TAP-TAP

təql. Təkrarlanan “tap” səsi.
Ayaqların tap-tupu arasından yalnız bu sözləri eşitmək olurdu. B.Talıblı.

TAP
TAP-TUP
OBASTAN VİKİ
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tap (Goranboy)
Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.
Tap Qaraqoyunlu
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu. Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur. 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib.
Tap Qaraqoyunlu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tap görək (oyun)

Значение слова в других словарях