Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tartu
Tartu (est. Tartu, alm. Dorpat, Dörpt‎; 1030—1224 və 1893—1918-ci illərdə Юрьев, в 1224-1893-ci ildə Дерпт) — Estoniyanın şəhəridir. Emayıgi çayının sahilində yerləşir. Tallindən sonra Estoniyanın 2-ci böyük şəhəridir. Tartu şəhəri hələ b.e. V əsrindən «Tarbatu» (est. tarvas — «tur, ibtidai buğa və ya öküz») adında estlərin yaşayış məntəqəsi kimi tanınırdı. Şəhər tarix boyunca Qədim Rus dövlətinin, Novqorod respublikasının, Livoniya ordeninin, Reç Pospolitanın, İsveç Krallığının, Rusiya imperiyasının və SSRİ-nin tərkibində olmuşdu, buna görə də şəhərin bir çox variantda adı var. === Əhali === === Əhalinin etnik tərkibi === == İqlim == === Memarlıq abidələri === == Partnyorlaşmış şəhərlər == == Web links == Кай Крашевски.
Tatta
Tatta (urdu ٹھٹہ) — Pakistanın Sind əyalətində tarixi şəhər. Tatta orta əsrlərdə Sindin paytaxtı idi və ardıcıl üç sülalə üçün hakimiyyət yeri olaraq xidmət etdi. YUNESKO-nun Dünya İrsi Siyahısında olan Tattanın Makli Nekropolu, dünyanın ən böyük qəbiristanlıqlarından biridir və həmçinin 14-18-ci əsrlər arasında alt Sindin sincretik cənazə üslubunda tərtib edilmiş çox sayda monumental məzarı var. 17-ci əsrdə tikilmiş Şah Cahan məscidi dekorativ plitələrlə zəngindir və Cənubi Asiyada kafel işlərinin ən mükəmməl abidəsi sayılır. == Etimologiyası == Sindlilərin fikrində Thattanın Sindhi adı əslində Tatto olmalıdır və ya çay kənarındakı yaşayış məntəqələrinə aid olan Sindhi 'Tatti' və ya 'Tatto' sözlərindən qaynaqlana bilər.
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Xarta
Xarta (gürc. ღართა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 37 nəfər idi. 2014-cü ildə 15 nəfər yaşayırdı.
Arta
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi təqribən 45-50 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıqla təşkil edir.
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. == Haqqında == Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Bidens torta
Bidens torta (lat. Bidens torta) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Canuario Karta
Canuario Karta (it. Gianuario Carta; 1 yanvar 1931, Bitti, Sardiniya – 14 fevral 2017, Kalyari) — İtaliyalı siyasətçi, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. == Həyatı == 1931-ci ildə Bittidə anadan olmuşdur. 1968–1983-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olmuşdur. 1983–1992-ci illərdə İtaliya Senatlar Palatasının üzvü olmuşdur. 1983–1986-cı illərdə İtaliyada Tacir donanmasının başçısı olmuşdur.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Magna Carta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bugünədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Maqna Karta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bugünədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Marta (futbolçu)
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. == Klub Karyerası == === Vasco da Gama === Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Marta Pleys
Marta Pleys — Elektrik stulunda ölüm hökmü verilmiş ilk qadın. == Həyatı == ABŞ-nin Nyu-Cersi şəhərində anadan olub. 23 yaşında başından zədə alıb. Qardaşının dediyinə görə o tam sağala bilməyib. səhhətində psixi problemlər olub. 1893- cü ildə Uilyam Pleyslə ailə həyatı qurur.Uilyam Marta ilə ailə həyatı qurur ki, qızı İdanın böyüməsində ona yardımçı olsun. Ancaq Marta daima öz qızlığını qısqanırmış və ölümlə hədələyirmiş. Məhz buna görə də Uilyam bir dəfə polisə zəng eləyərək Martanın həbs olunmasını istəyib.
Marta Qrehem
Marta Qrehem (ing. Martha Grehem, d. 11 may, 1894 — 1 aprel, 1991) — amerikan rəqqas, xoreoqraf və baletmeyster. == Həyatı == Marta Qrehem dini ailədən idi və rəqsin günah sayılmasına baxmayaraq, bir gün ailəsi məşhur rəqqas Rut Sen-Deninin konsertinə getmək üçün icazə verdi. Bundan əlavə, ailəsinin sərt mövqeyinə baxmayaraq, Martanın valideynləri kollec təhsilinə qarşı olmadılar. Vassar Kolleci, yalnız təhsilin keyfiyyəti ilə deyil, idman ənənələri və sufrajizmə simpatiya ilə üçün də tanınırdı. Rut Sen-Denisin performansını görən Marta rəqqas olmaq istəyirdi. 1913-cü ildə Los Ancelesdəki rəqs məktəbinə girməyə icazə verildi; sonra Denisoun məktəbində, onun tərəfdaşı Ted Şaun ilə birlikdə İspaniyada təhsil aldı. Qrehemin şagirdlik dövrünü keçdiyi illərdə rəqs əsasən əyləncə kimi qəbul edildi - bu, vodevil, kostyum çıxışları, sosial topların ayrılmaz bir hissəsidir. Sənətin statusu yalnız Amerikada Avropanın bir hiyləsi hesab olunan bir rəqs balı idi.
Marta Ristiburova
Marta Rostoburova (d. 29 mart 1996) — Özbəkistanı təmsil edən bədii gimnast. Marta Rostoburova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Marta Rostoburova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Luiza Qəniyeva və Zarina Qurbanova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Marta Rostoburova
Marta Rostoburova (d. 29 mart 1996) — Özbəkistanı təmsil edən bədii gimnast. Marta Rostoburova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Marta Rostoburova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Luiza Qəniyeva və Zarina Qurbanova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Marta Rot
Marta Rot (May 29, 1932 – Oktyabr 7, 2016) — İtaliyada anadan olan Meksikalı film aktrisası. O, Meksika Kinosunun Qızıl əsri ərzində ulduz olmuşdur. == Filmoqrafiyası == === Filmlər === Ailə digərlərini sevir (1949) İtirilmiş şəhər (1950) Meksikada Qrinqo qız (1951) Akapulkoda serenada (1951) Ağ Xəyanətkar (1960) === Televiziya === 2007 Destilando amor - Dona Pilar Gil de Montalvo 2001 La intrusa - Norma İturbide Vda. de Del Boske 2001 El noveno mandamiento - Yevgeniya D'Anco de Betankort 1999 Mujeres engañadas - Dona Katalina Kortes Vda. de Duarte 1998 Gotita de amor - Dalila 1997 Mi pequeña traviesa - Elena 1990 En carne propia - Leda Dumont 1988 El pecado de Oyuki - Ledi Elizabet Pointer 1985 Los años pasan, Mersedes 1984 Eklips - Amalia 1981 Nosotras las mujeres - Monika 1973 Penthaus 1969 De turno con la angustia - Elena == İstinadlar == == Bioqrafiya == R. Hernandez-Rodriguez. Splendors of Latin Cinema. ABC-CLIO, 2009.
Marta Sahagun
Marta Sahagun de Foks (Marta María Sahagun Jiménez; Doğum tarixi:10 aprel 1953-cü il) — 2 iyul, 2001 ildə Meksikanın prezidenti Visente Foks ilə evlənəndən sonra, 2006-ci ilə qədər ki prezident ofisi tərk etdi,Meksikanın birinci xanımı oldu.
Marta Vaşinqton
Marta Vaşinqton (ing. Martha Washington; 13 iyun 1731, Çestnat-Qrou[d], Virciniya koloniyası[d], Böyük Britaniya krallığı – 22 may 1802[…], , Virciniya) — ABŞ siyasətçisi, 1-ci Prezidenti Corc Vaşinqtonun həyat yoldaşı.