Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. == Tarixi == Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. == Coğrafiyası == Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Bense Talas
Bense Talas (d. 7 iyun 1991; Budapeşt, Macarıstan) — Azərbaycanı təmsil edən Macarıstan əsilli idman gimnastı. == Karyerası == Bense Talas birinci ciddi yarışına 2017-ci ildə qatıldı. Həmin ildə Talas, "FIG Dünya Kuboku" turnirində halqa ilə çıxışları təsnifat mərhələsində 13.066 xal topladı və 19 gimnast sırasında 10-cu yeri tutdu.
Cennifer Tamas
Cennifer Tamas — keçmiş ABŞ voleybolçusu 1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan Cennifer Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerikalı voleybolçu 2009/2010 mövsümünü Puerto-Riko çempionatında keçirib. O, "Llanares of Toa Baja" klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub. 2010-cu ildə Azərreyl Bakı komandasına transfer olub. Son komandası isə daha sonradan bu klubun əsas komandası çevrilən Azəryol olmuşdur. 2013-cü ildə bu klubda karyerasını başa vurmuşdur.
Tadas Duşkinas
Tadas Duşkinas (27 aprel 1994) — Litvalı üzgüçü. Tadas Duşkinas Litvanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tadas Duşkinas birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.10 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Talas (Kayseri)
Talas (türk. Talas) — Kayseri ilinin ilçəsi.
Talas abidələri
Talas abidələri - Qədim türklərə məxsus daş-yazı abidələridir. Talas çayı sahilində yerləşdiyinə görə bu cür adlandırılıb. 1896-cı ildə Övliya-ata (Talas)qəza rəisi V.A.Kallur həmin şəhər haqqında tədqiqat əsəri nəşr etdirir. Bu əsərdə o Akçı kəndinin Şərqində 8 km aralı Ayırtan-oy deyilən yerdə Orxon-Yenisey əlifbası ilə yazılmış bir daşın olduğunu göstərir. Bundan sonra daha bir neçə abidə tapılır. Abidələrin tapılmasında V.A.Kallurdan başqa fin arxeoloqları Q.Heykel, K.Münik və O.Donnerin də böyük rolu olub. Abidələrin ilk nəşri Q.Heykelə məxsusdur. Lakin Q.Heykeldən başqa V.V.Radlov, P.M.Melioranski, Y.Nemet, H.N.Orkun, S.Y.Malov və İ.A.Batmanov da abidələri tədqiq etmişlər. 1932–1933-cü illərdə hələlik yeganə olan Talas Çubuğunun tapılması, oxunması və nəşrində M.Y.Masson və S.Y.Malovun xidmətləri olub. Sonralar bu abidəni H.N.Orkun, C.Cumaqulov (S.Y.Malovun tərcüməsində) da nəşr etmişdir.
Talas döyüşü
Talas döyüşü - 751-ci ildə bu günki Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında 5 gün davam edən döyüşdür. Çin ordusunun məğlubiyyəti ilə nəticələnən döyüş həm Çin, həm də Türk, həm də İslam tarixi baxımından mühüm hadisədir. == Döyüşün səbəbləri == Parçalanan Türkeşlərin Qara Türkeşlər adlanan qrupu 742-ci ildə çinlilərin dəstəyi ilə Tumoçanın komandanlığı altında müstəqilliklərini qoruya bildi. Keş şəhərindəki (indiki Daşkənd) Qara Türkeşlərin sonrakı hökmdarı Bahadur Tudun Çinli komandan Kao Siya Çe tərəfindən 751-ci ildə öldürüldü və bütün mülkü müsadirə edildi. Ardıyca da bütün şəhər çinlilər tərəfindən yağmalandı. Çinli komandanın Bahadur Tudun ilə razılığa gəlməsinə baxmayaraq onu öldürməsindən sonra Bahadur Tudunun oğlu qaçmağı bacardı və ərəblərdən kömək istədi. Bu hadisələrdən bir il əvvəl Əməvi sülaləsi hakimiyyətdən qovulmuşdu və onların yerinə hakimiyyətə Abbasilər gəlmişdi (750). Əbu Həsən 745-ci ildə Əməvilərn Xorasan valisi Nəsr ibn Seyyarı məğlub edərək Xorasandan çıxartmışdı. Türkeş şahzadəsinin kömək istədiyi zaman Xorasanın valisi olan Əbu Oğuz xan digər ərəb sərkərdələri kimi düşünmədi və kömək üçün Ziya ibn Salehi göndərdi. == Döyüş == Talas döyüşündə iştirak edən orduların nə qədər şəxsi heyətdən ibarət olması barədə müxtəlif iddialar mövcuddur.
Talas vilayəti
Talas Vilayəti — Qırğızıstanda vilayət.
Talas çayı
Talas çayı (qaz. Талас, qırğ. Талас) — Qırğızıstan və Qazaxıstan ərazisindən axan çay. Çayın uzunluğu 661 km, hövzəsinin sahəsi 52,700 km²-dir. == Təsviri == Çayın qidalanmasının əsasını buzlaq və qar suları təşkil edir. Qırğızıstanın Talas silsiləsinin buzlaqlarından başlayan Karakol və Üç-Koşoy çaylarının axması nəticəsində formalaşır. Axarı boyunca Talas çayı çoxlu sayda qol qəbul edir: Urmaral, Qara-Buura, Kumuştak, Kalba, Beş-Taş. Aşağı axınlarda çay Muyunqum qumlarında itir. Çayın sol sahilində Qırğızıstanın Talas vilayətinin inzibati mərkəzi Talas, aşağıda isə Qazaxıstanın Cambul vilayətinin inzibati mərkəzi Taraz yerləşir. Çayda Talas, Temirbek, Jiembet və Uyuk su elektrik stansiyaları vardır.
Tamaş Farkaş
Tamaş Farkaş (d. 18 oktyabr 1995) — Serbiyalı üzgüçü. Tamaş Farkaş Serbiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tamaş Farkaş birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:44.5 saniyəlik nəticə ilə 27-ci yeri tutdu və yarışı başa vurdu.
Tamaş Koloşvari
Tamaş Koloşvari (mac. Kolozsvári Tamás, XIV əsr, bilinmir – XV əsr)— XIV əsrin II yarısı XV əsrin əvvəllərində yaşamış macar rəssam. Başlıca əsərləri: "İsanın çarmıxa çəkilməsi", "Diriliş", "Yüksəliş", "Müqəddəs Benedik", "Müqəddəs Egidius" ve "Müqəddəs Nikolas" və s.
Tapan (Bolnisi)
Tapan, Disleli — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Tapan (Daşkəsən)
Tapan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndi Rza Nəbi oğlu Tapan adlı şəxs saldığına görə belə adlanmışdır. Kəndin adı "qoyun saxlamaq üçün ətrafı qamışla, yaxud ağac şaxları ilə hasarlanmış üstü açıq yer, axıl" mənasındadır. Azərbaycan dilinin cənub-qərb dialekt və şivələrində "tapan" "qoyunları saxlamaq üçün qamışdan tikilmiş axıl" mənası daşıyır. Azərbaycanın müxtəlif ərazilərində "tapan" sözü ilə bağlı xeyli mikrotoponim (Qubadlı rayonunun Zilanlı və Yuxarı Mollu kəndləri yaxınlığında Tapan dərəsi, Cəbrayıl rayonunun Şahvəlli kəndində Tapan yeri, Laçın rayonunun Birinci Tığik kəndində Tapanlı dağı və s.) də qeydə alınmışdır. Gürcüstan Respublikasının Marneuli rayonununda da Tapan dərəsi mövcuddur. == Tarixi == Kəndin digər yerli adı Arazbarıdır. Yerli məlumata görə, kənd XIX əsrdə Qazax mahalından gəlmiş Rza Nəbi oğlu Tapan adlı şəxs tərəfindən köhnə yurd yerində salınmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, Qalaca dağının ətəyində yerləşir.
Taras Dutko
Taras Dutko (tam adı: Тарас Романович Дутко; d.
Taras Kuzyo
Taras Kuzyo (ing. Taras Kuzio) — Birləşmiş Krallıq akademiki və eksperti. O, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə ixtisaslaşmışdır. Kuzyo 2010-cu ildə Krımın Rusiya tərəfindən ilhaq ediləcəyini proqnozlaşdırmışdır. Onun Birləşmiş Krallıq vətəndaşlığı var, lakin Kanadanın paytaxtı Toronto şəhərində yaşayır. == Təhsili == Taras Kuzyo Sasseks Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi, London Universitetində svetşünaslıq üzrə magistr dərəcəsi və Birminhem Universitetində politologiya üzrə doktorantura dərəcəsinə malikdir. O, Yel Universitetinin doktorantı olmuşdur. == Karyerası == Kuzyo 1986-cı ildə Ukrayna SSR-də cari hadisələr haqqında məlumat toplamağa və onları tərcümə etməyə başlamış, bu məlumatları Birləşmiş Krallıqda yerləşən Ukrayna Press Agentliyi (UPA) vasitəsi ilə mediaya vermişdir. UPA ayda iki dəfə çap olunan "Sovet Milliyyətləri Araşdırması" və aylıq "Sovet Ukrayna İşləri" publikasiyalarını nəşr edən Sovet Milliyyətləri Araşdırmaları Cəmiyyətinin bir qolu idi. Kuzyo 1992–1993-cü illərdə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda elmi işçi kimi çalışmış, 1993–1995-ci illərdə isə "Ukrayna Biznes İcmalı"nın redaktoru olmuş və Ukrayna Biznes Agentliyinə rəhbərlik etmişdir.
Taras Şamba
Taras Şamba (29 iyul 1938, Suxumi – 13 oktyabr 2020) — Abxaziya və Rusiya ictimai-siyasi xadimi, hüquq elmləri doktoru (1985), Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetinin prorektoru (2002-2008), Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri. Qeyri-rəsmi olaraq ömürlük "Abxaziyanın xalq prezidenti" tituluna malikdir. Qardaşı Sergey Şamba Abxaziya Respublikasının keçmiş baş naziridir. == Bioqrafiya == 1963-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İş həyatına Suxumi Prokurorluğunun müstəntiqi olaraq başlamış, Sovet İttifaqı Kommunist Partiyası Abxaziya Regional Komitəsində təlimatçı işləmişdir. 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İK yanında Ali Partiya Məktəbini, 1975-ci ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. 1975-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dövlətin nəzəriyyəsi və praktikası, demokratiya və qanunun aliliyi, milli dövlət quruluşu və iş hüququ sahəsində mütəxəssisdir. Üstəlik bu mövzularda 300-dən çox nəşrin müəllifidir. 75-dən çox kitab və məqalənin müəllifi, Abxaziya Respublikası Konstitusiyası layihəsinin mətnini hazırlayanvə Abxaziya Respublikası Prezidentinin ilk populyar alternativ seçkilərinin təşəbbüskarı olan şəxsdir.
Taras Şevçenko
Taras Qriqoryeviç Şevçenko (ukr. Тара́с Григо́рович Шевче́нко; 9 mart 1814[…] – 10 mart 1861[…], Sankt-Peterburq)—Ukrayna şairi, yazıçısı, rəssamı. == Həyatı == Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulmuşdur. İlk təhsilini kənd keşişindən almış, 1831-ci ildə sahibi ilə Peterburq şəhərinə gəlmişdir. İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunmuşdur. "Kor qadın", (1842), "Muzdur qadın", (1845), "Marina" (1848) və s. romanlarında, "Taras gecəsi" (1838) tarixi poemasında Şevçenko milli azadlıq mübarizəsinə toxunmuşdur. Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynamışdır. 1847-ci ildə xəyanət nəticəsində həbs edilmiş, Orsk qalasına sürgün edilmişdir. 10 il (1847–1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azad edilmişdir.
Tadas İvanauskas
Tadas İvanauskas ((lit. Tadas Ivanauskas, belar. Тадэвуш Іваноўскі, pol. Tadeusz Iwanowski; 16 dekabr 1882 – 1 iyun 1971 və ya 1 iyun 1970, Kaunas) — Sovet və Litva zooloqu, Litva SSR Elmlər Akademiyasının akademiki (1941-1970), Litva SSR-nin əməkdar elm xadimi (1945). == Bioqrafiya == Tadas İvanauskas 28 dekabr 1882-ci ildə Vasilişkovskaya volostunda (indiki Belarusiya Lida rayonu) Lebedka fermasında anadan olub. 1908-ci ildə Sorbonnanı, 1910-cu ildə isə Sankt-Peterburq Dövlət Universitetini bitirib. 1910-1915-ci illərdə yaratdığı əyani təbiətşünaslıq vasitələri laboratoriyasına rəhbərlik etmişdir. 1914-cü ildə Murmansk və Norveçin şimalına, 1917-ci ildə Şimal Buzlu okean sahillərinə ekspedisiya qurdu. 1919-1922-ci illərdə onun təşkil etdiyi Təbiəti Öyrənmə Stansiyasına rəhbərlik etmişdir. 1929-cu ildə ornitoloji stansiyanın əsasını qoydu.
Tamaş Haynal
Tamás Hajnal (15 mart 1981-ci ildə anadan olub) yarımmüdafiəçi kimi çıxış edən macar keçmiş peşəkar futbolçusudur . == Klub komanda karyerası == Macarıstanın Esterqon şəhərində anadan olan Hajnal doğma şəhəri Nyergesújfaluda yerli Zoltek SE üçün futbol oynamağa başlayıb. === VfB Stuttgart === 31 yanvar 2011-ci ildə Hajnal VfB Stuttgart-a icarəyə verildi. O, ilk qolunu 27 fevral 2011-ci ildə Ştutqartın 2:0 hesabı ilə qalib gəldiyi Frankfurt Ayntraxtına qarşı vurdu. 7 may 2011-ci ildə Hajnal aşağı liqadan yüksələn VfB Stuttgart-a daimi olaraq transfer oldu. Hajnal 7 yanvar 2013-cü ildə VfB Stuttgart ilə müqaviləsini 2014-cü ilin iyun ayına qədər bir il daha uzadıb. === İnqolştadt 04 === 1 avqust 2013-cü ildə İnqolştadt 04 klubuna keçdi. İlk matça 2. Bundesliqada "Karlsruher SC" yə qarşı oynayıb. 2014-cü ilin sentyabrında klubdan ayrılacağını və çox güman ki, vətəni Macarıstana qayıdacağını açıqladı.
Tamás Hajnal
Tamás Hajnal (15 mart 1981-ci ildə anadan olub) yarımmüdafiəçi kimi çıxış edən macar keçmiş peşəkar futbolçusudur . == Klub komanda karyerası == Macarıstanın Esterqon şəhərində anadan olan Hajnal doğma şəhəri Nyergesújfaluda yerli Zoltek SE üçün futbol oynamağa başlayıb. === VfB Stuttgart === 31 yanvar 2011-ci ildə Hajnal VfB Stuttgart-a icarəyə verildi. O, ilk qolunu 27 fevral 2011-ci ildə Ştutqartın 2:0 hesabı ilə qalib gəldiyi Frankfurt Ayntraxtına qarşı vurdu. 7 may 2011-ci ildə Hajnal aşağı liqadan yüksələn VfB Stuttgart-a daimi olaraq transfer oldu. Hajnal 7 yanvar 2013-cü ildə VfB Stuttgart ilə müqaviləsini 2014-cü ilin iyun ayına qədər bir il daha uzadıb. === İnqolştadt 04 === 1 avqust 2013-cü ildə İnqolştadt 04 klubuna keçdi. İlk matça 2. Bundesliqada "Karlsruher SC" yə qarşı oynayıb. 2014-cü ilin sentyabrında klubdan ayrılacağını və çox güman ki, vətəni Macarıstana qayıdacağını açıqladı.
Mark Tamaş
Mark Tamaş (28 oktyabr 1993, Sekeşfexervar) – Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"nin macarıstanlı mərkəz müdafiəçisi.
Apas rayonu
Apas rayonu (tatar. Apas rayonı, Апа́с районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənub-şərqində yerləşir. İnzibati mərkəzi şəhər tipli qəsəbə olan Apasdır. == Coğrafiyası == Respublikanın cənub-qərbində yerləşir. Bua, Təteş, Kama Tamaqı, Yuxarı Oslan, Kaybiç rayonları və Çuvaşıstan (Yalçikski rayonu) ilə həmsərhəddir. Relyefi təpəli düzənliklərdən ibarətdir. Ən böyük çay Sviyadır. Rayonun ərazisi tamamilə onun hövzəsinə aiddir. Digər böyük çayları (ümumi uzunluğu 30 km-dən çox): Bula, Ulema, Suxaya Ulema, Biya, Çeremşan, İmelli.