Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Aşağı Tala
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir. Kəndin ərazisi 3.327 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir. == Mədəniyyəti == Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.
Tala (Qaraqoyunlu)
Talakənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Tala formasında qeyd edilir. Toponim «meşədə ağacsız çılpaq yer, sahə, açıqlıq» mənasında işlənən tala sözü ilə «yaşayış məntəqəsi»; mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmiş „ dir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ketahovit qoyulmuşdur. Tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində yer.
Tala (meşə)
Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Əsasən insan fəaliyyəti nəticəsində əmələ gəlir. Relyefdən, dəniz səviyyəsinin yüksəkliyindən, məhəllin cəhətlərindən asılı olaraq talada ya çəmən, yaxud da bozqır (çöl) bitkiləri üstünlük təşkil edir. Talalarda bəzən kənd təsərrüfatı bitkiləri əkilir. Taladan biçənək kimi də istifadə olunur. Kiçik Qafqazın dağ meşələrində, əsasən az meyilli yamaclarda çox rast gəlinir.
Yuxarı Tala
Yuxarı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənddə tikintisi 1910-cu ildə başa çatdırılımış Cümə məscidi var. Məscidin tikintisinin fikir müəllifi və tikintiyə rəhbərlik edən şəxs Şeyx Əhməd Əfəndi Talalı olmuşdur. Məscidin dam örtüyü xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən talalılara hədiyyə edilmişdir [mənbə göstərin] Əhalisi 7386 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Üçüncü Tala
Üçüncü Tala (əvvəlki adı:Dombabinə) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Üçüncü Tala kənd inzibati-ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Dombabinə kənd inzibati-ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılmış və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Kənddə Dombabinə kənd məscidi dini icması fəaliyyət göstərir.
Tula Rud-e Bala (Talış)
Tula Rud-e Bala (fars. طولارودبالا‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,039 nəfər yaşayır (476 ailə).
Kala
Kala (gül) — gül növlərindən biri
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Talay
Talca
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Talk
Talk Mg3 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Villemseit – Ni - talk (Ni : Mg > 2:1); kalsiumlu talk (11,8 %-dək Ca); steatit – mineralın sıx kütlələri və b. Rəng – yaşılımtıl, sarımtıl, bozumtul çalarlı ağ, alma kimi açıq-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, şüşə, ayrılma səthlərində sədəfi; sıx aqreqatlarda tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik vərəqləri isə şəffafdır; Sıxlıq – 2,7-2,8; Sərtlik – 1; Əllə toxunduqda yağlıdır; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – istiliyi və elektriki pis keçirir; Oda- və turşuyadavamlıdır; Morfologiya – kristallar: nadir rast gələn lövhəvari; Mineral aqreqatları: vərəqvari, pulcuqlu, sıx, gizlikristallik. Əsasən maqneziumla zəngin hiperbazitlərin hidrotermal dəyişilməsi zamanı əmələ gəlir və olivin və Mg - piroksenlərin hesabına kristallaşır. Talk şistlərinin və listvenitlərin süxur əmələgətirən mineralıdır. Talk habelə karbonat süxurlarının termal metamorfizmi və kontakt - metasomatik dəyişilməsi nəticəsində təzahür edir. Mineralın autigen əmələgəlmələri də məlumdur. Birlikdə rast gəldiyi minerallar: dolomit, piroksenlər, amfibollar, xloritlər və b. Mineralın tapıldığı yerlər: Şabrov (Rusiya); Göpfersqrün, Lobsdorf (Almaniya); Qrodzişe (Polşa); Providens (ABŞ) və b.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Talsa
Talsa (ing. Tulsa) - ABŞ-nin Oklahoma ştatında yerləşən şəhərdir. Tulsa'nın indi mövcud olduğu ərazi, Lochapoka tərəfindən ilk rəsmi olaraq məskunlaşmadan əvvəl, Kiikaapoi (Kickapoo), Wahzhazhe Ma zha (Osage), Muscogee (Creek) və Caddo tayfaları ölkəsində Hindu ərazisi sayılır. 1836-cı ildə Creek tayfaları. İndiki Cheyenne prospekti ilə 18-ci küçənin kəsişməsində Creek Council Oak Tree altında kiçik bir qəsəbə qurdular. Bu sahə və bu ağac, Baş Tukabahchi və onun kiçik qrupuna, Tallassee, Alabama bölgəsindəki çayın əyilməsini və əvvəlki Creek Council Meşə Ağacının sağ qalanlarını gözyaşlarının izi ilə xatırlatdı. Yeni yaşayış məntəqələrinə Tallasi adını verdilər, bu da Creek dilində "köhnə şəhər" deməkdir və sonradan "Tulsa" oldu. Tulsa ətrafı, ABŞ-nin cənubundan Oklahomaya köçürülən "Beş Sivil Qəbilə" nin üzvləri tərəfindən də yerləşdi. Müasir Tulsa -nın əksəriyyəti, hissələri Cherokee və Osage Nations -da yerləşən Creek Nation -da yerləşir. Vətəndaş Müharibəsi dövründə Oklahoma hələ bir əyalət olmasa da, Tulsa bölgəsi döyüşdən öz payını aldı.
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Tela
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Tula
Tula — Rusiya Federasiyasında yerləşən şəhər Tula vilayətinə daxildir. Şəhər "Qəhrəman şəhər" (1976-cı ildən) statusuna malikdir. Tula, Orta Rus Dağının şimalında, Upa çayının sahilində, Moskvadan 193 km cənubda yerləşir. Şimaldan cənuba şəhərin uzunluğu 30 km, qərbdən şərqə 25 km. 2014-cü ildə "Rusiyada ən rahat şəhər (kənd) qəsəbəsi" adı uğrunda keçirilən Ümumrusiya müsabiqəsinin nəticələrinə görə Tula "Rusiya Federasiyasının subyektlərinin inzibati mərkəzləri (paytaxtları) olan şəhər yerləri (şəhər rayonları)" kateqoriyasında üçüncü yeri tutdu. Tula ilk dəfə 1146-cı ildə 16-cı əsrin Nikon Salnaməsində xatırlandı. Tula ərazisində 300-dən çox mədəni irs obyekti var: bunlar memarlıq və şəhərsalma, tarix, monumental sənət əsərləri, arxeologiya abidələridir. Tula, şəhərin tarixinə kök salmış üç istiqamətdə məşhurdur: silah anbarı, samovar və zəncəfil çörəyi. Hər biri şəhərdə Rusiyanın ən böyüklərindən biri olan Silahlar Muzeyi, Samovarlar Muzeyi və Tula Gingerbread Muzeyi ilə təmsil olunur. Həm də şəhərin əlamətdar xüsusiyyəti, şəhərin ən qədim binası, XVI əsrin memarlıq abidəsi olan Tula Kremlidir.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Tyla
Tyla (azərb. Tayla‎; 30 yanvar 2002, Edenveyl[d], Qautenq vilayəti) — CAR-dan olan müğənni-mahnı yazarı. Amapiano janrındakı mahnılarına görə tanınır. O, Yohannesburqda böyümüş, 2019-cu ildə yayımladığı debüt sinqlı "Getting Late" (feat. Kooldrink)-nin uğurundan sonra Epic Records-dan müqavilə təklifi almışdır. 2023-cü ildə çıxardığı sinqlı "Water" CAR, Birləşmiş Krallıq və ABŞ hit-paradlarında ilk onluğa daxil olub. Sözügedən mahnısı 2024-cü ildə ona "Afrikalı musiqiçi tərəfindən ən yaxşı musiqi performansı" kateqoriyası üzrə "Qremmi" mükafatı qazandırıb. Bu mahnı onun 2024-cü ildə çıxardığı öz adını daşıyan debüt studiya albomunda da yer alıb. "Tyla" rəğbətlə qarşılanmış və kommersiya baxımından müsbət nəticə göstərmişdir. Albom ABŞ da daxil olmaqla bir sıra ölkələrin albom hit-paradlarına düşüb.
«Кара-коюнлу» (ковёр)