TALK

is. [ ər. ] Adətən toz halında təbabətdə və tibdə işlədilən ağ və ya göy rəngli yumşaq mineral.
TALİBƏ
TALMUD
OBASTAN VİKİ
Google Talk
Google Talk — həm mətn, həm də səsli rabitəni təmin edən ani mesajlaşma xidməti. Bu ani mesajlaşma xidməti istifadəçilər arasında "Gchat", "Gtalk" və ya "Gmessage" kimi müxtəlif şəkillərdə adlandırılırdı. "Google Talk" həm də əvvəllər "Google" tərəfindən xidmətdən istifadə etmək üçün təklif edilən müştəri proqramlarının adı idi. "Google Talk" proqramları "Microsoft Windows", "Android", "BlackBerry OS", "BlackBerry 10" və "ChromeOS" əməliyyat sistemləri üçün mövcud idi. "Google Talk" mobil veb proqramı da əvvəllər mövcud idi. 2015-ci ilin fevral ayında "Windows" müştərisinin fəaliyyəti dayandırılmış, "Google" istifadəçilərə bunun əvəzinə "Google Hangouts"dan istifadə etməyi tövsiyə etmişdir. "Windows" müştərisinin istifadəçilərinə "Chrome" brauzer platformasında "Google Hangouts" tətbiqinə keçmək məsləhət görülmüşdür. == Xüsusiyyətləri == === Səs və video === "Google Talk" istifadə edərək "Gmail" daxilində telefon zəngləri etmək və qəbul etmək mümkün idi. Zəngləri qəbul etmək üçün istifadəçi tam "Google Voice" hesabını güncəlləməli idi. Əvvəlcə ABŞ-dən kənarda olan istifadəçilər tam "Google Voice" hesabını güncəlləyə və ya "Gmail"də telefon zənglərini qəbul edə bilmirdilər.
Talk
Talk Mg3 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Villemseit – Ni - talk (Ni : Mg > 2:1); kalsiumlu talk (11,8 %-dək Ca); steatit – mineralın sıx kütlələri və b. == Xassələr == Rəng – yaşılımtıl, sarımtıl, bozumtul çalarlı ağ, alma kimi açıq-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, şüşə, ayrılma səthlərində sədəfi; sıx aqreqatlarda tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik vərəqləri isə şəffafdır; Sıxlıq – 2,7-2,8; Sərtlik – 1; Əllə toxunduqda yağlıdır; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – istiliyi və elektriki pis keçirir; Oda- və turşuyadavamlıdır; Morfologiya – kristallar: nadir rast gələn lövhəvari; Mineral aqreqatları: vərəqvari, pulcuqlu, sıx, gizlikristallik. == Mənşəyi və yayılması == Əsasən maqneziumla zəngin hiperbazitlərin hidrotermal dəyişilməsi zamanı əmələ gəlir və olivin və Mg - piroksenlərin hesabına kristallaşır. Talk şistlərinin və listvenitlərin süxur əmələgətirən mineralıdır. Talk habelə karbonat süxurlarının termal metamorfizmi və kontakt - metasomatik dəyişilməsi nəticəsində təzahür edir. Mineralın autigen əmələgəlmələri də məlumdur. Birlikdə rast gəldiyi minerallar: dolomit, piroksenlər, amfibollar, xloritlər və b. Mineralın tapıldığı yerlər: Şabrov (Rusiya); Göpfersqrün, Lobsdorf (Almaniya); Qrodzişe (Polşa); Providens (ABŞ) və b.
Let's Talk About Love (albom)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
Let’s Talk About Love (Modern Talking albomu)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
Rica Talk Hotel
Rica Talk Hotel — İsveçin Stokholm Bələdiyyəsinin Alvsyö şəhərindəki Stokholm Beynəlxalq Yarmarkasında yerləşən göydələn və oteldir. Otelin hündürlüyü 72 metrdir. Otel 19 mərtəbədən və 248 otaqdan ibarətdir. Bina Rosenbergs Arkitekter tərəfindən inşa edilmişdir və 2006-cı ilin mayın 23-də açılışı olmuşdur.
The Daily Talk
The Daily Talk — ingilis dilində çıxan divar qəzeti. Gündəlik olaraq Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında (ing. Tubman Boulevard) qara lövhə üzərində təbaşir ilə yazılır. New York Times qəzetinin verdiyi məlumata görə bu, Monroviyada "ən oxunan resursdur", çünki şəhər sakinlərinin əksəriyyətinin adi qəzet almağa sadəcə pulları yoxdur.. Qəzetin əsasını qoyan və redaksiya heyətinin yeganə üzvü Alfred C. Sörlifdir. O, qəzetin əsasını 2000-ci ildə qoymuşdur. Sörlif inanırdı ki, əhalinin geniş maarifləndirilməsi dağıdıcı vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmağa və sülh üçün yeni zəmin yaratmağa imkan verəcəkdir.. Hər gün o, adi qəzetlərdə dərc olunmuş məlumatlar və könüllü müxbirlərin məlumatları əsasında qəzeti üçün material toplayır. Daily Talk qəzetinin oxunması pulsuzdur, amma redaktor mütəmadi olaraq nağd və ya mobil danışıq kartarı formasında ianələr alır. Qəzetin yanında rəy və təkliflər üçün qutu qoyulmuşdur.
Talk (proqram təminatı)
talk — "Unix" mətn söhbət proqramı. Əvvəlcə yalnız çox istifadəçili bir kompüterə daxil olan istifadəçilər arasında mesajlaşmaya icazə verirdi, lakin sonradan digər sistemlərdəki istifadəçilərlə söhbətə imkan vermək üçün genişləndirilmişdir. Artıq IRC və digər müasir sistemlərlə əvəz olunsa da, indiki dövrdə də "Linux", BSD sistemləri və "macOS" daxil olmaqla "Unix" bənzəri sistemlərin əksəriyyətinə daxil edilir. == Tarixi == Oxşar qurğular "Multics", CTSS, PLATO və NLS kimi əvvəlki sistemlərdə mövcud idi. 1983-cü ildə "talk" yeni versiyası 4.2BSD ilə "Unix" əmri kimi təqdim edildi və eyni zamanda müxtəlif maşınlarda istifadəçilər arasında elektron söhbətləri yerləşdirəcəkdi. "talk"ın davamı "ntalk," Britt Yennin "ytalk" və Rocer Espel Llimanın "utalk" proqramlarıdır. == Təhlükəsizlik == Danışıq protokolu vasitəsilə səhv məlumat göndərən "flash" adlı məşhur proqram 1990-cı illərin əvvəllərində uğursuz hədəfin terminal çıxışını pozmaq üçün prankerlər tərəfindən tez-tez istifadə olunurdu. O, bunu adətən sorğu göndərən şəxsin adını təqdim etmək üçün nəzərdə tutulmuş sahəyə terminal əmrlərini daxil etməklə həyata keçirmişdir. Zərərçəkən danışıq sorğusunu aldığı zaman sorğunu göndərən şəxsin adı onların ekranında göstərilir. Bu, terminal əmrlərinin yerinə yetirilməsinə səbəb olur və şəxsin ekranı onu sıfırlayana qədər oxunmaz halda olur.
PTT (Push to talk)
PTT (Push to talk) — bir istiqamətdə siqnal göndərmək üçün, ikitərəfli radiointerfeys ilə təmin olunmuş əlaqə növüdür. Bu telefonlarda ratsiya funksiyasını daşıyan şəbəkədir. Danışıq siqnallarını göndərmək və qəbul etmək üçün telefonda lazım olan düyməni sıxmaq lazımdır. Bu isə hamımızın yaxşı tanıdığı radio əlaqə qurğusunu (rus dilində: Рация) xatırladır. == Mobil əlaqədə PTT funksiyası == PTT telefonlar üçün ilk əlaqə standartlarındna biri sayılır. İlk telefon qurğularında operatorla əlaqə saxlamaq üçün istifadəçi PTT düyməsini basılı saxlayırdı. Bundan sonra operator ilə əlaqə yaranırdı və istifadəçidən zəng etmək istədiyi, yəni əlaqə saxlamaq istədiyi nömrə soruşulurdu və bundan sonra nömrələr arasında əlaqə yaradılırdı. Vahid mərkəz ilə əlaqə saxlamaq bu üsulun əsas prinsiöi sayılır. Bundan sonra vahid mərkəz sizi lazım olan nömrəyə yönəldir. Bu zaman iki abonent arasında kanal məşğul vəziyyətdə olur.
Alone (Modern Talking albomu)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
America (Modern Talking albomu)
America (azərb. Amerika‎) - 2001-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Atlantis Is Calling (S.O.S. for Love)(Modern Talking)
Atlantis Is Calling (S.O.S. for Love) (azərb. Atlantis zəng vurur (S.O.S. məhəbbət üçün‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Back For Good (Modern Talking albomu)
Ready for Romance (azərb. Uğur üçün qayıdış‎) - 1998-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Brother Louie '98 (Modern Talking)
Brother Louie '98 (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Brother Louie (Modern Talking)
Brother Louie (azərb. Qardaş Lui‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Cheri, Cheri Lady (Modern Talking)
"Cheri, Cheri Lady" (azərb. Əziz, əziz xanım‎) – Modern Talking qrupunun ikinci albomu Let's Talk About Love albomunun ilk sinqlıdır.Bu mahnı Almaniya hit-paradında 24 həftə 1-ci yeri tutmuşdur.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Don't Take Away My Heart (Modern Talking)
Don't Take Away My Heart (azərb. Götürmə mənim ürəyimi uzağa‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Don't Worry (Modern Talking)
Don't Worry (azərb. Narahat olma‎) – Modern Talking qrupu tərəfindən ifa edilən mahnıdır. 1987ci ildə Romantic Warriors albomundan "Don't Worry" sinqlı yalnız İspaniyada göstərilmişdi. Mahnının 2001-ci Diter Bolenin rəhbərliyi altında polyak diceyi DJ RavL tərəfindən "Stone Sound Records" studiyasında Remiks forması hazırlanmışdır. == Komplizasiyaların siyahısı == 7" Single Hansa 109 436 year 1987 Don't Worry Blinded By Your Love 12" Single Hansa 609 436 year 1987 Don't Worry Romantic Warriors Blinded By Your Love CD Single SRS" Don't Worry 2001 "Don't Worry 2001" (Edgar III Disco Edit) (Diter Bolen) - 3:22 "Don't Worry 2001" (Edgar III Disco Remix) (Diter Bolen) - 6:34 "Don't Worry 2001" (Sea Side vs.
Geronimo's Cadillac (Modern Talking)
Geronimo's Cadillac (azərb. Ceronimo təəssüf edir‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
In 100 Years (Modern Talking)
In 100 Years... (azərb. 100 ildə‎)– Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
In The Garden Of Venus (Modern Talking albomu)
In The Garden Of Venus (azərb. Venera bağında‎) - 1987-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.Bu albom qrupun 6-cı çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Jet Airliner (Modern Talking)
Jet Airliner (azərb. Qırıcı təyyarə‎) – Modern Talking qrupunun beşinci albomu Romantic Warriors albomunun ilk sinqlıdır.
Juliet (Modern Talking)
Juliet (azərb. Culyet‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Last Exit To Brooklyn (Modern Talking)
Last Exit To Brooklyn (azərb. Sonuncu dəfə Bruklinə daxil olmaq‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Locomotion Tango (Modern Talking)
Locomotion Tango (azərb. Lokomotiv Tanqo‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinql. Bu mahnı Danimarka hit-paradında populyar idi.
Lonely Tears In Chinatown (Modern Talking)
Lonely Tears In Chinatown (azərb. Kiçik Çin şəhərində göz yaşları‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ready For The Victory (Modern Talking)
Ready For The Victory (azərb. Qələbə üçün hazır‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.

Значение слова в других словарях