Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dapanci
Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir. == Etimologiya == Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir. == Tarix == Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur.
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Tapança
Tapança — qısa lüləli bir atəşli silahdır. Tapançalar, iş prinsiplərinə və güllə mühafizə hissələrinin şəklinə görə, daraqlı (pistol) və ya toplu (revolver) olaraq adlandırılır və istifadə edilən güllələrin çaplarına görə təsnif edilirlər.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
ASP (tapança)
ASP — Paris Teodor tərəfindən 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər ABŞ məxfi agentləri üçün nəzərdə tutulmuş yığcam tapança. 1960-cı illərdən 1970-ci illərin əvvəllərinə qədər Dizayn Smith & Wesson Model 39 tapançasına əsaslanır. == Tarixi == ASP tapançası ABŞ məxfi agentlərini qəfil çıxarmaq və istifadə etmək üçün əlverişli olan yığcam və güclü tapança ilə təchiz etmək üçün nəzərdə tutulmuşdur. "Smith & Wesson Model 39" tapançası əsas götürülmüşdü, burada lülə və boltun qısaldıldığı, həmçinin sapın və tətik qoruyucunun forması. 1983-cü ildə "Armament Systems & Procedures" təxminən 250 ASP tapançasından ibarət bir partiya istehsal etmişdi. Bundan sonra silah daha istehsal olunmamışdır.
Cahid Sidqi Tarançı
Cahid Sidqi Tarançı (türk. Cahit Sıtkı Tarancı) — Türkiyə şairi.
Yalançı yalançı
Yalançı yalançı (ing. Liar Liar) — 1997-ci il ABŞ istehsalı komediya filmi. Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdirü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Qazançı
Azərbaycanda Qazançı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Culfa) — Azərbaycan Respublikasının Culfa rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Qazançı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qazançı (Ağbaba) — Ermənistan Respublikasının Ağbaba mahalında kənd. Digər Qazançı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ.
Trapani
Trapani — İtaliyanın Siciliya regionunda şəhər.
Yapıncı
Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə «həllac» (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var. Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirirlərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı.Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər.Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi.
Yalançı Yalançı (film)
Yalançı yalançı (ing. Liar Liar) — 1997-ci il ABŞ istehsalı komediya filmi. Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdirü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Yalançı, yalançı (film, 1997)
Yalançı yalançı (ing. Liar Liar) — 1997-ci il ABŞ istehsalı komediya filmi. Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdirü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Hacı Sabancı
Hacı Sabancı (1935-ci il, Akçakaya, Kayseri – 26 iyul, 1998-ci il) - Türkiyə iş adamı. == Həyatı == Orta məktəbi Adanada bitirib. Əmək fəaliyyətinə ailələrinin Sabancı Grubunda başlayıb. Çukurova Universitetii və Şərqi Aralıq Dənizi Universiteti tərfindən "Fəxri Doktor" adına layiq görülüb. Tükiyə Prezidenti Süleyman Dəmirəl tərəfindən Türkiyə Cumhuriyyyəti Dövlət Yüksək Xidmət Medalı ilə təltif edilib. Balkanların ən Üstün Təşkilatçısı fəxri adına layiq görülüb. 1958-ci ildə Özcan xanımla ailə hayatı qurub. Ömər, Dəmət və Mehmet adında üç oğlu var.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Qapanlı (Tərtər)
Qapanlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. II Qarabağ müharibəsindən əvvəl Qarabağdakı Ermənistan Silahlı Qüvvələri Qapanlı kəndi istiqamətində atəşkəsi tez-tez pozurdu. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qapanlı (Şəmkir)
Qapanlı (əvvəlki adı: Məmmədalılar) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kənd inzibati ərazi vahidinin tərkibindəki Məmmədalılar kəndi Qapanlı kəndi adlandırılmışdır. Kənd əhalisi 3285 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Qapanlı bələdiyyəsi
Qapanlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Qapanlı bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə.
Qazancı (İğdır)
Kadıqışlaq — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. 1919-cu ilin avqustunda ermeni daşnaq qüvvələrinin basqınına uğrayır. O zamanlar kişiləri öldürülən, qadınlarının namusuna toxunulan İğdırın 21 kəndindən biridir. 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. İğdırdan 12 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 608 nəfər azərbaycan türkü yaşayırdı.
Qazançı (Ağbaba)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erməni mənbələrində, Azərbaycan tədqiqatlarında Qayı Qulu Qazançı kimi də qeyd edilir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli bulqar tayfasından biri olan qazan etnoniminə -çı mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gələn qazançı etnonimindən düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qazançı (Ağdam)
Qazançı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qazançı kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Qazançı - Yuxari Qarabağda Xaçin nahiyəsində kənd adı. Mənbədə bu kəndin adı həm də Ongölçəkən adlandırılmışdı. İndi Ağdam rayonunda Qazançı kəndidir. Goranboy, Zəngilan və Culfa rayonlarında Qazançı kənd adları ilə mənşəcə eynidir. Eramızın ilk əsrlərində Cənub-şərqi Avropada bolqar (yaxud bulqar) adlı türk tayfası yaşayırdı. Azov dənizi sahillərində yaşamış bu elin IX əsrdə bir hissəsi Astaruxun başçılığı ilə indiki Bolqarıstanda məskunlaşmış, digər hissəsi isə Volqa boyuna gedərək Volqa-Bulqar dövlətinin (sonrakı Qazan xanlığının) əsasını qoymuşdur. Bulqarların müəyyən hissəsi isə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəlmişdir.