Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.
Taxt-tac oyunları
"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid Benioff və D. B. Vayssın "HBO" üçün istehsal etdiyi Amerika istehsalı fentezi və dram janrlı teleserialı. Serial Corc R. R. Martinin "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı. Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan ailələri arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir. "Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar. Tənqidçilər serialı aktyorluq keyfiyyəti, mürəkkəb personajlar, süjet, miqyas və istehsalat dəyərlərinə görə təriflər yağdırırdılar, buna baxmayaraq, serialda çılpaqlıq və zorakılığın (cinsi zorakılıq da daxil olmaqla) nümayişi mübahisələrə səbəb olmuşdur.
Taxt-tac əraziləri
Taxt-tac əraziləri (ing. Crown Dependencies) — Böyük Britaniya əraziləri olsa da, Birləşmiş Krallığa daxil olmayan və Britaniya dəniz əraziləri sayılmayan ərazilər. Bura Cersi və Gernsi beylivikləri, həmçinin Men adası daxildir. Hər bir taxt-tac ərazisi özünün avtomobil nömrəsinə (GBG — Gernsi, GBA — Olderni, GBJ — Cersi, GBM — Men), domenə (.gg — Gernsi, .je — Cersi, .im — Men) malikdir. Həmçinin ərazilər Ümumdünya Poçt İttifaqı tərəfindən ayrılan koda ISO 3166-2 (GGY — Gernsi, JEY — Cersi, IMN — Men) da malikdirlər. Bu kodlar 29 mart 2006-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiqlənib.
Müqəddəs Taxt-Tac
Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür.
Tat (zümrə)
Tat Orta Şərqdə və qismən Mərkəzi Asiyada köçəri və yarımköçəri toplumlardan fərqli olaraq oturaq əhaliyə verilən ümumi ad. Daha çox rəiyyətə aid edilirdilər. Ehtimal olunur ki tatar sözü də tat sözündən yaranıb. Moğol (monqol) tayfalarından olmayan və sonralar ümumi adla tatar adlandırılan tayfalar monqollara nisbətən tabe vəziyətdə idi. Batı xan Avropaya yürüşünü başlamazdan əvvəl tatarları tabe vəziyətdən çıxardı və monqollarla eyni sosial səviyyəyə qaldırdı. Batı xanın Qərbə yürüşündə tatarlar həlledici rol oynadılar. Bu halda tatlar (sonra tatarlar) sırf türk tayfalarına verilən ad idi. Zümrə mənasında tat sözü xalq mənasında tat sözündən müəyyən qədər fərqlənir. Yuxarıda tatarların misalı buna sübutdur. Başqa bir sübut Azərbaycanda tat dilində danışan, amma tarixən oturaq olmayan dağlıların olmasıdır.
Tat dili
Tat dili və ya Tati fars dili — Qafqazda yaşayan tatların dili. Tat dili Xəzəryanı ərazilərdə – İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron yarımadasında, Dağıstanın cənub-şərqində, Dərbənd və Mahaçqala şəhərlərində, Azərbaycanda isə İsmayıllı, Xızı, Şamaxı, Quba, Şabran və Abşeron ərazilərində danışılır. Azərbaycanda yaşayan tatların dili Azərbaycan dili ilə daimi qarşılıqlı əlaqədədir. Quba ləhcəsi tat dilinin Azərbaycanda ən geniş yayılmış ləhcəsidir. Tat dilində 33 səs vardır. Tat dili sait səsləri haqqında fikirlər müxtəlifdir. Məsələn: V.S. Sokolova görə Qonaqkənd, Dəvəçi və Suraxanı ləhcələri üçün vokalizm 8 fonemdən ibarətdir. Bunlar: i, e, a, u, ü, ey, oy, öü. Tədqiqatçı burada nədənsə ə, o, ö, və ı müstəqil fonemlərinin varlığını qəbul etmir. Maqsud Hacıyev öz kitabında bunun tamamilə səhv qərar olduğunu və tat dili vokalizminin 13 fonemdən ibarət olduğunu qeyd edir.
Tat (dəqiqləşdirmə)
Tatlar — Qafqazda yaşayan İrandilli xalq
Taxt-tac oyunları (dəqiqləşdirmə)
Taxt oyunları - roman
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Taxt-tac oyunları (II mövsüm)
ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 1 aprel 2012-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 3 iyun 2012-ci ildə yayımlanmışdır. İkinci mövsüm ABŞ-də Bazar günləri 9:00 pm-də efirə verilmiş və həri biri 50-60 dəqiqə arası davam edən 10 seriyadan ibarət olmuşdur. İkinci mövsümdə, Corc Martinin "Buz və alovun nəğməsi" romanlar seriyasından olan "Kralların toqquşması" adlı ikinci əsərdə təsvir edilən hadisələr Devid Benioff və D.B. Veys tərəfindən ssenariyə uyğunlaşdırılmışdır. HBO kanalı serialın ikinci mövsümünün çəkilməsini 19 aprel 2011-ci ildə sifariş etmiş, 2011-ci ilin iyulunda isə İrlandiya, Şimali İrlandiya, Xorvatiya və İslandiyada ikinci mövsümün çəkilişlərinə başlanılmışdır. Serialda hadisələr uydurma dünyada, bir süjet xətti Vesteros, digər xətti isə Essos adlı qitələrdə baş verir. Romanda olduğu kimi, ikinci mövsümdə də hadisələr, Lord Eddard "Ned" Starkın dramatik ölümündən sonra bütün Starkların Vestorosa səpələnməsi ilə başlayır. İkinci mövsümdə hadisələr, Beş Kral müharibəsi ətrafında baş verir; Vesteros liderləri Dəmir taxt uğrunda və ya onun təsirindən çıxaraq müstəqil olmaq üçün mübarizə aparırlar. İkinci mövsümdə serialın geniş aktyor heyətinə Piter Dinkleyc, Lina Hidi, Nikolay Koster-Valdau, Mişel Fayrli və Emiliya Klark kimi aktyorlar daxil olmuşdur. İkinci mövsümdə serialın aktyor heyətinə Stiven Dilleyn, Natali Dormer, Karis van Houten və Liam Kanninqem kimi yeni aktyorlar qatılmışdır. Tənqidçilər ikinci mövsümün texniki istehsal xüsusiyyətləri və aktyor heyətinin işini yüksək qiymətləndirmişlər.
Taxt-tac oyunları (I mövsüm)
ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 19 iyun 2011-ci ildə yayımlanmışdır. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olmuşdur. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış “Buz və alovun nəğməsi” seriyasından ilk roman olan “Taxt oyunları” əsəri əsasında çəkilmişdir. Devid Benioff və D.B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılmışdır. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılmışdır. Lakin, pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəlmişdir. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş etdi. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanılmış, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilmişdir. Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə orada baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir.
Taxt-tac oyunları (VII mövsüm)
Taxtların oyunu — fantastik-dram janrında televiziya serialı. Serialın yeddinci mövsümü 16 iyul 2017-ci ildə HBO televiziya kanalında nümayiş etdirilməyə başladı və 27 avqust 2017-ci ildə tamamlandı. On epizoddan ibarət olan əvvəlki mövsümlərdən fərqli olaraq, yeddinci mövsümün yalnız yeddi epizodu var. Əvvəlki mövsümdə olduğu kimi, əsasən Corc R. Martinin "Buz və yanğın səsləri" əsərində tapılmayan əsərlərin orijinal tərkibindən ibarət idi.
Taxt-tac oyunları (teleserial, 2011)
"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid Benioff və D. B. Vayssın "HBO" üçün istehsal etdiyi Amerika istehsalı fentezi və dram janrlı teleserialı. Serial Corc R. R. Martinin "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı. Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan ailələri arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir. "Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar. Tənqidçilər serialı aktyorluq keyfiyyəti, mürəkkəb personajlar, süjet, miqyas və istehsalat dəyərlərinə görə təriflər yağdırırdılar, buna baxmayaraq, serialda çılpaqlıq və zorakılığın (cinsi zorakılıq da daxil olmaqla) nümayişi mübahisələrə səbəb olmuşdur.
Tat-Küçük (Şaran)
Tat-Küçük (başq. Тат-Көсөк, rus. Тат-Кучук) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 13 km, kənd sovetliyindən (Durtüylü): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (40%), tatarlar (33%) üstünlük təşkil edir.
Tat kəndi (Çaldıran)
Tat kəndi (fars. تاتكندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (40 ailə).
FAT
Fələstin Azadlıq Təşkilatı (FAT) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh", Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı "Fəttah" qrupudur.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
SAT
SAT (Türkiyə)
TAC
Tac
TDT
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
TRT
Türkiyə Radio və Televiziya Qurumu (Trt) ― Türkiyənin milli ictimai televiziyası . TRT uzun illər Türkiyənin yeganə televiziya və radio provayderi olub. 1990-cı ildə kommersiya radiosu, ardınca isə 1992-ci ildə kommersiya televiziyası istifadəyə verilməzdən əvvəl o, bu sektorda monopoliyaya sahib idi. Bu gün TRT bütün dünyada, o cümlədən Avropa, Yaxın Şərq, Afrika, Asiya, ABŞ və Avstraliyada yayımlanır. TRT-nin sələfi olan "Türkiyə radioları" adlı qurum 1950-ci ildə Avropa Yayım İttifaqının 23 təsisçi yayım təşkilatından biri olmuşdur. Şirkət 1926-cı ildə radioda sınaq yayımlarına başlamış və şirkətin 1927-ci ildə İstanbulda, 1928-ci ildə isə Ankarada studiyası tikilmişdir.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.