biçimdə yaradılmış təhlükələrə baxmayaraq; kəndin türk kökənli əhalisi müqavimət göstərərək yurdlarını qoruya bilmişlər. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (61 ailə).